Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8659/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər qismində X24 və qeyriləri işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, 3-cü şəxslər X8, X1, X2 və X19 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər qismində X24, X9, X6, X34, X13, X22, X28, X25, X26, X20, X7, X27 və X29 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı X24, X9, X6, X34, X13, X22, X28, X25, X26, X20, X7, X27 və X14 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində yerləşən 22 saylı evin 2 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı vе Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21 yanvar 2025-ci il tarixdə ********** № ilə qeydə alınmış çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, ev 22, ümumi sahəsi 52,92 kv.m olan 2 saylı mənzili tam halda onun mülkiyyətindədir. O mülkiyyətində olan yaşayış sahəsinə qeydiyyata alınarkən məlum olmuşdur ki, həmin yaşayış sahəsində babası və onun tanımadığı adları yuxarıda sadalanan 13 (on üç) nəfər şəxslər qeydiyyatdadırlar. Adları yuxarıda sadalanan 13 (on üç) nəfər şəxslərin ona məxsus yaşayış sahəsində qeydiyyatda olmaları "Yaşayış yeri üzrə qeydiyyat haqqında" 10 aprel 2025-ci il tarixli ******* saylı arayışda öz əksini tapmışdır. O, mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatda olan tanımadığı adları yuxarıda sadalanan 13 (on üç) nəfər şəxsin qeydiyyatdan çıxarılmaları barədə ərizə ilə müraciət etmiş, lakin, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 17 fevral 2025-ci il tarixli 3-13-52/2-H-5405/25 saylı məktubu ilə ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.
3. Məhkəmənin 2-1(112)-8659/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X24, X9, X6, X34, X13, X22, X28, X25, X26, X20, X7, X27 və X29 iş üzrə zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxslər onlara məxsus yaşayış sahəsinin ayrıca yaşayış sahəsi olduğunu bildirərək, mübahisəli ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və digər 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə, işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və digər 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil tam payda xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi, xx.xx.2025-ci il qeydiyyat tarixi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. Cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2025-ci il tarixli, 3-13-49/2-H- 5405/25 nömrəli məktubla imtina edilərək “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
10. 2 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən xx.xx.2003-cü il təvəllüdlü X24, xx.xx.2021-ci il təvəllüdlü X9, xx.xx.1969-cu il təvəllüdlü X6, xx.xx.1995-ci il təvəllüdlü X34, xx.xx.2023-cü il təvəllüdlü X13, xx.xx.1957-ci il təvəllüdlü X22, xx.xx.1993-cü il təvəllüdlü X28, xx.xx.2007-ci il təvəllüdlü X25, xx.xx.2008-ci il təvəllüdlü X26, xx.xx.1995-ci il təvəllüdlü X20, xx.xx.1973-cü il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X27 və xx.xx.2018ci il təvəllüdlü X29 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13- 52/2-12353/2025 nömrəli məktubla bildirilmişdir ki, X21, X3, X18, X38iuna və X10 məxsus fərdi uçot kartoçkalarının təsdiq olunmuş surətləri göndərilir. Həmçinin bildirirlər ki, göstərilən şəxslərin ünvan 3 ünvanına qeydiyyata əsas olmuş sənədlərin arxivdə saxlanılma müddəti başa çatdığından müvafiq qanunvericiliyə uyğun olaraq tərəfimizdən yandırılaraq məhv edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 06 may 2025-ci il tarixli, 3-21-3-30/2- 17950/2025 nömrəli məktubla bildirilmişdir ki, X21, X3, X18, X38iuna və X10 məxsus fərdi uçot kartoçkalarının təsdiq olunmuş surətləri göndərilir. Həmçinin bildirirlər ki, göstərilən şəxslərin ünvan 3 ünvanına qeydiyyata əsas olmuş sənədlərin arxivdə saxlanılma müddəti başa çatdığından müvafiq qanunvericiliyə uyğun olaraq tərəfllərindən yandırılaraq məhv edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən 25 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 12 nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən xidməti ərazidə yerləşən Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, ev 22, mənzil 2-də aşağıda göstərilən sakinlər yaşayır: X24, X11, X6, X34, X15, X22, X28, X25, X26, X20, X4, X30, X29. Bildirirlər ki, onlar göstərilən evdə yox, ayrı-ayrı evlərdə yaşayırlar və eyni ünvanda qeydiyyatdadırlar.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş üzrə toplanmış sənədləri birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
20. Belə ki, işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı hazırda ona məxsus ünvanda tanımadığı şəxslərin qeydiyyatda olmasına istinad etməklə həmin şəxslərin ona məxsus ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş edir. Lakin, 3-cü şəxslər iddiaçıya məxsus ünvanda deyil, özlərinə məxsus ayrıca yaşayış sahəsində yaşayan şəxslərdir və onların iddiaçıya məxsus mənzilə dair hər hansı bir hüquqları mövcud deyildir. Sadəcə olaraq, onlara məxsus fərdi yaşayış evi ilə paylı mülkiyyət hüquqi ilə iddiaçı məxsus olan mənzil ilə eyni ünvan altında yerləşir.
21. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. -1.5-ci bəndinə görə Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. -3.3-cü bəndinə görə Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. -3.4-cü bəndinə görə ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir.
23. Qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, 3-cü şəxslərlə iddiaçı arasında mübahisəli mənzil sahəsinə dair hər hansı bir mübahisə olmadığından, iddiaçı və üçüncü şəxslər hər biri özlərinə məxsus ayrıca yaşayış sahəsində yaşadıqlarından və 3-cü şəxsin onlara məxsus yaşayış sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, hazırki iş üzrə eyni ünvanla bağlı yaranmış mübahisənin həlli məqsədilə iddiaçının, yəni, həmin ünvanda yerləşən əmlaka mülkiyyət hüququ ilə sahib şəxsin daşınmaz əmlak obyektinə ünvan verilməsi ilə bağlı səlahiyyətli orqana müraciət etmək hüququ saxlanıldığından iddiaçının hazırki tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
24. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X5 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
27. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X5 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
31. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
32. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
33. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
34. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
36. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X23 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
40. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva