Məhkəmə qərarları › İş №2-1(112)-8656/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8656/2023

09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8656/2023 09.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMM-yə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 513960.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 596294.9 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMM-yə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 513960.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 596294.9 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişd Cavabdeh MMM-nin nümayəndəsi və vəkili X2 məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında eyni zamanda iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMM-yə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixinə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 58488.61 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 65000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərarın qəbul edilməsi” barədə iddia ərizəsi üzrə 2-1(112)-3206/2023 saylı iş vardır. Göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi eyni tələblə iki dəfə məhkəməyə müraciət edərək cavabdehin yəni Cavabdeh MMM-nin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 226167.38 manat Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 283997.1 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 89.53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 253000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbləri üzrə mübahisə predmeti və tərəflər eyni olduğu üçün hazırkı mübahisələr işlərin ayrı-ayrılıqda baxılıb obyektiv qərar qəbul edilməsi qeyri mümkündür. Odur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" LTD MMM-yə qarşı “siyahıya alınmış əmlakın satılması” barədə 2-1(112)- 8656/2023 saylı inzibati işi məhkəmənin icraatında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMM-yə qarşı “siyahıya alınmış əmlakın satılması” barədə 2-1(112)- 3203/2023 saylı inzibati işi ilə bir icraatda birləşdirilib baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmənin icraatında olan eyni iddiaçının eyni cavabdehə qarşı, eyni predmet və hüquqi əsasla qaldırılmış iddialar üzrə inzibati işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin vəsatəti təmin edilməli, bir icraatda baxılması və vahid qərar qəbul edilməsi məqsədilə hazırkı 2-1(112)-8656/2023 nömrəli və 2-1(112)-3206/2021 nömrəli işlər üzrə icraatı bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1, 37, 56.1 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Cavabdeh MMM-nin nümayəndəsi və vəkili X1 ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMM-yə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 513960.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 596294.9 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair iddiası üzrə 2-1(112)-8656/23 və 2-1(112)- 3206/2023 nömrəli işlər üzrə icraatı bir icraatda birləşdirilsin. 2-1(112)-8656/2023 saylı inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar