Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8652/2022 28.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X9 kаtibliyi, İddiaçıların nümayəndəsi İddiaçı (Şuşa rayonunda qeydiyyatdadır, orta təhsillidir, işləmir) iştirakı ilə, İddiaçılar X10 və X4 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı “soyadlarının doğum akt qeydlərində və Ədliyyə Nazirliyinin mərkəzi informasiya sistemində doğum haqqında şəhadətnamələrində olduğu kimi, yəni “Əhmədzadə” olaraq düzəldilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qаrşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq iddiaçının xx.xx.2005-ci il təvəllüdlü oğlu X5 və xx.xx.2006-cı il təvəllüdlü X1 doğum akt qeydlərində və Ədliyyə Nazirliyinin mərkəzi informasiya sistemində doğum haqqında şəhadətnamələrində olduğu kimi, yəni “Əhmədzadə” olaraq düzəldilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hаqqındа qərаr qəbul еdilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 11 aprel 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq X3 ilə ailə həyatı qurmuşdur. Birgə nikahından iki övladı dünyaya gəlmişdir: xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2006-cı il təvvəllüdlü X11. Uşaqların doğum haqqında şəhadətnamələrini Laçın rayonu Vağazin kənd İcra nümayəndəliyindən almışdır. Nümayəndəliyə müraciət edərkən uşaqların soyadlarının babalarının adı ilə, yəni iddiaçının atasının adı ilə yazılmasını xahiş etmişdir. Onlar da heç bir etiraz bildirməmiş və uşaqlara “Əhmədzadə” soyadı verilmişdir. Uşaqlarının ilkin şəxsiyyət vəsiqələrini Asan Xidmətdən almışdır, həmin vaxt da heç bir problem olmadan uşaqların soyadları şəxsiyyət vəsiqələrində “Əhmədzadə” olaraq qeyd edilmişdir. Lakin tərəfindən sonradan böyük oğlunun şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün Asan Xidmət mərkəzinə müraciət etdikdə sistemdə uyğunsuzluq olduğunu, uşaqlara “Əhmədzadə” soyadı ilə yeni şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmayacağını bildirmişdirlər. Amma 3 saylı Asan Xidmət tərəfindən verilən arayışda oğlunun soyadı “Əhmədzadə” olaraq qeyd edilmişdir. Buna baxmayaraq ona uşağın şəxsiyyət vəsiqəsinin dəyişdiriləcəyi halda onun soyadına uyğun olaraq “Süleymanzadə” soyadının veriləcəyini bildirmişlər. İddiaçı onların dediklərindən bir şey anlamadığı üçün Şuşa rayon Polis İdarəsinə sənədləri təqdim etmiş, orada oğlu X5 şəxsiyyət vəsiqəsini dəyişdirdilər. Sonra yenidən kiçik oğlu ilə bağlı Asan Xidmətə müraciət edəndə sistemdə uyğunsuzluq olduğunu göstərdilər və bunun mümkünsüzlüyünü bildirdilər. Sistemdə olan bu uyğunsuzluğun aradan qaldırılaraq uşaqların, X5 və X1 Ədliyyə Nazirliyinin mərkəzi informasiya sistemində həqiqətdə olduğu kimi, yəni “Əhmədzadə” olaraq düzəldilməsi barədə rəsmi şəkildə AR Ədliyyə Nazirliyinin Qeydiyyat Notariat Baş İdarəsinə müraciət etmişdir. Qeyd olunan qurumdan xx.xx.2022-ci il tarixdə iddiaçıya verilən cavab məktubunda uşağa baba adı ilə soyadın verilməsi və ya düzəliş edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını, məsələ ilə bağlı məhkəməyə müraciət edə biləcəyini bildirmişlər. Uşaqlar özlərinin soyadlarını “Əhmədzadə” olaraq bilirlər. Uşaqların öyrəşdiyi, özünü tanıdığı bu soyaddır. Hesab edir ki, onun “Süleymanzadə” olaraq dəyişdirilməsi uşaqların mənafeyinə ziddir. Böyük oğlu bu il ali məktəbə sənədlərini təqdim etmişdir. Sistemdə olan bu uyğunsuzluq onların gələcəkdə əldə edəcəkləri təhsil sənədlərində, hərbi biletlərində, əmək fəaliyyəti ilə bağlı sənədlərdə uyğunsuszluğa gətirib çıxaracaq. Əlavə olaraq qeyd edir ki, İİ qrup Qarabağ əlili olaraq müharibə veteranıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh xx.xx.2022-ci il tarixli 05/2- 5322/13 nömrəli iddiaya dair münasibətini təqdim edərək göstərmişdir ki, qeyd olunan məsələ ilə bağlı İddiaçı xx.xx.2022-ci ildə Qeydiyyat və notariat baş idarəsinə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, övladları Elşən Süleymanzadənin doğumu xx.xx.2005-ci ildə, Əhməd Süleymanzadənin doğumu isə xx.xx.2006-cı ildə Laçın rayonunun Vağazin icra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. Həmin akt qeydlərində onların soyadları “Süleymanzadə" qeyd edilməsinə baxmayaraq bu barədə tərtib edilmiş doğum haqqında şəhadətnamədə hər iki uşağın soyadı “Əhmədzadə" kimi qeyd edilmişdir. Göründüyü kimi adıçəkilən icra nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinin (uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir) tələbləri pozulmuşdur. Bu səbəbdən 09,04.2022-ci ildə A.Süleymanzadəyə Ailə Məcəlləsinin 54.1-ci maddəsinin, habelə 189-cu maddəsinin vətəndaşların öz adının və soyadının, atasının adının dəyişdirilməsinin 18 yaşına çatdıqdan sonra yol verilməsinə dair təiəbləri, habelə uşağa baba adı ilə soyadın verilməsi və ya düzəliş edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı qeyd olunaraq müraciəti cavablandırılmışdır. Doğum haqqında akt qeydində soyadın dəyişdirilməsi barədə məhkəmə qətnaməsi həmin qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edildiyindən və qeyd edilən məsələ Ədliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmadığından məhkəmə iclasında Yasamal rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı təmin ediləcəkdir. Bu barədə Yasamal rayon qeydiyyat şöbəsinə müvafiq tapşırıq verilmişdir. Müraciət ilə əlaqədar Elşən və Əhməd Süleymanzadələrin doğumu haqqında akt qeydlərinin və məhkəməyə qədər müraciətin baxılması ilə bağlı sənədlərin surəti məhkəməyə göndərilir. Daha sonra iddiaçı tərəfindən iddia tələbi dəyişdirilərək, iddiaçılar X10 və X11 olmaqla “soyadlarının doğum akt qeydlərində və Ədliyyə Nazirliyinin mərkəzi informasiya sistemində doğum haqqında şəhadətnamələrində olduğu kimi, yəni “Əhmədzadə” olaraq düzəldilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi məhkəmənin icraatına qəbul edilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. Müvafiq tələblə cavabdehə müraciət edilmiş və imtina cavabı alınmışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir, məhkəməyə ünvanlanmış məktubunda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə cavabdehin iştirakı olmadan işə baxmışdır. Məhkəmə iclasında iddiaçıların qanuni nümayəndəsi İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçıların nümayəndəsinin çıxışını dinləyərək, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddia tələbi əsaslı deyildir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin iddiaçıların atasına ünvanladığı xx.xx.2022-ci il tarixli 05/2-S-11/5 nömrəli məktubuna əsasən araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı oğlu Elşən Süleymanzadənin doğumu xx.xx.2005-ci ildə, Əhməd Süleymanzadənin doğumu isə xx.xx.2006-cı ildə Laçın rayonunun Vağazin icra nümayəndəliyində qeydə alınmışdır. Həmin akt qeydlərində onların soyadları “Süleymanzadə” qeyd edilməsinə baxmayaraq bu barədə tərtib edilmiş doğum haqqında şəhadətnamədə hər iki uşağın soyadı “Əhmədzadə" kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən məlumat verilir ki, uşağa baba adı ilə soyadın verilməsi və ya düzəliş edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli vətəndaşın hərbi xidmətdə olmasına dair elektron arayışına əsasən X10 xx.xx.2020-ci il tarixindən Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şuşa bölməsində hərbi qeydiyyatdadır. AZ-İ 749733 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X11 xx.xx.2006-cı ildə doğulmuşdur, atası kimi İddiaçı, anası kimi X3 qeyd edilmişdir. AZ-İ 574476 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2005-ci ildə doğulmuşdur, atası kimi İddiaçı, anası kimi X3 qeyd edilmişdir. AA2788312 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X10 xx.xx.2005-ci ildə doğulmuşdur. AA3946245 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X11 xx.xx.2006-cı ildə doğulmuşdur. İİ-AZ 037076 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X8 arasında 11 aprel 2003-cü ildə nikah bağlanmışdır. Məhkəmənin sorğusuna əsasən cavabdeh xx.xx.2022-ci il tarixli 05/2-6551/13 nömrəli məktubu ilə bildirmişdir ki, vətəndaş İddiaçı Ədliyyə Nazirliyinə daxil olmuş müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, onun övladları Elşən Süleymanzadənin doğumu xx.xx.2005-ci ildə, Əhməd Süleymanzadənin doğumu isə xx.xx.2006-cı ildə Laçın rayonunun Vağazin icra nümayəndəliyində qeydə alınmışdır. Həmin akt qeydlərində uşaqların soyadları “Süleymanzadə” qeyd edilməsinə baxmayaraq bu barədə tərtib edilmiş doğum haqqında şəhadətnamədə onların soyadı “Əhmədzadə” kimi qeyd edilmişdir. Qanunvericiliyə əsasən qeyd edilir ki, uşağa baba adı ilə soyadın verilməsi və ya düzəliş edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda Ailə Məcəlləsinin 159.1-ci və 161.1-ci maddələrinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeydiyyat şöbələri tərəfindən aparılır. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Göründüyü kimi vətəndaşlıq vəziyyəti akt qeydlərinin qeydə alınması və onlarda dəyişiklik edilməsi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin deyil, qeydiyyat şöbələrinin səlahiyyətinə daxildir. Qeyd olunanları nəzərə alaraq iş üzrə məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş olunur. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə iddiaçının övladları Elşən və Əhməd Süleymanzadənin doğumu haqqında akt qeydlərinin təsdiq olunmuş surətləri təqdim edilmişdir. 06 mart 2005-ci il tarixli 09 nömrəli doğum haqqında akt qeydinə əsasən X6 Bakı şəhəri, Xətai rayonunda xx.xx.2005-ci ildə doğulmuşdur. 17 iyun 2006-cı il tarixli 18 nömrəli doğum haqqında akt qeydinə əsasən X2 rayonunda xx.xx.2006-cı ildə doğulmuşdur. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəa”ların preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Qaydanın 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. Həmin Qaydanın 2.10-cu bəndinə əsasən uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir., 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İşin faktiki hallarına əsasən iddiaçıların doğum haqqında şəhadətnamələrində soyadları Əhmədzadə kimi göstərilsə də, həmin şəxslərin doğum haqqında akt qeydləri kitablarında uyğun olaraq 17 iyun 2006-cı il tarixdə 18 nömrəli və 05 mart 2005-ci il tarixdə 09 nömrəli qeyd aparılaraq soyaqları Süleymanzadə kimi göstərilmişdir. Müvafiq icra nümayəndəliyi tərəfindən verilən doğum haqqında şəhadətnamələrdə soyadların qanunvericiliyə uyğun olaraq valideynlərinin soyadı kimi yox, Əhmədzadə kimi qanunvericiliyin tələbləri pozularaq qeyd olunmuşdur. Eyni zamanda iddiaçıların doğum haqqında akt qeydlərində soyadlarının dəyişdirilməsi barədə müvafiq qeydiyyat orqanı tərəfindən qeydlər aparılmadığından, iddiaçılar cavabdeh tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının reyestrində dəyişikliklər edilməsi tələbində haqlı olmamışdırlar. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən doğum haqqında akt qeydlərində soyadlarının valideynlərinin soyadı kimi “Süleymanzadə” qeyd olunması, sonradan “Süleymanzadə” kimi göstərilmiş soyadın doğum haqqında şəhadətnamələrdə olduğu kimi “Əhmədzadə” soyadına düzəliş etmək barədə müraciətin təmin edilməsindən imtina etməsi kimi hərəkətlərində (inzibati fəaliyyətində) qanunsuzluğa yol verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda qeyd edilən halları və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddiaçılar X10 və X4 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı “soyadlarının doğum akt qeydlərində və Ədliyyə Nazirliyinin mərkəzi informasiya sistemində doğum haqqında şəhadətnamələrində olduğu kimi, yəni “Əhmədzadə” olaraq düzəldilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,34, 68,69, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-8652/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8652/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver