Məhkəmə qərarları › İş №2-1(112)-8682/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8682/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8682/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1974-1976cı illərdə Kəlbəcər rayon “H.Hacıyev” adına kolxozda, həmçinin 1985-1992-ci illərdə Laçın rayon X3 olan iş stajı nəzərə alınmaqla ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. 1977-ci ildən 1983-cü ilədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda ali təhsil almışdır. Təhsil aldığı müddət və ona məxsus olan ******* nömrəli əmək kitabçasında göstərilən iş stajı nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, ona pensiya təyin edilsə də, pensiya məbləği düz hesablanmamışdır. Bununla bağlı əmək pensiyasının yenidən hesablanması üçün sənədlərini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasından imtina etmişlər. Cavabdeh bildirmişdir ki, 1974-1976-cı illər və 1985-1992-ci illər ərzində Kəlbəcər və Laçında işlədiyi müddətlərin onun sosial sığorta stajına əlavə edilməsi mümkün deyil. Səbəb kimi isə həmin dövlərə aid arxiv sənədlərinin işğal zonasında olması və Kəlbəcər və Laçın rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, həmin müəssisələrdən əmək haqqı alıb-almamasının müəyyən edilməsinin mümkün olmaması göstərilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, 1974- 1976-cı illərdə Kəlbəcər rayon “H.Hacıyev” adına kolxozda işləməsi, həmçinin 1985-1992-ci illərdə Laçın rayon X3 baş həkim işləməsi təsdiq edən arayışların surətini cavabdehə təqdim etsə də, cavabdeh yenə də həmin dövləri nəzərə almamışdır. Qeyd edilən iş stajı keçmiş SSRİnin ərazisində əldə edilmişdir. Məlum hadisələr səbəbindən onun mübahisəli iş stajına dair arxiv sənədlərinin araşdırılması mümkün deyil. Hesab edir ki, mübahisələndirilən iş stajı ilə əlaqədar arxiv sənədlərinin əldə edilməsinin mümkünsüzlüyü onun təqdim etdiyi iş yerindən arayışların mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajım təsdiq edən əsas sənəddir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə İddiaçı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, İddiaçı əmək kitabçasında və arxiv arayışının surətlərində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 1974-cü il tarixdən 1976-cı il tarixədək və 1985-ci il tarixdən 1992-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.2-ci bəndinə görə, müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən aparılmalıdır. Həmin Qərarın 3.6-ci bəndinə görə, əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “....” nömrəli qeyd etibarsızdır”. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəməyə bildirməyi zəruri hesab edirik ki, iddiaçı tərəfindən təqdim edilmiş ******* nömrəli əmək kitabçası xx.xx.2015-ci il tarixdə doldurulmuş və hazirki mübahisələndirilən dövrlərlə bağlı müvafiq qeydlər aparılmışdır. Həmçinin həmin qeydlərin aparılmasına əsasə olan sənəd təqdim edilməmişdir. İddiaçı 1974-cü il tarixdən 1976-cı il tarixədək Kəlbəcər rayon “H.Hacıyev adına kolxoz”da işlədiyi dövrlərlə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Kəlbəcər Rayon Dövlət Arxivinə cavabdeh tərəfindən göndərilmiş sorğuya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda Kəlbəcər rayon “H.Hacıyev adına kolxoz”un 1974-cü il tarixdən 1976-cı il tarixədək olan arxiv sənədlərinin işğal zonasında qaldığı üçün Kəlbəcər rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Həmçinin, İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli arayışın mötəbərliyini müəyyən etmək məqsədilə cavabdeh tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə və Laçın Rayon Dövlət Arxiv İdarəsinə müvafiq sorğular göndərilmişdir. Laçın Rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli cavab məktublarında Laçın RMX-nin Ağbulaq kənd xəstəxanasının 1985ci il tarixdən 1992-ci il tarixədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Lakin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi tərəfindən göndərilmiş sorğuya hazirki tarixədək cavab verilməmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı adəçəkilən yerlərdən işlədiyini müəyyən etmək mümkün olmadığı üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi və pensyasının yenidən hesablanması qanunvericiliklə nəzərdə tutulmamışdır. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq İddiaçı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək 1974-1976-cı illərdə Kəlbəcər rayon “H.Hacıyev” adına kolxozda işlədiyi dövr, əmək kitabçasında qeyd edilmiş 12 avqust 1992-ci ilə kimi 7 il 5 ay tibb stajı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və müraciət etdiyi 26 may 2022-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırıması üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 11707/2023 nömrəli məktubu ilə göndərilmiş pensiya ödənişinə dair sənədlərin surətindən görünür ki: -Dövlət Sosial X8 rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli, 1560 nömrəli qərarı ilə İddiaçı Nüsrət qızına xx.xx.2018-ci il tarixdən 237,05 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Nüsrət qızının pensiya uçot vərəqinə əsasən xx.xx.1992-ci ilədə (xx.xx.1974-xx.xx.1976) 1 il 9 ay 13 gün, xx.xx.1992-xx.xx.2006-cı ilədək (xx.xx.1992-xx.xx.2006) 13 il 4 ay 19 gün, cəmi xx.xx.2006-dək 15 il 2 ay 02 gün ümumi sığorta stajı müəyyən edilmişdir. -İddiaçı Dövlət Sosial X8 rayon Şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində ali təhsil sənədi nəzərə alınmaqla pensiyasının yeidən hesablanmasını xahiş etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaifə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021ci il tarixli **********3 nömrəli pensiyanın yenidən hesablanması barədə qərara əsasən hazırkı pensiya məbləği 317 manat 15 qəpik, yenidən hesblamanın səbəbi diplom üzrə yenidən hesablama, yenidən hesablanmış pensiya məbləği 347 manat 13 qəpik. İddiaçı Nüsrət qızının pensiya uçot vərəqinə əsasən xx.xx.1992-ci ilədə (xx.xx.1977-xx.xx.1983) 05 il 9 ay 23 gün, xx.xx.1992-xx.xx.2006-cı ilədək (xx.xx.1992-xx.xx.2006) 13 il 4 ay 19 gün, cəmi xx.xx.2006-dək 19 il 2 ay 12 gün ümumi sığorta stajı müəyyən edilmişdir. -İddiaçı Nüsrət qızı xx.xx.2022-ci il tarixdə 1 saylı Dost Mərkəzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X6 ilə müraciət edərək təqdim etdiyi sənədlər əsasında 1985-1992-ci illərin sığorta stajına əlavə edilərək əmək pensiyasının hesablanmasında nəzərə alınmasını xahiş etmişdir. - Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin DSMF X4 ünvanladığı xx.xx.2022-ci il tarixli, 17 nömrəli məktubunda bildirilmişdir ki, Laçın 18 may 1992-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün rayona məxsus arxiv sənədləri işğalda qalıb. Ona görə də vətəndaş İddiaçı Nüsrət qızının 1985-1992-ci illərdə Laçın RMX-nin X3 işləyib-işləməməsi barədə arxivdə heç bir məlumat yoxdur. -Kəlbəcər rayon Dövlət Arxivinin DSMF X7 Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli 18 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Nüsrət qızının 1974-cü il tarixdən 1976-cı il tarixə qədər Kəlbəcər rayon H.Hacıyev adına kolxozda işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində heç bir sənəd mövcud deyildir. Ona görə ki, Kəlbəcər rayonu 02 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün 02 aprel 1993-cü il tarixə qədər Kəlbəcər rayon idarə, müəssisə və təşkilatlarının Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi sənədlər işğal zonasında qalmışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.2015-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, BŞT və TTYS-na daxil olmamışdan əvvəl ümumi iş stajı 09 il 02 ay 13 gün təşkil edir. Onlardan 07 il 5 ay tibb stajı var. (Qeyd:Kolxozçunun kitabçasından çıxarış və laçın rayon MX-nın 27.04.15-ci il tarixli 28 nömrəli arayış). xx.xx.1992ci ildə 7 nömrəli k/st-na 1.0 vahid təcili yardım həkimi vəzifəsinə qəbul edilib. xx.xx.2011-ci ildə ARSN-nın 119 nömrəli xx.xx.2008-ci il tarixli əmrinə əsasən təcili və X2 üzrə həkim vəzifəsinə keçirilib. xx.xx.2022-ci il tarixdən həkim heyətinin təcili və X2 üzrə həkimi ilə bağlanmış 2074 nömrəli əmək müqaviləsinə xitam verilib. İş materiallarına əlavə edilmiş Laçın Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 28 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı Nüsrət qızına ondan ötəri ki, həqiqətən 1985-ci ildən Laçın rayonu işğal olana kimi (May 1992-ci ilə kimi Əmr N02) Laçın RMX-nın X3 həkim-terapevt vəzifəsində işləmişdir. Arayış Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi R.M.İsfəndiyarov tərəfindən imzalanmış və xəstəxananın möhürü ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 48 nömərli Arxiv arayışında qeyd olunmuşdur ki, Laçın rayon Dövlət arxivi bildirir ki, sizin 1985-ci ildən xx.xx.1992-ci il tarixə kimi Laçın rayon X3 baş həkim işləməyiniz barədə olan arxiv sənədləri 1992-ci il may ayının 18-də rayonun Ermənistan Silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar işğalda qalıb. İş materiallarına İddiaçı Nüsrət qızına məxsus kolxozçunun əmək kitabçasından çıxarışda qeyd olunmuşdur ki, kolzoxun üzvü olduğu il 1974, əmək kitabçasının doldurulduğu il xx.xx.1976-cı il, Kolxoz: H.Hacıyev adına, kənd soveti: Çaykənd rayonu, Azərbaycan SSR, Kəlbəcər rayonu, vəzifəsi tütünçü, işlədiyi il: 1974-cü il-il ərzində müəyyən edilmiş adam günlərinin və ya əmək günlərinin minimumu 80 gün, il ərzində qazanılmış adam günlərinin miqdarı 52 gün; 1975-ci il- il ərzində müəyyən edilmiş adam günlərinin və ya əmək günlərinin minimumu 80 gün, qazanılmış adam günlərinin miqdarı 180 gün; 1976-cı il- il ərzində müəyyən edilmiş adam günlərinin və ya əmək günlərinin minimumu 80 gün, qazanılmış adam günlərinin miqdarı 199 gün, cəmi 432 gün. Kəlbəcər rayon çaykənd kəndinin Hacıyev adına Kolxozun xx.xx.1976-cı il tarixli 22 nömrəli N.Nərimanov adına Dövlət Tibb Universitetinə verilməsi üçün tərtib edilmiş Kolxozun idarə heyətinin üzvlərinin imzası və kolxozun möhürü ilə təsdiq edilmiş arayışda qeyd edilmişdir ki, verilir H.hacıyev adına kolxoz üzvü İddiaçı Nüsrət qızına ondan ötəri ki, 1975-ci ilin sentyabr ayından 1976-cı ilin oktyabr ayına kimi kolxozda qazanmış olduğu əmək haqqı hər ay üçün hər ay üçün olmaqla cəmi əmək haqqı 435,19. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin xx.xx.2023-cü il tarixli, xx-xx/1097 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Tibb Universitetinin 1983-cü il məzunu İddiaçı şəxsi işi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yarananan sənədlərin saxlanma müddətləri göstərilməklə 464-cü bəndə əsasən saxlanma müddəti 25 il olduğu üçün təhsilini başa vurmuş tələbələrin şəxsi işləri 24.01 2022-ci il tarixli akta əsasən məhv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Laçın Rayon Mərkəzi Xəstəxanası" X9 göndərdiyi sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Laçın Rayon Mərkəzi Xəstəxanası" X9 xx.xx.2023-cü il tarixli, 110 nömrəli məktubunda qeyd edilmişdir ki, 1992-ci il Laçın rayonunun işğalı ilə əlaqədar olaraq arxiv qeydiyyat sənədlərinin arxiv bazasında tam olmadığına görə bəzi sənədləri sizə təqdim edilməsinə köməkdarlıq göstərə bilmirik. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Laçın Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1992-ci il tarixli, 02 nömrəli Əmri ilə Laçın rayonu işğal olandan sonra öz əvvəlki iş yerləri hesabına işdə saxlanmış hesab edilsinlər: İddiaçı Nüsrət qızı- Ağbulaq KX-nın Baş həkimi (həkim-terapevt). -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Laçın Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2004-cü il tarixli, 14 nömrəli Əmri ilə İddiaçı Nüsrət qızı - Ağbulaq KX-nın baş həkimi xx.xx.2004-cü il tarixdən öz ərizəsinə əsasən vəzifəsindən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/2-6289/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Laçın rayonu üzrə fəaliyyət göstərmiş tibb müəssisələrində, həmçinin X3 çalışmış işçilərlə bağlı əmrlər Laçın Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi tərəfindən verilmişdir. İddiaçı Laçın Rayon Mərkəzi Xəstəxanasının X3 baş həkim vəzifəsində əmək fəaliyyəti barədə Səhiyyə Nazirliyində təsdiqedici sənəd yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin xx.xx.2023-cü il tarixli, xx-xx/1747 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Tibb Universitetinin 1983-cü il məzunu İddiaçı şəxsi işi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə 464-cü bəndə əsasən saxlanma müddəti 25 il olduğu üçün təhsilini başa vurmuş tələbələrin şəxsi işləri xx.xx.2022-ci il tarixli akta əsasən məhv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022 il tarixli, **********8 nömrəli yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən sizə xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanızın məbləği xx.xx.2022-ci il tarixindən 358,83 manata çatdırılmışdır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən bildiririk ki, xx.xx.1977-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 19 il 2 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 23918,40 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində (358,93 manat) dəyişiklik olmamışdır. Belə ki, əmək kitabçanızın və arxiv arayışının surətlərində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 1974-cü il tarixindən 1976-cı il tarixinədək və 1985-ci il tarixindən 1992-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Milli Arxiv İdarəsinin Kəlbəcər Rayon Dövlət Arxivinin müvafiq arayışına əsasən Kəlbəcər rayon ”H.Hacıyev” adına kolxozun 1974-cü il tarixindən 1976-cı il tarixinədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün Kəlbəcər rayon Dövlət Arxivinə təhvil verilməyib. Həmçinin, Laçın Rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktuba əsasən Laçın RMX-nin Ağbudaq kənd xəstəxanasının 1985-ci il tarixindən 1992-ci il tarixinədək olan arxiv sənədlər işğal zonasında qaldığı üçün Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəbdən həmin müəssisələrdən əməkhaqqı alıb-almadığınızı müəyyən etmək mümkün olmadığı üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən bildiririk ki, yaşa görə əmək pensiyanız qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. İddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərti də ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. İşin hallarından müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial X8 rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli, 1560 nömrəli qərarı ilə İddiaçı Nüsrət qızına xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə əsasən təhsil dövrü nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmiş, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarına əsasən iddiaçının təhsil dövrü nəzərə alınmaqla pensiyası yenidən hesablanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən cavabdehə müraciət edərək onun 1974-1976-cı illərdə Kəlbəcər rayon “H.Hacıyev” adına kolxozda və 1985-1992-ci illərdə Laçın rayon X3 işlədiyi dövrlər də nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh qeyd edilən müraciətin təminindən imtina etmişdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının 1974-cü il tarixdən 1976-cı il tarixədək Kəlbəcər rayon “H.Hacıyev adına kolxoz”da, 1985-ci il tarixdən 1992-ci il tarixədək Laçın Rayon Mərkəzi Xəstəxanasının Ağbulaq kənd xəstəxanasına dair sənədlər, əmr kitabları və əmək haqqı cədvəllərinin arxivə mühafizə üçün təhvil verilmədiyinə istinad etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırkı iş üzrə pensiyanın yenidən hesablanmasından imtina edilən mübahisələndirilən dövrlər- iddiaçının 1974-1976-cı il tarixədək və 1985-1992-ci il tarixədək işlədiyi dövrdür. Məhkəmə 1974-cü il tarixdən 1976-cı il tarixədək Kəlbəcər rayon “H.Hacıyev adına kolxoz”da işlədiyi dövrlə bağlı aşağıdakıları qeyd edir: SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, kolxozlarda işləyən şəxslər üçün sosial sığorta stajı kişilər və qadınlar üçün həmin kolxozda il ərzində tam il kimi nəzərə alınması üçün tələb olunan minimum iş günü norması ilə şəxsin il ərzində işləmiş olduğu iş günlərinin müqayisəsi əsasında müəyyən olunur. Belə ki, şəxsin kolxozda işləməsini təsdiq edən kolxozçunun kitabçası və ya əmək kitabçasında kolxozçunun işlədiyi kolxozda qəbul edilən minimum əmək günü (və ya adam günü) norması, həmçinin il ərzində kolxozçunun faktiki işləmiş olduğu əmək günü (və ya adam günü) qeyd olunur. Eyni zamanda kolxozların arxivlərdə saxlanılan şəxsi hesab kitablarında kolxozda işləyən kişi və qadınlar üçün il ərzində işləməsi tələb olunan minimum iş günləri (əmək və ya adam günləri) və işləmiş olduqları faktiki iş günləri (əmək və ya adam günü) də qeyd olunur. Bu zaman kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınır. Belə ki, kolxozda işləmiş kişi və qadınlar üçün il ərzində işləməsi müəyyən olunmuş minimum əmək günü (və ya adam günü) və ondan çox olduqda - tam il, minimum əmək günü (və ya adam günü) iş günlərindən az olan olduqda isə faktiki işlənmiş günlərin sayının kolxozdakı minimum əmək günü norması kimi müəyyən olunmuş günə nisbəti ilə aparılır. Beləliklə, qanunla kolxozçunun ümumi iş stajı kolxoza işə qəbul və işdən çıxma barədə tarixlər əsas götürülməklə deyil, kolxozdakı minimum iştirak norması əsasında müəyyən edilir. İş üzrə müəyyən olunur ki, iddiaçı 1974-1976-cı illərdə Kəlbəcər rayon Çaykənd kəndinin Hacıyev adına Kolxozunda tütünçü vəzifəsində işləmişdir. Bu barədə iddiaçı kolxozçunun əmək kitabçasından çıxarış və Kolxozun N.Nərimanov adına Dövlət Tibb Universitetinə ünvanladığı arayışı təqdim etmişdir. Təqdim edilən kolxozçunun kitabçasından çıxarışda iddiaçının vəzifəsi, kolxozda işlədiyi illər, kolxozda adam günü norması və işlədiyi adam günlərin saylı qeyd edilmiş və həmin qeydlər kolxoza aid möhürlə təsdiqlənmişdir. Bundan əlavə iddiaçı Kəlbəcər rayon Çaykənd kəndinin Hacıyev adına Kolxozun xx.xx.1976-cı il tarixli 22 nömrəli N.Nərimanov adına Dövlət Tibb Universitetinə verilməsi üçün tərtib edilmiş arayışı təqdim etmiş, həmin arayışda da iddiaçının sentyabr 1975-oktyabr 1976-cı il tarixə qədər işlədiyi dövr üzrə əmək günü, adam günü, aldığı əmək haqları barədə məlumat verilmiş, arayış kolxozun idarə heyəti üzvlərinin imza və kolxoza aid möhürlə təsdiqlənmişdir. İddiaçı sözügedən arayışı hələ 2018-ci ildə ilkin pensiya təyinatı zamanı (pensiya işində həmin arayış mövcuddur) cavabdehə təqdim etmək üçün indiki Azərbaycan Tibb Universitetinin arxivindən əldə etdiyini bildirmişdir. Azərbaycan Tibb Universiteti qeyd edilən arayışla bağlı məhkəmə sorğusuna cavab olaraq iddiaçıya aid şəxsi işin saxlanma müddəti 25 il olduğu üçün 24.01 2022-ci il tarixli akta əsasən həmin sənədin məhv edildiyini bildirmiş, eyni zamanda belə bir arayışın ümumiyyətlə olmaması və ya qeyi-mötəbər olması ilə bağlı hər hansı qeyd bildirməmişdir. Bundan əlavə Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 18 nömrəli məktubundan da müəyyən olunur ki, Kəlbəcər rayonu 02 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün 02 aprel 1993-cü il tarixə qədər Kəlbəcər rayon idarə, müəssisə və təşkilatlarının Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi sənədlər, o cümlədən H.Hacıyev adına kolxoza aid sənədlər işğal zonasında qaldığından iddiaçının həmin kolxozda işləməsinə dair məlumat təqdim edilə bilməmişdir. Beləliklə, hazırkı iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq məhkəmə iddiaçının H.Hacıyev adına Kolxozda işləmə dövrünün təsdiqi üçün təqdim edilmiş kolxoz kitabçasından çıxarış və arayışı mötəbər və yetərli sənədlər qismində qəbul edir. Odur ki, yuxarıda qeyd olunan normalara əsasən iddiaçının kolxozda işlədiyi müddət onun iş stajına hesablanmalıdır. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Təqdim olunmuş kolxozçunun əmək kitabçasından görünür ki, 1974, 1975, 1976-cı illərdə H.Hacıyev adına Kolxoz minimum adam günü norması ilə fəaliyyət göstərmişdir. Ona görə də iddiaçının həmin kolxozda işlədiyi ümumi iş stajı hesablanarkən kolxozda minimum adam günü norması nisbətiylə, işlədiyi adam günü miqdarı götürülməklə hesablanmalıdır. Təqdim edilmiş kitabçadan müəyyən olunur ki, kolxozda 1974-1976-cı illərdə minimum adam günü norması 80 gün olduğu halda iddiaçı 1975-ci il üzrə 180 gün, 1976-cı ildə 199 adam günü işləmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı 1975 və 1976-cı illər üzrə minimum adam günü norması şərtini ödədiyindən həmin illər iddiaçının stajına tam il olaraq hesablanmalıdır. Eyni zamanda müəyyən olunur ki, iddiaçı 1974-cü ildə minimum adam günündən az yəni 52 adam günü işləmişdir. Bu halda faktik müddət üzrə hesablama əsas götürülməlidir. Belə ki, faktiki müddətin hesablanması faktiki işlənmiş adam günlərinin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum adam günü norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1974-cü ildə faktiki işlədiyi müddət 07 ay 08 gün (52x12/80=7,8) müəyyən edilir. Beləliklə, iddiaçının kolxozda işlədiyi ümumilikdə 02 il 07 ay 08 gün onun ümumi sığorta stajına hesablanmalıdır. Mübahisələndirilən 1985-ci il tarixdən 1992-ci il tarixədək Laçın Rayon Mərkəzi Xəstəxanasının X3 baş həkim işlədiyi dövrə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın: -1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -7.1-ci bəndinə görə bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. -7.2-ci bəndinə əsasən əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. -7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arxiv arayışları, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və s. qəbul edilir. Eyni zamanda qanunvericilik əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə əmək kitabçasının dublikatının tərtib edilməsini də mümkün sayır, bir halda ki, işəgötürəndə işçinin əmək stajı barədə əmrlər, sərəncamlar və s. mövcud olsun. Başqa sözlə, əmək kitabçasındakı qeydlər yalnız işçinin əmək fəaliyyəti barədə hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilir. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının təqdim etdiyi əmək kitabçası dublikat əmək kitabçasıdır. Belə ki, iddiaçıya aid ilkin əmək kitabçası, eləcə də Laçın RMX-nin Ağbulaq kənd xəstəxanasına aid sənədlər Laçın 18 may 1992-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün rayona məxsus arxiv sənədləri işğalda qalmışdır. Odur ki, iddiaçının 1985-1992-ci illərdə Laçın RMX-nin X3 işləyib-işləməməsi barədə Laçın dövlət arxivində məlumat mövcud deyil. Eyni zamanda, bununla əlaəqdar iddiaçının əmək fəaliyyəti barədə xx.xx.2015-ci ildə dublikat əmək kitabçası tərtib edilmişdir. Dubilkat əmək kitabçasında birinci qeyddə iddiaçının Bakı şəhər Təcili və X2 Stansiyasında xx.xx.1992-ci ildən işə qəbul edildiyi yazılmış, həmin tarixədək isə iddiaçının kolxozdakı iş stajından əlavə 07 il 05 ay tibb stajı olduğu qeyd edilmişdir. Laçın Rayon Mərkəzi Xəstəxanasının məhkəmə sorğularına cavablarda, iddiaçıya verdiyi arayışda iddiaçının həqiqətən 1985-ci ildən Laçın rayonu işğal olana kimi (May 1992-ci ilə kimi Əmr N 02) Laçın RMX-nın X3 həkim-terapevt vəzifəsində işlədiyi qeyd edilmişdir. Bundan əlavə “Laçın Rayon Mərkəzi Xəstəxanası" X9 təqdim etdiyi əmrlərin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Laçın Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1992-ci il tarixli, 02 nömrəli əmri ilə Laçın rayonu işğal olandan sonra öz əvvəlki iş yeri hesabına, yəni Ağbulaq KX-nın Baş həkimi (həkim-terapevt) işdə saxlanmış, həmin vəzifədən yalnız xx.xx.2004-cü il tarixli, 14 nömrəli əmri ilə azad edilmişdir. Başqa sözlə, iddiaçı xx.xx.1992-ci il tarixli əmrlə ilk dəfə vəzifəyə təyin edilməmiş, işğalla əlaqədar məcburi köçkün düşdükdən sonra onun əvvəlki iş yeri və vəzifəsi 1992-ci il tarixdən saxlanılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının 1992-ci ildən əvvəlki əmək fəaliyyəti ilə bağlı sənədlərin arxiv əsaslarının hazırkı halda təqdim edilə bilməməsi iddiaçıdan asılı olan hal kimi qəbul edilə bilməz. İddiaçının Laçın rayon X3 işlədiyi dövrü şübhə altına alan əsaslı sübut cavabdeh tərəfindən təqdim edilmədiyindən məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə sorğuları ilə əldə edilmiş sənədləri həmin dövrün, yəni əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci ildən əvvəlki 07 il 05 ay tibb stajını onun ümumi sığorta stajına hesablanmasını qanuni və əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının H.Hacıyev adına Kolxozda işlədiyi 02 il 07 ay 08 gün və Laçın rayonu X3 işlədiyi 07 il 05 ay onun ümumi iş stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və pensiyanın yenidən hesablanması üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Nüsrət qızının H.Hacıyev adına Kolxozda işlədiyi 02 il 07 ay 08 gün və Laçın rayonu X3 işlədiyi 07 il 05 ay onun ümumi iş stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və pensiyanın yenidən hesablanması üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar