Məhkəmə qərarları › İş №2-1(112)-862/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-862/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-862/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində "X5 İstets Limited” MMC cəlb edilməklə “Bakı şəhəri icra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli, 378 saylı sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş Bilgəh bağlar sahəsində 59 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1865 saylı bağ sahəsinin "X5 İstets Limited” MMC-nin adına qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində "X5 İstets Limited” MMC cəlb edilməklə “Bakı şəhəri icra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli, 378 saylı sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş Bilgəh bağlar sahəsində 59 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1865 saylı bağ sahəsinin "X5 İstets Limited” MMC-nin adına qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının nümayəndəsi və vəkili ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı hazırkı vəziyyətdə iddia ərizəsinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının nümayəndəsinin ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində "X5 İstets Limited” MMC cəlb edilməklə “Bakı şəhəri icra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli, 378 saylı sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş Bilgəh bağlar sahəsində 59 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1865 saylı bağ sahəsinin "X5 İstets Limited” MMC-nin adına qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıların vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində "X5 İstets Limited” MMC cəlb edilməklə “Bakı şəhəri icra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli, 378 saylı sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş Bilgəh bağlar sahəsində 59 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1865 saylı bağ sahəsinin "X5 İstets Limited” MMC-nin adına qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıların vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2t Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar