Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8664/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası tətbiq edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli AİBNDX-06/01-5/299 saylı məktuba əsasən İddiaçı MMC-nin fəaliyyət sahəsinə aid olan sənəd və cədvəllərin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 10 (on) iş günü ərzində təqdim edilməsi tələb olunmuşdur. Qeyd edilən müddət ərzində tələb olunan lazımi sənəd və cədvəllərin İddiaçı MMC-nin sözügedən sahə üzrə əməkdaş sayının məhdud olması səbəbindən göstərilən müddət ərzində hazırlanması qeyri-mümkün olduğundan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunmuş, tələb olunan məlumatların həcminin nəzərə alınması və sənədlərin hazırlanması üçün əlavə müddətin verilməsi xahiş olunmuş və lazımi sənədlərin təhvil verilmə tarixi xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır. İddiaçı tərəfindən sənəd və cədvəl məlumatlarının bir qismi audit yoxlama aparılan təşkilata təhvil verildiyindən xx.xx.2022-ci il tarixinə qədər lazımi sənədlərin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təhvil verilməsi İddiaçı MMC-nin imkanları xaricində olduğundan bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edilmiş və müddətin uzadılması xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba İddiaçıə təhvil verilmiş sənədlər əlavə edilmişdir. Qeyd olunan məsələ ilə bağlı cədvəl və müvafiq sənədlərin hazırlanması sahəsində əməkdaş sayının məhdud olması, tələb olunan sənədlərin bir qisminin audit yoxlama aparan təşkilata təhvil verilməsi, digər bir qisminin İddiaçı MMC sənəd bazasında mövcud olmaması səbəbindən gecikmə yaranmış və tələb olunan sənədlər tam şəkildə xx.xx.2022-ci il tarixli qərarda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixinədək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təhvil verilmişdir. Təqdim olunmuş sənədlərdən də aydın şəkildə görünür ki, iddiaçı tərəfindən sənədlərin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təhvil verilmə müddəti qanunvericiliklə nəzərdə tutulmuş 6 (altı) ay müddəti keçməmişdir. Lakin şirkətin hər dəfə zəruri sənədlərin təqdim edilə bilməməsi ilə bağlı əsaslı səbəbləri göstərməsinə baxmayaraq, həmin səbəblər nəzərə alınmamış, obyektiv olmayan qərar verilmiş və əsassız maliyyə sanksiyası tətbiq olunmuşdur. Qanunun müvafiq maddəsindən də aydın olduğu kimi bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının vəzifəsi inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılmasıdır. Lakin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iddiaçı tərəfindən inhisarçılığa və haqsız rəqabətə yol verilmədiyi halda əsassız olaraq müəssisə barəsində maliyyə sanksiyası tətbiq etmişdir. Qanun yoxlamaların məqsəd və prinsiplərini müəyyən edir. Bu zaman yoxlamaların əsas məqsədi kimi sahibkarların yol verdikləri hüquq pozuntularına görə cəzalandırılması yox, insanların həyat və sağlamlığının, əmlakının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi göstərilir. Yuxarıda qeyd olunmuş hallardan da açıq şəkildə görünür ki, İddiaçı MMC tərəfindən hüquq pozuntusuna yol verilməmiş, sadəcə audit yoxlamasında olan sənədlərin təqdim olunması iddiaçıdan aslı olmayan səbəblərdən qeyri-mümkün olmuşdur. Həmçinin tələb olunan müddət ərzində İddiaçı MMC-nin sənəd bazasında mövcud olan bütün sənədlər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmuşdur. Lakin qeyd olunan hallardan açıq şəkildə görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlığın inkişafına süni maneələr yaradır. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 07 aprel 2022-ci il tarixli “Qərar”ı və 08 aprel 2022-ci il tarixli “Göstəriş”i № 001508 poçt bildirişi qəbzin 13 aprel 2022-ci il tarixdə İddiaçı MMC-yə ünvanlanmış və tərəfindən 14 aprel 2022-ci il tarixdə poçt bildirişi qəbzinə imza edilməklə təhvil alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı MMC İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli Qərarın və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli Göstərişin ləğvi haqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları haqqında” Qərarının 2.19-cu maddəsinə görə Göstəriş almış şəxsin göstərişin icra müddətinin qurtarmasına 10 gün qalanadək göndərdiyi əsaslandırılmış vəsatət üzrə Antiinhisar orqanı göstərişin icra müddətinin 6 aydan çox olmamaq şərti ilə uzadılması haqqında qərar qəbul edə bilər. Zəruri sənədlərin 6 aydan artıq müddətin keçmədiyi əsas gətirilərək Dövlət Xidmətinin Qərar və Göstərişinin ləğv olunması xahiş olunmuşdur. Lakin iddiaçının bu mövqeyi əsassız hesab edilir. Belə ki, yaranmış zərurətlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra-Xidmət) 21.01,2022-ci il tarixli AİBNDX-06/01-5/299 nömrəli məktubu ilə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.5-ci bəndinə əsasən mobil telefonlara dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi İddiaçındən (VÖEN: **********, hüquqi ünvanı: AZ1014, ünvan 1 edilməsi haqqında sözügedən məktub sifarişli poçt vasitəsilə İddiaçı (bundan sonra - “İddiaçı MMC) yuxanda qeyd olunan hüquqi ünvanına göndərilmiş, xx.xx.2022-ci il tarixində aidiyyəti üzrə çatdırılmışdır (bunu təsdiq edən poçt qəbzi mövcuddur). Eyni zamanda həmin məktubla təsərrüfat subyektlərinin məlumatların düzgün və vaxtında təqdim olunmamasına görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları İddiaçı MMC-nin nəzərinə çatdırılmışdır. İddiaçı MMC-nin Xidmətə ünvanlanmış xx.xx.2022-ci il tarixli 6362 nömrəli məktubu (daxilolma qeydiyyatı: 5/537, xx.xx.2022-ci il) ilə tələb olunan sənəd və məlumatların təqdim olunması müddətinin uzadılması xahiş edilmişdir. Xidmətin xx.xx.2022- ci il tarixli AİBNDX-06/07-5/623 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların xx.xx.2022-ci il tarixinə kimi təqdim edilməsinə etiraz edilmədiyi bildirilmişdir. Lakin yenə də tələb olunan sənəd və məlumatlar İddiaçı MMC tərəfindən Xidmətə təqdim edilməmişdir. Bununla əlaqədar İddiaçı MMC barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə xx.xx.2022-ci il tarixdə iş qaldırılmış, işə baxılması iclası xx.xx.2022-ci il tarixinə təyin edilmiş, eyni zamanda Komissiyanın iş qaldırılması Qərarı ilə İddiaçı MMC-dən Xidmətin 21.01,2022-ci il tarixli AİBNDX-06/01-5/299 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların təqdim edilməsi xahiş edilmişdir. İddiaçı MMC” MMC-nin xx.xx.2022-ci il tarixli 7422 nömrəli məktubu ilə (daxilolma qeydiyyatı: 5/1112, xx.xx.2022-ci il) İddiaçı MMC-də audit yoxlamalarının aparıldığı, sənəd və məlumatların bir hissəsini audit yoxlama aparan təşkilata təhvil verilməsi səbəbindən Xidmətin tələb etdiyi sənəd və məlumatların tələb olunan müddət ərzində təqdim edilə bilməyəcəyi bildirilmişdir. Daha sonra İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 7719 nömrəli məktubu ilə (daxilolma qeydiyyatı: 5/1320, xx.xx.2022-ci il) bəzi cədvəl məlumatları təqdim edilərək digər sənədlərin və cədvəl məlumatlarının əksəriyyətinin olmaması səbəbindən təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 8029 nömrəli məktubu ilə (daxilolma qeydiyyatı: 5/1439, xx.xx.2022-ci il) bəzi cədvəl və məlumatlar təqdim edilmişdir. Məlumatlar araşdırılarkən təqdim edilmiş bütün cədvəl məlumatlarının düzgün tərtib edilmədiyi, məlumatların əksik təqdim edildiyi, belə ki tələb olunan cədvəl məlumatlarında mobil telefon cihazları üzrə modellərin və onların parametrlərinin düzgün və ətraflı qeyd edilmədiyi müəyyən edilmişdir. İclas zamanı İddiaçı MMC-nin təqdim etdiyi cədvəl məlumatların düzgün tərtib edilmədiyi, məlumatların əksik olduğu komissiya üvzlərinin və şirkətin nümayəndələrinin diqqətinə çatdırılmışdır. Beləliklə, Xidmətin xx.xx.2022-ci il tarixli AİBNDX-06/01-5/299 nömrəli məktubu ilə, habelə Xidmətin xx.xx.2022-ci il tarixli FA-17 nömrəli əmrilə yaradılmış Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının təxirə salınması haqqında” xx.xx.2022-ci il tarixli Qərarına əsasən tələb olunan lazımi sənəd və məlumatlar İddiaçı MMC tərəfindən təqdim edilməmişdir. Komissiya qərar verilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, edilən çıxışları hərtərəfli, habelə işin materiallarını tam və obyektiv araşdıraraq, İddiaçı MMC-nin Xidmət tərəfindən tələb olunan sənəd və məlumatları təqdim etməməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərini pozduğunu müəyyən etmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati - idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq Xidmətin hüquqlarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları haqqında” Qərarının 3.1-ci maddəsinə görə antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. Göründüyü kimi Dövlət Xidməti (onun komissiyası) tərəfindən maliyyə sanksiyalarının tətbiq edilməsi əsaslıdır və qanunvericiliyə uyğundur. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48-ci maddəsini rəhbər tutaraq iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, AİBNDX-06/01-5/299 nömrəli məktubda bildirilmişdir ki, yaranmış zərurətlə əlaqədar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.5-ci bəndinə əsasən aşağıdakı sənəd və cədvəl məlumatlarının 10 (on) iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsini xahiş edirik: - satışını həyata keçirdiyiniz mobil telefonların rəsmi nümayəndəsi (distribütor və ya diler) olmağınızı sübut edən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri; - məsələ ilə əlaqədar işçi qaydasında müzakirələr aparılması üçün səlahiyyətli nümayəndəniz (adı, soyadı, elektron poçt ünvanı və telefon nömrəsi) barədə məlumatlar; - qoşmada əlavə olunmuş cədvəllərə uyğun məlumatlar (qeyd olunan cədvəl məlumatları əlavə olaraq MS Excel formatında mailto:lachin.suleymanova@competiton.gov.azElektron ünvan elektron poçt ünvanına göndərilsin). Nəzərinizə çatdırırıq ki, təsərrüfat subyektləri məlumatların və sənədlərin verilməməsinə, yaxud düzgün olmayan məlumatların verilməsinə görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 6362 nömrəli məktubda bildirilmişdir ki, Sizin AİBNDX- 06/01-5/299 saylı 21 yanvar 2022-ci il tarixli məktubunuz nəzərdən keçirildi. Sənəd və cədvəl məlumatlarının 10 (on) iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş edilmişdir. Lakin İddiaçı MMC-də işçi sayı məhdud olduğundan göstərdiyiniz müddət ərzində sənəd və cədvəl məlumatlarının 10 (on) iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edə birmirik. Xahiş edirik ki, sənəd və cədvəl məlumatlarını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmə müddətini uzadasınız. İş materiallarına əlavə edilmiş Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, AİBNDX-06/07-5/623 nömrəli məktubda bildirilmişdir ki, tələb olunan sənəd və məlumatların təqdim edilmə müddətinin uzadılması barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxıl olmuş xx.xx.2022-ci il tarixli 6362 nömrəli müraciətinizə (daxilolma qeydiyyatı: S/537, xx.xx.2022-ci il) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Xidmətin xx.xx.2022-ci tarixli AİBNDX-06/01- 5/299 nömrəli məktubu ilə tələb olunan sənədlərin və cədvəl məlumatlarının xx.xx.2022-ci il tarixinə kimi təqdim edilməsinə etiraz etmirik. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 7422 nömrəli məktubda bildirilmişdir ki, Sizin AİBNDX-06/01-5/623 saylı 10 fevral 2022-ci il tarixli məktubunuz nəzərdən keçirildi. Sənəd və cədvəl məlumatlarının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xx.xx.2022-ci il tarixinə kimi uzadılmışdır. Lakin İddiaçı MMC-də sənəd və cədvəl məlumatlarının bir qismi audit yoxlama aparılan təşkilatına təhvil verildiyindən göstərdiyiniz müddətdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edə bilrmirik. Audit yoxlama aparılan təşkilatı sənəd və cədvəl məlumatlarının təqdim edən kimi Sizə təqdim ediləcək. Xahiş edirik ki, sənəd və cədvəl məlumatlarını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmə müddətini uzadasınız. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” qərarına əsasən hüquqi ünvanı AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, 28 May, ev 42 olan İddiaçı (VÖEN: **********) haqqında “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılması qərara alınmışdır. Qərarla eyni zamanda haqqında iş qaldırılan İddiaçı (VÖEN: **********) xx.xx.2022-ci il tarixli AİBNDX-06/01-5/299 nömrəli məktub ilə tələb olunan sənəd və məlumatların xx.xx.2022-ci il tarixinə kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 7719 nömrəli məktubda bildirilmişdir ki, Sizin AİBNDX-0/07-5/623 saylı 10 fevral 2022-ci il tarixli məktubunuzu nəzərdən keçirildi. Qeyd olunanları nəzərə alaraq sənədləri və cədvəl məlumatlarım sizə təqdim edirik. Əlavə olaraq onuda bildiririk ki, təqdim edilməyən sənədlərin və cədvəl məlumatlarının əksəriyəti bizdə olmadığından sizə təqdim edə bilmirik. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli “Antinhisar qanunevriciliyinin pozulması əlamətləri üzrə işi təxirə salınması haqqında” qərarına əsasən İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixinə kimi xx.xx.2022-ci il tarixli AİBNDX-06/01-5/298 nöməli məktub ilə tələb olunan sənəd və məlumatların Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmasının təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası tətbiq edilməsi haqqında” qərarına əsasən hüquqi ünvanı AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, 28 May, ev 42 olan İddiaçınə (VÖEN: **********) “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulmasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX- 06/01-5/299 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların xx.xx.2022-ci il tarixinədək təqdim edilməsi barədə göstəriş verilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tələb olunan sənəd və məlumatları təqdim etməməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərini pozduğuna görə hüquqi ünvanı AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, 28 May, ev 42 olan İddiaçınə (VÖEN: **********) həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 2500 (iki min beş yüz) manat məbləğində maliyyə sanksiyası şəklində cərimə tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli göstərişinə əsasən hüquqi ünvanı AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, 28 May, ev 42 olan İddiaçınə (VÖEN: **********) “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulmasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-06/01-5/299 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların xx.xx.2022-ci il tarixinədək təqdim edilməsi və hüquqi ünvanı AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, 28 May, ev 42 olan İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli FA-17 nömrəli əmrilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması barəsində tətbiq edilmiş 2500 manat məbləğində maliyyə sanksiyasını 30 gündən gec olmayaraq hesaba köçürülməsinin təmin edilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli 8635 nömrəli (daxil olma tarixi xx.xx.2022-ci il) məktubda bildirilmişdir ki, Sizin Q-00058 saylı, xx.xx.2022-ci il tarixli qərarının 1-ci bəndinə uyğun olaraq bütün məlumat toplusunu qoşmada əlavə olunan cədvəllərlə təqdim edirik. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarını xx.xx.2022-ci il tarixdə alqıdan sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsini poçt xidmətinə təqdim etməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin: -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. -4.0-cı bəndinə görə öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır: 4.0.5. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə görə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun: -3-cü maddəsinə görə inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. -16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilatiidarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. -17-ci maddəsinin 1-ci bəndinə görə bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri: bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə; vurulmuş zərəri ödəməyə; cəriməni ödəməyə borcludurlar. -18-ci maddəsinə görə bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar. -Təsərrüfat subyektləri: -müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. -3.1-ci bəndinə əsasən antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13cü, 13-1-ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. -3.3-cü bəndinə əsasən bazar subyektlərinə cərimə tətbiq edilməsi və ya maliyyə sanksiyası tətbiq edilməsi üçün işlərə baxılmasına aşağıdakılar əsas ola bilər: antiinhisar orqanlarının göstərişlərinin icra olunmaması və antiinhisar qanunvericiliyinə əsasən antiinhisar orqanlarına təqdim edilməli olan vəsaitlərin, ərizələrin, sənədlərin və digər məlumatların təqdim olunmaması haqqında informasiyanı əks etdirən sənədlər; antiinhisar orqanlarının qanuni tələblərinin vaxtında yerinə yetirilməməsi; düzgün olmayan məlumatların təqdim edilməsi. -3.4-cü bəndinə əsasən göstərişin icrasına nəzarət edən Komissiya üzvü, onun icra müddətinin qurtardığı gündən başlayaraq 10 gündən gec olmamaqla Antiinhisar orqanının göstərişinin icra edilməməsini əhatə edən məlumatlar olan sənədləri Komissiyanın sədrinə təqdim edir. Komissiyanın sədri, bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə cərimə və ya maliyyə sanksiyası tətbiq olunması haqqında iş qaldırılması barədə qərar çıxarır. -3.7-ci bəndinə görə cərimə və ya maliyyə sanksiyalarının tətbiqi haqqında işlərə baxılmasının nəticəsində Komissiya müvafiq qərar qəbul edir və qərar Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Cərimə və maliyyə sanksiyalarının tətbiqi haqqında qərar 10 günün müddətində bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə qanun pozuntusuna yol vermiş şəxsə göndərilir. Cərimə və maliyyə sanksiyalarının yerinə yetirilməsi haqqında göstəriş verilir. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır və bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə qanun pozuntusuna yol vermiş şəxsə göndərilir. -3.10-cu bəndinə görə antiinhisar qanunvericiliyinin pozulmasına görə təsərrüfat subyektlərinə tətbiq edilən cərimələr və maliyyə sanksiyaları bu haqda qərarlar qəbul edildiyi vaxtdan 30 gün müddətinə mübahisəsiz dövlət büdcəsinə ödənilir. Antiinhisar qanunvericiliyini pozan şəxslər cəriməni və ya maliyyə sanksiyasını ödəmədiyi və ya qismən ödədiyi halda, antiinhisar orqanı cərimənin və ya maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrasının həyata keçirilməsi üçün icra məmurlarına göndərir. -3.11-ci bəndinə əsasən cərimə və maliyyə sanksiyalarının tətbiqi bazar subyektlərini (onların rəhbərlərini) antiinhisar orqanlarının qərarlarını və göstərişlərini icra etmək və ya antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş tələbləri yerinə yetirmək və digər hərəkətləri icra etmək vəzifəsindən azad etmir. -3.12-ci bəndinə əsasən bazar subyekti tərəfindən Antiinhisar orqanının göstərişi icra olunmadıqda, Komissiya cərimə və ya maliyyə sanksiyası tətbiq edir və iş üzrə qəbul olunmuş qərara əsasən yeni müddət təyin edərək təkrar göstəriş verir. Təkrar göstəriş icra olunmadıqda Komissiyanın bu Qaydalara uyğun olaraq yenidən cərimə tətbiq edilməsi barədə işə baxılmasına qayıtmaq hüququ var. Göründüyü kimi qanunverici antiinhisar orqanına antiinhisar qanunvericiliyinə əsasən öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı müvafiq sənəd və məlumatların təqdim edilməsini tələb etmək, həmin tələb yerinə yetirilmədikdə cərimə və ya maliyyə sanksiyasının tətbiqi haqqında qərar qəbul etmək, cərimə və ya maliyyə sanksiyasının yerinə yetirilməsi barədə göstəriş vermək, cərimə və ya maliyyə sanksiyasının ödənilmədiyi və ya qismən ödənildiyi halda məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edərək icra məmuruna göndərmək səlahiyyəti tanımışdır. Qeyd edilməlidir ki, cərimə və ya maliyyə sanksiyasını ödəməklə yanaşı bazar subyektləri eyni zamanda müvafiq sənəd və məlumatları antiinhisar orqanına təqdim etməyə borcludurlar. Əks halda qanunverici antiinhisar orqanına təkrar göstəriş vermək və yenidən cərimə tətbiq edilməsi məsələsinə baxmaq imkanı tanımışdır. Hazırkı işin hallarından görünür ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xx.xx.2022-ci il tarixli AİВNDX-06/01-5/299 nömrəli məktubu ilə İddiaçınə müraciət edərək mobil telefonlara dair sənəd və məlumatların Xidmətə təqdim edilməsini xahiş etmiş, sözügedən müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli 6362 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların təqdim olunması müddətinin uzadılması xahiş edilmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/623 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların xx.xx.2022-ci il tarixinə kimi təqdim edilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmin məktuba cavab olaraq iddiaçı tələb olunan sənəd və cədvəl məlumatlarının bir qisminin audit yoxlama aparılan təşkilatına təhvil verildiyindən xx.xx.2022-ci il tarixə kimi Xidmətə təqdim edə bilmədiyini, audit yoxlama aparılan təşkilatı sənəd və cədvəl məlumatlarının təqdim edən kimi təqdim ediləcəyini bildirmişdir. Bundan sonra iddiaçı barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə xx.xx.2022-ci il tarixdə iş qaldırılmış, iddiaçı MMC-dən Xidmətin xx.xx.2022-ci il tarixli AİBNDX-06/01-5/299 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların təqdim edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 7719 nömrəli məktub ilə bəzi cədvəl məlumatları təqdim edilərək digər sənədlərin və cədvəl məlumatlarının əksəriyyətinin olmaması səbəbindən təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Xidmətin xx.xx.2022-ci il tarixli qərarı ilə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2022ci il tarixli AİBNDX-06/01-5/298 nöməli məktub ilə tələb olunan sənəd və məlumatların xx.xx.2022-ci il tarixinə kimi təqdim olunmasının təmin edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli 8029 nömrəli məktubu ilə bəzi cədvəl və məlumatlar təqdim edilmiş, lakin təqdim edilmiş bütün cədvəl məlumatlarının düzgün tərtib edilmədiyi, məlumatların əksik təqdim edildiyi iddiaçıya bildirilmişdir. Bundan sonra cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıdan tələb olunan sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim edilməsi tələb edilmiş, eyni zamanda iddiaçının tələb olunan sənəd və məlumatları tələb olunan müddətdə təqdim etmədiyinə görə 2500 manat məbləğində cərimə tətbiq edilmişdir. İddiaçı tələb olunan sənəd və məlumatları cavabdehə xx.xx.2022-ci il tarixdə tam şəkildə təqdim etmişdir. Məhkəmə təqdim olunmuş inzibati icraat materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının tələb olunan sənəd və məlumatları vaxtında və tam şəkildə təqdim etməməsi “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulmasına səbəb olmuşdur ki, bu halda cavabdeh iddiaçıya maliyyə sanksiyasını tətbiq etməkdə haqlı olmuşdur. İddiaçının mübahisələndirdiyi qərarın ləğv edilməsi ilə bağlı gətirdiyi dəlilləri isə məhkəmə əsaslı hesab etmir. Belə ki, iddiaçı tələb olunan sənədlərin bir qisminin audit yoxlama aparan təşkilata təhvil verildiyini, cədvəl və müvafiq sənədlərin hazırlanması sahəsində əməkdaş sayının məhdud olmasını, iddiaçı tərəfindən sənədlərin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təhvil verilmə müddəti qanunvericiliklə nəzərdə tutulmuş 6 (altı) ay müddəti keçmədiyini iddia etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə “X4” MMC arasında “Auditorun cəlb edilməsi və maliyyə hesabatlarına audit rəyinin verilməsi” barədə 22/A-2 nömrəli müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmış, cavabdeh Xidmətin sənəd və məlumatları tələb etməsi barədə məktubu isə xx.xx.2022-ci il tarixlidir. Eyni zamanda qeyd edilən müqavilə üzrə audit təşkilatına vergi hesabatlarının auditinin aparılması ilə bağlı xidmətin göstərilməsi üçün sənədlərin təqdim edilməsi iddiaçını istehlak bazarına nəzarət dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sorğusu əsasında tələb edilən sənədləri ilk növbədə təqdim etmək vəzifəsindən azad etmir. İddiaçı tələb olunan cədvəl və müvafiq sənədlərin hazırlanması sahəsində əməkdaş sayının məhdud olmasını, həmin sənədləri hazırlamaq üçün əlavə işçi cəlb etdiyini bildirmişdir. İddiaçının təqdim etdiyi əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçının əlavə işçi qismində cəlb etdiyi X2 ilə əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış, işə başlama tarixi xx.xx.2022-ci il tarixi göstərilmişdir. Əlavə işçinin xx.xx.2022-ci il tarixdə işə götürüldüyü, iddiaçı tərəfin xx.xx.2022-ci il tarixli məktubla tələb olunan sənəd və məlumatları işçinin cəlb edildiyi vaxtdan 2 gün sonra -xx.xx.2022-ci il tarixdə tam şəkildə təqdim etdiyi nəzərə alındıqda hesab edilir ki, tələb olunan sənəd və məlumatların iddiaçının qeyd etdiyi kimi həcminin çox olduğu və bu səbəbdən onun hazırlanmasının gec başa gəldiyi barədə dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. Bundan əlavə “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın: -2.17-ci bəndinə görə göstərişin icrası, onda müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Göstərişin vaxtında icra edilməməsi mövcud qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb ola bilər. Göstərişin vaxtında icra edilməməsi — onun icrasından yayınma və ya qismən icra olunması, yaxud müəyyən olunmuş müddətdə icra olunmaması kimi başa düşülür. -2.19-cu bəndinə əsasən göstəriş almış şəxsin göstərişin icra müddətinin qurtarmasına 10 gün qalanadək göndərdiyi əsaslandırılmış vəsatət üzrə Antiinhisar orqanı göstərişin icra müddətinin 6 aydan çox olmamaq şərti ilə uzadılması haqqında qərar qəbul edə bilər. Göründüyü kimi Xidmətin göstərişinin icra müddəti göstərişin bilavasitə özündə nəzərdə tutulur. Göstərişin vaxtında icra edilməməsi onun özündə nəzərdə tutulmuş müddətdə tam icra edilməməsi və ya qismən icrasıdır. Qanun göstərişi alanın göstərişlə nəzərdə tutulmuş icra müddətində tələbi yerinə yetirə bilmədikdə bu barədə əvvəlcədən vəsatətlə müraciət etmək imkanını tanımış, bu zaman icra üçün əlavə müddətin verilməsini və ya müddətin uzadılmasını inzibati orqanın öz qiymətləndirməsinə həvalə etmiş, lakin hər bir halda bu müddətin 06 aydan çox olmamasını müəyyən etmişdir. Başqa sözlə, icra müddətinin 06 ayadək uzadılması mümkündür, lakin qanunvericilik heç bir halda icra müddətinin 06 ayın sonunadək uzadılmadığı halda və yaxud 06 ay tamam olmamış icraçıdan göstərişin icrasını tələb etməsini, tələb olunan göstəriş yerinə yetirilmədiyi halda cərimə edilməsini inzibati orqana qadağan etməmişdir. Odur ki, iddiaçının sənədləri təhvil verilmə müddətinin 6 ay keçmədiyindən cərimə edilməsinin əsassız olması ilə bağlı dəlili mübahisələndirilən qərarın ləğvi üçün hüquqi əsas hesab oluna bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8664/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8664/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver