Məhkəmə qərarları › İş №2-1(112)-867/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-867/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-867/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: N.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3-785 tarixli imtinasını qanunsuz və əsassız hesab edərək iddiaçıya “Müharibə Veteranı adının və vəsiqəsinin” verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.N974-cü ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.N993-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 4/2-N223 nömrəli arxiv arayışından göründüyü kimi, o N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N5 nömrəli əmrilə bütün növ təminatlarla təmin edilərək sürücü vəzifəsinə təyin olunmuşdur. Həmin arxiv arayışından göründüyü kimi, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 89 nömrəli əmrində sıravi olaraq Preşkül rayonuna ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 97 nömrəli əmrində Cavabdehnə ezamiyyətə getməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N nömrəli əmrində Zəngilan-Qubadlı rayonlarına ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 234 nömrəli əmrilə Zəngilan-Qubadlı rayonlarından ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N7-ci maddənin “b” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata tərxis olunmuşdur (ağır ailə vəziyyəti ilə əlaqədar). N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 75 nömrəli əmrilə şəxsi heyyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Nərimanov rayon Hərbi Kommisarlığına göndərilmişdir. Hərbi biletinin 7-ci səhifəsində göstərilir ki, o, N993-cü ildə Azərbaycan Respublikasının Dövlət Sərhədlrinin qorunması uğrunda gedən döyüşlərdə Qubadlı-Zəngilan rayonları ərazisində döyüşlərdə iştirak etmişdir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı, döyüşlərdə iştirakını təsdiq edən hərbi biletini, cavabdeh Müdafiə Nazirliyinin tabeliyində olan İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli 4/2-N223 nömrəli arxiv arayışına əsasən cavabdeh Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmişə olduğu kimi cavabdeh qurumun nümayəndəsi tərəfindən İ-ci qarabağ döyüşçülərinə göstərilən qərəzli mövqedən çıxış edərək xx.xx.2022-ci il tarixdə 4/3-85 nömrəli məktubu ilə cavab verərək N və N nömrəli hərbi hissələrin döyüş sıralarına daxil olan hərbi hissələr olmamasını, habelə xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə Zəngilan və Qubadlı rayonlarına ezam olunması, döyüş tapşırığının icrası ilə bağlı olmadığını əsas götürərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir, (imtina məktubu poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə iddiaçıya təqdim edilmiş, həmin tarix konvertin üzərində olan möhürdə qeyd edilmişdir) İddiaçı hesab edir ki, cavabdeh qurumun xx.xx.2022-ci il tarixdə 4/3-785 nömrəli məktubu ilə cavab verərək N və N nömrəli hərbi hissələrin döyüş sıralarına daxil olan hərbi hissələr olmamasını, habelə xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə Zəngilan və Qubadlı rayonlarına ezam olunmasını, döyüş tapşırığının icrası ilə bağlı olmadığını əsas götürərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası müharibə zonasına aid olan N və N saylı hərbi hissələrin tərkibində dötüşlərdə iştirakımı təsdiq edən cavabdeh qurumun tabeliyində olan idarə tərəfindən ona verilmiş hərbi biletdə olan qeydlərə və ən əsası cavabdeh Müdafiə Nazirliyinin tabeliyində olan İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli 4/2-N223 nömrəli arxiv məlumatları ilə tamamilə ziddiyyət təşkil edir. Belə ki, Hərbi biletin 7-ci səhifəsində göstərilir ki, iddiaçı N993-cü ildə N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının Dövlət Sərhədlərinin qorunması uğrunda gedən döyüşlərdə Qubadlı- Zəngilan rayonları ərazisində döyüşlərdə iştirak etmişdir. Halbu ki, cavabdeh qurum imtinasında N nömrəli hərbi hissələrin döyüş sırlarına daxil olan hərbi hissə olmadığını əsassız olaraq göstərmişdir. Bundan əlavə imtina məktubunda cavabdeh qurum xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə Zəngilan və Qubadlı rayonlarına ezam olunması, döyüş tapşırığının icrası ilə bağlı olmadığını göstərmişdir. Buna əsas olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 4/2-N223 nömrəli arxiv arayışından göründüyü kimi, o N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N nömrəli əmrində Zəngilan- Qubadlı rayonlarına ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılmış və hərbi biletindəki qeydlərə əsasən N993-cü ildə Zəngilan və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddia ərizəsinə əavaə etdiyi sənədlərdən göründüyü kimi cavabdeh qurum qərəzli olaraq mənə veteran adının və vəsiqəsinin verilməsindən əsassız imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, N və N nömrəli hərbi hissələrin tərkibində Qarabağ döyüşlərində iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edib bildirilir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-NNN QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyətçi quldur dəstələrinə qarşı Ermənistənlə həmsərhəd inzibati ərazi vahidlərində-.keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd- hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmr edilməlidir. İPM-nin 73.3.N-ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə» və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə» Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Hesab edilir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı gündən hərbi əməliyyat aparan hərbi hissələrin siyahısında N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmədiyindən, xx.xx.N993-cü il tarixdə hərbi hissə komandirinin N nömrəli əmri ilə Zəngilan və Qubadlı rayonlarına ezam olunmağı döyüş tapşırığının icrası ilə bağlı olmadığından ona “Müharibə Veteranı’’ adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 4/3-785 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilik ki, iddiaçıya “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına, habelə xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə Zəngilan və Qubadlı rayonlarına ezam olunmağınız döyüş tapşırığının icrası ilə bağlı olmadığına görə Sizə “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. - xx.xx.202N-ci il tarixli 4/2-N223 nömrəli arxiv arayışından görünür ki N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N5 nömrəli əmri ilə sıravi İddiaçı (əsas: § 2, səh 2N) bütün növ təminatlarla təmin edilərək sürücü vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N may N993-cü il tarixli 89 №-li əmrində sıravi Q.A.Kərimovun (əsas: § 2, sıra N0, səh 76, əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A” yazılmışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Pereküşkül rayonuna ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N7 may N993-cü il tarixli 97 №-li əmrində sıravi İddiaçı A. oğlunun (əsas: § 2, səh 8N, əmrdə atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A” yazılmışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ezamiyyətə getmiş hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 2N6 №-li əmrində sıravi İddiaçı (əsas: § 2, səh 57, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) Zəngilan-Qubadlı rayonlarına ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 234 №-li əmrilə sıravi İddiaçı (əsas: § N2, səh 78, əmrdə vəzifəsi göstərilməyib) Zəngilan-Qubadlı rayonlarından ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N7-ci maddənin “b" bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, sıravi İddiaçı (ağır ailə vəziyyətinə görə) N №-li hərbi hissə komandirinin N mart N994-cü il tarixli 75 №-li əmrilə (əsas: § 3, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Nərimanov RHK-na göndərilmişdir. - xx.xx.N993-cü il tarixli ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-208N nömrəli məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N5 №-li əmrilə sıravi İddiaçı (əsas: § 2, səh 2N) bütün növ təminatlarla təmin edilərək sürücü vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N may N993-cü il tarixli 89 №-li əmrində sıravi Q.A.Kərimovun (əsas. § 2, sıra N0, səh 76, əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A" yazılmışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Pereküşkül rayonuna ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N7 may N993-cü il tarixli 97 №-li əmrində sıravi İddiaçı A. oğlunun (əsas: § 2, səh 8N, əmrdə atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A” yazılmışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ezamiyyətə getmiş hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 2N6 №-li əmrində sıravi İddiaçı (əsas: § 2, səh 57, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) Zəngilan-Qubadlı rayonlarına ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 234 №-li əmrilə sıravi İddiaçı (əsas: § N2, səh 78, əmrdə vəzifəsi göstərilməyib) Zəngilan-Qubadlı rayonlarından ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N7-ci maddənin “b” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, sıravi İddiaçı (ağır ailə vəziyyətinə görə) N №-li hərbi hissə komandirinin N mart N994-cü il tarixli 75 №-li əmrilə (əsas § 3, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Nərimanov RHK-na göndərilmişdir; - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 709 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N994cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Baş Qərargah rəisinin 3/4-NN20 nömrəli xx.xx.N994-cü il tarixli əmri ilə ehtiyata buraxılmışdır; - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-6020 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı barəsində N №-li hərbi hissə komandirinin N N0.N993-cü il tarixli 2N6 №-li əmrindən Arxiv çıxarışını ünvanınıza göndəririk. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N5 №-li əmrilə sıravi İddiaçı (əsas: § 2, səh 2N) bütün növ təminatlarla təmin edilərək sürücü vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N may N993-cü il tarixli 89 Ns-li əmrində sıravi Q.A.Kərimovun (əsas: § 2, sıra N0, səh 76, əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A" yazılmışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Pereküşkül rayonuna ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N7 may N993-cü il tarixli 97 №-li əmrində sıravi İddiaçı A. oğlunun (əsas § 2, səh 8N, əmrdə atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A" yazılmışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ezamiyyətə getmiş hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 234 №-li əmrilə sıravi İddiaçı (əsas: § N2, səh 78, əmrdə vəzifəsi göstərilməyib) Zəngilan-Qubadlı rayonlarından ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N7-ci maddənin “b” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, sıravi İddiaçı (ağır ailə vəziyyətinə görə) N №-li hərbi hissə komandirinin N mart N994-cü il tarixli 75 №-li əmrilə (əsas: § 3, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Nərimanov RHK-na göndərilmişdir; - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli,N/2-66 nömrəli məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N5 №-li əmrilə sıravi İddiaçı (əsas; §-2, səh-2N) bütün növ təminatlarla təmin edilərək sürücü vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 89 №-li əmrində (əsas: §-2, sıra-N0, səh-76, əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A” yazılmışdır, vəzifəsi göstərilməmişdir, əmr rus əlifbası ilə yazılmışdır) sıravi Q.A.Kərimovun Pereküşkül rayonuna ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 97 №-li əmrində (əsas: §-2, səh-8N, əmrdə atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi A” yazılmışdır, vəzifəsi göstərilməmişdir, əmr rus əlifbası ilə yazılmışdır) sıravi İddiaçı A. oğlunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ezamiyyətə getmiş hesab edilməsi barədə N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2N6 №-lı əmrində (əsas. §- 2, səh-57 əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) sıravi İddiaçı Zəngilan-Qubadlı rayonlarına ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 234 №-li əmrilə (əsas. §-N2 səh-78, əmrdə vəzifəsi göstərilməmişdir) sıravi Kərimov X4-Qubadlı rayonlarından ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N7-ci maddənin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, sıravi İddiaçı (ağır ailə vəziyyətinə görə) N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 75 №-li əmrilə (əsas: §-3, əmrdə vəzifəsi göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Nərimanov RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirinin yanvar-dekabr N993-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüşlərdə iştirakı barədə məlumat aşkar edilməmişdir. NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N və N №-li hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır; - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 34346/2-505/2023 nömrəli məktubu ilə xx.xx.N974-cü il təvəllüdlü İddiaçı qeydiyyat kartasının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir; - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-2528 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N5 №-li əmrilə (əsas: §-2, səh-2N) sıravi İddiaçı bütün növ təminatlarla təmin edilərək sürücü vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 89 №-li əmrində (əsas §-2, sıra-N0 səh-76, əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A” yazılmışdır, vəzifəsi göstərilməmişdir, əmr rus əlifbası ilə yazılmışdır) sıravi Q.A.Kərimovun Pereküşkül rayonuna ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 97 №-li əmrində (əsas: §-2, səh-8N, əmrdə atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A” yazlmışdır, vəzifəsi göstərilməmişdir, əmr rus əlifbası ilə yazılmışdır) sıravi İddiaçı A. oğlunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ezamiyyətə getmiş hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2N6 №-li əmrində (əsas: §-2, səh-57, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) sıravi İddiaçı Zəngilan-Qubadlı rayonlarına ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 234 №-li əmrilə (əsas: §-N2, səh-78, əmrdə vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür sıravi Kərimov X4-Qubadlı rayonlarından ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N7-ci maddənin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı ehtiyata tərxis olunmuş, sıravi İddiaçı (ağır ailə vəziyyətinə hərbi hirsə komandirinin xx.xx.N994-cü il tarixli 75 №-li əmrilə (əsas: §-3, gösterilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ çıxarılaraq qeydiyyata düşmək üçün Nərimanov RHK-na göndərilmişdir; - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 678 nömrəli məktubuna əsasən İddiaçı barəsində N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N5 №-li, xx.xx.N993-cü il tarixli 89 №-li, xx.xx.N993-cü il tarixli 97 №-li, xx.xx.N993-cü il tarixli 2N6 №-li, xx.xx.N993-cü il tarixli 234 №-li və xx.xx.N994-cü il tarixli 75 №-li nizami hissə üzrə əmrlərindən Arxiv çıxarışları məhkəməyə göndərilmişdir. Məktubda qeyd edilmişdir k ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993cü il tarixdən xx.xx.N994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş zonasında döyüş tapşırığını yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması, o cümlədən ezam olunduğu dövrdə bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi barədə əlavə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları ilə bağlı xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məlumat aşkar edilməmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.N.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvan N ünvanda qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İşin məhkəmə tərəfindən araşdırılan halları və iş materiallarından müəyyən olunur ki, iddiaçı hərbi xidmət zamanı döyüş əməliyyatlarında iştirak etməsinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə hazırki təlblə müraciət etmiş və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli 4/3-785 nömrəli məktub ünvanlayaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilik ki, iddiaçıya “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına, habelə xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə Zəngilan və Qubadlı rayonlarına ezam olunmağınız döyüş tapşırığının icrası ilə bağlı olmadığına görə Sizə “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Cavabdehin imtinasından narazı qalan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən işin araşdırılması məqsədi ilə inzibati orqanlara müvafiq sorğular verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 709 nömrəli məktub təqdim edərək, qeyd edilmişdir ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Baş Qərargah rəisinin 3/4-NN20 nömrəli xx.xx.N994-cü il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-208N nömrəli məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N5 №-li əmrilə sıravi İddiaçı (əsas: § 2, səh 2N) bütün növ təminatlarla təmin edilərək sürücü vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N may N993-cü il tarixli 89 №-li əmrində sıravi Q.A.Kərimovun (əsas. § 2, sıra N0, səh 76, əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A" yazılmışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Pereküşkül rayonuna ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N7 may N993-cü il tarixli 97 №-li əmrində sıravi İddiaçı A. oğlunun (əsas: § 2, səh 8N, əmrdə atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A” yazılmışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ezamiyyətə getmiş hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 2N6 №-li əmrində sıravi İddiaçı (əsas: § 2, səh 57, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) Zəngilan-Qubadlı rayonlarına ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 234 №-li əmrilə sıravi İddiaçı (əsas: § N2, səh 78, əmrdə vəzifəsi göstərilməyib) Zəngilan-Qubadlı rayonlarından ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N7-ci maddənin “b” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, sıravi İddiaçı (ağır ailə vəziyyətinə görə) N №-li hərbi hissə komandirinin N mart N994-cü il tarixli 75 №-li əmrilə (əsas § 3, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Nərimanov RHK-na göndərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-6020 nömrəli məktub ilə İddiaçı barəsində N №-li hərbi hissə komandirinin N N0.N993-cü il tarixli 2N6 №-li əmrindən Arxiv çıxarışını məhkəməyə təqdim etmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 234 №-li əmrilə sıravi İddiaçı Zəngilan-Qubadlı rayonlarından ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli 678 nömrəli məktubda qeyd etmişdir ki, İddiaçı barəsində N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N5 №-li, xx.xx.N993-cü il tarixli 89 №-li, xx.xx.N993-cü il tarixli 97 №-li, xx.xx.N993-cü il tarixli 2N6 №-li, xx.xx.N993-cü il tarixli 234 №-li və xx.xx.N994-cü il tarixli 75 №-li nizami hissə üzrə əmrlərindən Arxiv çıxarışları məhkəməyə göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş zonasında döyüş tapşırığını yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması, o cümlədən ezam olunduğu dövrdə bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi barədə əlavə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları ilə bağlı xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məlumat aşkar edilməmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Məhkəmə qeyd edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilə bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasinin Qanunun: 3-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə və Qeyd əlavə edilsin: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir." Konstitusiya Məhkəməsinin Plenumunun “X2” şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci tarixli Qərarında Konstitusiya Məhkəməsi hesab edir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd edilənlərə əsasən şəxsə müharibə veteranı statusu və vəsiqəsinin verilməsi üçün onun döyüş zonasında xidmət keçməsi və döyüş əməliyyatlarında iştirakı şərtdir. İş materiallarından da görünür ki, iddiaçı qeyd edilən şərtləri ödəməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi əməliyyat aparan hərbi hissələrin siyahısında N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməmiş və xx.xx.N993-cü il tarixdə hərbi hissə komandirinin N nömrəli əmri ilə Zəngilan və Qubadlı rayonlarına ezam olunmuşdur. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının ezam olunması döyüş tapşırığının icrası ilə bağlı olmadığından ona “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi ilə yanaşı qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Məhkəmə araşdırması zamanı, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi əməliyyat aparan hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və bunu təsdiq edən hərbi hissələrin nizami hissə üzrə əmrləri mövcud olmadığına, eləcə də döyüş əməliyyatları ilə əlaqədar xəsarət, travma almadığı müəyyən edilmişdir. Belə olan halda cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.N-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3-785 tarixli imtinasını qanunsuz və əsassız hesab edərək iddiaçıya “Müharibə Veteranı adının və vəsiqəsinin” verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.N maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar