Məhkəmə qərarları › İş №2-1(112)-862/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-862/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-862/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 31 yanvar 2018-ci il tarixdə təyin edilmiş hərbi xidmət vəzifələrni yerinə yetirərkən aldığı travma nəticəsində təyin edilən əlillik üzrə müəyyən edilmiş 775.36 manat məbləğində təyin edilmiş pensiyanın 31 yanvar 2018-ci il tarixdən ödənilməmiş fərq məbləğinin – 2.326,08 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1969-cu ildə anadan olmuşdur və hazırda Bakı şəhərində yaşayır. 28 dekabr 1995-ci il tarixdən Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Uzun müddət Silahlı Qüvvələrdə tibb bacısı vəzifəsində çalışmışdır. Lakin, həbri xidmət vəzifələrini yerinə yetirdiyi zaman iş otağında arxiv materiallarını yerləşdirərkən hündürlükdən yıxılaraq başından zərbə almışdır. Daha sonra müayinənin nəticəsində ona “qapalı kəllə beyin travması, baş beynin silkələnməsi” diaqnozu qoyulmuşdur. Həmin travmadan sonra sağlamlığında bir sıra problemlər yaranmışdır. Sağlamlığında qeyd olunan problemləri və travmaları məhz hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı Hərbi Həkim Komissiyasının 19 yanvar 2018-ci il tarixli 1716 saylı xəstəlik haqqında şəhadətnaməsi təsdiqləyir. Əlavə olaraq qeyd edir ki, ona 31 yanvar 2018-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlillik təyin olunmuşdur. Buna görə də, 27 sentyabr 2022-ci il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hərbi qulluqçu kimi yenidən əmək pensiyasının təyin edilməsi barədə müraciət edilmiş və cavabdeh qurumun 13 yanvar 2023-cü il tarixli 3-17-1/2-Ə-6027/2023 saylı məktubu ilə cavab verilmişdir. Cavabdeh qurum artıq 3 ildir ki, 775.36 manat məbləğində pensiyanı iddiaçıya ödəmir. Bundan başqa, yaşa görə əmək pensiyası ilə əlilliyə görə əmək pensiyası arasında olan fərq məhz pensiyasının tərkib hissəsini təşkil etdiyindən arada yaranan fərq məbləği ona məxsusdur və cavabdeh qurum tərəfindən qanunsuz olaraq mənimsənilmişdir. Qeyd olunanlara əsasən pensiya növləri arasındakı fərq Mərkəzi Filial tərəfindən ona ödənilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı K.X2 tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 8 dekabr 2017-ci il tarixli MN-09588 nömrəli məlumat vərəqinə əsasən 22 yanvar 2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq 37 il 1 ay 19 gün xidmət müddəti və iş stajı üçün təminat xərcliyinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yasa görə əmək pensiyası (723.65 manat təminat xərcliyinin 62 faizi (50%+12%) - 448.66 manat məbləğində) təyin edilmişdir. İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası Mərkəzi Filialın xx.xx.2018-ci il arixli qərarı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 21 il xidmət müddətinə görə yenidən hesablanmışdır (777.9 manat təminat xərcliyinin 58 faizi (55%+3%) 451.18 manat məbləğində). İddiaçı 27 sentyabr 2022-ci il tarixdə Mərkəzi Filiala hərbi qulluqçu kimi yenidən əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Bununla əlaqədar olaraq iddiaçının əmək pensiyasının növü dəyişdirilmiş və 27 sentyabr 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən iddiaçıya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (969,20 manat) 80 faizi - 775,36 manat məbləğində əmək pensiyası və 77,54 manat maddi yardım təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci maddəsinə uyğun olaraq, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə həmin Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır (Qanunun 34-cü maddəsinin 13 may 2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaçısının yasa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır). Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, nesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.4-cü bəndində göstərilmişdir ki, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır (Qaydaların 6.4-cü bəndinin 17 fevral 2023-cü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılır). Göründüyü kimi, yaşa görə əmək pensiyası ilə əlilliyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hər hansı borc məbləği, həmçinin iddianın təmin olunması üçün hər hansı faktiki və ya hüquqi əsas yoxdur. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 232,62 manat maddi yardım məbləği əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciəti xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə- 6027/2023 saylı məktubla cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 8 dekabr 2017-ci il tarixli MN-09588 nömrəli məlumat vərəqinə əsasən ona 22 yanvar 2018-ci il tarixindən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-cı maddəsinə uyğun olaraq 37 il 1 ay 19 gün xidmət müddəti və iş stajı üçün təminat xərcliyinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilib. “Əmək pensiyaian haqqında” Qanunun 34.2-ci maddəsinə uyğun olaraq, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün hərnin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə həmin Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. O, 27 sentyabr 2022-ci il tarixində Mərkəzi Filila hərbi qulluqçu kimi yenidən əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Bununla əlaqədar olaraq, əmək pensiyasının növünün dəyişdirilərək 27 sentyabr 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən ona “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə tərninat xərcliyinin (969,20 manat) 80 faizi-775,36 manat məbləğində əmək pensiyası və 77,54 manat maddi yardım təyin edilib. Qeyd olunanlara əsəsən, yaşa görə əmək pensiyası ilə əlilliyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın ona ödənilməli olan hər hansı borc məbləği yoxdur. Əlavə olaraq bildirilmişdir ki ,əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 232.62 manat madd yardım məbləği cari ayda əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb.

8. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 05 aprel 2023-cü il tarixli 3-17-1/2-71809/2023 nömrəli məktubla İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, K.X2 tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 8 dekabr 2017-ci il tarixli MN-09588 nömrəli məlumat vərəqinə əsasən 22 yanvar 2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq 37 il 1 ay 19 gün xidmət müddəti və iş stajı üçün təminat xərcliyinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (723.65 manat təminat xərcliyinin 62 faizi (50%+12%) - 448.66 manat məbləğində) təyin edilmişdir. İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası Mərkəzi Filialın xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 21 il xidmət müddətinə görə yenidən hesablanmışdır (777.9 manat təminat xərcliyinin 58 faizi (55%+3%) 451.18 manat məbləğində). İddiaçı 27 sentyabr 2022-ci il tarixdə Mərkəzi Filiala hərbi qulluqçu kimi yenidən əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Bununla əlaqədar olaraq iddiaçının əmək pensiyasının növü dəyişdirilmiş və 27 sentyabr 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən iddiaçıya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (969,20 manat) 80 faizi - 775,36 manat məbləğində əmək pensiyası və 77,54 manat maddi yardım təyin edilmişdir.

9. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2023-cü il tarixli 3-17-4/2-8031/2023 nömrəli məktubla İddiaçı dair tibbisosial ekspertiza sənədinin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş sənədə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

16. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

17. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, K.X2 tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 8 dekabr 2017-ci il tarixli MN- 09588 nömrəli məlumat vərəqinə əsasən 22 yanvar 2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq 37 il 1 ay 19 gün xidmət müddəti və iş stajı üçün təminat xərcliyinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (723.65 manat təminat xərcliyinin 62 faizi (50%+12%) - 448.66 manat məbləğində) təyin edilmişdir. İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası Mərkəzi Filialın xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 21 il xidmət müddətinə görə yenidən hesablanmışdır (777.9 manat təminat xərcliyinin 58 faizi (55%+3%) 451.18 manat məbləğində). İddiaçı 27 sentyabr 2022-ci il tarixdə Mərkəzi Filiala hərbi qulluqçu kimi yenidən əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Bununla əlaqədar olaraq iddiaçının əmək pensiyasının növü dəyişdirilmiş və 27 sentyabr 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən iddiaçıya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (969,20 manat) 80 faizi - 775,36 manat məbləğində əmək pensiyası və 77,54 manat maddi yardım təyin edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçdiyindən ona əvvəl təyin edilmiş yaşa görə əmək pensiyası ilə sonradan təyin edilmiş əlilliyə görə əmək pensiyası arasında ki, fərq məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. … Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin eidlməi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın: Bənd 6.4. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Həmin bəndin 17 fevral 2023-cü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılır.

20. Göründüyü kimi, əmək pensiyaları haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmçinin, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

21. İşin hallarına görə xx.xx.2018-ci il tarixində iddiaçının həm yaşa görə əmək pensiyası, həm də, əlilliyə görə əmək pensiyası hüququ mövcud olmuşdur. Lakin, iddiaçı əlilliyə görə əmək pensiyası hüququndan istifadə etməyərək ilk öncə yaşa görə əmək pensiyası almaqda davam etmişdir. 27 sentyabr 2022-ci il tarixdə isə əlilliyə görə əmək pensiyası hüququndan istifadə etmək qərarına gəlməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir və cavabdeh tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq ona bu barədə ərizə təqdim etdiyi tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

22. İddiaçı hazırda ona yaşa görə əmək pensiyası hüququnun yarandığı dövrdə əlilliyə görə əmək pensiyası hüququnun da, mövcud olmasına istinad etməklə ona təyin edilmiş əmək pensiyaları arasındakı fərq məbləğinin ödənilməsini tələb edir. Halbuki, istər iddiaçı əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi üçün cavabdehə müraciət etdiyi vaxt (27 sentyabr 2022-ci il tarixdə), istərsə də, hazırda qüvvədə olan qanunvericiliyin normalarında əmək pensiyasının bir növündən başqa növünə keçirilmə baş verdikdə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğlərinin ödənilməsi nəzərdə tutulmamışdır.

23. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı maddi və prosessual hüquq normalarının pozulması, eləcə də, iddiaçının tələbinin faktiki və hüquqi əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar