Məhkəmə qərarları › İş №2-1(112)-8666/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8666/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8666/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kirayə pulunun ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kirayə pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2017-ci ilin dekabr ayından 31 yanvar 2024-cü il tarixinə kimi qəzalı vəziyyətdə olmasını nəzərə alaraq kirayə pulunun verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev ünvanında yerləşən fərdi yaşayış evində 2006-cı ildən təxminən 12 ildən artıq olar ki, ailəsi ilə birlikdə yaşamışdır. Son 6 ildən çoxdur ki, 2017-ci ilin dekabr ayından bu günə kimi evin qəzalı vəziyyətə düşməsi ilə bağlı məcbur şəkildə həmin evdən çıxaraq ailəsi ilə birlikdə kirayədə yaşamağa başlamışlar. Ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Nazirlər Kabinetinin siyahıya aldığı sürüşmə zonasının ərazisində yerləşir. Bununla bağlı dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətində tələbi ya kompensasiya şəklində digər bir mənzillə əvəzləşdirilməsi ya da kirayə pulunun verilməsi olmuşdur. İcra Hakimiyyətinin nümayəndələri bildirmişlər ki, tələbində göstərdiyi mənzilə baxış keçirmişlər və qəzalı vəziyyətdə olan mənzillərin siyahısına almışlar. Bu isə növbəllik prinsipinə uyğun Maliyyə Nazirliyi tərəfindən maliyyə vəsaiti ayrıldıqca mərhələli şəkildə mülkiyyət sahiblərinə ödəniməklə təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan məsələ ilə bağlı dövlət qərarına heç bir iradının olmadığını bildirərək gözləməyi münasib bilmişdir. Lakin, başqa bir evdə bir Azərbaycan vətəndaşı olaraq ailəsi ilə (himayəsində iki azyaşlı uşaqları ilə) birlikdə təhlükəsiz formada kirayədə yaşaması üçün kirayə pulu ilə təmin olunmasını tələb etmişdir. Bəzəndə əsassız səbəblər gərirərək həmin qəzalı evdə yaşamasına davam etməyini məsləhət görmüşlər. 2017-ci ilin dekabr ayından bu günə kimi borc-xərc edərək çox çətinlik olsa da, kirayələrdə yaşamağa davam edirlər. Ailədə yeganə evi dolandıran (işləyən) odur və eyni zamanda şəkərli-diabet xəstəsidir. Buna baxmayaraq İcra Hakimiyyəti tərəfindən müxtəlif bəhanələrlə səbəbsiz kirayə müqaviləsi bağlamaqdan yayınaraq zaman qazanmışlar və boş uydurma vədlər vermişlər. Artıq səbri tükəndiyindən Bakı İnzibati Məhkəməsinə 25 oktyabr 2023-cü il tarixində iddia ərizəsi ilə müraciət etmişdir. Müraciətinə əsasən məhkəmə prosesi gedə-gedə cavabdeh Suraxanı İcra Hakimiyyəti onunla nəhayət xx.xx.2024-cü il tarixindən başlayaraq kirayə müqaviləsi bağlamışdır. Lakin, əvvəlki illərə aid kirayə pulunu təkrar ödəməkdən imtina etmişdir. Əvvəlki illərə aid kirayə pulunun tələb etmək üçün yenidən rəsmi müraciət ərizəsinə bu günə kimi cavab verilməmişdir. Bundan başqa yaşadıqları ünvan 3 ünvanında yerləşən fərdi evin nə dərəcədə qəzalı olmasını və yaşayış üçün zəmanətin verilməsinin mümkünlüyünü müəyyən etmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikinti X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji institutu ilə vizual texniki baxışın keçirilməsi ilə əlaqədar aralarında 07 may 2021-ci il tarixli, 6197 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikinti X2 Agentliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji institutunun texniki şöbəsinin qrup rəhbərinin, texniki axtarış şöbəsinin mühəndisgeoloqunun, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Tikintidə X2 Agentliyinin 05 fevral 2021-ci il tarixli Ə-0054 nömrəli tapşırığına əsasən Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi 87/10 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin texniki vəziyyəti barədə 07 may 2021-ci il tarixli Akt tərtib edilmişdir. Akta əsasən keçirilmiş baxış zamanı bir mərtəbəli yaşayış evinin arxa yükdaşıyan divarlarında yer səthinə qədər evi 20-30 mm olan şaquli təhlükəli keçici çatlar müşahidə olunmuş, giriş qapısının üstündə, divarların birləşmə yerində eni 30-40 mm olan şaquli keçici çatlar əmələ gəlmiş, ön divarda isə eni 20 mm olan ikitərəfli çatlar, pəncərə boşluğu ətrafında və divar birləşmələrində isə eni 15-20 mm olan keçici çatlar və aralanmalar olduğu müəyyən edilmişdir. Eyni zamanda sürüşmə zonasında yerləşən evin ətraf ərazisində təxminən 5-10 metr məsafədə yerləşən qonşu evlər qəzalı vəziyyətdə olduğundan sakinlər köçürülmüş və evlərinin isə söküldüyü müəyyən edilmişdir. Qeyd olunan fərdi ev tam şəkildə qəzalı vəziyyətdir və yaşayış üçün ciddi şəkildə təhlükəlidir. Bundan əlavə mütəxəssislərin son qərarına əsasən təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəzərdə tutularaq evin ətrafının çəpərlənməsi, evə girişin qadağan edilməsi və digər lazımı tədbirlərin görülməsi olmuşdur. Əlavə olarq aktın digər hissəsində isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli, 17/17/372/2104-12 saylı, Fövqəladə Hallar Nazirliyinin 5 iyun 2015-ci il tarixli, 21/08462 saylı və Agentliyin 11 iyun 2015-ci il tarixli 02/03958 nömrəli tapşırıqları əsasında ərazidə baş verən ekzogen-geoloji proseslərin əmələgəlmə və inkişaf dərəcəsinin müəyyən olunması məqsədi ilə “Azərinşaatlayihə” mütəxəssisləri tərəfindən aparılmış çöl, kameral işlərin materiallarına əsasən, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi ekzogen- geoloji proseslərə intensiv məruz qalmış ərazidə yerləşir və burada tektonik parçalanma və çökmə prosesləri mütamadi olaraq baş verir. Həmin ərazidə yerləşən tikililərin ekzogen-geoloji proseslərin növbəti aktivləşməsi zamanı parçalanma və çökmə proseslərinə məruz qalmayacağına zəmanətin verilməsinin qeyri-mümkünlüyü qeyd edilmişdir. Qeyd olunanlara baxmayaraq Suraxanı Rayon İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları bildirmişlər ki, tərəflər arasında kirayə müqaviləsi o zaman bağlanır ki, qəzalı evdən köçürülmənin baş tutması rəhbərlik tərəfindən qərar verildikdən sanra icra edilə bilər. Bu da, o deməkdir ki, onların nə zaman qərara gələcəyini gözləməklə ailəsini təhlükə altına qoymaqdan ibarətdir. İcra Hakimiyyətinin əsassız səbəblərindən biri də, evi tərk etmələri onların himayəsində iki azyaşlı olmaqla gənc bir ailənin taleyi ilə oynamaq olmuşdur. Sonuncu cavabdan sonra məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə prosesindən kənar iddia tələbinin (kirayə müqaviləsinin bağlanması və əvvəlki illərə aid kirayə pulunu verilməsi) qismən hissəsi, kirayə müqaviləsi bağlansa da, qalan hissədə isə öz həllini bu günə kimi tapmamışdır. Bu məsələ ilə bağlı iddia tələbinin tam həll olunmasına inanaraq kirayə pulunu İcra Hakimiyyətindən tələb etsə də, bu tələb nəticəsiz qalmışdır. Sonradan 25 fevral 2024-cü il tarixində yenidən rəsmi şəkildə İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciəti bu günə kimi cavabsız qalmaqdadır. Artıq bu süründürməçiliyin bitməsi üçün təkrar məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qaldı. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət ərizəsi ilə cavablandırdığı Ə/03 saylı, 10 iyun 2022-ci il tarixli məktubdan göründüyü kimi, ünvan 3 ünvanında 2016-cı il tarixindən yaşamadıqları öz təsdiqini tapmışdır. Hesab edir ki, ünvan 3 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində 2006-cı ildən təxminən 12 ildən artıq ailəsi ilə birlikdə yaşadıqlarını, 2017-ci ilin dekabr ayından bu günə kimi isə kirayədə yaşadıqları və Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikinti X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji institutu ilə evə vizual texniki baxışın keçirilməsi ilə əlaqədar aralarında bağlanmış 07 may 2021-ci il tarixli, 6197 saylı müqavilənin şərtlərinə əsasən evin ciddi şəkildə qəzalı olmasını təsdiq edən 07 may 2021 -ci il tarixli tərtib edilmiş Aktdan göründüyü kimi, iddia tələbi təmin edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Zığ-1” sürüşmə sahəsində yerləşən, FHN-in mütəxəssisləri tərəfindən tərtib olunmuş müvafiq aktlara əsasən texniki vəziyyəti qəzalı və ya yolverilməz olan fərdi yaşayış evlərində yaşayan Azərbaycan Respublikası Kabinetinin xx.xx.2018-ci il tarixli 874S №-li Sərəncamı ilə 59 fərdi yaşayış evinin və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 115 №-li xx.xx.2020-ci il tarixli Sərəncamı ilə 56 fərdi yaşayış evinin (ümumilikdə 115 fərdi yaşayış evi) sakinlərinə birdəfəlik maddi yardım ayrılmış və sakinlər həmin qəzalı evlərdən köçürüldükdən sonra evlər sökülmüşdür. Nəzərə çatdırırlar ki, vətəndaş İddiaçı sözügedən evə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur və xx.xx.2020-ci il tarixində o RİH-ə ərizə ilə müraciət edərək yaşadığı fərdi yaşayış evinin divarlarında çatların əmələ gəldiyini bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciətinə əsasən RİH tərəfindən FHN Tikintidə X2 Agentliyinə xx.xx.2020-ci il tarixində müraciət olunaraq mütəxəssislər tərəfindən onun (və bir neçə sakinin) yaşadığı fərdi yaşayış evinə baxış keçirərək müvafiq rəyin verilməsini xahiş edilmişdir. Agentliyin “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən vətəndaş İddiaçı evinə xx.xx.2020ci il tarixində vizual texniki baxış keçirilmiş və akt tərtib olunmuşdur. Həmin aktda 2003-cü ildə maili yamacda, kəsilmiş sahədə uzunluğu 7,7 metr, eni 7,1 metr, daxili hündürlüyü 2,5 metr olan kürsüsüz bir mərtəbəli müxtəlif vaxtlarda bir-birinə bitişik inşa olunmuş iki otaqdan ibarət olan evin inşası zamanı inşaat norma və qaydalarına riayət olunmadığı və evin texniki vəziyyətinin məhdud işlək olduğu qeyd olunmuşdur. Sözügedən aktda sözügedən evin texniki vəziyyətinin məhdud işlək olduğunu nəzərə alaraq, inşaat norma və qaydalarına riayət olunmadan tikilmiş evdə gələcəkdə baş verə biləcək bədbəxt hadisənin qarşısının vaxtında alınması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə öz şəxsi vəsaiti hesabına bərpa- gücləndirmə işlərinin aparılması RİH-in xx.xx.2020-ci il tarixli Ə-42-097 nömrəli məktubu ilə vətəndaş İddiaçı tövsiyə edilmiş, əks təqdirdə məsuliyyətin onun üzərində qalacağı bildirilmişdir. Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixində evinin qəzalı olması ilə bağlı RİH-ə təkrar etdiyi müraciətə əlavə edərək göndərdiyi qoşmaya əsasən müəyyən edilmişdir ki, onun 2021 -ci ildə FHN-nə etdiyi müraciətə əsasən FHN Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən həmin fərdi yaşayış evinə xx.xx.2021-ci il tarixində yenidən vizual texniki baxış keçirilərək akt tərtib olunmuşdur və aktda evdə yaşayışın olmadığı, evin qapı və pəncərəsinin sökülüb aparıldığı, həmçinin evin texniki vəziyyətinin qəzalı olması qeyd olunmuşdur. Bildirirlər ki, “Zığ-1” sürüşmə sahəsindəki mövcud vəziyyətin araşdırıılması ilə bağlı Azərbaycan Respublikasının Baş X5 Nazirliyinə verdiyi xx.xx.2021-ci il tarixli müvafiq tapşırığa əsasən xx.xx.2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin layihə institutlarının mütəxəssisləri tərəfindən “Zığ-1” sürüşmə sahəsində yerləşən texniki vəziyyəti qəzalı və yolverilməz kimi qiymətləndirilən yaşayış olan fərdi yaşayış evlərinə, Zığ yolu küçəsi 39 və 43 saylı yaşayış binalarına və 41 saylı yaşayış binasının arxasında yerləşən istinad divarına texniki baxış keçirilmiş və müvafiq arayış hazırlanmışdır. Arayışda ərazidə gərgin vəziyyətin hələ də qaldığı, gələcəkdə hər hansı bir bədbəxt hadisənin qarşısının alınması məqsədi ilə 39 saylı binanın 7 və 8ci bloklarının, 41 saylı binanın 5 blokunun və 43 saylı binanın isə bütün sakinlərinin, həmçinin texniki vəziyyəti qəzalı və yolverilməz olan fərdi yaşayış evlərinin sakinlərinin köçürülməsinin zəruri hesab edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri xx.xx.2022ci il tarixli 24/xx-xx/00318 nömrəli məktubla Baş Nazirə müraciət edərək ərazidə kompleks tədbirlərin başa çatdırılması və əhalinin birdəfəlik köçürülməsi ilə əlaqədar müvafiq qərar qəbul edilənədək daha təhlükəli vəziyyətdə olan fərdi yaşayış evlərində, 39 saylı binanın 7-8-ci bloklarında, 41 saylı binanın 5 blokunda və 43 saylı binanın 6 blokunda yaşayan sakinlərin köçürülməsi və hər ailəyə ayda 350 manat kirayə haqqının və birdəfəlik 500 manat əşyaların daşınma xərclərinin fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq verilməsi xahiş edilmiş və Baş Nazir tərəfindən xx.xx.2022-ci il tarixli 2701/36369 nömrəli dərkənarı ilə sözügedən sakinlərin müvəqqəti kirayəyə çıxarılmasını təmin etmək məqsədilə cari ilin dövlət büdcəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması” ilə bağlı xərclər üçün nəzərdə tutulmuş vəsait hesabına aidiyyəti üzrə zəruri tədbirlər görülməsi tapşırığı verilmişdir. Yuxarıda qeyd olunan tapşırığa əsasən RİH-ə ayrılmış vəsait hesabına sözügedən sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin evlərdə (mənzillərdə) yaşayan sakinlər tərəfindən RİH-ə təqdim olunan bank hesablarına 500 (beş yüz) manat əşyaların daşınma xərcləri və hər ay üçün 350 (üç yüz əlli) manat kirayə haqqı vəsait köçürülmüşdür. Kirayəyə çıxarılmış ailələr üçün ayrılmış vəsait 2023-cü ilin dekabr ayının sonunadək nəzərdə tutulduğundan və Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin layihə institutlarının mütəxəssisləri tərəfindən verilmiş müvafiq rəylərə əsasən sürüşmə zonasında təhlükəli vəziyyətdə daha 38 fərdi yaşayış evinin (o cümlədən İddiaçı) texniki vəziyyətinin qəzalı və yolverilməz olması barədə müvafiq rəylər verildiyini nəzərə alaraq, 283 ailəyə (o cümlədən İddiaçı) 2024-cü ilin yanvar ayından dekabr ayının sonunadək kirayə haqqı ödənilinəsi üçün vəsaitin ayrılmasına zərurət yaranması barədə RİH tərəfindən xx.xx.2023-cü il tarixli 5-20/2-272/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 5-20/2- 1088/2023 nömrəli məktublarla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunmuş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 998s saylı Sərəncamı ilə 2023-cü ilin dövlət büdcəsinin ehtiyat fondundan qeyd olunan ailələr üçün kirayə haqqı verilməsi üçün müəyyən vəsait ayrılmışdır. Eyni zamanda bildirirlər ki, sözügedən məsələ ilə bağlı həmin sakinlər (həmçinin vətəndaş İddiaçı) məlumatlandırılmış və İddiaçı xx.xx.2024-cü il tarixində RİH-ə ərizə ilə müraciət edərək kirayəyə çıxarılmasını və ona 2024-cü ilin yanvar ayından etibarən ayrılması nəzərdə tutulan 350,0 manat kirayə haqqının və əşyalarının daşınması üçün 500,0 manat birdəfəlik vəsaitin “Xalq” Bankda açdığı hesabına köçürülməsini xahiş etmişdir. Sözügedən vəsait İddiaçı RİH-ə təqdim etdiyi bank hesabına köçürülmüşdür. Məlumat üçün bildirirlr ki, yuxarıda qeyd olunan kirayə çıxarılan sakinlərin təmənnasız yeni mənzillərlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılığına əsasən müvafiq MTK tərəfindən çoxmənzilli binaların tikintisi işlərinə başlanılmış, həmin ərazidə çoxmənzilli yaşayış binaları tikildikdən sonra sözügedən sakinlərin (o cümlədən İddiaçı) qeyd olunan binalara köçürülməsi nəzərdə tutulmuşdur.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. İş materiallarına iddiaçıya məxsus evin fotoşəkilləri əlavə edilmişdir.

10. İddiaçı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaat” Dövlət Baş Layihə X1 arasında bağlanmış müqavilə əsasında sonuncu tərəfindən tərtib edilmiş “ünvan 4 ünvanında İddiaçı məsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında” 07 may 2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən Evin ümumilikdə texniki vəziyyəti qəzalıdır. Evdə yaşayış yoxdur. Bununla əlaqədar evin ətrafı çəpərlənməli, evə giriş qadağan edilməli və digər lazımi tədbirlər görülməlidir. Mütəxəssislər tərəfindən aparılmış çöl, kameral işlərin materiallarına əsasən qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi ekzogen-geoloji proseslərə intensiv məruz qalmış ərazidə yerləşir və burada tektonik parçalanma və çökmə prosesləri mütəmadi olaraq baş verir. Həmin ərazidə yerləşən tikililərin ekzogen-geoloji proseslərin növbəti aktivləşməsi zamanı parçalanma və çökmə proseslərinə məruz qalmayacağına zəmanət verilmir.

11. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən ünvan 6 ünvanında 2016-cı ildən yaşayış yoxdur.

12. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə hazırki tələblə cavabdehə müraciət etmişdir.

13. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən iddiaçı Zığ qəsəbəsi, H.Allahverdiyev 87/10 küçəsində yaşadığı evin qəzalı vəziyyətdə olduğunu, onun ailə üzvləri ilə birgə kirayəyə çıxarılmasını, kirayə pulu və əşyaların daşınması üçün ayrılan vəsaitin bankda açdığı şəxsi hesabına köçürüləndən sonra 3 gün ərzində evdəki əşyalarını boşaldaraq ailə üzvləri ilə birgə kirayəyə çıxacağını diqqətə çatdırmış, evinin əşyalarının boşaldılmasına və ona ayrılan vəsait hesabına kirayəyə çıxmağa öhdəlik götürməsini bildirmişdir.

14. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən İcra Hakimiyyətinin İddiaçı məxsus evin qəzalı vəziyyətdə olması ilə bağlı Agentliyə ünvanladığı müraciətinə baxılaraq bildirilmişdir ki, Agentliyin “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnsitutunun mütəxəssisləri yerli icra hakimiyyəti nümayəndəsinin iştirakı ilə qeyd olunan fərdi yaşayış evinə vizual texniki baxış keçirmiş və 20 aprel 2020-ci il tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən evin inşası zamanı inşaat norma və qaydalarına riayət olunmamışdır. Yaşayış evi ekzogen-geoloji proseslərin aktivləşdiyi sürüşmə sahəsində yerləşir. Fərdi yaşayış evinin ətrafında qonşu evlər qəzalı olduğu üçün köçürülmüşdür. Sakin evdə yaşamır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 17/17/372/2014-12 saylı Fövqəladə Hallar Nazirliyinin 5 iyun 2015-ci il tarixli 21/08462 saylı və Agentliyin 11 iyun 2015-ci il tarixli 02/03958 nömrəli tapşırıqları əsasında ərazidə baş verən ekzogen-geoloji proseslərin (EGP) əmələgəlmə və inkişaf dərəcəsinin müəyyən olunması məqsədi ilə “Azərinşaatlayihə” DBLKTİ-nin mütəxəssisləri tərəfindən aparılmış çöl, kameral işlərin materiallarına əsasən, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi ekzogen-geoloji proseslərə intensiv məruz qalmış ərazidə yerləşir və burada textonik parçalanma və çökmə prosesləri mütəmadi olaraq baş verir. Həmin ərazidə yerləşən tikililərin ekzogen-geoloji proseslərin növbəti aktivləşməsi zamanı parçalanma və çökmə proseslərinə məruz qalmayacağına zəmanət verilmir. Evin texniki vəziyyəti məhdud işləkdir.

15. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə ünvanlanmış 28 yanvar 2022-ci il tarixli 24/xx-xx/00318 nömrəli məktuba əsasən Baş nazirin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən 39, 41 və 43 saylı, 5 mərtəbəli yaşayış binaları və ərazidə yerləşən istinad divarlarının texniki vəziyyətinin bir daha araşdırılması ilə əlaqədar 17 dekabr 2021-ci il tarixli 36369 nömrəli tapşırığına baxılaraq bildirilmişdir ki, ərazidə kompleks tədbirlərin başa çatdırılması və əhalinin bir dəfəlik köçürülməsi ilə əlaqədar müvafiq qərar qəbul edilənədək daha təhlükəli vəziyyətdə olan 65 fərdi yaşayış evində, 39 saylı binanın 7-8-ci bloklarında, 41 saylı binanın 5 blokunda və 43 saylı binanın 6 blokunda yaşayan, ümumilikdə 210 ailənin təcili olaraq köçürülməsi və hər ailəyə ayda 350 manat olmaqla 3 ay müddətində kirayə haqlarının və birdəflik 500 manat daşınma xərclərinin fövqəladə hallarının nəticələrinin aradan qaldırılması üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilməsi xahiş edilmişdir.

16. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaat” Dövlət Baş Layihə X1 tərəfindən “Bakı şəhəri, Suraxanı rayonu, “Zığ-1” sürüşmə sahəsində yerləşən ərazinin 43 və 39 nömrəli yaşayış binalarının, 41 nömrəli binanın arxasındakı yamacda istinad divarlarının texniki vəziyyəti haqqında” 30 dekabr 2021-ci il tarixli arayışa əsasən bir neçə illər ərzində aparılmış ekoloji, mühəndis-geoloji və texniki müayinə işlərinin nəticələrinə əsasən aktda göstərilən 5 mərtəbəli 39, 43 nömrəli binalarda, 39, 43 və 41 nömrəli binaların arxa hissələrindəki ərazilərdə yerləşən istinad divarlarında və “Zığ-1” sürüşmə sahəsini əhatə edən ərazidə kompleks tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac vardır, həmçinin hal-hazırda texniki vəziyyəti qəzalı və yolverilməz olan fərdi yaşayı evlərinin sökülməsi məqsədəuyğun hesab edilir. Qeyd edildiyi kimi, verilmiş kompleks mühəndis tədbirlər tam yerinə yetirilmədiyi üçün ərazidə gərginlik vəziyyətinin hələ də, qaldığını nəzərə alaraq, gələcəkdə hər hansı bir bədbəxt hadisənin qarşısının alınması məqsədi ilə 39 saylı binanın 7 və 8-ci bloklarının, 41 saylı binanın 5 blokunun, 43 saylı binanın isə bütün sakinlərinin və həmçinin ərazidə qəza vəziyyətində olan 65 ədəd fərdi yaşayış evlərinin sakinlərinin köçürülməsi zəruri hesab edilir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

23. Belə ki, işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Zığ-1” sürüşmə sahəsində yerləşən, FHN-in mütəxəssisləri tərəfindən tərtib olunmuş müvafiq aktlara əsasən texniki vəziyyəti qəzalı və ya yolverilməz olan fərdi yaşayış evlərində yaşayan Azərbaycan Respublikası Kabinetinin xx.xx.2018-ci il tarixli 874S №-li Sərəncamı ilə 59 fərdi yaşayış evinin və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 115 №-li xx.xx.2020-ci il tarixli Sərəncamı ilə 56 fərdi yaşayış evinin (ümumilikdə 115 fərdi yaşayış evi) sakinlərinə birdəfəlik maddi yardım ayrılmış və sakinlər həmin qəzalı evlərdən köçürüldükdən sonra evlər sökülmüşdür. İddiaçı 2016-cı ildən etibarən ona məxsus evdə yaşamamış, o, həmin evin divarlarında çatların əmələ gəldiyini bildirərək, bu barədə müvafiq köməkliyin göstərilməsi barədə xx.xx.2020-ci il tarixində cavabdehə müraciət etmiş, onun müraciətinə əsasən cavabdeh tərəfindən FHN Tikintidə X2 Agentliyinə xx.xx.2020-ci il tarixində müraciət olunaraq mütəxəssislər tərəfindən onun (və bir neçə sakinin) yaşadığı fərdi yaşayış evinə baxış keçirərək müvafiq rəyin verilməsi xahiş edilmişdir. Agentliyin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən iddiaçının evinə xx.xx.2020-ci il tarixində vizual texniki baxış keçirilmiş və akt tərtib olunmuşdur. Həmin aktda 2003-cü ildə maili yamacda, kəsilmiş sahədə uzunluğu 7,7 metr, eni 7,1 metr, daxili hündürlüyü 2,5 metr olan kürsüsüz bir mərtəbəli müxtəlif vaxtlarda bir-birinə bitişik inşa olunmuş iki otaqdan ibarət olan evin inşası zamanı inşaat norma və qaydalarına riayət olunmadığı və evin texniki vəziyyətinin məhdud işlək olduğu qeyd olunmuşdur. Sözügedən aktda həmin evin texniki vəziyyətinin məhdud işlək olduğunu nəzərə alaraq, inşaat norma və qaydalarına riayət olunmadan tikilmiş evdə gələcəkdə baş verə biləcək bədbəxt hadisənin qarşısının vaxtında alınması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə öz şəxsi vəsaiti hesabına bərpagücləndirmə işlərinin aparılması RİH-in xx.xx.2020-ci il tarixli Ə-42-097 nömrəli məktubu ilə iddiaçıya tövsiyə edilmiş, əks təqdirdə məsuliyyətin onun üzərində qalacağı bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə evinin qəzalı olması ilə bağlı cavabdehə FHN Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki baxış aktını əlavə etməklə ərizə ilə müraciət etmiş, həmin aktda evdə yaşayışın olmadığı, evin qapı və pəncərəsinin sökülüb aparıldığı, həmçinin evin texniki vəziyyətinin qəzalı olması qeyd olunmuşdur.

24. Bundan əlavə, “Zığ-1” sürüşmə sahəsindəki mövcud vəziyyətin araşdırıılması ilə bağlı Azərbaycan Respublikasının Baş X5 Nazirliyinə verdiyi xx.xx.2021-ci il tarixli müvafiq tapşırığa əsasən xx.xx.2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin layihə institutlarının mütəxəssisləri tərəfindən “Zığ-1” sürüşmə sahəsində yerləşən texniki vəziyyəti qəzalı və yolverilməz kimi qiymətləndirilən yaşayış olan fərdi yaşayış evlərinə, Zığ yolu küçəsi 39 və 43 saylı yaşayış binalarına və 41 saylı yaşayış binasının arxasında yerləşən istinad divarına texniki baxış keçirilmiş və müvafiq arayış hazırlanmışdır. Arayışda ərazidə gərgin vəziyyətin hələ də qaldığı, gələcəkdə hər hansı bir bədbəxt hadisənin qarşısının alınması məqsədi ilə 39 saylı binanın 7 və 8-ci bloklarının, 41 saylı binanın 5 blokunun və 43 saylı binanın isə bütün sakinlərinin, həmçinin texniki vəziyyəti qəzalı və yolverilməz olan fərdi yaşayış evlərinin sakinlərinin köçürülməsinin zəruri hesab edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri xx.xx.2022-ci il tarixli 24/xx-xx/00318 nömrəli məktubla Baş Nazirə müraciət edərək ərazidə kompleks tədbirlərin başa çatdırılması və əhalinin birdəfəlik köçürülməsi ilə əlaqədar müvafiq qərar qəbul edilənədək daha təhlükəli vəziyyətdə olan fərdi yaşayış evlərində, 39 saylı binanın 7-8-ci bloklarında, 41 saylı binanın 5 blokunda və 43 saylı binanın 6 blokunda yaşayan sakinlərin köçürülməsi və hər ailəyə ayda 350 manat kirayə haqqının və birdəfəlik 500 manat əşyaların daşınma xərclərinin fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq verilməsi xahiş edilmiş və Baş Nazir tərəfindən xx.xx.2022-ci il tarixli 2701/36369 nömrəli dərkənarı ilə sözügedən sakinlərin müvəqqəti kirayəyə çıxarılmasını təmin etmək məqsədilə cari ilin dövlət büdcəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması” ilə bağlı xərclər üçün nəzərdə tutulmuş vəsait hesabına aidiyyəti üzrə zəruri tədbirlər görülməsi tapşırığı verilmişdir. Yuxarıda qeyd olunan tapşırığa əsasən cavabdehə ayrılmış vəsait hesabına sözügedən sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin evlərdə (mənzillərdə) yaşayan sakinlər tərəfindən RİH-ə təqdim olunan bank hesablarına 500 (beş yüz) manat əşyaların daşınma xərcləri və hər ay üçün 350 (üç yüz əlli) manat kirayə haqqı vəsait köçürülmüşdür. Kirayəyə çıxarılmış ailələr üçün ayrılmış vəsait 2023-cü ilin dekabr ayının sonunadək nəzərdə tutulduğundan və Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin layihə institutlarının mütəxəssisləri tərəfindən verilmiş müvafiq rəylərə əsasən sürüşmə zonasında təhlükəli vəziyyətdə daha 38 fərdi yaşayış evinin (o cümlədən İddiaçı) texniki vəziyyətinin qəzalı və yolverilməz olması barədə müvafiq rəylər verildiyini nəzərə alaraq, 283 ailəyə (o cümlədən İddiaçı) 2024-cü ilin yanvar ayından dekabr ayının sonunadək kirayə haqqı ödənilinəsi üçün vəsaitin ayrılmasına zərurət yaranması barədə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 5-20/2-272/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 5- 20/2-1088/2023 nömrəli məktublarla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunmuş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 998s saylı Sərəncamı ilə 2023-cü ilin dövlət büdcəsinin ehtiyat fondundan qeyd olunan ailələr üçün kirayə haqqı verilməsi üçün müəyyən vəsait ayrılmışdır.

25. Göründüyü kimi, ilk öncə Zığ-1” sürüşmə sahəsində yerləşən, FHN-in mütəxəssisləri tərəfindən tərtib olunmuş müvafiq aktlara əsasən texniki vəziyyəti qəzalı və ya yolverilməz olan fərdi yaşayış evlərində yaşayan Azərbaycan Respublikası Kabinetinin xx.xx.2018-ci il tarixli 874S №-li Sərəncamı ilə 59 fərdi yaşayış evinin və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 115 №-li xx.xx.2020-ci il tarixli Sərəncamı ilə 56 fərdi yaşayış evinin (ümumilikdə 115 fərdi yaşayış evi) sakinlərinə birdəfəlik maddi yardım ayrılmış və sakinlər həmin qəzalı evlərdən köçürüldükdən sonra evlər sökülmüşdür. İddiaçı 2016-cı ildən ona məxsus evdə yaşamamış, həmin evin divarlarında çatların əmələ gəldiyini bildirərək, bu barədə müvafiq köməkliyin göstərilməsi barədə yalnız xx.xx.2020-ci il tarixində cavabdehə müraciət etmiş, bundan sonra aparılmış araşdırma nəticəsində iddiaçının inşaat norma və qaydalarına riayət olunmadan tikdiyi evinin yaşayışa məhdud yararlı olması barədə təqdim edilmiş FHN-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəyə əsasən gələcəkdə baş verə biləcək bədbəxt hadisənin qarşısının vaxtında alınması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə öz şəxsi vəsaiti hesabına bərpa-gücləndirmə işlərinin aparılmalı olması barədə cavabdeh tərəfindən iddiaçıya məktub ünvanlanmışdır. İddiaçının 2021ci il tarixdə FHN-ə etdiyi müraciətə əsasən mütəxəssislər tərəfindən fərdi yaşayış evinin texniki vəziyyətinin qəzalı olması qeyd edildiyindən o, həmin rəyi müraciətinə əlavə etməklə cavabdehə təkrar müraciət etmişdir. FHN tərəfindən ərazidə kompleks tədbirlərin başa çatdırılması və əhalinin birdəfəlik köçürülməsi ilə əlaqədar qərar qəbul edilənədək daha təhlükəli vəziyyətdə olan fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi və hər ailəyə 350 manat kirayə haqqının və birdəfəlik 500 manat əşyaların daşınma xərclərinin fövqəladə hallarının nəticələrinin aradan qaldırılması üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi ilə bağlı Baş nazirə müraciət edilmiş, Baş nazirin xx.xx.2022-ci il tarixli dərkənarı ilə sözügedən “Fövqəladə halların nəticələrinin aradan qaldırılması” ilə bağlı xərclər üçün nəzərdə tutulmuş vəsait hesabına aidiyyəti üzrə zəruri tədbirlərin görülməsi tapşırığı verilmişdir. Kirayə çıxarılmış ailələr üçün ayrılmış vəsait 2023-cü ilin sonunadək nəzərdə tutulduğundan və Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin layihə institutlarının mütəxəssisləri tərəfindən verilmiş müvafiq rəylərə əsasən sürüşmə zonasında təhlükəli vəziyyətdə olan daha 38 fərdi yaşayış evinin, o cümlədən iddiaçının evinin texniki vəziyyətinin qəzalı və yolverilməz olması barədə müvafiq rəylər verildiyini nəzərə alaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla Nazirlər Kabinetinə müraciətlər edilmiş və bundan sonra Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Sərəncamı ilə 2023-cü ilin dövlət büdcəsinin ehtiyat fondundan qeyd olunan ailələr üçün kirayə haqqı verilməsi üçün müəyyən vəsait ayrılmışdır. Bununla bağlı cavadeh tərəfindən iddiaçı və digər sakinlər məlumatlandırılmışdır.

26. Belə olan təqdirdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən hazırki mübahisə ilə bağlı qanunvericiliyin normalarının pozulması halı müəyyən edilmədiyindən iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

28. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 16-ci maddəsinin İ hissələri).

29. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi).

30. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz (Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissəsi).

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ...

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar