Məhkəmə qərarları › İş №2-1(112)-8645/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8645/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8645/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (qızı) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, ”Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə və Bakı şəhəri Cavabdeh6nə qarşı “öhdəliyin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərmemerlayihə” Dövlət Baş Layihə İnstitutun (keçmiş ЮЖГИПРОАГРАПРОМ) Həmkarlar İttifaqı Komitəsi tərəfindən yaranan “Çinar” bağçılıq yoldaşlığı tərəfindən təstiq edilmiş siyahısına və mənə təqdim edilmiş bağçılıq kitabçasına əsasən Əzizbəyov (Xəzər) rayonu 2-ci massiv Şimal DRES-də 14-cü sahə, küçə 8-də 600 kv.m. torpaq sahəsin ayrılmasını və Azərbaycan Respublikası Cavabdeh3 (keçmiş ЮЖГИПРОАГРАПРОМ) 27 aprel 2021-ci il tarixli K/01-48 saylı cavab məktubuna əlavə edilmiş siyahı üzrə qeyd edilən İddiaçı qızma 15-ci sahə, X11ma isə 14cü sahənin dəqiqləşdirilməsi ilə bağlı və mənə aid Əzizbəyov (Xəzər) rayonu Şimal DRESdə 600 kv.m. torpaq sahəmin koordinatların müəyyən olunması barədə qərar qəbul edilməyini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1964-cü ildən 1993-cü ilədək AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cavabdeh3 işləmişdir. İşlədiyi müddət ərzində Bakı şəhəri X12 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/145 №-li qərarı ilə institutun bir qrup əməkdaşlarının hər birinə, o cümlədən iddiaçıya 600 kv.m. bağçılıq təsərrüfatı yaratmaq üçün torpaq sahəsi ayrılmışdır. İddiaçıya ЮЖГИПРОАГРАПРОМ Layihə institutu tərəfindən Əzizbəyov (Xəzər) rayonu Şimal DRES-də 14-cü sahə, küçə 8-də 600 kv.m. torpaq sahəsi verilməsi ilə bağlı bağçılıq kitabçası təqdim edilmişdir. “Azərmemarlahiyə” Dövlət Baş Layihə İnstitutunun 27 aprel 2021-ci il tarixli K/01-48 saylı cavab məktubu və 90/40k saylı 30 oktyabr 1990-cı il tarixli aktın, plan cizginin, 30 sentyabr 1991-ci il tarixli 02 saylı protokoldan çıxarışın surəti, bağçılıq sahəsinin ayrılmış əməkdaşlarının ümumi siyahısı və 13 iyun 1990-cı il tarixli 4/145 və 10 dekabr 1990-cı il tarixli 7/437 saylı qərarların surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cavabdeh3 Həmkarlar İttifaqı Komitəsinin iclasının 30 sentyabr 1991-ci il 02 №-li protokolundan çıxarışda icraçı direktor M.Babayevin imzası və möhürü qoyulub və əsli ilə düzgünlüyü təstiqlənib. Torpaq sahələri verilən müddət ərzində Həmkarlar İttifaqının sədri X6 olub. “Azərmemarlahiyə” Dövlət Baş Layihə İnstitutunu tərəfindən ünvanlanan 10 noyabr 2021-ci il tarixli XO-03-B-56-2021-04188 saylı cavab məktubuna əsasən 90/40k saylı xx.xx.1990-cı il tarixli aktın və plan cizqinin təstiq edilmiş surətinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsini Ərazi Tikinti Planlaşdırma Mərkəzinin arxivində aşkar edilməməsi bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyətinin 10 may 2022-ci il tarixli Ə-204/2-112/2 №-li məktubunda Bakı Şəhər İcra Hakimiyyətinin arxivində bu sənədin müəyyən olunmaması bildirilmişdir. İddiaçı X5 Komitəsinin iclasının 30 sentyabr 1991-ci il 02 №-li protokolunun və bağçılıq sahəsi ayrılmış əməkdaşların təstiq edilmiş ümumi siyahısının surətlərini, 30 oktyabr 1990-cı il tarixli 90/40k №-li aktın və cizgi planının, həmçinin İnstitutun 1990-1991-ci illərdə Həmkarlar İttifaqının sədri kim olmağı barədə məlumatın və qeyd edilən sənədlərin arxivdə olan nüsxələrin təqdim edilməsinə göstəriş verməklə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 11 iyul 2023cü il tarixli ******* №-li ərizə göndərmiş, lakin iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir. 19 iyul 2023-cü il tarixli 1054Ə №-li məktubun əsası “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasına göndərilmişdir. Rəsmi cavab olaraq 24 iyul 2023-cü il tarixli 597-3/436-B №-li məktubda 30 oktyabr 1990-cı il tarixli 90/40K №-li akt və plan cizgi arxivlarında aşkarlanmadığı bildirilmişdir. mışdır. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin hakimi Pərviz Hüseynovun 07 iyul 2022-ci il tarixli 2-1(112)-8007/2022 saylı sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 29 iyul 2022 il tarixli BA- 04713-2022 №-li məktubu ilə direktoru cənab Ağakişi Allahverdiyevin imzası ilə 13 iyul 1990-cı il tarixli 4/145 və 10 dekabr 1990-cı il tarixli 7/437 saylı qərarlarının təsdiq edilmiş surətləri Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri X12 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/145 qərarı ilə institutun 40 əməkdaşına Xəzər rayonu (keçmiş Əzizbəyov) Şimal DRES-də bağçılıq təsərrüfatı yaratmaq üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cavabdeh3 icraçı direktoru və həmkarlar ittifaqı komitəsinin sədrinin sədrliyi ilə “Çinar” bağçılıq yoldaşlığı yaradılıb. İddiaçı həmin “Çinar” bağçılığa üzv olmaq üçün müraciət etmiş, müraciətə əsasən 40 nəfər üzv ilə sahəyə baxış aparıb sahədə təmizlik işləri aparılmışdır. Layihə İnstitutu tərəfindən verilmiş məlumatlaraa əsasən bağçılıq təsərrüfatı yaratmaq üçün dövlət tərəfindən ayrılan pula hər əməkdaş üçün çəpər və su quyusu tikiləcəyini bildirsələr də, bunların heç biri icra olunmamışdır. Bağçılığa üzv olan X2 iddiaçının sahəsinin yanında olub. Müəyyən səbəblərlə əlaqdar iddiaçı tərəfindən bağ sahəsinə gediş-gəliş olmamış, tikinti işləri aparılmamışdır. Bağçılıq üzvləri olan X8 və X10 tikinti işləri aparmışdılar və iddiaçı onlarla mütəmadi əlaqədə olmuşdur. Lakin bir müddət keçəndən sonra iddiaçının X8 ilə əlaqəsi kəsilmiş, X10 ilə əlaqə saxlayır. İddiaçı bildirir ki, sahənin yerini tapa bilmədiyimdən X1 yerinin göstərilməsini xahiş etsə də, ondan imtina cavabı almışdır. İddiaçı torpaq sahəsinin koordinatların müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Sahənin yerini bu günə kimi müəyyən edə bilmədiyimdən Bakı İnzibati Məhkəməsində iddi qaldırmış, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs kimi əlavə edilmişdir. Sahənin yerinin müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestrin İdarə Heyətinin cavab məktubunda bağ sahənin yerinin dəqiqləşdirilməsinin mümkün olmadığı bildirilmişdir.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən İddiaçı xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.

4. Cavabdeh3 (Keçmiş ЮЖГИПРОАГРАПРОМ) X5 Komitəsinin xx.xx.1991-ci il tarixli, 02 nömrəli protokolundan Çıxarışa əsasən Bakı şəhər X12 icraiyyə komitəsinin 13 iyun 1990cı il 4/145 №-li və 10 dekabr 1990-cı il 7/437 №-li qərarı ilə institutun əməkdaşlarına bağçılıq təsərrüfatı yaratmaq üçün torpaq sahəsi ayrılmışdır. İnstitutun 77 əmədaşının hər birinə 600 kv.m (0,06 ha) olmaqla torpaq sahəsi ayrılması qərara alınmışdır.

5. Cavabdeh3 (Keçmiş ЮЖГИПРОАГРАПРОМ) X9 ayrılmış əməkdaşlarının ümumi siyahısı:

15. İddiaçı

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-1033/2023 nömrəli Qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cavabdeh3) “torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qızı) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

10. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.

11. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

12. İPM-dən: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

13. Məhkəmə qeyd edir ki, iş üzrə iddia tələbi aydın deyil, tələb qeyri-müəyyəndir və qoyulmuş iddia predmet(lər)i üzrə cavabdehlərin müştərək hüquqi marağa malik olduqları və ya hüquq və vəzifələrin eyni faktiki və hüquqi əsaslara söykəndiyi müəyyən edilmir.

14. Məhkəmə qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

15. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlıdır.

16. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım haqqında məktub ünvanlanmış və iddia tələbi cavabdeh qismində bir inzibati orqan müəyyən edilməklə konkret müəyyən edilmiş torpaq sahəsi üzərində hüquqların qeydiyyatı tələbi ifadə edilməli olduğu bildirilmiş, lakin iddia həmin tələblərə uyğunlaşdırılmamışdır.

17. Digər tərəfdən məhkəmə nəzərə alır ki, İddiaçı hüquqi marağına uyğun iddia tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daha əvvəl Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-1033/2023 nömrəli Qərarı ilə iddia tələbi təmin edilməmişdir.

18. Odur ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-1033/2023 nömrəli Qərarı ilə razılaşmadığı təqdirdə apellyasiya şikayəti verilməsi mümkündür.

19. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar