Məhkəmə qərarları › İş №2-1(112)-863/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-863/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-863/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra - Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1979-cu ildən 1984-cü ilə qədər təhsil aldığı dövrü sosial sığorta stajına daxil etməklə 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiacı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1979-cu ildən 1984-cü ilə qədər Bakı Neft Texnikumunda təhsil almışdır. Eyni zamanda, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 12.1983-cü ildən xx.xx.1984-cü ilə qədər «Kirovneft» NQÇİ-nin Mənzil kommunal Təsərrüfatına istilik mövsümü müddətində maşinist qazanxana operatoru vəzifəsində, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər «Türkmənqazsənaye» Birliyində texnoloji kompressorların maşinisti, xx.xx.1985ci ildən xx.xx.1987-ci ilə qədər növbə mühəndisi, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər texnoloji kompressorların maşinisti, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər mühəndis, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər kompressor stansiyasının rəis müavini, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər «Kirovneft» NQÇİ-də Qaz Kompressor sexində usta, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər həmin sexdə 4-cü stansiya rəisi, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilə qədər qaz kompressor sexinin rəisi, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər kompressor stansiyasının rəisi, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilə qədər qazkompressor sexinin rəis müavini, xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilə qədər Qaz kompressor sexində böyük mühəndis vəzifələrində işləmişəm, xx.xx.2009-cu ildən hazırki vaxta qədər Neftin və qazın hazırlanması və vurulması sexində mühəndis vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 5 ay 17 gün ümumi iş stajını, 21 il 0 ay 2 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən "xxxx" Şirkəti tərəfindən müvafiq Arayış verilmişdir. Eyni zamanda qeyd etməlidir ki, zərərli iş stajı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər «Türkmənqazsənaye» Birliyində texnoloji kompressorların maşinisti və xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər texnoloji kompressorların maşinisti, vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ Bölməsinin 3-cü yarımbölməsinin 2-ci hissəsinin 2130302a-13775 şifrinə, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər növbə mühəndisi və xx.xx.1990-cı ildən ci ilə qədər mühəndisi vəzifələri 2130302b-22171 şifrinə, xx.xx.1991-ci ildən ci ilə qədər kompressor stansiyasının rəis müavini və xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilə qədər qazkompressor sexinin rəis müavini vəzifələri 2130302b- 24094 şifrinə, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər «Kirovneft» NQÇİ-də Qaz Kompressor sexində usta vəzifəsi 2130302b-23187 şifrinə, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər həmin sexdə 4-cü stansiya rəisi, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilə qədər qaz kompressor sexinin rəisi, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər kompressor stansiyasının rəisi vəzifələri 2130302b-24097 şifrinə uyğundur. Nəhayət ona 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin Xüsusi Şərtlərlə Təyinat İdarəsi xx.xx.2019-cu il tarixli, **********1 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən təhsil aldığı dövr və əmək kitabçamda qeyd olunan bütün dövrlə iş stajı kimi qəbul olunmalıdır. Həmin qeydlər əsasında isə onun 26 il 5 ay 17 gün ümumi iş stajı mövcuddur. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkyün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. - İddiaçı məxsus ЖТ 043522 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1979-cü ildən 1984-cü ilə qədər Bakı Neft Texnukumunda təhsil almışdır. - H3 ******* saylı hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuşdur. - NT-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.2009-cü ilədək müxtəlif vəzifələrdə işləmişdir. - "xxxx" tərəfindən 127 saylı, xx.xx.2019-cu il tarixli siğortaolunanın ümumi iş stajı barədə məlumat Sosial Müdafiə Fondunun Suraxanı şöbəsinə göndərilmişdir. - "xxxx" tərəfindən verilmiş 128 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" şirkətinin qaz kompressor sexində xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək böyük mühəndis, xx.xx.2009-cu il tarixdən hal-hazırkı günə qədər Neftin və qazm hazırlanması və vurulması sexində mühəndis vəzifəsində işləyir. Yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR**********80020123X0037 saylı, xx.xx.2019-cü il tarixli, arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə (əmr № 914 k, xx.xx.1983-cü il) “Kirovneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatına istilik mövsümü müddətinə maşinist qazanxana operatoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə (əmr № 411, xx.xx.1984-cü il) Azərbaycan SSR ƏQMnin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1992-ci ildə (əmr № 249k, xx.xx.1992-ci il) “Kirovneft” NQÇİ-nin (sonrakı adı “Binəqədineft” NQÇİ) X1 usta vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1994-cü ildə (əmr № 141 k, xx.xx.1994-cü il) həmin sexdə 4-cü stansiya rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci ildə (əmr № 548k, xx.xx.1997-ci il) AR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci ildə (əmr № 572 k, xx.xx.1997-ci il) köçürmə yolu ilə “Binəqədineft” NQÇİ-nin X1 11-ci dərəcəli kompressor stansiyanın rəisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci ildə (əmr № 379 k, xx.xx.2000-ci il) 9 saylı kompressor stansiyanın rəisi vəzifəsinin icrası həvalə olunmuşdur. xx.xx.2002-ci ildə (əmr № 57/k, xx.xx.2002-ci il) AR ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2002-ci ildə (əmr № 61 k, xx.xx.2002-ci il) “Binəqədineft” NQÇİ-nin X1 12-ci dərəcəli kompressor stansiyanın rəisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2002-ci ildə (əmr № 70 k, xx.xx.2002-ci il) qazkompressor sexinin rəis müavini vəzifəsinin icrası həvalə olunmuşdur. xx.xx.2005-ci ildə (1 nömrəli protokol) İdarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. - Cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********1 saylı məktubdan görünür ki, iddiaçının təqdim etdiyi 17 dekabr 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ciil 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının təhsil müddəti daxil edilməklə ümumi iş stajı 26 il 5 ay 17 gün, güzəştli iş stajı isə 21 il 0 ay 2 gün təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı 1979-1984-cü illərdə "Bakı Neft Texnukumunda"kı təhsil müddəti sosial sığorta stajına daxil etməklə 57 yaşı tamama olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 1979-1984-cü illərdə "Bakı Neft Texnukumunda"kı təhsil müddətini sosial sığorta stajına daxil etməklə xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar