Məhkəmə qərarları › İş №2-1(112)-863/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-863/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-863/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «sənədlərin götürülməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı «sənədlərin götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdərəsinin “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 20 sentyabr 2019-cu il tarixli **********190392 nömrəli qərarı ilə Cavabdeh MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. AR Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada 23 sentyabr 2019-cu il tarixli **********190411 nömrəli tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövrdə (01.01.2017-01.08.2019) tələb edilən aşağıdakı sənədlər: aylar üzrə hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (yerli və xarici banklar üzrə bank çıxarışları, ödəniş tapşırıqları və digər sənədlər) barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuna (dövriyyə göstərilməklə) debitorların və kreditorların kağız və elektron formatda adlı siyahısı; əmək haqqı hesablama və ödəmə cədvəlləri (yerli və xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların pasport sənədləri, işçilərin rezidentlik statusunun müəyyən edilməsi, əmək haqları, digər fərdi gəlirləri, gəlirdən çıxılmalar, gəlir vergisinin hesablanması və sair məlumatlar), yoxlama ilə əhatə edilən dövrdə alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti göstərilməklə (anbarın hərəkəti) siyahısı; əsas vəsaitlərin kateqoriya üzrə hərəkət cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərəfindən yerinə yetirilmiş iş və xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, invoyslar, ödəniş sənədləri və sair sənədlərin surətləri, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı, görülmüş işlər üzrə təhvil-təslim aktları və yoxlamanın keçirilməsi üçün tələb olunan digər sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə), idxal və ixrac əməliyyatları barədə sənədlərin surəti (ödəniş sənədləri, yük gömrük bəyannamələri, invoyslar və sair) yoxlamanı keçirən Baş İdarənin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyindən, yoxlamanın keçirilməsi mümkün olmamışdır. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən, AR Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 4 oktyabr 2019-cu il tarixli **********19117 nömrəli qərar çıxarılmışdır. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsaslanaraq, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda adları çəkilən sənədlərin Cavabdeh MMC-dən götürülərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün cavabdehə göndərilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını arşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. AR Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları sırasındadır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə görə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə görə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Həmin Məcəllənin 42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür. Həmin Məcəllənin 43.4-cü maddəsinə görə sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 43.7-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər götürülmə barədə vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir. Həmin Məcəllənin 43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Həmin Məcəllənin 43.11-ci madddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İşdə olan sənədlər əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, vergi orqanının qərarı ilə vergi ödəyicisi olan hazırkı Cavabdeh MMC-nin 1 iyul 2017-ci il tarixdən 1 avqust 2019-cu il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı tələb edilən sənədlər vergi orqanına tam təqdim edilmədiyindən, yoxlamanın keçirilməsi mümkün olmamışdır. MMC-yə Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələbnamə verilmişdir. Lakin tələbnamə üzrə tələb olunan sənədlər vergi orqanına tam təqdim edilməmişdir. AR Vergi Məcəlləsinin 23 və 43-cü maddələrinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 4 oktyabr 2019-cu il tarixli qərar qəbul edilmişdir. Bundan sonra hazırkı iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-dən sənədlərin götürülməsi tələbi ilə hazırkı iddianı qaldırmışdır. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən vergi orqanına təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını sadalanan qanunvericilik normalarına tətbiq edərək, eləcə də vergi orqanı tərəfindən həyata keçirilən müvafiq səyyar vergi yoxlamasının tam, hərtərəfli və obyektiv apaarılması zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh MMC-də səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan və yoxlama ilə əhatə edilən 1 iyul 2017-ci il tarixdən 1 avqust 2019-cu il tarixədək dövrə aid sənədlər – aylar üzrə hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (yerli və xarici banklar üzrə bank çıxarışları, ödəniş tapşırıqları və digər sənədlər) barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları; yoxlamanın əvvəlinə və sonuna (dövriyyə göstərilməklə) debitorların və kreditorların kağız və elektron formatda adlı siyahısı, əmək haqqı hesablama və ödəmə cədvəlləri (yerli və xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların pasport sənədləri, işçilərin rezidentlik statusunun müəyyən edilməsi, əmək haqları, digər fərdi gəlirləri, gəlirdən çıxılmalar, gəlir vergisinin hesablanması və sair məlumatlar), yoxlama ilə əhatə edilən dövrdə alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin kateqoriya üzrə hərəkət cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərəfindən yerinə yetirilmiş iş və xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, invoyslar, ödəniş sənədləri və sair sənədlərin surətləri, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı, görülmüş işlər üzrə təhvil-təslim aktları və yoxlamanın keçirilməsi üçün tələb olunan digər sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat; proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə), idxal və ixrac əməliyyatları barədə sənədlərin surəti (ödəniş sənədləri, yük gömrük bəyannamələri, invoyslar və sair) həmin qurumdan götürülməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh MMC-də səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan və yoxlama ilə əhatə edilən 1 may 2017-ci il tarixdən 1 may 2020-ci il tarixədək dövrə aid sənədlər – aylar üzrə hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (yerli və xarici banklar üzrə bank çıxarışları, ödəniş tapşırıqları və digər sənədlər) barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuna (dövriyyə göstərilməklə) debitorların və kreditorların kağız və elektron formatda adlı siyahısı; əmək haqqı hesablama və ödəmə cədvəlləri (yerli və xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların pasport sənədləri, işçilərin rezidentlik statusunun müəyyən edilməsi, əmək haqları, digər fərdi gəlirləri, gəlirdən çıxılmalar, gəlir vergisinin hesablanması və sair məlumatlar), yoxlama ilə əhatə edilən dövrdə alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti göstərilməklə (anbarın hərəkəti) siyahısı; əsas vəsaitlərin kateqoriya üzrə hərəkət cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərəfindən yerinə yetirilmiş iş və xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, invoyslar, ödəniş sənədləri və sair sənədlərin surətləri, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı, görülmüş işlər üzrə təhvil-təslim aktları və yoxlamanın keçirilməsi üçün tələb olunan digər sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə), idxal və ixrac əməliyyatları barədə sənədlərin surəti (ödəniş sənədləri, yük gömrük bəyannamələri, invoyslar və sair) həmin qurumdan götürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar