Məhkəmə qərarları › İş №2-1(112)-8650/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8650/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8650/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “orta ixtisas təhsilinə bərpa edilmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi işə cəlb edilməklə “orta ixtisas təhsilinə bərpa edilmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Maliyyə İqtisad Kollecinin 06 may 2022-ci il tarixli, 04/060 saylı imtinasının qanunsuz hesab edilməsi və iddiaçının Azərbaycan Maliyyə İqtisad Kollecində orta ixtisas təhsilinə bərpa edilməsi haqqında qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2002-ci ildə Azərbaycan Maliyyə İqtisad Kollecinə qəbul olunmuş, 2005-ci ilədək həmin Kollecdə əyani şöbədə Statistika ixtisası üzrə dövlət sifarişi əsasında təhsil almışdır. Kollecdən ona verilmiş 01 mart 2022-ci il tarixli 05/059 saylı akademik arayışdan da göründüyü kimi, təhsil müddəti ərzində tədris olunan fənlərdən məqbul və əla qiymətlərlə keçmiş, istehsalat təcrübəsini tamamlamış, ixtisasına dərindən yiyələnmək üçün daimi səy göstərmişdir. Lakin 2005-ci ildə keçirilən dövlət imtahanında ailə vəziyyəti ilə əlaqədar üzürlü səbəbdən iştirak edə bilməmişdir. Bir müddət ərzində yaranmış xoşagəlməz vəziyyətin aradan qaldırılması mümkün olmamışdır. Bir qədər sonra ailə münasibətlərinin pozulması və baş verən narahatlıqlar da təhsilini davam etdirməyə imkan verməmiş, iki övladının saxlanması və maddi ehtiyaclarının ödənilməsi təkbaşına onun öhdəsiə düşmüşdür. İxtisasının olmaması iş tapmaqda ciddi maneələr yaratdığından və Kollecə bərpa olunaraq təhsilini başa çatdırıb təhsil sənədindən istifadə edərək ixtisas üzrə işləmək onun və ailəsi üçün həyati əhəmiyyət kəsb etdiyindən orta ixtisas təhsilinə bərpa edilməsi üçün 08 aprel 2022-ci il tarixli ərizə ilə cavabdeh Kollecə müraciət etmişdir. Azərbaycan Maliyyə İqtisad Kollecinin 10 may 2022- ci ildə daxil olmuş 06 may 2022-ci il tarixli, 04/060 saylı məktubu ilə, Kollecdən xaric olunduğu vaxtdan 10 ildən çox vaxt keçdiyinə görə orta ixtisas təhsilinə bərpa edilməkdən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasının dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin 27 yanvar 2017-ci il tarixli, 49 saylı əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli, 402 nömrəli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə” qüvvədən düşmüşdür. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr vaxt keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Azərbaycan Maliyyə İqtisad Kollecinin 06 may 2022-ci il tarixli imtinasından inzibati qaydada Azərbaycan Respublikası İqtisadiyyat Universitetinə şikayət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Universitetinin 13 iyun 2022-ci ildə daxil olmuş 02 iyun 2022-ci il tarixli, 010-030- 7xx/xx/2022 saylı cavab məktubu ilə eyni əsaslara istinad edilməklə orta ixtisas təhsilinə bərpa edilməkdən imtina edildiyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10137/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, təqdim edilmiş sərəncama münasibətdə bildirilmişdir ki, Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə” hazırda tətbiq edilmir. Həmin Əsasnamə: "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 14 fevral 2014-cü il tarixli 194 nömrəli əmrinin 4-cü bəndi ilə ali təhsil müəssisələrinə münasibətdə, “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2017-ci il tarixli 49 nömrəli əmrinin 4-cü bəndi ilə qüvvədən düşmüş hesab edilmişdir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-172/2022 nömrəli iş üzrə Qərarında Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2017-ci il tarixli 49 nömrəli əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar” tətbiq edilən hüquqi sənəd kimi qəbul edilmişdir. Kollecin Nizamnaməsinin 62-ci bəndinə əsasən Kollecdən xaric edilmə, bərpa olunma və müxtəlif köçürmə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir”. Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2017-ci tarixli 49 saylı əmrinin 2-ci bəndi ilə müəyyən edilir ki, “Orta ixtisas təhsil müəssisələrinin rəhbərləri “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydaları”ını işdə rəhbər tutsunlar.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinə və elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1984-cü ildə Əli-Bayramlı rayonunda doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyatdadır.

9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06 may 2022-ci il tarilxi 04/060 nömrəli məktuba əsasən bildirilmişdir ki, Cavabdehnə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizənizə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2017-ci tarixli 49 saylı əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə” qüvvədən düşmüşdür. Nəzərə çatdırırlar ki, “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar’ın: 1.4-cü bəndinə əsasən “Orta ixtisas təhsili müəssisələrində tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir”; 4.1. bəndinə əsasən “Orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malikdir”. Bir daha xatırladırlar ki, İddiaçı 2002-ci ildə (əmr № 32, xx.xx.2002-ci il) 11 illik təhsil bazasından Azərbaycan Maliyyə İqtisad Kollecinin əyani şöbəsinin Statistika ixtisasına qəbul olmuş, 2005-ci ildə dövlət imtahanlarında iştirak etmədiyinə görə Kollecdən xaric olunmuşdur (əmr № 2, xx.xx.2005-ci il). Yuxarıda qeyd edilənlərə əsasən bir daha təəssüf hissi ilə bildirirlər ki, Kollecdən xaric olunduğu vaxtdan 10 ildən çox müddət keçdiyinə görə onun bərpa olunaraq təhsilini davam etdirməsini təmin etmək mümkün deyildir.

10. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən iddiaçıya ünvnalanmış 02 iyun 2022-ci il tarilxi 010-030-7xx/xx/2022 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) rəhbərliyinə ünvanladığı 16 may 2022-ci il tarixli “İnzibati şikayət”inə rektorun göstərişi əsasında aidiyyəti üzrə baxılmışdır. O, 2002-ci ildə (əmr №32, xx.xx.2002-ci il) 11 illik təhsil bazasından Azərbaycan Maliyyə İqtisad Kollecinin əyani şöbəsinin "Statistika" ixtisasına qəbul olmuş, 2005-ci il tarixində dövlət imtahanlarında iştirak etmədiyinə görə kollecdən xaric olunmuşdur, (əmr №2, xx.xx.2005-ci il) Azərbaycan Maliyyə İqtisad Kollecinin Nizamnaməsinin 62-ci bəndinə əsasən “... Kollecdən xaric edilmə, bərpa olunma və müxtəlif köçürmə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir”. Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2017-ci il tarixli 49 saylı əmrinin: 1-ci bəndi ilə müəyyən edilir ki, “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilsin. 2-ci bəndi ilə müəyyən edilir ki, “Orta ixtisas təhsil müəssisələrinin rəhbərləri “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ı işdə rəhbər tutsunlar. 4-cü bəndi ilə müəyyən edilir ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilsin. “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ın 4.1-ci bəndinə əsasən “Orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malikdir”. Yuxarıda qeyd edilənlərə əsasən bir daha təəssüf hissi ilə bildirirlər ki, kollecdən xaric olunduğu vaxtdan (xx.xx.2005-ci il) 10 ildən çox müddət (17 ildən çox) keçdiyinə görə bərpa olunaraq təhsilini davam etdirməyini təmin etmək mümkün deyildir.

11. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli 04/111 №li məktub ünvanlanmışdır. Məktuba əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Maliyyə İqtisad Kollecinin xx.xx.2005-ci il tarixli 2 №-li əmrə əsasən Dövlət imtahanlarına buraxılmış adları aşağıda göstərilən tələbələrin müxtəlif səbəblərdən 1 və ya hər iki dövlət imtahanında iştirak etmədiklərinə görə tələbələr sırasından xaric edilməsi əmr edilmişdir.

5. K-618 İddiaçı. Məktuba əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirinin 49 nömrəli xx.xx.2017-ci il tarixli “Orta ixtisas təhsili müəssisələrində tələblərin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə əmrə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş “Ali və orta ixtisas təhsili məktəbləri tələblərinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin müddəalarının Azərbaycan Respublikası Nazirlər Kabinetini 26 dekabr 2013cü il tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ilə ziddiyyət təşkil etdiyini, o cümlədən akademik uğursuzluq və dərslərə davamiyyətə görə tələbələrin xaric olunması 14 yanvar 2011-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.9-cu maddəsini rəhbət tutaraq, əmr edilmişdir:

1. “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilama formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilsin (əlavə olunur). ...

4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilsin.

5. Əmrin orta ixtisas təhsili müəssisələrinə göndərilməsi, eləcə də “Azərbaycan müəllimi” qəzetində dərc edilməsi İnformasiya Şöbəsinə (E.Əliyev) həvalə olunsun.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

18. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

19. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi 2.1. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148ci maddəsi ilə müəyyən edilir. 2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. 2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. 2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir.

23. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamə:

10. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən nazir rəhbərlik edir.

11. Təhsil naziri Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. 13.5. Səlahiyyətləri daxilində Nazirliyin aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

24. Azərbaycan Respublikası Təhsil Nazirinin 49 nömrəli xx.xx.2017-ci il tarixli “Orta ixtisas təhsili müəssisələrində tələblərin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyətə verilməsinə dair müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə əmri:

1. “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilama formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilsin (əlavə olunur). ...

4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilsin.

25. Azərbaycan Respublikası Təhsil nazinin 27 yanvar 2017-ci il tarixli 49 saylı əmri ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində tələblərin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyətə verilməsinə dair” Müvəqqəti Qaydalar

1. Ümumi müddəalar 1.1. Orta ixtisas təhsili müəssisələrində təhsilalanların (tələbələrin) köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar (bundan sonra Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2011-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq olunmuş "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə və 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”na uyğun hazırlanmış və tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsi məsələlərini tənzimləyir. 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün orta ixtisas təhsili müəssisələrinə (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) şamil edilir.

2. Tələbələrin köçürülməsi 2.1. Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunmuş tələbələrin birinci semestr, ümumi orta təhsil bazasından qəbul olunmuş tələbələrin isə üçüncü semestr başa çatdıqdan sonra mövcud Qaydalara əsasən ixtisasını və ya təhsilalma formasını dəyişmək, bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülmək hüququ vardır. 2.2. Ölkə daxilində tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən (və ya ixtisasdan) digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - DİM) tərəfindən keçirilən imtahanlarda (qəbul ilindən asılı olaraq ümumi təhsil pilləsində yekun qiymətləndirmə imtahanlarında və ya orta ixtisas təhsili müəssisəsinə qəbul imtahanlarında) tələbənin topladığı bal (daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazidə yerləşən kollecə öz ixtisası üzrə köçürülmək istədiyi halda isə topladığı balın 1.5 misli) qəbul olunduğu ildə köçürülmək istədiyi orta ixtisas təhsili müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın və akademik göstəriciləri yüksək olsun. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

3. Tələbələr sırasından xaric edilmə 3.1. Tələbə aşağıdakı hallarda orta ixtisas təhsili müəssisəsindən xaric edilir: 3.1.1. öz arzusu ilə; 3.1.2. başqa orta ixtisas təhsili müəssisəsinə köçürüldükdə; 3.1.3. orta ixtisas təhsili müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda; 3.1.4. səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən); 3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər orta ixtisas təhsili müəssisəsi ilə əlaqə saxlamadıqda; 3.3. Tələbələr sırasından xaric edilmiş şəxsə təhsil haqqında sənədin əsli və əgər müraciət edərsə təhsilini başa vurmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış verilir. Həmin sənədlərin surətləri və xaric olunma haqqında əmrdən çıxarış orta ixtisas təhsili müəssisəsində tələbənin şəxsi işində saxlanılır.

4. Tələbələr sırasına bərpa 4.1. Orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il mddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malikdir.

26. Beləliklə, yuxarıda istinad olunan normalara və işin hallarına görə iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə” və eləcə də, “Orta ixtisas təhsili müəssisələrində tələblərin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyətə verilməsinə dair” Müvəqqəti Qaydalar Azərbaycan Respublikasının Təhsil Nazirinin əmri ilə təsdiq edilmiş, sözügedən Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 nömrləi qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ilə ziddiyyət təşkil etdiyindən, Azərbaycan Respublikası Təhsil nazirinin 49 nömrəli xx.xx.2017-ci il tarixli əmrin 4-cü bəndinə əsasən qüvvədən düşmüş hesab edilmiş və həmin əmrin 1-ci bəndinə əsasən “Orta ixtisas təhsili müəssisələrində tələblərin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyətə verilməsinə dair” Müvəqqəti Qaydalar təsdiq edilmişdir.

27. Hazırda qüvvədə olan həmin Müvəqqəti Qaydaların 4.1-ci bəndinə əsasən orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malik olması təsbit edilmişdir. İddiaçı isə Azərbaycan Maliyyə İqtisad Kollecinin xx.xx.2005-ci il tarixli 2 nömrəli əmri ilə dövlət imtahanında iştirak etmədiyinə görə tələbələr sırasından xaric edilmiş, Müvəqqəti Qaydalarda təsbit edilən 10 illik müddət keçdikdən sonra hazırki tələblə cavabdehə müraciət etmişdir.

28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı Müvəqqəti Qaydalarda təsbit edilən 10 illik müddət ötürdüyündən yuxarıda istinad olunan normaların tələblərinə müvafiq olaraq onun hazırki iddia tələbi əsaslı hesab edilə bilməz. 29.Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının bu vaxt çərçivəsində hazırki tələblə cavabdehə əvvəllər (10 illik müddət ərzində) müraciət etməsi müəyyən edilməmiş, iddiaçı tərəfindən bu halı təkzib edəcək hər hansı bir sübut, dəlil təqdim edilməmişdir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar