Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8635/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh2nə qarşı (üçüncü şəxs X5) “sərəncamın etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Cavabdeh2nə, X2 və "xxxx" MTK-ya qarşı (üçüncü şəxs Yasamal rayon MKTB-nin tabeliyində 60 nömrəli MKİS göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı evin 28 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı mənzilə dair Bakı şəhəri, Cavabdeh2 Başçısının “Kirayə müqaviləsinin dəyişdirilməsi” haqqında xx.xx.1999-cu il tarixli sərəncamının və X1 adına bizə miras qismində məxsus olan 4 otaqlı mənzilin 2 otağına qeyri-qanuni olaraq Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli çıxarışın ləğv edilməsi haqqında qərar çıxarılması, Azərbaycan Respublikası MPM-nin 265.4-ci maddəsinə əsasən Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən hazırkı inzibati məhkəmə icraatı üzrə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X5 və "xxxx" MTK cavabdehlər sırasından çıxarılaraq iddia tələbi “Cavabdeh2 tərəfindən onun “Kirayə müqaviləsinin dəyişdirilməsi” haqqında xx.xx.1999-cu il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. X5 isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət olan yaşayış evi mərhum valideynlərinə məxsus olmuşdur. X25 1996-cı ildə, anası Ayşə Qafarova 1997-ci ildə vəfat etmişdir. Bundan sonra, mərhum bacısı Svetlana İskəndərovanın gəlini X4 qanunazidd yolla ata və anası vəfat edəndən sonra Bakı şəhər Cavabdeh2 Başçısının 2 otaqlı, 28 kv.m. evə dair xx.xx.1999-cu il tarixli 953 saylı sərəncamını almış və həmin sərəncam əsasında 2001-ci ilin 24 avqust tarixində OM seriyalı, 082996 nömrəli mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Bu fakt ona məlum olduqdan sonra, qeyd edilən qeyri-qanuni sərəncamın və çıxarışın ləğv edilməsi xahişi ilə Cavabdeh2nə və Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Həmin qurumların imtina məktublarını aldıqdan sonra Bakı şəhər Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişidir. Məhkəmə iddia tələbinin rədd edilməsi barədə 2(004)-359/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qətnamə çıxarmışdır. Qətnaməni onunla əsaslandırmışdır ki, Bakı şəhər Cavabdeh2 Başçısının sərəncamının və evə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın ləğvinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və ona görə də həmin hissədə iddia tələbinə xitam verilmişdir. Bu səbəbdən qanuni həlli məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət edir. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanında valideynləri, atası X16, X11na məxsus evdə yaşamışlar. Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi mənzilləri nömrələri olmayan ümumi həyətdə 15ə yaxın fərdi evlərdə qonşular yaşayırdı. Həmin həyətdə Ayşə Qafarovaya məxsus iki ev var idi. Bunlardan birincisi dörd otaqlı 65 kv.m.-dir. Həmin evdə ailəsi yaşayırdı. Həmin həyətdə 5 metr aralıda anası Ayşə Qafarovaya məxsus iki otaqlı 28 kv.m. ev var idi. Bu evdə isə bacısı İddiaçı1 və onun ailəsi yaşayırdı. 1978-ci ildə bacısı Svetlana vəfat etdi. Svetlananın oğlu İskəndərov Bəxtiyar və Məmmədağa Qafarovun bacısı Meyvə adlı qadının qızı Fazilə ilə ailə quraraq onu analarına məxsus Fuad İbrahimbəyov küçəsi 29/31 ünvanında yerləşən 2 otaqlı 28 kv.m olan evə gəlin gətirmişdir. X5 1986-cı ildən 2003-cü ilə kimi Fuad İbrahimbəyov küçəsi 29/31 ünvanında iki otaqlı 28 kv.m. olan evdə yaşamışdır. Bacısı Svetlananın oğlu evləndikdən 10 il sonra gözlənilmədən xx.xx.1996-cı il tarixində münaqişə zəmnində atamız X10 bıçaqlayaraq qətlə yetirmişdir. Ona görə də Bəxtiyar İskəndərov 1996-cı ildə tutularaq Yasamal rayon Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdir. X11 xx.xx.1997-ci il tarixində uzun çəkən xəstəlikdən sonra vəfat etmişdir. Ona məxsus 4 otaqlı 65 kv.m olan evdə İddiaçı2 3 uşağıyla birlikdə pasport qeydiyyatında olaraq yaşamış və həmin evdə uşaqlarından əlavə yaxın ailə tanışları, əslən Sabirabad rayonundan olan Abbasov Hicran Kərim oğlu ailəsi ilə birlikdə yaşamışdır. Abbasov Hicran Kərim oğlu iddiaçının razılığı ilə 1997-ci ildən 2003- cü ilə kimi anası Ayşə Qafarovaya məxsus 4 otaqlı 65 kv.m evdə yaşamışdır. X19 isə bu müddətlər ərzində həmin ünvanda, yəni ünvan 3metrlik evdə qızları Svetlana və Aysel ilə birgə yaşayıblar. X26 1997-ci il rəhmətə getdiyindən sonra Fərziyyə İskəndərova Bakı şəhəri Cavabdeh2nə müraciət etmiş, Bakı şəhər Cavabdeh2 başçısının xx.xx.1999-cu il tarixli 953 saylı sərəncamına əsasən Fuad İbrahimbəyov küçəsi 29/31 saylı, sahəsi 28 kv.m təşkil edən 2 otaqlı mənzilin kirayə müqaviləsi mərhumun gəlini X5 ilə bağlanmışdır. İddiaçıların bundan xəbəri olmayıb. Ona görə ki, qanunla götürdükdə hər iki evin vərəsələri onlar hesab olunur. Onlar bugünə kimi də xəbərsiz olmuşlar. Fərziyyə İskəndərovanın həyat yoldaşı, Svetlananın oğlu Bəxtiyar İskəndərov 8 il azadlıqdan məhrum edilməsi ilə əlaqədar 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman xx.xx.2001-ci il tarixində həyat yoldaşı X1 adına Fuad İbrahimbəyov küçəsi 29/31 də yerləşən mənzilin özəlləşməsinə etiraz etmədiyi haqqında razılıq ərizəsi vermişdir. Burda belə bir nəticəyə gəlmək olur ki, xx.xx.2001-ci il tarixində razılıq ərizəsi Bəxtiyar İskəndərov tərəfindən verildiyi halda Yasamal rayonu İcra Başçısı tərəfindən xx.xx.1999-cu il tarixində 953 saylı kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncamı verilmişdir. Göründüyü kimi razılıq ərizəsi ilə sərəncam arasında tarix pozğunluğu aşkar olunur. Fərziyyə İskəndərovaya verilmiş qanunsuz Cavabdeh2 başçısı tərəfindən xx.xx.1999-cu il tarixli 953 saylı kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncama əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi Seriya OM № 082996 nömrəli, Fuad İbrahimbəyov küçəsi 29/31 saylı evin 28,0 kvm yaşayış sahəsindən ibarət olan 2 otaqlı evə X2 xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsi və xx.xx.2001-ci il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş evin texniki pasportu verilmişdir. Sonra 2003-cü il tarixində iddiaçıların xəbəri olmadan Yasamal rayonu 60 saylı Mənzil kommunal istismar sahəsinin rəisi X17 MİKS-in işçiləri ilə birgə ünvan 4 ünvana gələrək X11na məxsus 2 otaqlı 28 kv.metrlik evdə yaşayan gəlinləri X2 qeyri-qanuni danışığa gedərək 2 otaqlı 28 kv.metrlik evdən çıxararaq anası Ayşə Qafarovaya məxsus 4 otaqlı 65 kv.m-lik evə iddiaçıların razılığı olmadan köçürmüşlər. Fərziyyə İskəndərova yaşadığı 2 otaqlı 28 kv.m-lik evə isə İmran adlı və həyat yoldaşı Hədiyyə adlı şəxləri köçürüblər. Bu baş verən hallara onların heç bir razılığı olmayıb və bizə Cavabdeh2 və 60 saylı mənzil kommunal istismar sahəsi tərəfindən heç bir məlumat verilməyib. Bacısı oğlu X3 2004-cü ildə cəzasını çəkib yaşadığı Fuad İbrahimbəyov küçəsi 29/31 saylı ünvana gəlmiş və görmüşdür ki, həyat yoldaşı X21 İbrahimbəyov küçəsi 29/31 ünvanında olan 2 otaqlı 28 kvm-lik evdə yox, mərhum nənəsi Ayşə Qafarovaya məxsus 4 otaqlı 65 kv.m-lik evə köçmüşdür. Cəzaçəkmə müəssisəsindən gəldiyi gün X13 İskəndərova arasında ciddi səbəbdən narazıçılıq yaranmış və onlar nikahda olmaqlarına baxmayaraq, qanunsuz olaraq Fuad İbrahimbəyov küçəsi, 29/31 ünvanında yerləşən 4 otaqlı evin 2 otağında Bəxtiyar İskəndərov, 2 otağında isə Fərziyyə İskəndərova heç bir səlahiyyətlə səlahiyyətləri olmadan yaşamışlar. 2013-cü ilin iyun ayının 18-də X6 həyat yoldaşı X5 ilə birgə Yasamal rayon qeydiyyat şöbəsinə müraciət edərək nikahın pozulması haqqında 294 saylı şəhadətnamə almışlar. 2013-cü il ərəfəsində X7 Bəxtiyar qızı İskəndərovanı Türkiyə Respublikası vətəndaşı olan şəxslə ailə qurması ilə əlaqədar Türkiyəyə köçdüyü üçün cavabdeh Fərziyyə İskəndərova da onlarlar birgə köçmüşdür. Fərziyyə İskəndərova 1999-cu ildə Cavabdeh2 tərəfindən aldığı sərəncama əsasən Bakı şəhər texniki invertarlaşma və mülkiyyət hüquqlarının idarəsindən qeydiyyat vəsiqəsi və texniki pasport razılıq olmadan alması ilə əlaqədar və 60 saylı MKİS-nin rəisi X17 və əməkdaşları tərəfindən həmin qanunsuz sənədi rəhbər tutaraq bir daha qanunsuzluğa yol verərək 65 kv.m-lik 4 otaqlı mənzilə köçərək, həmin 2 otaqlı 28 kv.m evə aldığı sənədləri təhvil vermədən 4 otaqlı 65 kv.m evdən istifadə etmişdir. Bu hallar bu sənədlər qanuna tam ziddir. Bunlara baxmayaraq X18 Respublikasına köçərək qanunsuz özünə saxladığı və iddiaçılara məxsus 4 otaqlı evin 2 otağını bağlamışdır. X15 köçdükdən sonra Bəxtiyar İskəndərov tanış olduğu bir qadınla nikahsız, həmin evdə yaşamışdır. 2022-ci il Pandemiya dönəmində bacısı oğlu X6 COVİD-19-a yoluxaraq vəfat etmişdir. Onun dəfn xərclərini iddiaçılar ödəyib. Bundan sonra X9 gəlmiş, dəfnə görə dövlət tərəfindən 800 manat pulu qızı Aysel İskəndərova almış, atasının qəbrini tikdirəcəyinə söz verərək getmişdir. Sonra 2024-cü ildə "xxxx" MMC şirkəti Yasamal rayonu, Fuad İbrahimbəyov 29/31 ünvanında və digər yaxın küçələrdə layihəyə uyğun söküntü işlərinin aparıldığı üçün Fərziyyə İskəndərova ilə əlaqə saxlayaraq onu Türkiyə Respublikasından Bakı şəhərinə "xxxx" şirkətinə dəvət etmiş və onunla danışıq apardıqdan sonra xx.xx.2024-cü il tarixli K- 171 saylı əvəzləşmə müqaviləsi bağlamışlar. Müqavilə bağlanarkən Yasamal rayon İcra başçısının xx.xx.1999-cu il tarixli 953 saylı “kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” sərəncamı, 12 saylı cəzaçəkmə müəssisəsində o zaman cəza çəkən Bəxtiyar İskəndərovun xx.xx.2001-ci il tarixli razılıq ərizəsi, texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportu əsas götürülmüş, Fərziyyə İskəndərovaya 2 otaq, 28 kv.m ev sahəsinə görə ona "xxxx" MMC şirkəti tərəfindən əlavə evin qarşısında olan asfalt sahəsinə görə 25 kv.m hesablayaraq, 53 kv.m çatdırılmış, sonra da həmin şirkət tərəfindən 10 kv.m pay kimi əlavə olunaraq, 63 kv.m əvəzləşmə müqaviləsi şirkət ilə Fərziyyə İskəndərova arasında bağlanılmışdır. Bu səbəbdən də belə hesab edir ki, həmin sərəncam qeyri-qanuni və əsasız olduğu üçün ləğv edilməlidir. Eyni zamanda Fərziyyə İskəndərovanın onların mərhum valideynlərinə məxsus 4 otaqlı mənzilə heç bir aidiyyəti yoxdur. O, çıxarış aldığı 2 otaqlı, sahəsi 28 kv.m olan evi sataraq, 4 otaqlı evin 2 otağına aidiyyəti olmayan saxta çıxarış təqdim etməklə, cinayət yolu ilə istəyinə nail olmuş və digər Bəxtiyar İskəndərova yaşadığı 2 otağı hansı səbəbdən hara etdiyi barədə İskəndərova və "xxxx" şirkəti məhkəməyə bildirməli və məsuliyyət daşımalıdırlar. Ona görə də iddiaçılar belə hesab edirlər ki, məhkəmə işə baxarkən bu barədə xüsusi qərardad çıxarmalı və aidiyyəti üzrə prokurora xəbər verməlidir. Həm də hesab edirilər ki, qeyd etdiyi məlum qərarın ləğv edilməsi haqqında məhkəmə qərarı çıxarılmalıdır.
4. Məhkəmənın iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs iştirakını təmin etməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
11. İddia tələbindən görünür ki, iddiaçılar inzibati aktın qeyd edilən əlamətlərinə malik Cavabdeh2 Başçısının “Kirayə müqaviləsinin dəyişdirilməsi” haqqında xx.xx.1999-cu il tarixli sərəncamının ləğv edilməsini tələb edirlər. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
14. İddiaçıların mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.
15. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
16. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
18. Hazırkı işdən iddiaçıların 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
19. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. İddiaçılar qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdırlar.
20. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, sərəncamın mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
21. Məhkəmə tərəfindən məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək həmin müddətin ötürülməsini əsaslandıran hallar barədə məlumat verilməsi təklif edilmiş, iddiaçılar ev söküldükdə məlumatları olmasına istinad edərək, iddia müddətinin ötürülmədiyini, tələbin təmin edilməsini qeyd etmişdirlər.
22. Odur ki, iddiaçıların inzibati məhkəmə icraatı qaydasında bu tələbi irəli sürməyə hüquqi maraqları, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva