Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8660/2021 11.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı “cavabdehin İdarə Heyətinin 27 may 2021-ci il tarixli 82 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı “cavabdehin İdarə Heyətinin 27 may 2021-ci il tarixli 82 saylı qərarının ləğv edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 23.07.2015-ci il tarixdə ********** (VÖEN) qeydiyyat nömrəsi ilə Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına ahnmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 13 aprel 2017-ci il tarixli X6 əsasən təqdim olunmuş sənədlər əsasında və rəydə göstərilən şərtlər daxilində Quba Rayon İcra Hakimiyyəti Başçısının 12.04.2011-ci il tarixli 102 saylı Sərəncamı və 12.04.2011-ci il tarixli icarə müqaviləsi ilə sahibkarlıq fəaliyyəti (çınqıl-qum karxanasının təşkili) məqsədi ilə İddiaçı MMC-yə “Vəlvələçay” çınqıl-qum qarışığı yatağından 99 (doğsan doqquz) il müddətə icarəyə verilmiş 18.5 ha torpaq sahəsində “Dağ mədən işlərinin inkişafı planı” razılaşdırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması haqqında 13 aprel 2017-ci il tarixli 00968 saylı aktına əsasən Azərbaycan Respublikası, Quba rayonunun inzibati ərazisində icarə əsasında MMC-yə ayrılmış torpaq sahəsində Markşeyder planı əsasında Azərbaycan Respublikası, Quba rayonu inzibati ərazisində yerləşən “Vəlvələçay” qum-çınqıl yatağında 1, 2, 3 və 4 künc nöqtələri ilə nömrələnmiş 18.5 (on səkkiz tam onda beş) hektar ərazidə 5 il müddətində qum-çınqıl hasilatının həyata keçirməsinə icazə verilmişdir. MMC-yə icarə əsasında ayrılmış torpaq sahəsində qum-çınqıl hasilatına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 13.04.2017-ci il tarixdə Ekoloji Pasport da təqdim olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 24 aprel 2017-ci il tarixdə verilmiş lisenziyaya əsasən İddiaçı MMC-yə Quba rayonun ərazisində yerləşən “Vəvələ çay" qum-çınqıl yatağı ünvanında dağ-mədən işlərinin həyata keçirilməsinə icazə verilmişdir. Beləliklə sadalanan bütün sənədlərdən görünür ki, 99 (doğsan doqquz) il müddətinə icarə əsasında MMC-yə ayrılmış torpaq sahəsində dağmədən işlərinin aparılması və qum-çınqıl karxanasında qum-çınqılıq hasilatının həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş bütün icazələr və razılaşmalar əldə edilmişdir. Yəni MMC tərəfindən aparılan fəaliyyət tam qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 X3 İdarə Heyətinin 27 may 2021ci il tarixli 82 saylı qərarına əsasən 13 aprel 2017-ci il tarixli 00968 nömrəli “Dağ mədən ayrılması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin Təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə ləğv edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktın zəruriliyini sübut etməlidir. Sübut etmə vəzifəsini inzibati orqan daşıyır. Lakin inzibati orqan MMC-yə “Dağ-mədən ayırması” aktı ilə ayrılmış yerin təkindən istifadə hüququnun ləğv edilməsi ilə bağlı qərar qəbul etsə də, bu halları təsdiq edən hər hansı sübut yoxdur. İnzibati orqan qanunsuz qərarında qeyd edir ki, guya ki, MMC tərəfindən yerin təkindən səmərəli istifadə edilməsi və mühafizəsinə aid əsas tələblər, yerin təkindən istifadə qaydaları və icazə şərtləri pozulmuşdur. Halbuki bu halları təsdiq edən hər hansı mötəbər sübut və ya əsas olmamışdır. İnzibati orqan qərarında yalnız “Yerin təki haqqında” AR Qanununa və AR Prezidentinin 27.07.2020-ci il tarixli qərarına istinad etmiş, istifadə qaydasının və icazə şərtlərinin hansı tələblərinin pozulmasını konkret göstərməmişdir. Yuxarıda sadalanan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də tam təsdiq olunur ki, MMC tərəfindən dağ mədən işləri müvafiq eksperti rəylərinə, ekoloji pasporta və və təsdiq edilmiş plana uyğun olaraq aparılmışdır. Bütün bu işlərin görülməsi üçnü kompleks icazələr alınmışdır ki, bu icazələrin də hamısı müvafiq yoxlama və araşdırmalar aparıldıqdan sonra verilmişdir. Lakin cavabdeh inzibati orqan hər hansı araşdırma aparmadan, müvafiq ekspertiza keçirmədən MMC-nin yerin təkindən düzgün istifadə etmədiyi qənaətinə gəlmişdir. Halbuki bu qərara gəlmək üçün əsaslı araşdırma aparılmalı, müvafiq ekspertizalar keçirilməli və mütəxəssislər cəlb olunmalı idi. Lakin inzibati orqan bu tədbirlərin heç birini həyata keçirməmiş və öz qanunsuz qərarı ilə MMCin hüquqlarımı kobud və əsassız şəkildə pozmuşdur. İnzibati orqanın əsassız qəbul etdiyi qərarın nəticəsində MMC və dag-mədənində çalışan insanlara maddi ziyan içindədir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X4 24 sentyabr 2021-ci tarixli, 19/1053 nömrəli məktubunda bildirilmişdirki, İddiaçı MMC tərəfindən məhkəmə qaydasında şikayət verməklə yanaşı həm də subordinasiya baxımından yuxarı inzibati orqana, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yazılı müraciət edilmişdir. İddiaçı MMC-nin müraciətinə şikayət instansiyasında baxılaraq mübahisələndirilən akt qanunsuz hesab edilmiş və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 80.1.2-ci maddəsinə rəhbər tutularaq ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20.09.2021-ci il tarixli 04 nömrəli qərarı ilə X7 X4 İdarə Heyəti tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli 82 saylı qərarın ləğv edildiyindən məhkəmə tərəfindən inzibati mübahisəyə baxıla bilməz. Belə ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Qeyd edilənlərə əsasən cavabdeh inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20.09. 2021-ci il tarixli, 04 nömrəli qərarından görünür ki, X7 X4 İdarə Heyətinin 2021-ci il 27 may tarixli 82 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu üçün, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı “cavabdehin İdarə Heyətinin 27 may 2021-ci il tarixli 82 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-8660/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8660/2021
11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver