Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8643/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 9 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ilkin olaraq xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar - gözdən əlilliyi olan şəxs səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və təyin edilmiş əlillik eyni dərəcə, eyni səbəb əlaqəsi ilə xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. İddiaçıya xx.xx.2022-ci il tarixdə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilik təyin edilmişdir. Diaqnoz: Göz almasının degenerativ vəziyyəti, .Sağ göz almasının dəlib keçən qəlpə yaralanmasına görə sağ göz almasının enakulyasiyasından sonrakı vəziyyət monokulyar korluq sağ gözün protezi Xroniki beyin-qan dövranı pozulması. Kəllə daxili hipertenziya. Beyin atrofiyası. Koqnitiv koordinator pozulmalarla. Kəllədaxili hipertenziya Nevrasteniya, .kəskin asteno –nevrotik sindrom Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr sağ əlin 1-ci barmağının distal falanqasında qəlpə yarasından sonra dəri çapığı.döş qəfəsinin sağ yuxarı hissəsində metal qəlpə. İddiaçı ona təyin edilmiş əlilliyin dərəcəsinin dəyişdirilməsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçını xx.xx.2024-cü il tarixdə əyani müayinə edərək xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya xx.xx.2022-ci il tarixdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyi qüvvədə saxlamışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2548/2024 nömrəli qərarının ləğv edilməsini və ona təyin edilmiş 3-cü dərəcə əlilliyin dəyişdirilərək 2ci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xəstəliyi ilə əlaqədar olaraq ona 2022-ci ilə qədər 2 dəfə (1 dəfə 1 illik, 1 dəfə 5 illik omaqla) 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. xx.xx.2022-ci il tarixdə əlilliyi AA AA******* seriya nömrəli sənədlə əsassız şəkildə müddətsiz 3-cü dərəcəyə salınmışdır. 23 nömrəli şəhər poliklinikası tərəfindən əlilliyin gücləndirilməsi səbəbi ilə yenidən xx.xx.2022-ci il tarixdə C00002531ZPV seriya nömrəli forma 88 rəsmiləşdirilərək ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülmüşdür. Həmən tarixli C00002531ZPV seriya nömrəli forma 88-ə TSERA tərəfindən “Dövlət səhiyyə müəssəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi qeyd olunmamışdır” səbəbini qeyd etməklə imtinaya dair əsassız qərar qəbul olunmuşdur. Bununla əlaqədar olaraq TƏBİB-ə elektron müraciət ünvanlamışdır. TƏBİB-in müraciətlərlə iş departamentinin rəhbəri Emin Süleymanov rəsmi şəkildə bildirmişir ki, 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yazılı məlumatına əsasən Sizə müəssisənin Həkim Məsləhət Komissiyası (HMK) tərəfindən Tibbi-Sosial Ekspertiza komissiyasına (TSEK) təqdim olunan göndərişdə əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” qeyd olunmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 1681 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2014), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, kəllədaxili hipertenziya ilə təzahür edən posstravmatik ensefalopatiya ilə nəticəsi. Xroniki beyin qan dövranının pozulması. Beyin atrofiyası. Partlayış travması (xx.xx.2014) sağ göz almasını dəlib keçən yaralanması, konyunktivanın, buynuz qişanın çoxsaylı yad cisimləri, hifema, fakodonez, hemoftalm, gözdaxili yad cismə görə aparılmış pars plana vitrektomiya və yad cismin çıxarılması əməliyyatı (xx.xx.2015), enukleasiya+implant cərrahi əməliyyatından (xx.xx.2018) sonrakı anoftalm nəticəsində görmə itiliyi 0 (sıfır). Qarnın ön divarının diagnostik mini laparotomiya əməliyyatından (xx.xx.2015) sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (xx.xx.2014) nəticəsində sağ əlin birinci barmağının proksimal falangasının qəlpə yarası, proksimal falanqa sümüyünün sınığına, döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz etməyən kor qəlpə yaralanmasına (xx.xx.2014) görə aparılmış yaranın birincili-cərrahi işlənməsindən (xx.xx.2014) sonrakı bərkimiş dəri çapığı, kafi bitişmiş sınığı. Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının yad cismi (metal qəlpə). Çənə sümüyünün sağ yarısında yumşaq toxumada kiçik ölçülü metal qəlpələr” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sol gözün mürəkkəb miopik astiqmatizmi M 3,0D və 1,0D nəticəsində görmə itiliyinin 0,7-ə qədər azalması, korreksiya etmir. İkincili hissəvi adentiya. Xroniki qastroduodenit, remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi ’’Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Lakin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində qeyd olunan xəstəlik haqqında Şəhadətnamə aşkarlanmamışdır. Vətəndaşa Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 451 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (xx.xx.2014), sağ göz almasının dəlib keçən yaralanması, konyunktivanın, buynuz qişanın çoxsaylı yad cisimləri, hifema, fakodonez, hemoftalm, gözdaxili yad cismə görə aparılmış Pars plana vitrektomiya və yad cismin çıxarılması əməliyyatından (xx.xx.2015) sonrakı vitreoretinopatiyası, görmə itiliyinin tam korluğa qədər azalması, sol gözün görmə itiliyi 1,0 olmaqla. Diaqnostik mini laparotomiya əməliyyatından (xx.xx.2015) sonrakı vəziyyət. Partlayış travması (xx.xx.2014) nəticəsində sağ əlin birinci barmağının distal falanqasının qəlpə yarasından sonrakı dəri çapığı və distal falanqa sümüyünün kafi bitişmiş sınığı, funksiyanın pozulmaması ilə. Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz etməyən kor qəlpə yaralanmasına (xx.xx.2014) görə aparılmış yaranın birincili-cərrahi işlənməsindən (xx.xx.2014) sonrakı vəziyyət. Döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanıın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başından snayper mərmisi ilə yaralandığını söyləmiş, başında qəlpələr olmasından, başının sağ tərəfində qıcanma, keyimə hissi olmasından, sağ gözünün olmamasından, sol gözün görməsində narahatlıqdan şikayətlənmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını bildirmişdir. Baxış zamanı alının sağ tərəfində, döş qəfəsinin sağön səthində çapıqlar, qarının ön səthində orta-orta laparotomiyanın çapığı izlənmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit müəyyən edilməmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023-cü il tarixli Döş nahiyəsinin MRT müayinəsinin nəticəsi “Mətndə qeyd edilən fəqərəarası disklərin degenerativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyaları” kimi qeyd edilmiş, klinik olaraq əlillik təyinatına əsas verməmişdir. X1 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ bazu oynağının ön səthində kobud dartıcı çapıq toxuması, sağ Vİ qabırğa səviyyəsində yumşaq toxumalarda (0,5*0,6 mm ölçüdə) yad cismi (qəlpə). Sağq əlin İ barmağının distal falanqasının bitişmiş sınığı, əzələ atrofiyası, daimi ağrı sindromu ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 7644 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Xroniki beyin işəmiyası. Beyin qan dövranı pozulması. Kəllədaxili hipertenziya. Beyin atrofiyası. Anoftalm. Astiqmatizm” kimi qeyd olunmuşdur. X2 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “EEQ müayinəsi xəstə oyanıqlı (və ya yuxu zamanı) vəziyyətdə aparılıb. EEQ zamanı spesifik və qeyri spesifik paroksizmal aktivlik tipli aktivlik gicgah və mərkəzi təpə nahiyəsində qeyd olunur” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində kiçik ölçülü qliotik ocaqlar. Baş beynin mülayim kortikal atrofik dəyişikliyi. Sagtərəfli anoftalmiya diqqəti cəlb etmişdir. Sağ göz yuvasının ətrafında çoxsaylı metal yad cisimlər” kimi qeyd edilmişdir. X3 adına xx.xx.2023-cü il tarixli 10558 nömrəli Tibbi rəyində diaqnoz "VİS OD=Anoftalm. VİS OS=Q,8 k/e (onda səkkiz). OD- Anoftalm orbitanın çoxsaylı metal yad cisimləri. Zədədən sonrakı vəziyyət. OS- Sadə miopik astiqmatizm. M3,0 və 1,0” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi ‘‘VİS OD anoftalm VİS OS 0,6 k/e. OD anoftalm. OS mürəkkəb miopik astigmatizm” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlara, instrumental və obyektiv müayinə nəticələrinə əsasən, xəstənin hazırkı vəziyyəti əlillik təyinatının gücləndirilməsinə əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır, (gözdən əlil) Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmənin əvvəlki iclaslarında iddia tələbinə dair yazılı etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin sonuncu iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin işirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddiaçı ona 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı ona 2022-ci ildə təyin edilmiş əlilliyin 3-cü dərədə deyil, 2-ci dərəcə olduğunu iddia etdiyi təqdirdə bu, iddiaçının ona əlillik təyin edilməsinə dair qərarla razı olmadığı və həmin qərarı mübahisələndirməsi anlamına gəlməlidir ki, bu halda iddia mübahisələndirmə haqqında iddia olacaqdır və müddət məhdudiyyətinə tabedir. Lakin iddiaçı əlilliyin dərəcəsinin dəyişməsi ilə bağlı cavabdehə müraciətlər etmiş və həmçinin ona əlillik təyin edildikdən sonra Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək bu barədə HHK qərarlarını təqdim etmişdir. Belə olan halda iddiaçının iddiası mübahisələndirmə, yəni ona təyin edilmiş 3-cü dərəcə əlillik qərarının dəyişdirilməsini deyil, məcburetmə, yəni sonradan şərtlərin ağırlaşması ilə bağlı yeni əlverişli inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanasına dəqiqləşmə ərizəsi vermiş və cavabdehin ona 2-ci dərəcə əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirmiş və ona 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, məhkəmənin protokol qərardadı ilə iddia tələbinin dəqiqləşməsi bardə ərizə icraata qəbul edilmişdir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini xx.xx.2024-cü il tarixli qərarla təmin etməkdən imtina etmiş, iddiaçı xx.xx.2024-cü ilı tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçıya ilkin olaraq xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar - gözdən əlilliyi olan şəxs səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. İddiaçıya xx.xx.2022-ci il tarixdə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilik təyin edilmişdir. Diaqnoz: Göz almasının degenerativ vəziyyəti, .Sağ göz almasının dəlib keçən qəlpə yaralanmasına görə sağ göz almasının enakulyasiyasından sonrakı vəziyyət monokulyar korluq sağ gözün protezi Xroniki beyin-qan dövranı pozulması. Kəllə daxili hipertenziya. Beyin atrofiyası. Koqnitiv koordinator pozulmalarla. Kəllədaxili hipertenziya Nevrasteniya, .kəskin asteno –nevrotik sindrom Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr sağ əlin 1-ci barmağının distal falanqasında qəlpə yarasından sonra dəri çapığı.döş qəfəsinin sağ yuxarı hissəsində metal qəlpə. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona 2-ci dərəcə əlilliyin təyin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İlk növbədə ona görə ki, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin dərəcəsi də ikinci dərəcə olmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1908/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2-1(102)-1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadlarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. [9] 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə qeyd edir ki, iddiaçıya əlillik təyin edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı qüvvədə olduğundan həmin Qaydaların normalarına əsasən əlillik təyin edilmişdir. Lakin sonradan, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. İddiaçının ona 2-ci dərəcə əlillik təyin edilməsi ilə bağlı müraciəti zamanı “Əlilliyin müəyyən olunması meyarları” qüvvədə olduğundan, iddia tələbinin əsaslı olub-olmaması müəyyən edilərkən həmin Meyarların tələbləri yoxlanılmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Patalogiya Anatomoiya Birliyi publik hüquqi şəxsinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş T 433/2024 №-li tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1993-cü il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı halhazırda hansı xəstəliklərdən əziyyət çəkməsi haqqında qəti fikir söyləmək mümkün olmadı. Lakin onun adına tərtib edilmiş tibbi sənədlərə əsasən 2014-cü ildə partlayış travması, sağ göz almasının dəlib-keçən yaralanması, konyuktivanın, buynuz qişanın çoxsaylı yad cisimləri, hifema, fakodonez, hemoftalm, buna görə aparılmış cərrahi müdaxilə sağ gözdə görmənin tam itməsi, sol gözdə görmənin 1,0D olması, diaqnostik mini laporatomiya əməliyyatından sonrakı çapıq, sağ əlin birinci barmağının distal falanqasmın qəlpə yaralanması, distal falanqanın bitişmiş sınığı, döş qəfəsinin kor qəlpə yaralanması, yumşaq toxumalarda yad cisimlər olması qeyd edilmişdir. İddiaçı xx.xx.2023cü ildə “Respublika Neyrocərrahiyyə Xəstəxanası”nda döş qəfəsinin MRT müayinəsindən keçərkən fəqərəarası disklərin degenerativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyalı olması müəyyən edilmiş, xx.xx.2023-cü ildə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə edilərkən sağ bazu oynağının ön səthində dartıcı çapıq toxuması, döş qəfəsində yumşaq toxumalarda yad cisimlər, sağ əlin birinci barmağında bitişmiş sınıq, əzələ atrofıyası, daimi ağrı sindromu” olması qeyd edilsə də, özünün xx.xx.2024-cü ildə əyani müayinəsində əzələ atrofıyasından başqa digər patoloji vəziyyət öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2023- cü il tarixdə “Respublika Klinik Xəstəxanasında ambulator tibbi kartada qoyulan diaqnoz xx.xx.2023-cü il tarixdə RNX-da aparılmış MRT müayinəsinin nəticələri ilə təsdiq edilir. İddiaçı görmə qabiliyyətinin sağ gözdə olmaması və sol gözdə 0,8 olması tibbi sənədlərdə göstərilənlərə əsasən inkar etmək olmaz. Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıda mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri nəzərə alınaraq qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani (instrumental) müayinəsinin aparılması və iddiaçıda olan əsas diqanozun və ağırlaşmaların, o cümlədən yanaşı xəstəliklərin faiz dərəcələri ayrı-ayrılıqda göstərilməklə əsaslandırılmış qərarın qəbul edilməsi üçünüçün cavabdehə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli vətəndaşın əyani müayinə olunması haqqında məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar – gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Qiymətləndirmə nəticəsindən narazı qalan vətəndaş tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0092003AADH8 nömrəli göndərişi rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2022-ci i tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar – gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Sonuncu dəfə vətəndaş məhkəmə qərardadına əsasən xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Nəticədə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirdiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar – gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçının xx.xx.2021-ci il tarixdə İİ qrup əlillik müddətinin vaxtı bitdiyi üçün xx.xx.2022-ci il tarixdə 32 №-li şəhər poliklinikası tərəfindən yeni 3420003AABH2 №-li göndəriş rəsmiləşmişdir. Sözügedən göndərişdə əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər aşağıdakılardır: a) əsas diaqnoz - H44.5 Göz almasının degenerativ vəziyyəti; b) Ağırlaşma - G31 Sinir Sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degenerativ xəstəlikləri beyin atrofiyası, İ67.4 Hipertenziv ensofalopatiya, xroniki beyin qan dövranının pozulması, G93.2 kəllə daxili hipertenziya, H54.4 monokulyar korluq, H52.2 Astiqmatizm; c) Yanaşı - K52 Digər qeyri-infeksion qastroenteritlər və kolitlər, kataral kolit. Səthi qastrit, mədə durğunluq əlaməti. F48 Digər neqativ pozğunluqlar, asteo-nevrotik sindrom. K81 xolesistit. xx.xx.2022-ci il tarixdə 23 №-li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən yenidən 0092003AADH8 №-li göndəriş rəsmiləşdirilmişdir. Sözügedən göndərişdə əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər aşağıdakılardır: a) əsas diaqnoz İ63.8 Digər formalı beyin infaktı, İ67.4 beyin qan dövranının pozulması, G93.2 kəllə daxili hipertenziya, G31 beyin atrofiyası, koknitiv kordinator pozulmalarla, S05.5 sağ göz almasının dəlib-keçən qəlpə yaralanmasına görə sağ göz almasının enukulyasiyasından sonrakı vəziyyət, H54.4 monukulyar korluq, sağ gözün protezi; b) Ağırlaşma G93.2 kəllə daxili hipertenziya, H44.5 göz almasının degenerativ vəziyyəti, S05.5 sağ göz almasının dəlib-keçən qəlpə yaralanmasına görə sağ göz almasının enukulyasiyasından sonrakı vəziyyət, H54.4 monukulyar korluq, sağ gözün protezi, G31.0 baş-beyinin məhdud atrofiyası, G31 beyin atrofiyası, koknitiv kordinator pozulmalarla; b) Yanaşı F48.0 nevrastensiya, kəskin asteo-nevrotik sindrom, Y36.2 hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağ əlin 1-ci barmağının distal falanqasında qəlpə yarasından sonrakı dəri çapığı, döş qəfəsinin yuxarı hissəsində metal qəlpə. Cavabdeh tərəfindən 08 aprel 2024-cü il tarixdə məhkəməyə təqdim edilən 3-17-4/3- 3-2548/2024 nömrəli qərarından müəyyən edilir ki, iddiaçıya təyin edilmiş xəstəlik diaqnozları (H44.5), (H54.4), (H52.2), (İ67.4), (G93.2), (G31), (F48), Kataral kolit (K52), (K29.3), (K81) kimi qeyd edilmişdir. Cavabdeh 25 sentyabr 2024-cü il tarixli 3-17-4/3-3-6872/2024 nömrəli qərarında “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 7644 №-li ambulator xəstənin tibbi vərəqində diaqnoz İ63.8 digər formalı beyin infarktı, İ67.4 xroniki beyin-qan dövranının pozulması, G93.2 kəllə daxili hipertenziya, G31 beyin atrofiyası, Q11 Anoftalm, H52.2 Astiqmatizm kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır” kimi qeyd etmişdir. İş materiallarında müəyyən edilir ki, cavabdehin həkim komsiyyası tərəfindən keçirilmiş əyani müayinə (oftalmoloq müayinəsi xaric) xarici görünüşə əsaslanan formal əyani müayinədən ibarət olmuşdur. TSEK-in əyani müayinənin nəticəsi lazımi qaydada, xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi və xarici görünüşə əsaslanan formal əyani müayinənin nəticələrinə əsaslanmışdır. Halbuki iddiaçıda olan diaqnozlar olub-olmaması əyani (vizual) müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. İddiaçıya təyin edilmiş diaqnozlar instrumental müayinələrin nəticələrinə əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. İddiaçının təqdim etdiyi tibbi sənədlərdən Mərkəzi Hərbi Həkim Komissiyasının qərarlarından müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü ildə RNX-da keçirilən baş-beynin MRT müayinəsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçının beyin yarımkürəsində kiçik ölçülü qliotik ocaqlar qeyd edilmişdir. Baş beynin mülayim kortikal atrofik dəyişikliyi izlənilir. Sağtərəfli anoftalmiya diqqəti cəlb etmişdir. Sağ göz yuvasının ətrafında çoxsaylı metal yad cismlər təyin edilir kimi qeyd olunmuşdur. Cavabdeh bu müayinə haqqında məhkəməyə məlumat təqdim etsə də, həmin müayinənin əlilliyin təyininə əsas olub-olmaması haqqında hər hansı bir fikir bildirməmişdir. Həmçinin diaqnozun təyini üçün növbəti xx.xx.2023-cü ildə STM-da keçirilən EEQ insturmental müayinəsinin nəticəsi: EEQ zamanı spesifik və qeyri spesifik paroksizmal aktivlik. Tipli aktivlik gicgah və mərkəzi təpə nahiyəsində qeyd olunur. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” publik şəxsin məhkəməyə təqdim etdiyi T433/2024 №-li ekspert rəyində iddiaçının xx.xx.2023-cü ildə “Respublika Klinik Xəstəxanası'nda ambulator tibbi kartada qoyulan diaqnoz xx.xx.2023-cü ildə RNX-də aparılmış MRT müayinəsinin nəticələri ilə təsdiq edilir kimi qeyd edilərək təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının əlillik vəziyyətimin yenidən qiymətləndirilməsi məqsədi ilə 23 №-li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən C00002531ZPV №li göndəriş rəsmiləşdirilmişdir. Sözügedən göndərişdə əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər aşağıdakılardır: a) əsas diaqnoz İ63.8 Digər formalı beyin infarktı , b) ağırlaşma G31.0 baş-beyinin məhdud atrofiyası, koknitiv kordinator pozulmalarla, İ67.4 xroniki beyin qan dövranının pozulması, G93.2 xoş xassəli kəllə daxili hipertenziya, H52.2 astiqmatizm sol göz 20%, H44.5 göz almasın degenerativ vəziyyəti, S05.5 sağ göz almasının dəlib-keçən qəlpə yaralanmasına görə sağ göz almasının enukulyasiyasından sonrakı vəziyyət, H54.4 monukulyar korluq, sağ gözün protezi, sağ göz yuvası zəminin damının dağılması və ətrafında metal qəlpələr, c) yanaşı F48.0 kəskin asteo-nevratik sindrom, Y36.2 sağ əlin 1-ci barmağının distal falanqasında qəlpə yarasından sonrakı dəri çapığı və distal falanqa sümüyünün kafi bitişmiş sınığı, funksiyasının pozulması ilə döş qəfəsinin yuxarı hissəsində metal qəlpə müşahidə olunur. Alnın sağ tərəfində başın tüklü hissəsinə qədər yaradan sonrakı vəziyyət. K52 kataral kolit, səthi qastrit, mədə durğunluq əlaməti, K81 xroniki xolesistit. xx.xx.2024-cü ildə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən yenidən A00163658HVG №-li göndəriş rəsmiləşdirilmişdir. Sözügedən göndərişdə əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər xx.xx.2022-ci ildə rəsmiləşdirilmiş C00002531ZPV №-li göndəriş ilə məzmunca eynilik təşkil etmişdir. Cavabeh həmin göndərişin natamam doldurulmasına əsaslanmışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK Altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi Altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan aydın olur ki, göndəriş natamam və ya yanlış doldurulduğu halda, TSEK tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir. Səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təsfir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılması üçün aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Nəticə etibarilə, məlumatların natamam olması səbəbindən TSEK əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir. İddiaçının barəsində xx.xx.2024-cü ildə Müdafiə nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1681 №-li yeni xəstəlik haqqında şəhadətnamə təsdiq edilmişdir. Bundan sonra iddiaçı barəsində həmin Şəhadətnamənin də nəzərə alınmaqla əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə 23 №-li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən J00184646XP1 №-li göndəriş rəsmiləşdirilmişdir. Sözügedən göndərişdə əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər aşağıdakılardır: a) əsas diaqnoz T90 Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2014), baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, kəllə daxili hipertenziya ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Xroniki beyin qan dövranının pozulması. Beyin atrofiyası. Çox saylı metal qəlpələr, b) Ağırlaşma G93.2 kəllə daxili hipertenziya. Partlayış travması Y36.4 (xx.xx.2014), sağ göz almasının dəlib-keçən yaralanması, konyuktivanın, buynuz qişanın çoxsaylı yad cisimləri, hifema, fakodenez, hemoftalm, göz daxili yad cismə görə aparılmış pars plana vitrektomiya və yad cismin çıxarılması əməliyyatı (xx.xx.2015), enukleasiya+implant cərrahi əməliyyatdan (xx.xx.2018) sonrakı anoftalm nəticəsində görmə itiliyi 0 (sıfır). Qarnın ön divarının diaqnostik mini laparatomiya əməliyyatından (xx.xx.2015) sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (xx.xx.2014), nəticəsində sağ əlin birinci barmağının proksimal falanqasının qəlpə yarası, proksimal falanqa sümüyünün sınığına, döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz etməyən kor qəlpə yaralanmasına (xx.xx.2014) görə aparılmış yaranın birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı, kafi bitimiş sınığı. Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının yad cismi (metal qəlpə). Çənə sümüyünün sağ yuxarısında yumşaq toxumada kiçik ölçülü metal qəlpələr”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR”. c) Yanaşı xəstəliklər M51.8 Th7, Th8 - Th9 fəqərəarası disklərin protruziyaları, T54.6 kökcük ağrı sindromu ilə, H52.2 “sol gözün mürəkkəb miopik astiqmatizmi М3 OD və 1,OD nəticəsində görmə itiliyi 0,7-yə qədər azalması, korreksiya etmir. İkincili hissəvi adentiya, xroniki qastroduodenit, remissiya mərhələsində, K52 kataral kolit, səthi qastrit, mədə durğunluq əlaməti (ümumi xəstəlikdir). TSEK-ə göndəriş səbəbi: Əlilliyin gücləndirilməsi (hərbi travma). xx.xx.2024-ci il tarixli J00184646XPİ №-li göndərişə TSEK tərəfindən xx.xx.2024-cü ildə “Şəxsin əlillik hüququnun operativ şəkildə müəyyənləşdirilməsi məqsədilə yaşadığı yer üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zəruridir” səbəbilə imtina verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 1 Serebrovaskulyar xəstəliklər İ60- İ69 2.1.3 Arterial hipertenzi ya l-lll dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf Müddətsiz oqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə 85-100 K50- K52 3.3 Qeyri infeksion enterit və kolit həzm funksiyasının mülayim pozulması - xəstəliklərin orta ağır 3.3.1 təzahürü, tez- tez ishal (gündə 4-6 dəfə ), İİ dərəcə (BKİ 16,0-17,5) qidalanma 35-60 2 il çatışmazlığı ilə (zülal-enerji çatışmazlığı) 3.6.1 xolesistit K81 3.6.1 ağır gedişat, kəskinləşmələr ildə 5 dəfə və daha çox, tutmalar hər ay, 35-60 fəsadlaşmalar (xroniki qara ciyər çatışmazlığı, pankreatit) 2 il 6.1 Başın travmalarının nəticələri T90 ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, 6.1.2 2 il kontuziyası 65-80 vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, 6.1.6 kontuziyası tez- tez baş verən paroksizmal vəziyətlərlə (gündəlik tutmalar) və 50-60 2 il (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə 8.2 Görmə sahəsinin dar alması (periferik, fiksasiya nöqtəsindən radius boyu) H00-H59 8.2.5 konsentrik daralma, bir göz olmadan <40, lakin 20-dən geniş 60 Müddətsi 11.1.2.5 psixi funksiyaların (davamlı koqnitiv və affektiv- iradi pozuntularla astenik və E00-E07 40-60 z 2 il asteno- nevrotik sindrom) mülayim pozuntusu ilə Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1681 №li xəstəlik Şəhadətnaməsi: HHK-nın hərbi xidmətə yararlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin 23b, 24c, 30b, 35b maddəsinin İM qrafasına və ƏTC-yə əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müşayiətçiyə zərurət var, zərurət yoxdur (lazım olmayanın üstündən xətt çəkilməli) 1 nəfər (zərurət olduqda, sayını, nəqliyyat növünü və getmə qaydasını göstərməli) “Hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”. Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi Hərbi xidmətə yararlılıq kateqoriyası 23 İ qrafa İİ qrafa İİİ Baş-beynin və onurğa-beyninin travmaları və onların nəticələri; mərkəzi sinir qrafa sisteminin xarici amillərin təsirindən zədələnmələrinin nəticələri: C və b) funksiyaların mülayim dərəcədə pozulması ilə C C ya B Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi fərdi Hərbi xidmətə yararlılıq kateqoriyası 24 İ qrafa İİ qrafa İİİ qrafa Baş-beynin, onurğa-beyninin damar xəstəlikləri: ç) funksiyaların cüzi dərəcədə pozulması ilə; beynin nadir baş verən tranzitor işemiyaları; mərkəzi sinir sisteminin üzvi zədələnmə C C C və ya B fərdi əlamətləri olmadan tez-tez baş verən bayılmalar Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi Hərbi xidmətə yararlılıq kateqoriyası 30 İ qrafa İİ qrafa İİİ qrafa Skleranın, buynuz qişanın, qüzehli qişanın siliar cismin, göz büllurunun, damarlı qişanın, tor qişanın, şüşəyəbənzər cismin, görmə sinirinin xəstəlikləri:gözün yad cismi b) eyni dəyişikliklər bir gözdə və ya mülayim dərəcədə ifadə olunmuş C C C və ya B fərdi halda hər iki gözdə olduqda Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi Hərbi xidmətə yararlılıq kateqoriyası 35 İ İİ İİİ qrafa qrafa qrafa Korluq, zəif görmə, rəng görmə anomaliyaları b) bir gözün görmə itiliyinin 0,09 və aşağı olması və ya korluğu olduqda, digər gözün görmə itiliyinin 0,4 və yuxarı olması; bir gözün göz alması olmadıqda, digər gözün görmə itiliyinin 0,4 və yuxarı C C C və ya B fərdi olması; bir gözün görmə itiliyi 0,3 olduqda, digər gözün görmə itiliyinin 0,3-dən 0,1-dək olması 23b maddəsinin b bəndinə aşağıdakılar aiddir: «b» bəndinə aşağıdakılar aiddir: «a» bəndində nəzərdə tutulmuş dərəcəyə çatmayan ocaqlı simptomları və funksiya pozulmaları olan baş-beynin və onurğa-beyninin travmalarının nəticələri: ətrafın funksiyasını mülayim dərəcədə məhdudlaşdıran parez; yerişin qeyri-sərrastlığı, nistaqm, hissiyyat pozuntuları şəklində təzahür edən mülayim dərəcədə ifadə olunmuş beyincik pozuntuları; kəllədaxili təzyiqin mülayim və ya cüzi dərəcədə yüksəlməsi, nadir (ildə 3 dəfədən az) epileptik tutmalarla müşayiət olunan hidrosefaliya və ya travmatik araxnoidit kimi göstərilmişdir. 24c maddəsininnin c bəndinə əsasən aşağıdakılar aiddir: «c» bəndinə aşağıdakılar aiddir:
1. kəllədaxili klipləşdirmə və ya balonlaşdırma, yaxud süni tromblaşdırmanın köməyi ilə qan dövranından kənarlaşdırılan tək-tək arterial anevrizmalar;
2. bir gündən artıq saxlanmayan və sinir sistemi funksiyalarının pozulmaları olmayan mərkəzi sinir sisteminin davamsız ocaqlı simptomları (parezlər, paresteziyalar, nitq pozulmaları, beyincik əlamətləri) ilə müşayiət olunan beyin qan dövranının nadir (ildə 2 dəfədən çox olmayaraq) baş verən, keçib gedən pozulmaları (beynin tranzitor işemiyaları, hipertonik serebral krizlər);
3. emosional dayanıqsızlıq, əsəbilik, yaddaşın pisləşməsi, baş ağrısı, baş gicəllənməsi, yuxunun pozulması, qulaqlarda küy və s. şəklində beyin qan dövranı çatışmazlığının ilkin təzahürləri və birinci mərhələ xroniki dissirkulyator ensefalopatiya;
4. tez-tez (ildə 3 dəfə və çox) baş verən və uzunsürən (1 gün və artıq) tutmalarla keçən miqrenin müxtəlif formaları;
5. stasionar müayinə və müalicə sənədləri ilə təsdiq edilmiş beynin kəskin qanazlığı (sadə və qıcolma bayılmaları) ilə təzahür edən tez-tez (ayda 1 dəfə və çox) baş verən krizlərlə müşayiət olunan vegetativ-damar distoniyaları.
Beləliklə 23b və 24c, diaqnozları Nazirlər Kabinetinin 187 nömrəli qərarın 6.1.1-ci bəndinə əsasən 40-60 faiz 1 il müddətinə, 6.1.5-ci bəndinə əsasən 40 faiz 1 il müddətinə olmaqla hər iki diaqnoz Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nda 2 bal üzrə əlilliyin müəyyən olunmasına əsas verir. Bundan əlavə olaraq əlilliyin müəyyən olunmasına əsas verən digər diaqnozlarda həmin qərarda öz əksini tapmışdır. Belə ki, həmin qərarın 8.2.5-ci bəndinə əsasən konsentrik daralma, bir göz olmadan <40, lakin 20-dən geniş 60 faiz müddətsiz, 3.3.1-ci bəndinə əsasən Qeyri infeksion enterit və kolit 35-60 faiz 2 il müddətinə, 2.1.1-ci bəndinə əsasən arterial hipertenziya l-lll dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələn-məsi) ilə 35-60 faiz olmaqla 1 il müddətinə təyin edilir. İşin hallarından müəyyən edilir ki, cavabdeh iddiaçıda olan digər diaqnozların (əsas, ağırlaşma və yanaşı xəstəlikləri) nəzərə almamışdır. Məhkəmənin 23 avqust 2024-cü il tarixli 2-1 (112)-8643/2024 nömrəli qərərdadına əsasən “əyani müayinədə iddiaçıda olan əsas diaqnozun və ağırlaşmaların, o cümlədən yanaşı xəstəliklərin faiz dərəcələri ayrı-ayrılıqda göstərilməklə əsaslandırılmış qərarın qəbul edilməsi üçün cavabdehə müddət təyin edilsə də, cavabdeh formal əyani müayinənin nəticələrinə dair formal qərar qəbul edərək məhkəməyə göndərmiş və imtinasının əsaslandırmamışdır. Halbuki iddiaçıda olan diaqnoların mövcud olub-olmaması əyani (vizual) müayinə nəticəsində ətraflı (instrumental) müayinənin nəticələri ilə mümkün ola bilərdi. Qeyd edilən diaqnozların mövcudluğu isə, keçirilmiş ekspertiza tədqiqatı və Hərbi həkim Komissiyasının qərarı ilə təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Normanın məzmunundan da bəlli olur ki, şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. İddiaçıda mövcud olan diaqnozlara Nazirlər Kabinetinin 187 № li qərarı ilə təsdiq edilmiş Meyarların tələbi baxımından nəzər yetirdikdə müəyyən etmək olur ki, Meyarların 8.2.5-ci bəndə əsasən 60 faiz, 6.1.1-ci bəndinə əsasən 40-60 faiz təyin edilir. Əlilliyin qiymətləndirilməsi qaydalarını sadalanan normalarının tələbinə əsasən, faiz göstəriciləri fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla yəni 60+10=70 faiz götürülür, həmçinin əlilliyin müəyyən edilməsinə əsas verən digər diaqnozların hər birindən 5 faiz götürülməklə (misal üçün 6.1.5-ci bəndinə əsasən 40 faiz, 3.3.1-ci bəndinə əsasən 35-60 faiz, 2.1.1-ci bəndinə əsasən 35-60 faiz olmaqla bu 3 diaqnozdan hərəsindən 5 faiz götürülməklə 3x5=15 faiz). Qaydaların normalarını hazırkı isə tədbiqi zamanı müəyyən edilir ki, cavabdeh iddiaçıya 2 dərəcə əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: ... 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2548/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş 3-cü dərəcə əlilliyin dəyişdirilərək 2-ci dərəcə əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov