Məhkəmə qərarları › İş №2-1(112)-8672/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8672/2024

19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8672/2024 19.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının çox uşaqlı ana kimi siyahıya alındığı mənzil növbəsində halhazırda neçənci adam kimi qeydiyyatda olduğu barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdehnə qarşı “cavabdehin hərəkətləri qanunsuz hesab edilsin, iddiaçının 01 fevral 2024-cü il tarixli və 07 mart 2024-cü il tarixli ərizəsinə cavab verməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “iddiaçının çox uşaqlı ana kimi siyahıya alındığı mənzil növbəsində hal-hazırda neçənci adam kimi qeydiyyatda olduğu barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin 05 iyul 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

4. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçının həyat yoldaşı X3 işləmiş olduğu D.Bünyadzadə adına Gəmi təmiri zavodunda mənzil növbəsinə dayanmışdır. İddiaçı çox uşaqlı ana olduğuna görə, müəssisə mənzil növbəsinə olan sənədləri onun adına keçirib. 1984-cü ildə güzəştli siyahıya salınaraq Cavabdehnə göndərilmişdir. 1984-cü ildə mənzil növbəinə duranların siyahılarını hər kəs görə bilirdi. İddiaçı mənzil növbəsində siyahıda neçənci adam olmağı barədə 01 fevral 2024-cü ildə sifarişli, xəbərnamə ilə Səbail RİH-nə rəsmi ərizə ilə müraciət etmiş, ərizəsi 05 fevral 2024-cü ildə Səbail RİH tərəfindən qəbul olunsa da, ərizəsi cavabsız qalmışdır. İddiaçı məcburiyyət qarşısında qalıb təkrarən 07 mart 2024-cü ildə bir daha Cavabdehnə sifarişli, xəbərnamə ilə müraciət etmiş, onun müraciəti 07 mart 2024-cü ildə Cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, vətəndaş İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-19/1-D-4-068/2024 saylı ərizəsində 1984-cü ildən çoxuşaqlı ana kimi RİH-də güzəştli mənzil növbəsində dayandığını və siyahıda neçənci olması barədə məlumat verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən vətəndaş İddiaçı ərizəsinə xx.xx.2024-cü il tarixli 5-19/2-13/6-D-4-068 saylı məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında və MKİS-in Forma 2 arayışlarını RİH-ə təqdim etdikdən sonra müraciətinə yenidən baxılıb ona müfəssəl məlumat veriləcəkdir. Lakin vətəndaş tələb olunan sənədləri təqdim etmək əvəzinə xx.xx.2024-cü il tarixli, 5-19/1-D-4/2-068/2-t/1-2024 saylı ərizə ilə təkrar RİH-ə müraciət etmişdir. Belə ki, İddiaçı tələb olunan sənədlərin əvəzinə ilkin ərizəsinin, şəxsiyyət vəsiqəsinin, etibarnamənin, poçt qəbzinin kserosurətlərini RİH-ə təqdim etmişdir. Vətəndaşa bildirilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 26-cı bəndinin tələblərinə uyğun olaraq mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülən vətəndaşların siyahısı vaxtaşırı dəqiqləşdirilir və təkrar qeydiyyatı keçirilir. Bu məqsədlə rayon icra hakimiyyətlərində güzəştli mənzil növbəsinə dayanmış vətəndaşların təkrar qeydiyyatının gedişində aşkar edilən bütün dəyişikliklər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların qovluğuna daxil edilir. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların siyahıları hər il dəqiqləşdirilərkən güzəşt siyahısında ancaq güzəşt hüququna malik olduqlarını təsdiq edən sənədləri təqdim edən vətəndaşlar daxil edilirlər. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların təkrar qeydiyyatından sonra dəqiqləşdirilən siyahılar təsdiq edilir. Məsələ ilə bağlı təkrarən xx.xx.2024-cü il tarixli, 5-19/2-13/6-D-4/2- 068/2-t/1 saylı məktubla vətəndaşa bildirilmişdir ki, Azərbaycan Respublikasının DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında və MKİS-in Forma 2 arayışlarını RİH-ə təqdim etdikdən sonra müraciətinə yenidən baxılıb ona müfəssəl məlumat veriləcəkdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2023-cü ildə eyni məzmunlu ərizə ilə Cavabdehnə müraciət etmiş və ona xx.xx.2023-cü il tarixli, 5-19/2-6-D-3-068 saylı məktubla ümumi və güzəştli mənzil növbəsi siyahılarında neçənci olması barədə müfəssəl məlumat verilmişdir. Hazırda (2024-cü il) vətəndaşın mənzil növbəsinin sıra sayında dəyişiklik yoxdur. Güzəşt hüququna malik olan şəxslərin mənzillə təmin olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Səbail rayonunda boş mənzil olmadığından və Rayon İcra Hakimiyyəti tərəfindən mənzil tikintisi aparılmadığından vətəndaşın müraciətinin tərəfimizdən müsbət həlli mümkün deyildir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana 04 iyul 2024-cü il tarixdə sorğu ünvanlanaraq, xx.xx.1942-ci il təvəllüdlü X1 mənzil növbəsində olduğu siyahının (siyahıdan müvafiq çıxarışın) təsdiq edilmiş surətinin qısa müddətdə məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.

7. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə 12 iyul 2024-cü il tarixli, 5-19/2- 932/2024 nömrəli cavab məktubu əsasında X1 mənzil növbəsində 54-cü olduğu siyahının təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə sözügedən siyahı təqdim edilmiş və o öz izahatında artıq mübahisənin mövcud olmadığını bildirmişdir.

9. Belə ki, iddiaçının iddiası “çox uşaqlı ana kimi siyahıya alındığı mənzil növbəsində hal-hazırda neçənci adam kimi qeydiyyatda olduğu barədə məlumatın verilməsi”ndən ibarətdir. İş materiallarından göründüyü kimi, hal-hazırda iddiaçı ilə cavabdeh arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: -1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 39.3. məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. -67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. - 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir,işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı “iddiaçının çox uşaqlı ana kimi siyahıya alındığı mənzil növbəsində hal-hazırda neçənci adam kimi qeydiyyatda olduğu barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar