Məhkəmə qərarları › İş №2-1(112)-8681/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8681/2021

02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8681/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyova ərizəçi İddiaçı cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı “iddiaçı ilə “Dəmir Bank ASC” arasında 12 iyun 2014-cü il tarixli 6704 saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq hissəsinin Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanına uyğun restrukturizasiya olunub İddiaçı ilə güzəştli kredit müqaviləsi bağlanana kimi “ Yasamal rayon İcra Şöbəsinin 09.10.2017-ci il tarixli qərarının ləğv edilməsi” barədə şikayətin mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı “ iddiaçı ilə “Dəmir Bank ASC” arasında 12 iyun 2014-cü il tarixli 6704 saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq hissəsinin Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanına uyğun restrukturizasiya olunub İddiaçı ilə güzəştli kredit müqaviləsi bağlanana kimi “ Yasamal rayon İcra Şöbəsinin 09.10.2017-ci il tarixli qərarının ləğv edilməsi” barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Şikayət ərizəsindən göründüyü kimi ərizəçinin tələbi Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-3158/2017 nömrəli, 17 avqust 2017-ci il tarixli qərarının icrasına dair verilmiş icra vərəqəsi əsasında qəbul edilmiş Yasamal rayon İcra şöbəsinin “ İcraata başlamaq haqqında “09.10.2017-ci il tarixli qərarının ləğv edilməsindən ibarətdir. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Burada qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Belə olan halda icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər (o cümlədən hərəkətsizliklər) məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi inzibati iş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi ilə bağlı məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mübahisəsi ilə bağlı işin davamı kimi şikayət formasında işə baxmış (icra sənədini icraya yönəltmiş) məhkəmə tərəfindən baxılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi olduğundan qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahsələrə baxılmasının xüsusi qaydasını, o cümlədən Azərbaycan Respublikasının MPM-nin 231.3-cü maddəsində müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 231.3-cü maddəsinə əsasən, “ İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İddiaçının mübahisələndirdiyi icra məmurunun qərarı Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş icra vəqəqəsi ilə bağlı olmadığından, icra şöbəsinin icraata başlamaq haqqında qərarının ləğv edilməsi məsələsinə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə, yəni Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı “ iddiaçı ilə “Dəmir Bank ASC” arasında 12 iyun 2014-cü il tarixli 6704 saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq hissəsinin Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanına uyğun restrukturizasiya olunub İddiaçı ilə güzəştli kredit müqaviləsi bağlanana kimi “ Yasamal rayon İcra Şöbəsinin 09.10.2017-ci il tarixli qərarının ləğv edilməsi” iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı “ iddiaçı ilə “Dəmir Bank ASC” arasında 12 iyun 2014-cü il tarixli 6704 saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq hissəsinin Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanına uyğun restrukturizasiya olunub İddiaçı ilə güzəştli kredit müqaviləsi bağlanana kimi “ Yasamal rayon İcra Şöbəsinin 09.10.2017-ci il tarixli qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar