Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8670/2022 24.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, iqtisadçı, işləmir), cavabdehin nümayəndəsi X6 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, baş mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “inzibati aktlar hesab edilən - сavabdehin iddiaçıya 2021 -ci ilin oktyabr ayının 2145,51 manat məbləğində pensiyasının ödənilməməsi, 2021-ci ilin avqust ayından onun aylıq pensiyasının 306,27 manat məbləğində azadılması, xx.xx.2018 - xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə ona ödənilmiş pensiya məbləğindən 12.092,98 manat vəsaitin büdcəyə qaytarılması barədə tələblə bağlı qərarlarının ləğv edilməsi, 2021-ci ilin oktyabr ayının ödənilməmiş 2145,51 manat məbləğində pensiyasının ödənilməsi, 2021-ci ilin avqust ayından aylıq pensiyasının 2145,51 manat məbləğində bərpa edilməsi, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022ci il tarixli Sərəncamı əsasında 01 yanvar 2022-ci il tarixindən aylıq pensiyaya məbləğinin 10 faiz miqdarında artımının 2145,51 manat məbləğindən hesablanması, pensiyanın azaldılmasi nəticəsində 2021-ci ilin noyabr ayından hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq cavabdehin iddiaçıya 2021 ci ilin oktyabr ayının 2145,51 manat məbləğində pensiyasının ödənilməməsi, 2021-ci ilin avqust ayından onun aylıq pensiyasının 306,27 manat məbləğində azadılması, xx.xx.2018 - xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə ona ödənilmiş pensiya məbləğindən 12.092,98 manat vəsaitin büdcəyə qaytarılması barədə tələblə bağlı qərarlarının ləğv edilməsi, 2021ci ilin oktyabr ayının ödənilməmiş 2145,51 manat məbləğində pensiyasının ödənilməsi, 2021-ci ilin avqust ayından aylıq pensiyasının 2145,51 manat məbləğində bərpa edilməsi, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamı əsasında 01 yanvar 2022-ci il tarixindən aylıq pensiyaya məbləğinin 10 faiz miqdarında artımının 2145,51 manat məbləğindən hesablanması, pensiyanın azaldılmasi nəticəsində 2021-ci ilin noyabr ayından hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının əri X5 prokurorluq orqanlarında qulluq etmiş, 2017-ci ildə təqaüdə çıxmış, 2018-ci ilin iyun ayında vəfat etmişdir. Bundan sonra ailə başçısını itirməyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 08 iyul 2018-ci il tarixdən iddiaçıya 2145, 51 manat məbləğində əmək pensiyası təyin olumuş və həmin vaxtdan 2021-ci ilin sentyabr ayına qədər həmin pensiyanı almışdır. Lakin 2021-ci ilin oktyabr ayının pensiyası verilməmiş, 2021-cı ilin noyabr ayından isə pensiyası 306, 27 manat azaldılaraq, hər ay 1839.24 manat məbləğində pensiya ödənilməyə başlanmışdir. Pensiya məbləğinin azadılmasının səbəbini aydınlaşdırmaq məqsədilə çoxsaylı müraciətlərinə xx.xx.2022-ci il tarixli **********3 saylı məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, iddiaçıya təyin olunmuş pensiya artıq hesablanmış, nəticədə xx.xx.2018-30.09 2021-ci il tarixləri arasındakı dövrdə cəmi 12.092,98 manat artıq ödənilmiş 2021-ci ilin oktyabr ayının pensiyasını ödəməməklə hazırda borcu 10.253,74 manat təşkil etmiş və həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm də cavabdehə müraciət edərək, onun razılığı olmadan 2021-ci ilin oktyabr ayına dair ödənilməmiş pensiya məbləği tam şəkildə birdəfəlik qaydada ödənilməsini və Nəsimi rayon şöbəsi tərəfindən pensiyanın ilkin hesablanması zamanı nəzərə alınmış, hazırda isə cavabdeh tərəfindən nəzərə alınmayan məqamlar barədə məlumat verilməsini, əvvəlki pensiyanın bərpa edilməsini xahiş etmişdir. Bu günə kimi ona cavab verilməmiş, 2021-ci ilin oktyabr ayının pensiyası ödənilmədən qalmışdır. Cavabdehin qərarı aşağıdakılara görə qanunsuz və əsassızdır. 05 mart 2022-ci il tarixdə pensiyanın azaldılması və geri ödənilməsi ilə bağlı qərarlarının qanunsuz olması ilə bağlı cavabdehə və şikayət instansiyası kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, indiyədək müraciətinə heç bir cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 8 iyun 2018-ci il tarixindən sabiq prokurorluq orqanlarının əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 8 iyun 2018-ci il tarixində mərhum həyat yoldaşı X2 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 805,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 362,25 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 1576,56 manat olmaqla orta aylıq əmək haqqısı 2873,81 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 26 il 4 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2873,81 manat) 80 faizi-2299,05 manat məbləğində hesablanıb. Həmin Qanunun 20.8-1-ci maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (2299,05 manat) 80 faizi - 1839,24 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 73140,44 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 85233,42 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 12092,98 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş pul vəsaitindən 2021-ci ilin oktyabr ayı üzrə iddiaçıya ödənilməmiş 1839,24 manat pensiya məbləği çıxılaraq büdcəyə bərpa edilib (qalıq 10253,74 manat). Qalan artıq ödənilmiş 10253,74 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məlumat üçün bildirilir ki, 2021-ci ilin avqust ayından etibarən iddiaçının əmək pensiyası 1839,24 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Bundan başqa 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-183,92 manat məbləğində maddi yardım ödənilmişdir. Hazırda iddiaçının pensiyası pensiya işinin müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair idialara (mübahisələndirmə haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır, 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1–ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, 1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli **********3 nömrəli “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubuna əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 8 iyun 2018-ci il tarixində iddaçının mərhum həyat yoldaşı X2 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 805,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 362,25 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 1576,56 manat olmaqla orta aylıq əmək haqqısı 2873,81 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 26 il 4 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2873,81 manat) 80 faizi-2299,05 manat məbləğində hesablanmışdır. Həmin Qanunun 20.8-1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (2299,05 manat) 80 faizi-1839,24 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 73140,44 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 85233,42 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə sizə 12092,98 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş pul vəsaitindən 2021-ci ilin oktyabr ayı üzrə iddiaçıya ödənilməmiş 1839,24 manat pensiya məbləği çıxılaraq büdcəyə bərpa edilmişdir (qalıq 10253,74 manat). Qalan artıq ödənilmiş 10253,74 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Məlumat üçün bildirilir ki, 2021-ci ilin avqust ayından etibarən əmək pensiyası 1839,24 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Məhkəmənin sorğusuna əsasən, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının pensiya işinə dair sənədlərin və inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini, o cümlədən xx.xx.2022-ci il tarixli “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubu, iddiaçının cavabdehə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2022-ci il tarixli müraciət ərizəsi, təyin olunma tarixi xx.xx.2021-ci il, son tarix xx.xx.2022-ci il olmaqla yenidən hesablanmış pensiya məbləğinin 1839,24 manat olmasına dair “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli qərar, təyin olunma tarixi xx.xx.2018-ci il, son tarix xx.xx.2021-ci il olmaqla yenidən hesablanmış pensiya məbləğinin 1839,24 manat olmasına dair “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli qərar, iddiaçının övladı X4 2019-cu ildə Filologiya və Tərcümə fakültəsinə (əyani) daxil olmasını və hazırda təhsilini davam etdirməsini təsdiq edən Qərbi Kaspi Universitetinin arayışı, iddiaçının pensiyanın yenidən hesablanması tələbi barədə cavabdehə xx.xx.2021-ci il tarixli müraciət ərizəsi, pensiyaçının 091312 nömrəli uçot vərəqəsi, pensiya işi, iddiaçıya 2145,51 manat pensiya məbləğinin təyin olunmasına dair “pensiya miqdarının dəyişdirilməsi haqqında” xx.xx.2018-ci il tarixli sərəncam, ailə başçısını itirməyə görə 1982,77 manat pensiya məbləğinin təyin olunmasına dair xx.xx.2018-ci il tarixli qərar, əmək pensiyasının ümumi məbləğinin hesablanma qaydası, X1 uçot vərəqəsi, pensiya işi, X3 2478,50 manat pensiya məbləğinin təyin olunmasına dair xx.xx.2017-ci il tarixli sərəncam, Azərbaycan Respublikası Baş Prokurorluğunun pensiyanın hesablanması üçün əmək haqqı (74.354,89 manat) barədə xx.xx.2017-ci il tarixli arayışı və X1 Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanı ilə təltif edilməsinə dair xx.xx.2017-ci il tarixli əmri və həmin əmrə əsasən vəzifədən azad olunmasına dair xx.xx.2017-ci il tarixli arayışı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin X1 müharibə veteranı olmasına dair xx.xx.2016-cı il tarixli arayışı, X3 1545,05 manat pensiya məbləğinin təyin olunmasına dair xx.xx.2015-ci il tarixli qərarının surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi hər kəsə şamil edilən sosial təminat hüququ insanın əsas sosial-iqtisadi hüquqlarından biridir və sosial təminatın səviyyəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddəalara əsasən hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirməklə getdikcə daha da yüksəlməsi nəzərdə tutulur. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamının 1.1- bəndində qeyd olunmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.-ci il bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İşin faktiki hallarına əsasən isə iddiaçı ailə başçısını itirdiyinə görə ona məbləği cavabdeh tərəfindən müəyyən edilməklə (2145,51 manat) əmək pensiyası təyin edilmiş və sonradan isə cavabdeh iddiaçının əmək pensiyasını iki dəfə xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarları ilə azaltmış, daha sonra isə həy ay artıq ödənilmiş hesab etdiyi məbləğləri tutmağa başlamışdır ki, məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini qanunvericiliyin tələblərinə zidd hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 14.1-ci maddəsinвə deyilir: vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:14.1.1.1. 18 yaşına çatmamış;14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə;14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. İşin faktiki hallarına əsasən iddiaçıya münasibətdə mövcud olan, ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün əsas olan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində sadalanan hallar hal-hazırda da mövcuddur, yəni təhsil müəssisənin əyani şöbəsində təhsil alan övladı vardır. Yəni iddiaçıya 12092,98 manat məbləğinin artıq ödənilmiş pensiya məbləği kimi göstərilməsinin və ailə başçısını itirməyə görə pensiya ödənilməməsi (azaldılması) üçün əsaslar mövcud deyildir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının qanunvericiliyində cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın məbləğinin cavabdeh inzibati orqanın özü tərəfindən azaldılması kimi norma ümumiyyətlə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği isə əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2. –ci maddəsinə əsasən, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Həmin Qanunun 39.3.-ci maddəsinə əsasən, bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Həmin Qanunun 39.4-cü maddəsinə əsasən, borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Göründüyü kimi qanunverici pensiyaçının razılığı olmadan yalnız məhkəmə qaydasında pensiyadan tutmalara yol verilməsini nəzərdə tutmuşdur, halbuki iddiaçının iddia ərizəsində ifadə olunan mövqeyinə görə iddiaçı pensiyasından tutmaların aparılmasına razılıq verməmişdir, digər tərəfdən cavabdeh iddiaçının əmək pensiyasından tutmaların aparılmasını inkar etməmiş, lakin buna əsas verə bilən məhkəmə aktını məhkəməyə təqdim etməmiş, həmin tutmaların qanuni və əsaslı olmasına dair sübutlar barədə məhkəməyə məlumat verməmiş, belə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya pensiyanın ödənilməsinin dayandırılması ilə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunları pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Qanunvericiliyə görə artıq ödənilmiş pensiyanın geri qaytarılnması şəxsin razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında və razılığı olmadıqda məhkəmə qaydasında mümkündür. Bu halların heç biri mövcud deyil. İddiaçıya əmək pensiyasının 2145,51 manat məbləğində təyin edilməsi barədə 24 iyul 2018-ci il tarixli cavabdehin inzibati aktı qüvvədə olduğu halda, cavabdeh xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli qərarları əsasında ailə başçısını itirməyə görə pensiyanı 1839,24 manat məbləğində ödənilməsi qərara alınmış, müvafiq olaraq xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək, və xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan dövr üçün yenidən hesablanma apararaq, artıq ödənilmiş pul vəsaitinin bərpası məqsədi ilə 2021-ci ilin oktyabr ayı üzrə 1839,24 manat pensiya məbləği ödənilməmiş, 10253,74 manat vəsaitin büdcəyə qaytarılması barədə razılıq verilməsi iddiaçıdan tələb edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsində göstərilmişdir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi, geri çagırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.(64.3). “İnzibati icraat haqqında” Qanunun 21-ci (inzibati icraatda maraqlı şəxsin iştirakı ) maddəsinə əsasən, (21.1) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda;21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən, inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarları yuxarıda sadalanan inzibati icraat haqqında hüquq normaları və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla qəbul edilmişdir. Odur ki, iddiaçı pensiyasının azaldığı tarixdən, 2021-ci ilin oktyabr ayından pensiya məbləği bərpa edilərək ödənilməmiş 2145,51 manat məbləğinin ödənilməsi və 2021-ci ilin avqust ayından 2145,51 manat məbləğin bərpa edilməsi tələbində haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin iddiaçıya pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı 2021 -ci ilin oktyabr ayının 2145,51 manat məbləğində pensiyasının ödənilməməsi, 2021-ci ilin avqust ayından onun aylıq pensiyasının 306,27 manat məbləğində azadılması, xx.xx.2018 - xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə ona ödənilmiş pensiya məbləğindən 12.092,98 manat vəsaitin büdcəyə qaytarılması barədə tələblə bağlı qərarlarının ləğv edilməsi, 2021-ci ilin oktyabr ayının ödənilməmiş 2145,51 manat məbləğində pensiyasının ödənilməsi, 2021-ci ilin avqust ayından aylıq pensiyasının 2145,51 manat məbləğində bərpa edilməsi, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022ci il tarixli Sərəncamı əsasında 01 yanvar 2022-ci il tarixindən aylıq pensiyaya məbləğinin 10 faiz miqdarında artımının 2145,51 manat məbləğindən hesablanması, pensiyanın azaldılmasi nəticəsində 2021-ci ilin noyabr ayından hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 32-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdehin İddiaçı 2021 -ci ilin oktyabr ayının 2145,51 manat məbləğində pensiyasının ödənilməməsi, 2021-ci ilin avqust ayından onun aylıq pensiyasının 306,27 manat məbləğində azadılması, xx.xx.2018 - xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə ona ödənilmiş pensiya məbləğindən 12.092,98 manat vəsaitin büdcəyə qaytarılması barədə tələblə bağlı qərarları ləğv edilsin; 2021-ci ilin oktyabr ayının ödənilməmiş 2145,51 manat məbləğində pensiyası ödənilməsi, 2021-ci ilin avqust ayından aylıq pensiyası 2145,51 manat məbləğində bərpa edilməsi, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamı əsasında 01 yanvar 2022-ci il tarixindən aylıq pensiyaya məbləğinin 10 faiz miqdarında artımının 2145,51 manat məbləğindən hesablanması, pensiyanın azaldılmasi nəticəsində 2021-ci ilin noyabr ayından hazıradək pensiya məbləğində yaranmış fərq birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-8670/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8670/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver