Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8637/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı Nümayəndə iştirakı ilə, iddiaçılar Nümayəndə, X24 və X12 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Nümayəndə (oğlu), X24 (gəlini) və X12 (nəvəsi) Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsi, ev 24 (yeni qaydalara əsasən Məmmədhəsən Hacınski küçəsi, döngə l, ev 18) ünvanında yaşayış yeri üzrə qeydiyyata salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə iddiaçı əsl iddiaçılar Nümayəndə, X24 və X20 ilə əvəz edilməklə, iddia tələbinin “Nümayəndə, X15 və X12 Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsi, ev 24 (yeni qaydalarla: ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsi, ev 24 (yeni qaydalara əsasən Məmmədhəsən Hacınski küçəsi, döngə l, ev 18) ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyət hüquqlarını əldə etmişdir. Həmin mənzilə dair mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixindən №********** saylı seriya nömrəsi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müvafiq alqı-satqı müqaviləsi bağlandıqdan sonra o, Bakı şəhəri, Bakı şəhəri, Sabunçu rayonu,Şamil Kamilov küçəsi, ev 24-də (yeni qaydalara əsasən Məmmədhəsən Hacınski küçəsi, döngə 1, ev 18) ailə üzvləri olan Nümayəndə (oğlu), X24 (gəlini) və X20 (nəvəsi) ilə birgə yaşayır. Bununla belə mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu,Şamil Kamilov küçəsi, ev 24-də yalnız özü rəsmi olaraq qeydiyyatdadır. Qeyd edilir ki, işin faktiki hallarını sübuta yetirmək üçün işə əlavə edilən sənədlər arasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin tərəfindən təqdim edilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən Çıxarışıdan göründüyü üzrə Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsi, ev 24 (yeni qaydalara əsasən Məmmədhəsən Hacınski küçəsi, döngə l, ev 18) ünvanında yerləşən daşınmaz əmlak ümumi paylı mülkiyyətdir. Çıxarışdan göründüyü kimi yuxarıda qeyd olunmuş daşınmaz əmlakın sahibləri X30, X2,X17, X35 və X3. İddia ərizəsinə əlavə olunmuş Çıxarışdan da aydın olur ki, X1 və X10 daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasına dair qeydiyyat tarixi və qeydiyyat nömrəsi çıxarışda əks olunmamışdır. Səbəb olaraq isə bildirilir ki, onlara məxsus daşınmaz əmlak məlum olmayan müxtəlif vaxtlarda və müxtəlif səbəblərdən sökülmüş və hazırda faktiki olaraq onlara məxsus hərhansı bir faktiki daşınmaz əmlak mövcud deyildir. Əlavə olaraq qeyd edilir ki, ailə üzvlərinin rəsmi qeydiyyatı ilə bağlı razılıqların alınması üçün müvafiq şəxslərlə dəfələrlə əlaqə yaratmağa çalışsalar da qeyd olunan şəxslərin vəfat etdiyi bildirilmişdir. Bu zaman adları çəkilən şəxslərin vəfat etdiyindən və payçıların vərəsəlik qaydasında vərəsələri haqqında axtarışlar edilmiş, lakin vərəsəliyin qəbul edilibedilməməsi ilə bağlı hərhansı məlumat məlum olmamışdır və bu səbəbdən də, iddiaçıların hazırda qeydiyyat prosesi üçün çətinlik meydana gəlmişdir. Hazırda isə Nümayəndə, X24 və X20 faktiki yaşadığı yer üzrə qeydiyyata alınması üçün zərurət yaranmışdır. Bunun üçün Çıxarışda adları qeyd olunmuş X30 və X21 heç bir etirazlarının olmadıqlarını Notarial Qaydada təsdiq edilmiş Ərizələri ilə (iddia ərizəsinə əlavə olunur) bildirmişdirlər. İddiaçıların qeydiyyatı ilə bağlı Bakı şəhəri Sabunçu Polis İdarəsinə ünvanlanmış ərizəyə xx.xx.2024-cü il tarixli cavab məktubu (iddia ərizəsinə əlavə edilir) ilə bildirilmişdir ki, qeydiyyata alınmaq üçün bütün payçıların razılığı tələb edilir və əks halda Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Çıxarışda adları qeyd olunmuş digər iki payçı vəfat etdiyindən və mirası faktiki olaraq qəbul edən olmadığından həmin şəxslərdən qeydiyyat ilə bağlı razılıq alınması qeyri-mümkündür. İşin hallarına əlavə edilmiş sənədlər sırasında şəxsiyyət vəsiqəsinin surətindən də göründüyü üzrə xx.xx.2019-cu il təvəllüdlü X20 növbəti ildən etibarən təhsilinə başlaması üçün-birinci sinifə qəbul üçün baş vurmalıdır. Məlum olduğu kimi, birinci sinifə qəbul yaşayın yeri üzrə qeydiyyat əsasında aparılır və hal-hazırki vəziyyət üzrə nəvəm qeydiyyata alınmadığı təqdirdə faktiki yaşadığı ünvandan kilometrlər uzaqlıqda olan başqa bir məktəbə getməyə məcbur olacaqdır. Bu isə özlüyündə, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən müəyyən edilmiş “Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.” Prinsipinə ziddir. Əlavə olaraq iddia ərizəsinə əlavə olunmuş qoşmalardan məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu.Şamil Kamilov küçəsi, ev 24 (yeni qaydalara əsasən Məmmədhəsən Hacınski küçəsi, döngə l,ev 18) ünvanında yerləşən əmlakın bütün kommunal ödənişləri (işıq, qaz və su) X4 adınadır. Belə ki, qeyd olunan ünvan bir “dam” altında olması səbəbi ilə ümumi paylı mülkiyyət hesab olunsa da, faktiki olaraq hər bir payçı ayrı-ayrı qapılardan və komunal xəttlərdən istifadə etməklə müstəqil yaşamaqdadırlar. Daşınmaz əmlakın girişçıxışlarının fərqli olması və hər bir payçının kommunal sayğaclarının fərqli olmaqla öz adına olması payçıların ayrı-ayrı ailə olmasına dəlalət etməkdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər iddiaçılar isə heç bir üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 30.4-cü və 62.3-cü maddələrinə əsasən işə cavabdehin nümayəndəsinin və digər iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, paylı mülkiyyətçilərdən biri vəfat etmiş, digəri isə hazırda xarici ölkədə yaşayır, bu səbəbdən onların razılıq ərizələrini təqdim etmək mümkün olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçıların qeydiyyata alınmaları ilə bağlı X4 tələbinin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski, 1-ci döngə, 18) ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissədən 2/3 hissəsi X18, 1/3 hissəsi X1, 1/6 hissəsi X7, 4/6 hissəsi X4, 1/6 hissəsi isə X21 adına qeydiyyatdan keçmişdir. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, ünvan 5 (yeni qaydalarla Məmmədhəsən Hacınski küçəsi, döngə 1, ev 18) İsmayılov israfil Vaqif oğlu xx.xx.2009-cu il tarixdən, X13 xx.xx.2010-cu il tarixdən, X5 xx.xx.2010-cu il tarixdən, X36 xx.xx.2010-cu il tarixdən, X25 xx.xx.2003-cü il tarixdən, X31 xx.xx.2017-ci il tarixdən, Abbasova Hicran Vaqif qızı xx.xx.2002-ci il tarixdən, X8 xx.xx.2008-ci il tarixdən, X14 xx.xx.2003-cü il tarixdən, X26 xx.xx.2017-ci il tarixdən, X22 xx.xx.2017-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. Əlavə olaraq bildirilir ki, göstərilən ünvanda xx.xx.2021-ci il tarixdən qeydiyyatda olan X32, xx.xx.2022-ci il tarixdən qeydiyyatda olan X33, xx.xx.2023-cü il tarixdən qeydiyyatda olan X23 həmin ünvanda qeydiyyatda olan valideyninin yaşayış yeri üzrə qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş azyaşlıdırlar. Qeyd olunan ünvanda X11 xx.xx.2024cü il tarixdən qeydiyyatdadır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 24 saylı fərdi yaşayış evinin 1/2 hissədən 1/6 hissəsi X6, 1/2 hissədən 1/3 hissə açıq qalır X1, 1/2 hissədən 2/3 hissəsi X18, 1/2 hissədən 4/6 hissəsi X4 və 1/2 hissədən 1/6 hissəsi X21 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. -X30 və X35 tərəfindən təqdim edilmiş, notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X30 və X35 iddiaçıların ünvan 5 (yeni qaydalarla Məmmədhəsən Hacınski küçəsi, döngə 1, ev 18) ünvanına qeydiyyata alınmalarına etiraz etmirlər. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçılar ünvan 5 ünvanında qeydiyyatsız yaşayırlar. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. -3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. -5-ci maddəsinə (vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda- mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda- icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda- bu hüququn yaranmasına əsas olmuş sənədlər. Eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi "vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5ci maddəsinin 2-ci hissəsi yaşayış yerini dəyişdirmiş şəxsə yeni yaşayış yerinə gəldikdən sonra həmin yaşayış yeri üzrə qeydiyyata alınmağı məcburi göstərişlə şərtləndirir. Eyni zamanda qanunvericilik şəxsin qeydiyyatının aparılmasını məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququnun mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılmalı olmasını konkret olaraq müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2). Həmin Məcəllənin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (maddə 215.1). Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (maddə 215.5). Həmin Məcəllənin 220-ci maddəsinə əsasən ümumi paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1). Ümumi paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2). Azərbaycan Respublikasının Mənzil Məcəlləsininin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıların qeydiyyata alınmaq istədikləri ünvan 5 (yeni qaydalarla Məmmədhəsən Hacınski küçəsi, döngə 1, ev 18) ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıların həmin evdə yaşamaları təsdiq olunur, paylı mülkiyyətçilərdən X11, X30 və X35 onların adıçəkilən evə qeydiyyata alınmalarına etiraz etmirlər, digər paylı mülkiyyətçilərin isə harada olması barədə məlumat mövcud olmadığından, razılıqlarının olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında da göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Plenum Qərarında həmçinin göstərilmişdir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə, həmçinin bildirir ki, şəxsin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır ki, şəxsin başqa bir ünvanda formal olaraq qeydiyyata alınması, iddiaçıların faktiki yaşayış yerinin müəyyən edilməməsi yuxarıda adı çəkilən vəzifə və hüquqlarının reallaşdırılmasına şərait yaradılması məqsədi ilə uyğunluq təşkil etmir. Halbuki, iddiaçının faktiki yaşayış yerlərinin müəyyən edilməsi iddiaçının özü ilə yanaşı, həmin şəxslərin faktiki yaşayış yerini müəyyən etmək imkanına, mövcud məlumat bazasına malik olan dövlət orqanlarının, nəticədə dövlət maraqlarına xidmət etmiş olur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdə olsa da, iddia tələbində qaldırılan məsələ həmin əmlaka sahiblik və istifadə ilə bağlı deyil, yaşayış yeri üzrə qeydiyyata alınma barədədir. Bu baxımdan, iddiaçının həmin yaşayış sahəsinə qeydiyyata alınması başqa şəxslərin, o cümlədən daşınmaz əmlakın digər mülkiyyətçilərinin hüquqlarını pozmur. Əksinə, iddiaçının ailəsi ilə birlikdə faktiki yaşadığı mübahisəli evə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədlərinə uyğundur. Beləliklə, istinad olunan normaları hazırkı mübahisənin hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar Nümayəndə, X24 və X12 Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsi, ev 24 (yeni qaydalara əsasən Məmmədhəsən Hacınski küçəsi, döngə 1, ev 18) ünvanına qeydiyyata alınmaları üçün hüquqi əsas mövcuddur və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədlərinə xidmət edir. Cavabdeh inzibati orqanın imtinası qanunauyğun sayılmamalı və iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar Nümayəndə, X24 və X12 Bakı şəhəri, Sabunçu rayonu,Şamil Kamilov küçəsi, ev 24 (yeni qaydalara əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanına qeydiyyata alınmaları öhdəliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8637/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8637/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver