Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8658/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabehin 30 iyun 2021-ci il tarixli 1- 416-003 saylı imtina qərarının ləğv edilməsi və cavabdehin üzərinə iddiaçıya piket keçirməyə icazə vermək haqqında qərar verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabehin 30 iyun 2021-ci il tarixli 1-416-003 saylı imtina qərarının ləğv edilməsi və cavabdehin üzərinə iddiaçıya piket keçirməyə icazə vermək haqqında qərar verilməsi vəzifəsinin qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 iyun 2021-ci il tarixdə vətəndaş X2 ilə birlikdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan konstitusiya hüquqlarından istifadə edərək dinc piket keçirtmək barədə “xəbərdarlıq” məktubu ünvanlamışlar. Xəbərdarlıqda onlar iki nəfər 02 iyul 2021-ci il tarixdə saat 15:00-dan 17:00-dək ünvan 1 ünvanda yerləşən vəkillər kollegiyası rəyasət heyyətinin inzibati binasının qarşısında piket keçirmək isdədiylərini bildirmişlər. Keçirmək isdədiyləri piketə səbəb vəkillər kollegiyasının vəkilliyə namizədlər və hətta vəkillərin özlərinə qarşı etdiyi qanunsuz hərəkətlərə qarşı dinc etiraz keçirməliydilər. Dinc aksiya onlar ikisi yəni iddiaçı və X2 iştirak edəcəkdilər. Aksiya zamanı istifadə ediləcək yazılı və şifahi şüarların mətnləri barədə xəbərdarlıqda qeydlər aparılmışdır. Aksiyanın keçiriləcək yeri elə seçilmişdir ki, həmin yerdə insanlar az olsunlar və nəqliyyatın gedişgəlişinə maneçiliklər olmasın. Pandemiyanı da nəzərə alaraq aksiyada cəmi iki nəfər iştirak edib və ətrafdakı insanlarla 10-15 metr məsafədə dayancaqdılar. Hər bir hərəkətləri qanuna uyğun olacaqdı. Bakı şəhər İcra Hakimiyyətinin şöbə rəisi olmuş Elmin İmanovun 30 iyun 2021-ci il tarixində imzalamış olduğu 1-416-003 saylı məktubu ilə keçirmək isdədiyləri aksiyanın “Sərbəst toplaşma azadlığı haqqında Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə zidd olunduğu əsas gətirilərək imtina edilmişdi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, Bak İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimlinin icraatında iddiaçı X1 iddiası üzrə 2-1(112)-8133/2021 saylı eyni predmet və əsaslarla inzibati iş olduğunu və hər iki işdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin olduğunu bildirmişdir. Bu səbəbdən hər iki inzibati işin eyni icraatda birləşdirilməsi məqsədi ilə işin Rüstəm Kərimliyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının vəsatəti təmin edilməli, məhkəmənin icraatında olan eyni cavabdehə qarşı, eyni predmet və hüquqi əsasla qaldırılmış iddialar üzrə inzibati işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, hazırkı iş məhkəmənin hakimi Rüstəm Kərimlinin icraatında olan 2-1(112)-8133/2021 saylı əlaqəli işlə bir icraatda 2-1(112)-8133/2021 saylı nömrə altında birləşdirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1, 37, 56.1 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabehin 30 iyun 2021-ci il tarixli 1-416-003 saylı imtina qərarının ləğv edilməsi və cavabdehin üzərinə iddiaçıya piket keçirməyə icazə vermək haqqında qərar verilməsi vəzifəsinin qoyulması dair iddiası üzrə 2-1(112)-8658/21 saylı hazırkı iş məhkəmənin hakimi Rüstəm Kərimlinin icraatında olan 2-1(112)-8133/2021 saylı əlaqəli işlə bir icraatda 2-1(112)-8133/2021 saylı nömrə altında birləşdirilsin. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-8658/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8658/2021
01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver