Məhkəmə qərarları › İş №2-1(112)-8628/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8628/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8628/2023 05.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X12 Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X9 haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin aparıcı mütəxəssisi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X12 Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X12 Filialına qarşı xx.xx.2022-ci il tarixdən hal-hazırki dövrədək ona ödənilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması həyata keçirilməklə həm əvvəlki aylardan ödənilməyən məbləğlərin, həm də, yenidən hesablanma nəticəsində müəyyən edilən pensiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı, X5 xx.xx.2011-ci il tarixdə yerli icra hakimiyyəti orqanının sabiq başçısı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mərhum həyat yoldaşı A.F.Səfərov xx.xx.2022-ci il tarixdə “ürəyin kəskin işemik xəstəliyinin digər formaları” diaqnozu ilə vəfat etmiş, bundan sonra yaşa görə əmək pensiyası alan şəxs olduğundan ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Yoldaşının vəfat etməzdən əvvəl aldığı əmək pensiyasının məbləği 1350.24 manat olmuşdur. Bu "xxxx" ASC tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli çıxarışda da açıq şəkildə görünür. Yoldaşının ölümündən sonra ona təyin edilmiş ailə başçısını itirməyə görə pensiyanın məbləği isə həmin məbləğin (1350.24) 80%-i həcmində, yəni 1080.19 manat olmalı idi. Lakin, ona ailə başçısını itirməyə görə daha aşağı məbləğdə pensiya təyin edilmişdir. Məsələ ilə bağlı 26 yanvar 2023-cü il tarixdə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə X12 Filialına ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq Mərkəzi Filialdan aldığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-S-38107/2023 saylı cavab məktubunda qeyd edilmişdir ki, yoldaşı vəfat etməzdən əvvəl ona ödənilməli olan pensiya məbləği 1159.40 manat təşkil etmiş, ona isə həmin məbləğin 80%-i həcmində, yəni 927.52 manat ailə başçısını itirməyə görə pensiya təyin edilib. 1 yanvar 2023-cü il tarixdən isə müvafiq indeksləşdirmə aparılaraq həmin məbləğ 1063.87 manata çatdırılıb. Hesab edir ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə X1 təyin edilmiş ailə başçısını itirməyə görə pensiyanın məbləğini düzgün hesablamamış, bununla da, sosial təminat hüququnu pozmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Filialının Əmək haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin aparıcı mütəxəssisi X6 öz izahatında bildirdi ki, İcra Hakimiyyəti başçıları vəzifə səlahiyyətlərinin icrası ilə bağlı 25 % əlavə alırdılar. İddiaçının yoldaşı isə bu məbləği cəmi 1 ay alıb. Əvvəllər ona təyin edilmiş pensiyanın məbləği düzgün hesablanmayaraq bu əlavə məbləğ onun ümumi təmsilçilik xərclərinin ödənilməsi üçün əlavəyə daxil edilərək əmək pensiyasına daxil edilmişdir. İddiaçının mərhum ərinin pensiya məbləği yenidən hesablanaraq ona təmsilçilik xərcləri üçün əlavə həmin 1 ay üçün verilmişdir. Həmin ödənilmiş artıq pensiya məbləği üzrə isə iddiaçının əri vəfat etdiyi üçün iş üzrə icraata xitam verildiyindən pensiya məbləğindən tutulmalar aparılmamışdır.

7. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı iddia ərizəsində ona ailə başçısının itirilməsinə görə pensiya təyin edildiyini, lakin bu pensiyanın məbləğinin düzgün hesablanmadığını iddia etməklə, ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl ailə başçısını itirməyə görə əmək pensiyası yenidən hesablanması ilə bağlı ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə X12 Filialı xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-38107/2023 nömrəli iddiaçıya ünvanlanmış məktubla ailə başçısını itirməyə görə əmək pensiyasını yenidən hesablamaqdan imtina etmişdir. Bundan narazı qalan İddiaçı Bakı inzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, iddiaçının əri mərhum X4 pensiya işinə dair sənədlərdə Fondun Ağsu rayon Şöbəsi tərəfindən 19 oktyabr 2011-ci il tarixindən ona yerli icra hakimiyyəti orqanının sabiq başçısı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, yerli icra hakimiyyəti orqanlarının başçılarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən iddiaçının mərhum həyat yoldaşı Azər Səfərovun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 945,83 manat, qulluq stajına görə əlavəsi 150.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 272,92 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün əlavəsi 9,90 manat olmaqla orta aylıq əmək haqqısı 1378,65 manat təşkil etmişdir. Bununla əlaqədar mərhum Azər Səfərova ödənilməli olan şərti əmək pensiyası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 11 il 1 ay 28 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (1378,65 manat) 60 faizi-827,19 manat məbləğində hesablanıb. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 2018- ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar mərhum Azər Səfərovun 11 il 1 ay 28 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,94 faiz təşkil edir. Yerli icra hakimiyyəti orqanlarının başçılarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən mərhum Azər Səfərovun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1040,42 manat, qulluq stajına görə əlavəsi 165,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 300,21 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün əlavəsi 10,89 manat olmaqla orta aylıq əmək haqqısı 1516,52 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1378,65 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (1516,52 manat) arasındakı fərq məbləğinin (137,87 manat) 36,94 faizi-50,93 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (827,19 manat) üzərinə əlavə olunmaqla mərhuma ödənilməli olan şərti əmək pensiyası 878,12 manat məbləğində hesablanıb. Yerli icra hakimiyyəti orqanlarının başçılarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən mərhum Azər Səfərovun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1562,92 manat, qulluq stajına görə əlavəsi 247,88 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 450,83 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün əlavəsi 16,35 manat olmaqla orta aylıq əmək haqqısı 2277,98 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1516,52 manat) ilə 1 sentyabr 2019- cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (2277,98 manat) arasındakı fərq məbləğinin (761,46 manat) 36,94 faizi-281,28 manat 1 sentyabr 2019-ci il tarixinədək hesablanmış pensiyasının (878,12 manat) üzərinə əlavə olunmaqla mərhuma ödənilməli olan şərti əmək pensiyası 1159,40 manat məbləğində hesablanıb. Qeyd edilənləri nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən İddiaçı 1 mart 2022-ci il tarixindən mərhum X7 ödənilməli olan şərti əmək pensiyasının (1159,40 manat) 80 faizi-927,52 manat məbləğində sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bununla əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1063,87 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 136,35 manat pul vəsaiti hesablanıb. Həmin 136,35 manat vəsait cari ayda aylıq ödənişin üzərinə əlavə edilərək iddiaçının müvafiq kart hesabına köçürülüb.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür.

10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 24 fevral 2023-cü il tarixli 3-17-1/2-S-38107/2023 nömrəli “Əmək pensiyasının hesablanması haqqında” imtina məktubuna əsasən ididaçıya bildirilmişdir ki, mərhum X4 pensiya işinə dair sənədlərdə Fondun Ağsu rayon şöbəsi tərəfindən 19 oktyabr 2011-ci il tarixindən ona yerli icra hakimiyyəti orqanının sabiq başçısı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, yerli icra hakimiyyəti orqanlarının başçılarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən mərhum həyat yoldaşı Azər Səfərovun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 945,83 manat, qulluq stajına görə əlavəsi 150,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 272,92 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün əlavəsi 9,90 manat olmaqla orta aylıq əmək haqqısı 1378,65 manat təşkil etmişdir. Bununla əlaqədar mərhum Azər Səfərova ödənilməli olan şərti əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 11 il 1 ay 28 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (1378,65 manat) 60 faiz: 327,19 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 2018- ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar mərhum Azər Səfərovun 11 il 1 ay 28 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,94 faiz təşkil edir. Yerli icra hakimiyyəti orqanlarının başçılarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən mərhum Azər Səfərovun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1040,42 manat, qulluq stajına görə əlavəsi 165,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 300,21 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün əlavəsi 10,89 manat olmaqla orta aylıq əmək haqqısı 1516,52 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1378,65 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (1516,52 manat) arasındakı fərq məbləğinin (137,87 manat) 36,94 faizi-50,93 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (827,19 manat) üzərinə əlavə olunmaqla mərhuma ödənilməli olan şərti əmək pensiyası 878,12 manat məbləğində hesablanıb. Yerli icra hakimiyyəti orqanlarının başçılarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən mərhum Azər Səfərovun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1562,92 manat, qulluq stajına görə əlavəsi 247,88 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 450,83 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün əlavəsi 16,35 manat olmaqla orta aylıq əmək haqqısı 2277,98 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1516,52 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (2277,98 manat) arasındakı fərq məbləğinin (761,46 manat) 36,94 faizi-281,28 manat 1 sentyabr 2019-ci il tarixinədək hesablanmış pensiyasının (878,12 manat) üzərinə əlavə olunmaqla mərhuma ödənilməli olan şərti əmək pensiyası 1159,40 manat məbləğində hesablanıb. Qeyd edilənləri nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən ona 1 mart 2022-ci il tarixindən mərhum X7 ödənilməli olan şərti əmək pensiyasının (1159,40 manat) 80 faizi-927,52 manat məbləğində sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Yuxarıda qeyd edilənlərlə bağlı tərəflərindən 7 aprel 2022-ci il tarixli **********2 nömrəli məktubla məlumat verilib. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bununla əlaqədar 1 yanvar 2023cü il tarixindən əmək pensiyası 1063,87 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 136,35 manat pul vəsaiti hesablanıb. Həmin 136,35 manat vəsait cari ayda aylıq ödənişinin üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 15 aprel 2023-cü il tarixli 3-17-1/2-18785/2023 nömrəli məktubla İddiaçı və X4 pensiya işlərinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X5 dövlət qulluqçusu kimi pensiya təyin edilərkən, onun vəzifə maaşı, ona ödənilmiş mükafat və müavinətlər, həmçinin təmsilçiliyə görə 25 % əlavə hesablanmışdır. İddiaçıya xx.xx.2022-ci il tarixli qərarla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilən zaman isə həmin təmsilçiliyə görə əlavə 25 % hesablanmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

18. Məhkəmə ilk öncə aşağıda sadalanan qanunvericiliyin normalarını qeyd etməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; ... Maddə 21.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: Maddə 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); ... 19.Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövləq qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları:

1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.

3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.

5. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.

9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır.

10. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır.

11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır.

12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.

20. Yuxarıda sadalanan qanunvericiliyin normalarının işin faktiki hallarına tədbiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçının mərhum ərinə Fondun Ağsu rayon şöbəsi tərəfindən 19 oktyabr 2011-ci il tarixdən yerli icra hakimiyyəti orqanının sabiq başçısı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əri vəfat etdiyindən müraciəti əsasında ona xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği 927.52 manat müəyyən edilmişdir. İddiaçı mərhum ərinə təyin edilmiş əmək pensiyası məbləğinin çox olmasını əsas gətirərək ona təyin edilmiş əmək pensiyasının məbləğindən narazı qalmış və bununla bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya ailə başçını itirməyə görə əmək pensiyasının təyin edilməsi zamanı pensiya məbləğinin azalmasının səbəbləri pensiya işlərindəki materialların məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın aidiyyəti şöbəsinin mütəxəssisinin izahatı ilə qarşılıqlı tədqiq edilməsi nəticəsində iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin azalma səbəbinin iddiaçının mərhum ərinə pensiya təyin edilməsi zamanı onun 1 ay üçün almış olduğu təmsilçiliyə görə əlavənin dövlət məvacibinin hesablanması üçün əsas götürülən müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı üzrə bütün aylar üzrə hesablanması, sonradan iddiaçının müraciəti əsasında aparılmış araşdırma nəticəsində bu yanlışlığın aradan qaldırılaraq həmin təmsilçiliyə görə əlavənin yalnız 1 ay üçün hesablanması nəticəsində yaranması müəyyən edilmişdir. Bununla da, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi zamanı pensiya məbləğinin azalmasında cavabdehin hər hansı bir qanuna zidd hərəkəti müəyyən edilməmişdir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar