Məhkəmə qərarları › İş №2-1(112)-864/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-864/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-864/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə əlilliyin təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sağlamlığında ciddi problemlər yarandığına görə dəfələrlə stasionar və ambulator müalicələr almışdır. Lakin sonda sağlamlığını bərpa edə bilməmiş və 2016-2020-ci illərdə ikinci dərəcəli əlillik almışdır. Bununla belə sağlamlığı getdikcə pisləşmiş, ona görə 2023-cü ilin dekabr ayında cavabdeh tərəfindən müayindən keçirilmiş və əlilliyinin müəyyən edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi (forma-88) “yanlış və ya natamam doldurulma,tibbi müəssisəyə geri qaytarılır” göstərilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2023- cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX. Sabit gərginlik stenokardiyası tutmaları ilə İİİ f/s, teztezproqressivləşən və qeyri stabil gedişli. Stent implantasiyasından sonrakı vəziyyət. Transmural miokard infarktlarından (xx.xx.2016) sonrakı kardioskleroz..Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: İxtisaslaşdırılmış tibb müəssisəsidə ətraflı müayinə olunaraq xəstənin hazırkı vəziyyəti, ağırlaşmaları təsdiqləyən müayinə nəticələri dəqiqləşdirilsin” qeyd olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. İddianının mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR ƏƏSMN Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli, U00136462JVP nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması – İxtisaslaşdırılmış tibb müəssisəində ətraflı müayinə olunaraq xəstənin hazırkı vəziyyəti, ağırlaşmaları təsdiqləyən müayinə nəticələri dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. -TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışlara əsasən İddiaçı barəsindəki: -12 saylı şəhər Poliklinikasının göndərişi xx.xx.2013-cü il tarixdə qiymətləndirilmiş və "Səbəbi: Ümumi xəstəlik => İX sinif – Qan dövranı sistemi xəstəlikləri => 120-125 – Ürəyin işemik xəstəlikləri => 120 – Stenokardiya (döş inağı) => 120.8 – Stenokardiyanın digər formaları. ÜİX stabil gərginlik stenokardiyası İİİ fs. Hipertoniya xəst. İİ mər. X7. Hepatoxolesistitin kəskinləşməsi. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər ÜİX” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. -12 saylı şəhər Poliklinikasının göndərişi xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və "Ümumi xəstəlik => İX sinif – Qan dövranı sistemi xəstəlikləri => 120-125 – Ürəyin işemik xəstəlikləri => 125 – Ürəyin xroniki işemik xəstəliyi => 125.9 – Ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi. ÜİX stabil gərginlik stenokardiyası İİİ faza Hipertoniya xəst. krizlərlə Nevrasteniya. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər ÜİX stabil gərginlik stenokardiyası İİİ faza Hipertoniya xəst. krizlərlə Nevrasteniya" səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. -xx.xx.2016-cı il tarixdə Əlillik AS tərəfindən elektron təyinatla “Ümumi xəstəlik => İX sinif – Qan dövranı sistemi xəstəlikləri => 120-125 – Ürəyin işemik xəstəlikləri => 125 – Ürəyin xroniki işemik xəstəliyi => 125.9 – Ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi. ÜİX stabil gərginlik stenokardiyası İİİ faza Hipertoniya xəst. krizlərlə Nevrasteniya. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər ÜİX stabil gərginlik stenokardiyası İİİ faza Hipertoniya xəst. krizlərlə Nevrasteniya" səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. -Bakı Qaradağ Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli forma-88 arayışından görünür ki, iddiaçıda aşağıdakı xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz - İ20.8. Stenokardiyanın digər formaları, ÜİX. Sabit gərginlik stenokardiyası tutmaları ilə İİİ f/s, tez-tez proqressivləşən və qeyri-stabil gedişli. Stent implantasiyasından sonrakı vəziyyət. Transmural miokard infarktlarından (xx.xx.2016) sonrakı kardioskleroz..; Ağırlaşma – İ50.0. Durğunluq ürək çatışmamazlığı, Total xroniki ürək çatmamazlığı İİİ f/s, dekompensasiya mərhələsində, sol mədəciyin sistolik funksiyasının proqressiv pisləşməsi ilə; Yanaşı xəstəliklər – E11.7. İnsulindən asılı olmayan şəhərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip, çoxsaylı ağırlaşmalarla. Diabetik nefopatiya. Xroniki böyrək çatmamazlığı İİİ dərəcə (Qanda kreatinin – 784 mkmol/l; Yumaqcıq filtrasiya sürəti – 33 ml/dəqiqə), Diabetik polineyropatiya. Yanaşı xəstəliklər – İ13.0. Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin və böyrəklərin zədələnməsi ilə hipertensiv (hipertoniya) xəstəliyi, Hipertoniya xəstəliyi İİİ dərəcə, əlavə risk İV dərəcə, ürək, beyin və böyrək funksiyasının əhəmiyyətli pozğunluqları ilə, tez-tez baş verən ağırlaşmış hipertonik krizlərlə. Dissirkulyator ensefalopatiya, kəskin müvazinət pozğunluğu və psevdobulbar sindrom əlamətləri ilə. Yanaşı xəstəliklər – Koronar angioplastik implantatın və transplantatın olması, 5 Koronar angioplastika – stent implantasiyasından (xx.xx.2016) sonrakı vəziyyət. İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə edilməklə vəziyyətinin qiymətləndirilməsi və əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 10 (on) gün müddət ərzində yenidən baxılması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məktuba İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti əlavə edilmişdir. -AR ƏƏSMN tabeliyində DTSERA-nın Tibbi sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-13903/2024 saylı qərarından görünür ki, İddiaçı əyani müayinəsi keçirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakı normalara istinad edir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra- TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -1.9-cu bəndinə əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli, U00136462JVP saylı tibbi göndərişi (Forma 88) üzrə ona ikinci dərəcəli əlilliyin təyin edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnozun öz təsdiqini tapmaması” səbəbi ilə təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixli, U00136462JVP saylı tibbi göndərişdə iddiaçıda iddiaçıda aşağıdakı xəstəliklər müəyyən edilmişdir: Əsas diaqnoz: XBT-10 kodu İ20.8 olan “Stenokardiyanın digər formaları, ÜİX. Sabit gərginlik stenokardiyası tutmaları ilə İİİ f/s, tez-tez proqressivləşən və qeyri-stabil gedişli. Stent implantasiyasından sonrakı vəziyyət. Transmural miokard infarktlarından (xx.xx.2016) sonrakı kardioskleroz”, Ağırlaşma: XBT kodu İ50.0 olan “Durğunluq ürək çatışmamazlığı, Total xroniki ürək çatmamazlığı İİİ f/s, dekompensasiya mərhələsində, sol mədəciyin sistolik funksiyasının proqressiv pisləşməsi ilə”, Yanaşı xəstəliklər: -XBT kodu İ13.0 olan Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin və böyrəklərin zədələnməsi ilə hipertensiv xəstəlik (hipertoniya), Hipertoniya xəstəliyi İİİ dərəcə, əlavə risk İV dərəcə, ürək, beyin və böyrək funksiyasının əhəmiyyətli pozğunluqları ilə, tez-tez baş verən ağırlaşmış hipertonik krizlərlə. Dissirkulyatr ensefalopatiya, kəskin müvazinət pozğunluğu və psevdobulbar sindrom əlamətləri ilə, -XBT kodu Z95.5 olan Koronar angioplastik implantın və transplantın olması, 5 Koronar angioplastika- stent implantasiyasından (xx.xx.2016) sonrakı vəziyyət. -XBT kodu E11.7 olan insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, Diabetik nefropatiya. Xroniki böyrək çatmamazlığı İİİ dərəcə (Qanda kreatinin- 784 mkmol/l, yumaqcıq filtrasiya sürəti-33 ml/dəqiqə), Diabetik polineyropatiya. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2-ci bəndində İ20-25 kodu altında göstərilmiş “Ürəyin işemik xəstəliyi” aşağıdakı hallarda əlilliyin təyin edilməsi üçün əsas verir: 2.2.1 ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda- 35-60 faiz pozulma 2.2.2 ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda - 65-80 faiz pozulma 2.2.3 ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda- 85-100 faiz pozulma Meyarlarda 2.3-cü bəndə İ50 kodu altında göstərilmiş “Ürək çatışmazlığı” xəstəlikləri və Z95 kodu altında göstərilmiş “Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması” aşağıdakı hallarda əlilliyin təyin edilməsi üçün əsas verir: 2.3.1 ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ- 35-60 faiz pozulma, 2.3.2 ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ- 65-80 faiz pozulma, 2.3.3 ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ- 85-100 faiz pozulma, 2.3.4 ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər- 80 faiz pozulma. 2.3.5 ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda- 50 faiz pozulma. Meyarlarda 2.1-ci bənddə İ10-İ15 kodu altında göstərilən “Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər” aşağıdakı hallarda əlillik təyin edilməsi üçün əsas verir: 2.1.1 arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə- 35-60 faiz pozulma, 2.1.2 arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə- 65-80 pozulma ilə, 2.1.3 arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə- 85-100 faiz pozulma ilə. Meyarlarda E11 kodu altında göstərilən “İnsulindən asılı olmayan şəkərli diabet” aşağıdakı hallarda əlillik təyin edilməsi üçün əsas verir: 11.2.2.1 diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİ mərhələ, XBÇ İ mərhələ - 35-60 faiz pozulma. 11.2.2.2. diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİİ mərhələ, XBÇ ll mərhələ- 65-80 faiz pozulma, 11.2.2.3. diabetik nefropatiya, XBX lV mərhələ, XBÇ lll mərhələ adekvat effektiv əvəzedici terapiyanın (hemodializ, peritoneal dializ, böyrək köçürülməsi) aparılması şərtilə şəkərli diabetin digər ağır və aparılan müalicənin fəsadlarının olmadığı halda- 90 faiz pozulma, 11.2.2.4. diabetik nefropatiya, XBÇ V mərhələ, terminal mərhələ, adekvat effektiv əvəzedici terapiyanın aparılmaması (aparılması qeyri-mümkün olduğu) və ya qeyrieffektiv olduğu halda, eyni zamanda, şəkərli diabetin və (və ya) aparılan müalicənin çoxsaylı fəsadlarının olması- 100 faiz pozulma. İşin araşdırması zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.1967-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.

2. İddiaçınun canlı müayinəsi zamanı onda xx.xx.2023-cü il tarixli, U00136462JVP nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnoz müəyyən olunurmu?

3. İddiaçınun canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?

4. İddiaçınun xəstəliklərinin qiymətləndirilməsi zamanı onda ürək çatışmazlığı xəstəliyi müəyyən edilirsə, bu diaqnoz onda ürək damar sisteminin (ÜDS) mülayim, ciddi, yoxsa ağır və davamlı disfunksiyası formasında təzahür edir?

5. İddiaçınun xəstəliklərinin qiymətləndirilməsi zamanı onda ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda dərin dəyişikliklərin baş verməsi müşahidə olunurmu?

6. İddiaçınun xəstəliklərinin qiymətləndirilməsi zamanı onda insulindən asılı olmayan şəkərli diabet diaqnozu müəyyən edilirsə, bu xəstəlik onda böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya (ifrazetmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq) ilə nəticələnmişdirmi?

7. İddiaçınun xəstəliklərinin qiymətləndirilməsi zamanı onda ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması xəstəliyi müəyyən edilirsə, bu diaqnoz onda ürək damar sisteminin (ÜDS) mülayim, ciddi, yoxsa ağır və davamlı disfunksiyası formasında təzahür edir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş T388/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində qoyulmuş suallara aşağıdakı qaydada cavab verilmişdir: 1-3-cü suallar üzrə: Vətəndaş İddiaçınm iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına X8 tərtib edilmiş xx.xx.2023-cü il tarixli U00136462JVP saylı göndərişdə qeyd edilmiş “XBT 10 kodu ilə: Əsas xəstəlik: İ20.8- Stenokardiyanın digər formaları. ÜİX. Sabit kodu ilə: Əsas xəstəlik: İ20.8- Stenokardiyanın digər formaları. ÜİX. Sabit gərginlik stenokardiyası tutmaları ilə İİİ f\s, tez-tez proqressivləşən və qeyri stabil gedişli. Stent implantasiyasmdan sonrakı vəziyyət. Transmural miokard infarktından (xx.xx.2016) sonrakı kardio-skleroz; Ağırlaşma: İ50.0-Durğunluq ürək çatmamazlığı. Total xroniki ürək çatmamazlığı İİİ f\s, dekompensasiya mərhələsində sol mədəciyin sistolik funksiyasının proqressiv pisləşməsi ilə; Yanaşı xəstəliklər: İ13.0- (Durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin və böyrəklərin zədələnməsi ilə. Hipertenziv (hipertoniya) xəstəlik (-yi). Hipertoniya xəstəliyi İİİ dərəcə, əlavə risk İV dərəcə, əlavə risk İV dərəcə, ürək beyin və böyrək funksiyalarının əhəmiyyətli pozğunluqları ilə, tez-tez baş verən ağırlaşmış hipertonik krizlərlə. Dissirkulyator ensefalopatiya, kəskin müvazinət pozğunluğu və psevdobulbar sindrom əlamətləri ilə; Z95.5-Koronar angioplastok implantatın və transplantatm olması. 5 Koronar angioplastika-stent implantasiayasından (xx.xx.2016) sonrakı vəziyyət; E11.7- İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip, çoxsaylı ağırlaşmalarla. Diabetik nefropatiya. Xroniki böyrək çatmamazlığı İİİ dərəcə. (Qanda kreatinin-784mkmol\l. Yumaqcıq fıltirasiya sürəti 33ml\dəq). Diabetik polineyropatiya” diaqnoz xəstənin stasionarlarda müayinə və müalicəsi zamanı obyektiv, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı aparılmış Exo-KQ (nəticə: LVEF= 63%), aşağı ətrafların doppleroqrafıyası (nəticə: Magistral tipli axınlar) və uroloji ultrasəs (nəticə: Dəyişiksizdir) müayinələrinin nəticələrinə əsasən əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu müəyyən edilməmiş, “Şəkərli diabet” isə öz təsdiqini tapmamışdır. X2 10 kodu ilə göstərilməsi hər bir ixtisas sahəsi üzrə mütəxəssis həkimlərin səlahiyyətlərinə aiddir. -Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən X6 İnstitutuna göndərilmiş və onun xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “İ20.8-ÜİX. Gərginlik stenokardiyası İİ FS. İ11-Hipertoniya xəstəliyi İİ dərəcə. E11- Şəkərli diabet İİ tip” diaqnozu qoyulmuşdur. 4-7-ci suallar üzrə: Qərardadda göstərilən hallar meyarların təyininə aid olduğundan onların həlli məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, Meyarlara əsasən şəxsin əlilliyinin müəyyən edilməsi üçün onda göndərişdə təyin edilmiş diaqnozlara uyğun altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Lakin hazırkı halda, iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onda hüquqi marağına uyğun olaraq ikinci dərəcə əlilliyin təyin edilməsi üçün Meyarların ürək damar sisteminin xəstəlikləri, qan təzyiqi və endokrin sistemin xəstəliklərinin ağırlaşmaları diaqnozları üzrə orqanizmin funksiyalarının 65-80 faiz pozulması kimi qiymətləndirilən 2.1.2-ci, 2.2.2-ci, 2.3.2-ci və 11.2.2.2-ci altbəndinlərindəki halların mövcudluğu nə tibbi sosial-ekspert komissiyasında müayinəsi zamanı, nə də ekspertiza tədiqatı zamanı müəyyən edilməmişdir. Belə ki, təqdim olunan rəydən göründüyü kimi, ekspertiza tədqiqatı dövründə iddiaçı X6 İnstitutunda müayinə edilmiş və nəticədə “İ20.8-ÜİX. Gərginlik stenokardiyası İİ FS. İ11-Hipertoniya xəstəliyi İİ dərəcə. E11-Şəkərli diabet İİ tip” xəstəliklərinin olduğu müəyyən edilmişdir. Halbuki, Meyarlara əsasən İ20.8 diaqnozu üzrə ürək damar sisteminin ciddi disfunksiyası, stenokardiya və ya ağrısız işemiya, funksional sinif İİİ dərəcə olduqda, yaxud xroniki ürək çatışmazlığı İİB mərhələsində olduqda və ya miokardın revaskulyarizasiyası mümkün olmadıqda orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlillik dərəcəsi təyin edilə bilərdi. Həmçinin, müayinə zamanı iddiaçıda E11-Şəkərli diabet İİ tip xəstəliyi müəyyən edilmişdir. Meyarlara əsasən isə E11.7 diaqnozu diabetik nefropatiya, proteinuriya mərhələsi, xroniki böyrək xəstəliyi İİİ mərhələ və ya xroniki böyrək çatışmazlığı ll mərhələdə olduqda orqanizmin funksiyalarının 65-80 faiz pozulması hesab olunur və buna müvafiq əlillik təyin etməyə imkan verir. Son olaraq müayinə zamanı iddiaçıda İ11-Hipertoniya xəstəliyinin İİ dərəcədə olduğu təsbit edilmişdir. Lakin Meyarlara əsasən İ11 diaqnozu üzrə hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə müşayiət olunduqda orqanizmin funksiyalarının 65-80 faiz pozulması kimi qiymətləndirilir və müvafiq əlillik dərəcəsinin təyin edilməsinə imkan verir. Göründüyü kimi, müvafiq ekspert rəyi ilə iddiaçıda Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli, U00136462JVP saylı tibbi göndərişində (Forma 88) qoyulmuş diaqnozların ikinci dərəcə əlillik (OFP-nin 65-80 faiz pozulması) təyin etmək üçün əsas verən ağırlaşmaları müəyyən edilməmişdir. Bu isə ikinci dərəcə əlilliyin təyininə əsas verən xəstəliklərin iddiaçıda mövcud olmaması deməkdir. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göründüyü kimi, formalaşmış məhkəmə təcrübəsi də o yöndədir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin məhkəmə tibbi ekspertizası vasitəsi ilə şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə üçün hüquqi baza kimi çıxış edir. Həmçinin oxşar mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respbulikası Ali Məhkəməsinin 2-1(102)-2842/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında analoji hüquqi mövqe nümayiş etdirilmişdir. Məhkəmə qeyd edir ki, «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.8 və 2.4-cü bəndlərindən göründüyü kimi, əlillik səlahiyyətli tibb müəssisəsinin göndərişində qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Bu baxımdan, həm də iddiaçının məqsədinin yalnız əlilliyinin müəyyən edilməsi deyil, konkret olaraq ikinci dərəcə əlilliyin (orqanizmin funskiyalarının 61-80 faiz pozulması kimi) təyin edilməsi olduğu nəzərə alındıqda, həmin xəstəliyin əlillik üçün əsas verən olub-olmaması üzrə müvafiq qiymətləndirmə yalnız səlahiyyətli tibb müəssisəsinin göndərişində müəyyən edildiyi halda aparıla bilərdi. Məhkəmə bir məqamı da qeyd edir ki, iddiaçıya əvvəlki dövrlərdə, yəni 2013-2021-ci illərdə tibb müəssisəsinin göndərişləri əsasında əlillik təyin edilməsi xüsusatı nə işin halları, nə də cavabdehin özü tərəfindən təkzib edilmir. Lakin nəzərə almaq lazımdır ki, hazırkı mübahisənin əsasında iddiaçının xx.xx.2023-cü il tarixli, U00136462JVP saylı tibbi göndəriş əsasında qiymətləndirilməsi nəticəsində ona əlilliyin təyin edilməsindən imtina dayanır. Məhkəmə hesab edir ki, şəxsə onun barəsində təyin olunmuş diaqnoz əsasında əvvəllər əlilliyin müəyyən edilməsi faktı növbəti müayinədə də əlillik dərəcəsinin təyin edilməsinə birbaşa əsas ola bilməz. Belə ki, şəxsə əlilliyin təyin edildiyi müddətin sonunda orqanizmin xəstəlik və ya zədə nəticəsində pozulmuş funksiyalarının bərpası istisna edilmədiyindən yalnız şəxsin sağlamlıq vəziyyətinin cari qiymətləndirilməsi nəticəsində ona əlillik təyin edilməsi üçün əsas verən xəstəliklərin olub-olmaması müəyyən edilməlidir. Bu mənada indiki halda iddiaçıya yenidən əlillik təyin edilməsi üçün əsaslar mövcud olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, odur ki, iddia təmin edilməməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar