Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8674/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatların müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən ‘‘AVANT Park’’ Yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 4-cü mərtəbə, 2 №li, 3 (üç) otaqlı mənzilə görə, İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka “Azərbaycan Beynəlxalq Bankr ASC-nin Yasamal Filialına ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və mənəvi ziyana görə 2 000 (iki min) manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə 0058 saylı Payçı müqaviləsini bağlamışıq. Həmin Payçı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu,A.M. Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 4-cü mərtəbə, 2 №li, 3 (üç) otaqlı mənzili almışam və bu mənzilə görə ƏDV daxil 136 093.00 (bir yüz otuz altı min doxsan üç) manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir, (mədaxil qəbzlərinin surətləri əlavə olunur). Daha sonra sonuncu ödənişi xx.xx.2025-ci il tarixində ödəniş etdikdən sonra "AVANT Group'* MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra ’‘Cavabdeh”) “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair elektron ərizə ilə xx.xx.2025-ci il tarixində Cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, **********891600 saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. (İmtina qərarının surəti əlavə olunur) Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nm (bundan sonra”Qayda”) 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, Alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış sahəsinin ƏDV daxil tam dəyəri məbləğin Satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda Cavabdeh özü də təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Hesab edirəm ki, bu tamamilə əsassız qərardır. Çünki tərəfimdən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb. MTK-ya ödəniş etsəm də müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman tərəfindən ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə MTK tərəfindən ərizəsi cavablandırılmışdır. (“AVANT Group" MTK-nın cavab məktubu əlavə edilir) Bununla da tam təsdiq olunur ki, tərəfindən MTK-nın cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə edilmiş müraciətdən görülür ki, iddiaçı tərəfindən bank kassa mədaxil orderlərinə əsasən ödəniş nağd qaydada edilmişdir (halbuki müvafiq qaydalara əsasən ödəniş nağdsız üsulla edilməli idi) və müqavilə üzrə alıcı qismində İddiaçı qeyd olunsa da, bank ödəniş qəbzlərindən müəyyən edilir ki, ödənişləri həyata keçirən şəxs X1r. Bunu özü isə, ayrılıqda başqa bir pozuntudur. Yuxarıda qeyd olunanlar həmin Qaydaların 5-ci maddəsinin pozulması ilə müşayiət edilir. Həmçinin, müvafiq predmetli işlər üzrə qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2025- ci il tarixli 2-1 (102) -262/2025 nörməli Qərarının 32-ci bəndində göstərir ki, Qaydaların 5-ci bəndində bəhs olunan “nağdsız qaydada tam” ödənilməsi ifadəsi, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişin birmənalı olaraq tamamının nağdsız ödənilməsini ehtiva edir. Həmin Qərarın 38-ci bəndində göstərilir ki, "yaşayış sahəsinin dəyərinin ödənişinin nağd qaydada həyata keçirildiyi halda isə, cavabdehin sözügedən yaşayış sahəsinin dəyərinin ƏDV məbləğinin 30 faizinin qaytarılması öhdəliyi yaranmır və bu baxımdan iddiaçı iddia tələbində haqlı sayıla bilməz"xxxx"xxxx" ilə iddiaçı arasında müqaviləyə nəzər saldıqda iddiaçıya həmin MTK nağdsız qaydada ƏDV məbləğinin ayrıca ödənilməsi üçün ƏDV Depozit hesabını təqdim etmədiyi müəyyən edilir, lakin qaydaların 5.1-ci bəndində iddiaçının Operatora (Dövlət Vergi Xidmətinə) alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədlə müraciət etməli olduğu vurğulanmışdır. Əksinə, iddia ərizəsində əlavə olunmuş və iddiaçıya MTK tərəfindən ünvanlanmış cavab məktubunda onun tərəfindən dövlətə ƏDV məbləğinin ümumi hesaba ödənilməsi şəklində mövqeyi isə hesab edirik ki, MTK-nin iddiaçıya düzgün məlumat verməməsidir. Belə ki, Vergi Məcəlləsinin 154.6-cı maddəsində vurğulanır ki: "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır” və həmin məcəllənin və həmin Məcəllənin 177-ci maddəsində vurğulanır ki: "Vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini (ƏDV) büdcəyə ödəməyə borcludur". Başqa sözlə, onsuzda MTK məcəlləyə əsasən mənzillərin təqdim edilməsinə görə müvafiq ƏDV-i dövlət vergi büdcəsinə ödəməyə borcludur və bu onun şəxsi dövlət qarşısında mükəlləfiyətidir. Lakin, təqdim etmədən əvvəl fiziki və ya hüquqi şəxsə yəni, alıcıya ƏDV depozit hesabını verməsi müvafiq qaydalara əsasən MTK-nın (satıcının) borcudur və həmin MTK bu öhdəliyindən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0058 nömrəli Payçı müqaviləsinə əsasən, Azərbaycan Respublikası qanunvericiliyini əsas tutaraq, bir tərəfdən “MTK” adlanacaq "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X2 şəxsində, digər tərəfdən “Payçı” adlanacaq İddiaçı şəxsində bir yerdə tərəflər adlanacaq, aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar. Müqavilənin predmeti: “MTK” pay qismində çıxış edən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 4-cü mərtəbə, 2 №-li, 3 otaqlı mənzili tikib və “Payçı”-nm mülkiyyətinə verməyi öhdəsinə götürür. “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 4-cü mərtəbə, 2 №-li, 3 otaqlı mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. Pay haqqı və Ödənilmə Qaydası: Mənzilin xarici perimetr üzrə sahəsi 95.17 kv.m. təşkil edir. Mənzilin daxili perimetr üzrə sahəsi 83.27 kv.m. təşkil edir. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 136093 (bir yüz otuz altı min doxsan üç) manat təşkil edir. Müqavilənin ilkin ödənişi müqavilənin ümumi dəyərinin 50%-ni təşkil etməklə, “Payçı” müqavilə imzalandıqda dərhal 68093 (altmış səkkiz min doxsan üç) manat məbləğində öncədən MTK-ya avans ödəniş edir. “Payçı” Müqavilənin ümumi dəyərinin qalıq 68000 (altmış səkkiz min) manat məbləğində pul vəsaitini, “Payçı” və “MTK” arasında bağlanmış bu müqavilənin 1 saylı əlavəsi üzrə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürür. Mənzilin bu Müqavilədə müəyyən edilmiş dəyəri “Payçı" tərəfindən ödənildikcə “MTK” tərəfindən “Payçı”-ya ödənişləri təsdiqləyən müvafiq sənədi təqdim edilir. “Payçı” ödənişlərin əsas və ƏDV- yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirəcəkdir. -xx.xx.2022-ci il tarixli FJB**********117 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 50540.00, valyuta: AZN, məbləğ yazı ilə: əlli min beş yüz qırx manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-cİ il tarixli BPM**********41 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 104000.00, valyuta: AZN, məbləğ yazı ilə: bir yüz dörd min manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********56 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1040.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min qırx manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********59 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 68093.00, valyuta: AZN, məbləğ yazı ilə: altmış səkkiz min doxsan üç manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********01 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********83 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********71 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********67 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********43 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********99 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli FJB**********087 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********54 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********25 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********77 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********08 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********04 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 9470.00, valyuta: AZN, məbləğ yazı ilə: doqquz min dörd yüz yetmiş manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********33 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********44 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1000.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********71 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 200.00, valyuta: AZN, məbləğ yazı ilə: iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********27 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********44 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********63 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********93 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********71 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********05 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********98 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********40 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********03 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********35 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 9470.00, valyuta: AZN, məbləğ yazı ilə: doqquz min dörd yüz yetmiş manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********45 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********09 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********02 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********34 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********38 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********59 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********29 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********84 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM2433955 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********34 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 1200.00, valyuta: AZN, məbləğ yazı ilə: bir min iki yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2025-ci il tarixli BPM**********86 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 9460.00, valyuta: AZN, məbləğ yazı ilə: doqquz min dörd yüz altmış manat 0 qəpik, ödəyənin adı: İddiaçı -xx.xx.2025-ci il tarixli AVANT Group” MTK tərəfindən verilmiş “ƏDV məbləğinin depozit hesabına ödənilməsinə dair” Arayışda göstərilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasf’na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 136 093 (yüz otuz altı min doxsan üç) manat məbləğin 20759.95 (iyirmi min yeddi yüz əlli doqquz manat doxsan beş qəpik) ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun tərəfimizdən təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. X5 Xidmətinə təqdim etmək üçün təqdim edilir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********891600 nömrəli xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli elektron ərizələrə 0058 nömrəli müqavilə, ödəniş sənədləri və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrini rəhbər tutaraq, qərara alınmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməsin. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mənzilə görə qaytarılmalı olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Hazırkı iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğundur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. İşin hallarından görünür ki, İddiaçı "xxxx" MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0058 nömrəli Payçı müqaviləsinə əsasən, “MTK” pay qismində çıxış edən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 4-cü mərtəbə, 2 №-li, 3 otaqlı mənzili satın almış, mənzilin ümumi dəyərini satıcı MTK-nın bank hesabına köçürmüşdür. İddiaçı hazırda həmin vəsait üzrə ƏDV-nin geri qaytarılmasını xahiş edir. Cavabdeh imtina qərarında müraciətin təmin edilməsini istisna edən hal kimi mənzilin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödəmbilməsinə istinad etmişdir: xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Həmin maddənin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın aşağıdakı bəndlərinə əsasən: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDVyə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və müvafiq sənədləri skan edərək portala göndərir. 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə. Sadalanan normalardan görünür ki, nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün şəxs portala müraciət daxil etməli, bu müraciəti yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq etməlidir, əks halda Qaydalara əsasən həmin müddət başa çatdıqdan sonra edilən müraciətlər üzrə ƏDV-nin qaytarılmasına yol verilmir. İşdən görünür ki, iddiaçı mənzilə dair sonuncu ödənişi xx.xx.2025-ci il tarixdə ödədikdən sonra xx.xx.2025-ci il tarixdə ƏDV-nin qaytarılması barədə tələblə cavabdehə müraciət etmişdir. Eyni zamanda müəyyən edilir ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, alıcının hesabına ödənildiyini də göstərmişdir. Belə ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzindəyaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1498/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Hazırki işdə iddiaçı yaşayış sahəsinə dair müqaviləni xx.xx.2022-ci ildə bağlamış olsa da müqavilə üzrə mənzilin dəyərinin tam ödənişi fevral 2025-ci ildə bitmişdir. Belə olan halda hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır, belə ki, iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ yaranardı. Hazırki iş üzrə isə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi və ödəmənin sonrakı tarixlərdə, hətta fevral 2025-ci il tarixdə belə eyni hesaba ödənildiyi müəyyən edilmişdir. Bu zaman o hal da nəzərə alınmalıdır ki, qanunla ƏDV-nin geri qaytarılması hüququ müqavilə üzrə ödənişin tam ödənildiyi vaxtda yaranır. İddiaçı üçün isə ƏDV-nin geri qayytarılmasını tələb etmə hüququ ödənişi başa çatdırdığı fevral 2025-ci ildə yaranmışdır. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər Belə ki, ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər). Hazırkı iş üzrə iddiaçı tərəfindən bildirilən əsas dəlillərdən biri Qaydanın qüvvəyə mindiyi tarixdən sonra sistemin işlək olmaması və texniki imkanın mövcud olmaması səbəbindən alıcının ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsinin qeyrimümkünlüyü ilə bağlı olmuşdur. Analoji mübahisə üzrə apellyasiya instansiyası məhkəməsinin icratında olan işlər üzrə (2-1(103)-145/2025; 2-1(103)-542/2025) müəyyən olunmuşdur ki: -Məhkəmə sorğularına cavab olaraq 2022 dekabr-2023-cü ilin yanvar-aprel ayları ərzində müraciətləri təsdiqlənmiş şəxslər barədə məlumatı əks etdirən cədvəl məhkəməyə təqdim edilmiş, həmin cədvələ əsasən də müəyyən edilir ki, sistemin işlək olmamasına, hətta 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə müxtəlif şəxslərə ƏDV geri qaytarmaları həyata keçirilmişdir. -Həmçinin, sorğuya cavab olaraq təqdim edilmiş aid olan ödəniş tapşırıqlarından da göründüyü kimi, Qaydaların qüvvəyə mindiyi tarixlə Portalın rəsmi istifadəyə verildiyi tarixlər arasında mənzilin alışı ilə əlaqədar müvəkkil bank vasitəsilə ödənişlər etmiş və ödənişlərin edilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilərək ƏDV məbləği satıcının ƏDV depozit hesabına ödənilmişdir. Beləliklə, müəyyən olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən ödənişlərin həyata keçirildiyi dövrdə Qaydaların qüvvəyə minməsinə baxmayaraq, qeyd olunan əməliyyatın həyata keçirilməsi üçün portaldan istifadə edilməsinə ehtiyac yox idi. Portal ƏDV-nin hesaba ödənilməsinin təmin edilməsi üçün deyil, yalnız vətəndaşın ödənilmiş ƏDV-nin yekun məbləğinin geri qaytarılması barədə itehlakçının müraciətinin elektron qaydada qeydiyyata alınması, informasiyanın emalı, müvafiq məlumatın müvəkkil banka ötürülməsinin təmin edilməsi, yəni bu sahədə asanlaşdırılmanın təmin edilməsi üçün yaradılmış informasiya sistemidir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməli olduğundan, lakin iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrıayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edildiyindən, həmçinin iddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın mövcud olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının hazırki tələbi əsaslı hesab edilə və təmin edilə bilməz Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatların müvəkkil banka ötürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8674/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8674/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver