Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8632/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzillə təmin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 06 iyul 2021-ci il tarixli məktubunun əsassız hesab edilərək, onun güzəştli mənzil şəraitinin yaxşılaşdırılması üçün şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən üçüncü şəxslər qismində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və anası X7 cəlb edilməklə, mənzil növbəsinə götürülməsi barədə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 10.04.2007-ci il tarixli 144 nömrəli sərəncamına əsasən mənzil şəraitinin yaxşılaşdırılması üçün şəhid ailəsi kimi mənzillə təmin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuşdur. X2 1987-ci ildə anası X12 ilə faktiki ər-arvad münasibətinə daxil olmuş və ümumi təsərrüfat aparmaqla ailə üzvü olmuşlar. Həmin ailə münasibətlərindən xx.xx.1991ci tarixdə o, doğulmuşdur. X2 ilə anası X12 arasında nigah rəsmi qeydə alınmadığından, qeydiyyat şöbəsinə gedərək, onun övladı olması barədə ərizə yazmış və həmin ərizə əsasında doğum haqqında şəhadətnamənin ata qrafasında atası kimi X3 yazılmışdır. Atası X1 olaraq İ Qarabağ Müharibəsinə getmiş, 28.01.1994-cü il tarixdə Ağdərə uğrunda gedən döyüşlərdə "döş qəfəsinin çoxsaylı girib çıxan güllə yarasından" şəhid olmuşdur. X2 "şəhid" olduqdan sonra, ailələrinə "şəhid ailəsi" statusu verilmişdir. Anası "Şəhid ailəsi" olaraq 2007-ci ildə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması, 2 nəfərlik (anası və o) ailə üzvü ilə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Başçısının 10.04.2007-ci il tarixli Sərəncamı ilə anası X12 "şəhid ailəsi kimi" mənzil nöbəsinə götürülmüşdür. Lakin aradan 14 il keçməsinə baxmayaraq, ailələri "şəhid ailəsi" kimi mənzillə təmin olunmamış və əsas olaraq, anası X12 ilə X2 arasında rəsmi nigah qeydinin olmadığı göstərilmişdir. Bundan sonra, o, "şəhid övladı" olaraq, Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətin Agentliyinə ərizə ilə müraciət edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi müraciətinə 06.07.2021-ci il tarixli məktubla cavab vermişdir ki, "Müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na əsasən şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları, qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar), texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Akademiyasında təhsil alanlar isə bu məktəbi bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər. Yuxarıda qeyd edilən qərarla təsdiq olunmuş qaydalarda müəyyən olunan ailə üzvü hesab „edilmədiyinizdən Sizin sosial-məişət şəraitinizin yaxşılaşdırılması Nazirliyin səlahiyyəti xaricindədir". Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 06 iyul 2021-ci il tarixli cavabı qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın nümayəndəsi X8 tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Azərbaycan SSR – Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”na və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50-ci və 51-ci maddələrinə əsasən müvafiq kateqoriyalardan olan vətəndaşların ailə üzvlərinin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2-ci maddəsinə əsasən ailə üzvləri ər-arvad, valideynlər və uşaqlar hesab olunurlar. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 10.04.2007-ci il tarixli 144 saylı sərəncamına əsasən vətəndaş X12 şəhdi ailəsi kimi imtiyazlı əsaslarla mənzil növbəsinə götürülmüşdür. Məhkəmə iclasında iddiaçının izahatından müəyyən olunmuşdur ki, onun valideynləri arasında rəsmi nikah olmamışdır. Yalnız qanuni nikahın tərəflər üçün hüquq və vəzifələr yaratdığını əsas gətirməklə, cavabdeh inzibati orqan iddianın təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxslərin iddia ilə bağlı yazılı münasibətləri məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxslər müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bri məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X8 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, iddiaçının anası X15 30.03.2007-ci il tarixdə mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar 2 nəfər ailə tərkibində (özü, oğlu) mənzil növbəsinə qəbul edilmələri barədə Nizami rayon İcra Hakimiyyətinə müraciət etmiş və o, 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) şəhid ailəsi kimi imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. İcra hakimiyyətinə təqdim olunmuş sənədlər arasında (mənzil uçot işində) X9 aid nikah haqqında şəhadətnamə əlavə olunmamış, sonuncunun şəhid ailəsi olmasını təsdiq edən müvafiq vəsiqə və şəhid ailəsi kimi pensiya alması barədə arayış təqdim olunmuşdur. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla məhkəmədən mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş materiallarında olan; - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X15 20.10.1970-ci ildə doğulmuşdur. - 10 iyun 1992-ci ildə Gəncə şəhər, Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş İ JQ seriyalı 337122 №li atalığın müəyyən olunması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 xx xxxxxxxx 1991-ci ildə X6 doğulmuş İddiaçı atası hesab edilmişdir və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 1992-ci ilin iyun ayının 10-cu günündə 93 nömrə ilə qeyd olunmuşdur. - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və 10 iyun 1992-ci ildə Gəncə şəhər, Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş XVİ JQ seriyalı 298004 №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuşdur. X2, anası isə X10r. - 09 dekabr 2020-ci ildə Gəncə şəhər, Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 110819 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 27 yanvar 1994-cü ildə Ağdərə rayonunda döş qəfəsinin çoxsaylı girib çıxan güllə yarası səbəbindən ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1994-cü ilin 01 ayının 28-ci günündə 89 nömrə ilə qeyd edilmişdir. - 020198 №li vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən müəyən olunur ki, qeyd olunan vəsiqə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Binəqədi rayon Əhalinin Sosial Müafiəsi Mərkəzi tərəfindən 05.04.2000-ci il tarixdə X9 “Şəhid ailəsi üzvü” olmasına dair verilmişdir. - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının “Vət. T.Hüsənovanın mənzil növbəsinə qəbul edilməsi haqqında” 10 aprel 2007-ci il tarixli 144 №li sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyən olunur ki, qeyd olunan sərəncamla şəhid ailəsi X7 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul ediməsi qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 11-19/115 №li 08.10.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Rayon İcra Hakmiyyəti tərəfindən X7 mənzil növbəsinə götürülməsinə dair inzibati icraat materiallarından müəyən olunur ki; - X15 30.03.2007-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, şəhid ailəsi olduğunu, oğlu ilə birlikdə yataqxanada yaşadıqlarını bildirmiş və qeyd olunanların nəzərə alınmaqla onun 2 nəfər ailə üzvü ilə (özü, oğlu) mənzil növbəsinə qəbul edilməsini xahiş etmiş və sonuncu tərəfindən yuxarıda qeyd olunan sərəncamla T.Ə.Hüsənovanın müraciəti təmin olunmuşdur. İddiaçının hazırki tələblə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə etdiyi müraciətinə cavab olaraq inzibati orqan tərəfindən verilmiş **********9 №li 06.07.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na əsasən şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları, qardaşları və bacıları (uşaq evində tərbiyə olunanlar), texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsi alanlar isə bu məktəbi bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər. Yuxarıda qeyd edilən təsdiq olunmuş qaydalarda müəyyən olunan ailə üzvü hesab edilmədiyindən onun sosial-məişət şəraitinin yaxşılaşdırılması Nazirliyin səlahiyyətləri xaricindədir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun: 1-ci maddəsinə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. 5-ci maddəsinə görə, şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"na əsasən: 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları 2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. İşdən görünür ki, iddiaçı şəhid ailəsi kimi mənzil şəraitinin yaxşılaşdırılması üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmiş, imtina onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq Qərarla təsdiq olunmuş qaydalarda müəyyən olunan ailə üzvü hesab olunmur. İddiaçının atası 1994-cü ildə şəhid olan vaxt iddiaçı 18 yaşına çatmadığından, o, şəhid ailəsi statusuna malik olmuşdur. İddiaçının anası şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə durarkən iddiaçı da ailə üzvü kimi siyahıya daxil edilmişdir. İddiaçının anası güzəştli mənzil növbəsində olsa da, mərhum X3 ilə aralarında rəsmi nikah olmadığından bu hüquqdan istifadə edə bilməmişdir. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etdiyi zaman iddiaçının yaşı 18-dən yuxarı olduğundan o, qanunda nəzərdə tutulan şəhid ailəsi statusunda olmamışdır. Lakin iddiaçının atasının şəhid olması mübahisə doğurmur. Beləliklə, iddiaçının atasının Vətən uğrunda şəhid olması, onun anası ilə birlikdə güzəştli şərtlərlə mənzil növbəsində olması cavabdehin dəlillərinin əsaslı olmadığını təsdiq edir. İddiaçı anası ilə bərabər güzəştli əsaslarla mənzil növbəsinə iş üzrə üçüncü şəxsin 2007-ci il tarixli sərəncamı ilə, yəni 18 yaşına çatmamış götürülmüşdür. Həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 30-cu maddəsinin birinci bəndində qeyd edilmişdir ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Həmin Məcəllənin 33-cü maddəsində qeyd edilir ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetin icraiyyə komitəsinin qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 36-cı maddəsində qeyd edilir ki, mənzil şəraiti yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 51.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci madəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü madəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 56.1-ci maddəsin əsasənə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Göründüyü kimi, qanunvericilikdə qanuni əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara yaşayış sahələrinin qanunda nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilməsi nəzərdə tutmuşdur. İş materiallarından da görüündüyü kimi iddiaçı 2007-ci ildən qanuni əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşımız mərdlik göstərərək canlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışdır. Həmin şəxslərin xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilmişdir, edilir və ediləcəkdir. Şəhidlərin əziz xatirəsini əbədiləşdirmək və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarını ödəmək, şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir. Bu mənada məhkəmə qeyd edir ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün müdafiəsinə qalxan şəxs Vətən uğrunda həlak olacağı halda Dövlətin və müvafiq qurumlarının onun ailəsinin yaşayış yeri və sair minimum ehtiyaclarını ödəyəcəyinə əmin olduğu üçün bu zirvəyə yüksəlir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyası da normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğunu tələb edir (149-cu maddənin İ hissəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Beləliklə, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 10.04.2007-ci il tarixli 144 nömrəli sərəncamına əsasən mənzil şəraitinin yaxşılaşdırılması üçün şəhid ailəsi kimi mənzillə təmin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 10.04.2007-ci il tarixli 144 nömrəli sərəncamına əsasən mənzil şəraitinin yaxşılaşdırılması üçün şəhid ailəsi kimi mənzillə təmin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8632/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8632/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver