Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-867/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 mənzil 12 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X4 (hüquqşünas, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunmaqla) kompensasiya məbləğinin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetsrindən Çıxarışa əsasən mülkiyyətində olan 1200 kv.metr torpaq sahəsinin yol tikintisi altına düşmüş 739,45 kv.metr hissəsinə hesablanmış 33275,25 manat kompensasiya məbləğinin dərhal ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-867/2020 saylı qərardadına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha-dan ibarət 1101 H saylı bağ sahəsi MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq mülkiyyətində olan 1200 kv.metr torpaq sahəsinin 739,45 kv.metr hissəsi yol tikintisi sahəsinə düşmüşdür. Mülkiyyətində olan topaq sahəsinin sözügedən tikinti altına düşməsi barədə cavabdeh tərəfindən nə rəsmi elan, nə də bildiriş qaydasında bu günədək məlumatlandırılmamışdır. Qeyd olunan tikinti layihəsinin icrasına başlanmasından ötən müddət ərzində mülkiyyətində olan torpaq sahəsinin tikinti altına düşmüş hissəsinə qanunda nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməsi ilə bağlı cavabdehə tərəfindən dəfələrlə şifahi qaydada müraciət edilməsinə baxmayaraq, bu günədək həmin kompensasiya ona ödənilməmişdir. Lakin şifahi formada ona bildirilmişdir ki, ona məxsus tikinti altına düşən 307,24 kv.metr hissəsi cavabdehin yaratdığı komisiya tərəfindən hər kv.metrinə 45 manat olmaqla (739.45 kv.m x 45=33275.25) 33275.25 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğ kompensasiya şəklində ona ödəniləcəkdir.Sözügedən layihənin icrasına başlanılmasından üç il müddət keçməsinə və tikintinin başa çatmasına baxmayaraq cavabdeh özü tərəfindən hesabladığı mübahisəsiz kompensasiya məbləğinin ona ödənilməsindən əsassız olaraq yayınır. Cavabdeh ona kompensasiya ödənilməsinə dair rəsmi qaydada ünvanladığı şikayət ərizəsinə özünün xx.xx.2019-cu il tarixli N-3/16-8008 saylı məktubu ilə “ona həmin layihə çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət olunmuşdur” məzmunlu qeyri-müəyyən bir cavab vermişdir ki, bu da cavabdeh orqanın öz vəzifəsinin icrasından yayınması və cavabdehin üzərinə düşən öhdəliyi pozması kimi dəyələndirilməlidir. Beləliklə ona hesablanmış kompensasiya məbləği sözügedən layihə hesabına ödənilməli olduğu halda cavabdeh üzərinə düşən bu öhdəliyi uzun müddət icra etməmiş və kompensasiyanın ödənilməsinin yubadılması ilə ona əlavə ziyan vurmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçı X2 məxsus (çıxarış № **********56) 12 sot torpaq sahəsindən 739,45 kv.metr hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 33275 manat 25 qəpik kompensasiya hesablanmışdır.İddiaçı X2 məxsus torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşdüyünə görə kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi başa çatdığından qeyd edilən məsələnin həlli bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur.Yol tikinti zamanı dövlət ehtiyacları üçün alınan torpaqlar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X1 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir.Azərbaycan Respublikasının Qiymətləndirmə fəaliyyəti haqqında qanunun 7-ci maddəsinə əsasən Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır.Qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir.Eyni zamanda, iddiaçının cavabdehə ünvanlandığı müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı ona kömək edilməsini xahiş etmişdi və ona verilmiş rəsmi cavablarda göstərilmişdir ki, qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur.Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladıqlara məktuba rəsmi cavabda göstərilmişdir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərin bölgüsündə 2020-ci ildə qeyd edilən obyekt üzrə kompensasiya ödənilməsi üçün vəsait nəzərdə tutulmamışdır.Bu səbəbdən tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rəddə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ sahəsi, 1101 h saylı 0,12 ha bağ sahəsi xx.xx.2010-cu il tarixdə **********56 reyestr nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 243 nömrəli reyestr kitabının 22650 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin H-3/16-8147 saylı, xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının Avtomobil Yolları Dövlət Agentliyinə əmlakına dəymiş ziyanla əlaqədar kompensasiya ödənilməsi ilə bağlı ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində ona məxsus **********56 nömrəli reyestrdə olan 1200 kv.metr torpaq sahəsindən 739,45 kv.metr hissəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar ona həmin layihə çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyət orqanlarına müraciət olunmuşdur. Məhkəmə araşdırması dövründə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində İddiaçı məxsus **********56 nömrəli reyestrdə olan 1200 kv.metr torpaq sahəsindən yolunun tikintisi altına düşmüş 739,45 kv.metr hissəsinə görə dəymiş ziyana görə kompensasiya ödənilib-ödənilməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi sorğu əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 15/03-121-1699 saylı məktubdan görünür ki, keçmiş “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə ünvanladığı xx xxxxxx 2017-ci il tarixli 3/16- 4950 nömrəli məktubunda Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsinin icrası ilə bağlı keçmiş “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilmiş komissiya və müstəqil qiymətləndirici “xxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndələri tərəfindən sakinlərdən torpaq sahələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 683 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş əlavələrlə birlikdə müəyyən edilmiş qiymətə əsasən İddiaçı məxsus 1200,91 kv.metr torpaq sahəsinin layihə altına düşən 739,45 kv.metr hissəsinə görə 33275,25 manat məbləğində kompensasiya hesablandığı göstərilmişdir. Sorğuda qaldırılan məsələ ilə bağlı Maliyyə Nazirliyində hər hansı sənəd və rəsmi məlumat yoxdur və sorğu edilən məlumatların müvafiq ərazidə daşınmaz əmlakları dövlət ehtiyacları üçün alan orqandan - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən dəqiqləşdirilməsini məqsədəuyğun hesab edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 3/09-2010 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir.Həmin layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən vətəndaş İddiaçı 1200,0 kv.metr torpaq sahəsindən (çıxarış **********56) 739,45 kv.metr hissəsi yolun tikintisi altına düşmüş və dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 33275,25 (otuz üç min iki yüz yetmiş beş manat 25 qəpik) manat kompensasiya hesablanmışdır.Qeyd olunanlarla yanaşı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində tikinti sahəsinə düşən maneələrə kompensasiya ayrılması üçün Nazirlər Kabinetinə müraciət olunmuşdur. İşdə olan sənədlər əsasında müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ sahəsi, 1101 h saylı 0,12 ha bağ sahəsi MA seriyalı, ******* saylı, **********56 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən xx.xx.2010-cu il tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən 739,45 kv.metr hissəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən yolun tikintisi altına düşmüşdür. Tikinti altına düşən 739,45 kv.metr torpaq sahəsinə görə iddiaçıya ödənilməli olan kompensasiya məbləği müstəqil qiymətləndirici tərəfindən 33275,25 (otuz üç min iki yüz yetmiş beş manat 25 qəpik) manat məbləğində hesablanmış, lakin bu günədək iddiaçıya həmin kompensasiya məbləği ödənilməmişdir. İşin hallarından görünür ki, iddiaçı ona hesablanmış 33275,25 (otuz üç min iki yüz yetmiş beş manat 25 qəpik) manat kompensasiya məbləği ilə razıdır və həmin məbləğ onun tərəfindən mübahisələndirilmir, əksinə hazırki iddia tələbi üzrə iddiaçı hesablanmış kompensasiya məbləğinin ona ödənilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunduğu əsası ilə müraciətin təmin edilməmişdir. Lakin məhkəmə araşdırması nəticəsinə müəyyən edildi ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iddiaçıya kompensasiya ödənilməsi məsələsi ilə bağlı Nazirlikdə hər hansı sənəd və rəsmi məlumat yoxdur. Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsinin yol tikintisi altına düşmüş hissəsinə görə kompensasiya məbləği hesablanmasına, buna dair hər hansı mübahisə olmasına baxmayaraq, bu günədək həmin kompensasiya məbləğinin ödənilməsi ilə bağlı hər hansı hərəkət etməməklə cavabdeh iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin yol tikintisi altına düşmüş 739,45 kv.metr hissəsinə hesablanmış 33275,25 (otuz üç min iki yüz yetmiş beş manat, iyirmi beş qəpik) manat məbləğində kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasəninzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 71.3-cü maddəsinin tələbinə görə inzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 34, 52, 58, 68-69, 71.3, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin yol tikintisi altına düşmüş 739,45 kv.metr hissəsinə görə hesablanmış 33275,25 (otuz üç min iki yüz yetmiş beş manat, iyirmi beş qəpik) manat məbləğində kompensasiya məbləğinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-867/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-867/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver