Məhkəmə qərarları › İş №2-1(112)-8674/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8674/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8674/2022 17.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ HakimAbdullayeva Aygün Abdulla qızınınsədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Ələsgər qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əyani təhsil haqqında təqdim etdiyi diplom nəzərə alıb pensiyasının artırılmasına köməklik göstərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qərarı ilə xx.xx.2006-cı il tarixinədək əyani təhsil almış vətəndaşların təhsil müddəti iş stajına daxil edilir. Həmin qərara əsasən o, 2020-ci ilin oktyabr ayında tələb olunan sənədləri cavabdehə təqdim etmiş, lakin, həmin ərizəyə 6 aydan sonra, yəni xx.xx.2021-ci il tarixdə, **********1 nömrəli cavab məktubu almışdır. Belə ki, həmin məktubda onun sığorta stajı 33 il 9 ay göstərilmiş, əslində 34 il 11 ay olmalıdır. Eyni zamanda, diplomunu da, nəzərə almayıblar. O, bir neçə dəfə 4 saylı “DOST” Mərkəzinə müraciət etsə də, oradan da, müsbət cavab verilməmişdir. xx.xx.2021ci il tarixli, **********4 nömrəli məktubda da, həmin ifadələr təkrar olunur. Sonuncu ərizəsi xx.xx.2022-ci il tarixində cavabdheə təqdim edilməsinə baxmayaraq, bu günədək onlardan rəsmi cavab gəlməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət (etiraz) təqdim edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Fondun keçmiş Binəqədi rayon Şöbəsi tərəfindən pensiya yaşına çatdığı xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.1966-cı il tarixdən xx.xx.1971-ci il tarixədək təhsil aldığı dövr onun ümumi iş stajına daxil edilmişdir. Eyni zamanda bildirilmişdir ki, əmək pensiyasının yenidən hesablanması zamanı iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-dəki əmək fəaliyyəti dövrləri onun ümumi iş stajına daxil edilməmişdir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən əyani təhsil aldığı dövr deyil, "xxxx" ASC-dəki əmək fəaliyyəti dövrləri ümumi iş stajına daxil edilməmişdir. İddiaçı 002871 nömrəli pensiyaçının uçot vərəqinə əsasən əmək pensiyasının baza hissəsi 85 manat, sığorta hissəsinin məbləği xx.xx.2006-cı il tarixədək 35 il ay ümumi iş stajına uyğun 10566.72 manat pensiya kapitalı və xx.xx.2006-cı il tarixdən sonrakı fərdi hesabın sığorta hissəsində qeydə alınmış 2168.64 manat pensiya kapitalı nəzərə alınmaqla 88.44 manat müəyyən edilmişdir (P=BH+SH= 85+88,44 = 173,44 manat). İddiaçı əmək pensiyası xx.xx.2006-cı il tarixədək 34 il 11 ay 4 gün ümumi iş stajı nəzərə alınmaqla yenidən hesablanmışdır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2012-ci il tarixdə qüvvədə olan tələblərinə uyğun olaraq təhsil illəri də, nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 34 il 11 ay sığorta stajı əsasında həmin tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ilədə 1 dəfə ölkə üzrə aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar İddiaçı ödənilən pensiyanın məbləği xx.xx.2021-ci il tarixdən 309.03 manata, xx.xx.2022-ci il tarixdən 319.54 manata çatdırılmışdır. Beləliklə, qeyd olunanlar nəzərə alınaraq bildirilmişdir ki, aparılan araşdırma nəticəsində İddiaçı "xxxx" ASC-dəki əmək fəaliyyəti zamanı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək haqqı cədvəllərində adına əmək haqqı hesablanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Beləliklə, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunvazidd hesab edilərək təmin edilməmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyi illərin iş stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikasının AZE seriyalı, 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28 oktyabr 2021-ci il tarixli, **********4 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2012-ci il tarixində qüvvədə olan 7-ci maddəsinin tələblərinə uyğun olaraq ona xx.xx.2006-cı il tarixinədək təhsil aldığı müddət nəzərə alınmaqla 33 il 9 ay sığorta stajı əsasında həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 309.03 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı xx.xx.1966-cı il tarixdən xx.xx.1971-ci il tarixinədək təhsil aldığı müddət sığorta stajına əlavə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şiayət vermək hüququ vardır. İşdə olan iddiaçıya məxsus Э seriyalı, 207856 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1966-cı ildə Azərbaycan Politexnik İntitutuna daxil olmuş və 1971-ci ildə trikotaj istehsalat ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək, xx.xx.1972-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 08 iyun 2022-ci il tarixli, **********3 nömrəli məktubla təqdim edilmiş iddiaçıya məxsus pensiya işindən müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixinədək 34 il 11 ay sığorta stajı əsasında həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən, ona yaşa görə əmək pensiyası təyin edilməsi zamanı xx.xx.1966-cı il tarixdən xx.xx.1971-ci il tarixədək təhsil aldığı müddət sığorta stajına əlavə edilmiş və əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Hazırda xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən iddiaçının pensiya məbləği 319 manat, 14 qəpik təşkil edir. İddiaçıya pensiya hsablanması zamanı "xxxx" ASC-nin arxivində əmək haqqı cədvəlləri saxlanılmadığından onun "xxxx" ASC-dəki işlədiyi illər iş stajına daxil edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 07 sentyabr 2022-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv olunmuş “Xalq üçün mallar” Dövlət Konserninin “Puta Əyirici-Trikotaj” Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 851 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2013-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********364300 nömrəli məktubdan müəyyən edilir ki, xx.xx.1997-ci il tarixdə D-2342 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" ASC (VÖEN: **********) X3 Birliyinin bazasında yaradılmış və onun hüquqi varisidr. "xxxx" ASC-nin ləğv olunması və təşkilatihüquqi formasının dəyişməsi barədə məlumat aşkar edilməmişdir. Uçot baza məlumatlarına əsasn "xxxx" ASC-nin fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2013-cü il tarixdə bərpa olunması, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Əlavə olaraq bildirilmişdir ki, "xxxx" SC tərəfindən 0101.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan dövr ərzində 32285,52 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə” 28 oktyabr 2022-ci il tarixli, **********4 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2006-cı il tarixinədək 34 il 11 ay sığorta stajı əsasında həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən, ona yaşa görə əmək pensiyası təyin edilməsi zamanı xx.xx.1966-cı il tarixdən xx.xx.1971-ci il tarixədək təhsil aldığı müddət sığorta stajına əlavə edilmiş və əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Hazırda xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən iddiaçının pensiya məbləği 319 manat, 14 qəpik təşkil edir. İddiaçıya pensiya hsablanması zamanı "xxxx" ASC-nin arxivində əmək haqqı cədvəlləri saxlanılmadığından onun "xxxx" ASC-dəki işlədiyi illər iş stajına daxil edilməmişdir. Hazırki mübahisənin predmetini iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-dəki əmək fəaliyyətinin, əmək haqqı cədvəllərinin olmaması səbəbindən əmək stajı kimi təsdiqlənməməsi təşkil edir. Məhkəmə ilk öncə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrlərin böyük hissəsinin iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək iş stajının əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Ona görə də, həmin dövrə aid iş stajı müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv olunmuş “Xalq üçün mallar” Dövlət Konserninin “Puta Əyrici-Trikotaj” Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitsəsinin xx.xx.1997-ci il tarixli, 851 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2013-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. xx.xx.1997-ci il tarixdə D-2342 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" ASC (VÖEN: **********) X3 Birliyinin bazasında yaradılmış və onun hüquqi varisidir. Uçot baza məlumatlarına əsasən "xxxx" ASC-nin fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2013-cü il tarixdə bərpa olunması, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Beləliklə, iddiaçının sözügedən dövrlərdə qanuni əsaslarla həmin müəssisələrdə işləməsi məhkəmə araşdırması zamanı da, işin digər halları ilə bir daha öz təsdiqini tapmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, sözügedən dövrlər mübahisəsiz iddiaçının sığorta stajına daxil edilməklə onun əmək pensiyası yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyi dövrün iş stajı kimi nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar