Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8686/2025 19.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə (bundan sonra mətndə - BDYPİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “BMW-X5” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının miras qoyan, mərhum əri X6, xx.xx.2017-ci il tarixində vəfat etmişdir. İddiaçı, xx.xx.2024-cü il tarixində ərizə ilə AR Ədliyyə Nazirliyi 28 saylı Notariat notariat ofisinə müraciət edərək miras qoyana məxsus olmuş “BMW X5” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vərəsəlik hüququ əsasında ona çatası əmlak payının verilməsini xahiş etmişdir. AR DİN Baş X11 İdarəsi tərəfindən 2-V-29686/2 saylı xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya imtina cavabı verilərək bildirilib ki, qeyd olunan nəqliyyat vasitəsinin mühərrik nömrəsinin silinmənömrəsiz və ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən xahişin müsbət həlli, yəni həmin nəqliyat vasitəsinə dair DİN BDYP İdarəsi Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılmasının yalnız məhkəmə qaydasında həll edilməsi tövsiyə edilir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, "BMW X5" markalı WBAFA71050LU86463 ban nömrəli nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılması ilə əlaqədar vətəndaş İddiaçı etibarnamə ilə səlahiyyətli nümayəndəsi vətəndaş X1 DİN Baş X11 İdarəsinə daxil olmuş müraciətlərinin, əlavə olunmuş digər sənədlərin və xx.xx.2025-ci il tarixli 3-13-16/2-V-29286/2, xx.xx.2025ci il tarixli 3-13-16/2-V-29286/3 nömrəli cavab məktublarının surəti məhkəməyə göndərilir. Eyni zamanda bildirilir ki, "BMW X5" markalı WBAFA71050LU86463 ban nömrəli **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2006-cı il tarixdən ******* nömrəli hesabarayış əsasında X3 adında qeydiyyatdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçının hazırkı tələbi üzrə müraciətinə cavabdeh BDYPİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan "BMW X5" markalı **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərrik nömrəsinin silinmə-nömrəsiz və ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən xahişin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X11 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. -AR DİN BDYPİ tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-RA-*** nömrəli qeydiyyat nişanlı, “BMW -X5 minik" markalı, 2003-cü il buraxılışlı, qara rəngli, WBAFA71050LU86463 ban nömrəli nəqliyyat vasitəsinin sahibi X5r. Qeydiyyat şəhadətnaməsində mühərrik və şassi nömrəsi qrafası boş saxlanılmışdır. -xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı İddiaçıdır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AA772333 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBAFA71050LU86463, mühərrik nömrəsi - buraxılış ili 2003-cü il olan BMW -X5 minik markalı, **-RA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Məhkəmənin sorğusu ilə sözügedən nəqliyyat vasitəsinə dair araşdırma aparılması üçün iş materiallarına daxil olan sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən BDYP-nin Qİİ-nə üvanlanan xx.xx.2025-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: “01 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat Şöbəsinə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək ünvan 2 ünvanında qeydiyyatda olan X3 adma qeydiyyatda olan «BMW X5» minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı, universal tipli, WBAFA71050LU86463 ban nömrəli, qara rəngli, 2003-cü il buraxıhşlı avtomobilin mühərrikinin silinmə-nömrəsiz və ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması ilə bağlı olaraq araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma mənə həvalə edilmiş və material üzrə tərəfimdən araşdırma aparılmışdır. X4 izahatında göstərmişdir ki, «BMW X5» minik markalı, 10-RA- 333 dövlət qeydiyyat nişanlı, universal tipli, WBAFA71050LU86463 ban nömrəli, qara rəngli, 2003- cü il buraxılışlı avtomobil mərhum atası X2 məxsusdur. Atası yük avtomobili idarə etdiyi üçün xarici ölkələrə yük aparırmışdır. Sonuncu dəfə yenə də xaricə gedən zaman paromda olarkən vəfat etmişdir. Bu səbəbdən də ölüm haqqında şəhadətnamə almanda çətinliklər yaranmışdır. Ona görə də məhkəməyə müraciət olunmuşdur. Məhkəmə başa çatandan sonra anası İddiaçı adma vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bundan sonra avtomobili adlarına qeydiyyata alınması üçün 30 yanvar 2025-ci il tarixdə BDYPİ-nə müraciət etmişdirlər. Avtomobilin texniki baxışı keçirilən zaman avtomobilin ban nömrəsinin və mühərrik nömrəsinin qeyri-zavod üsulu ilə vurulması müəyyən edildiyi üçün qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobildə hər hansı bir dəyişiklik olub-olmadığını bilmir. Avtomobil mərhum atasından bu vəziyyətdə miras əmlak olaraq qalmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 07 fevral 2025-ci il tarixli 25/52 nömrəli tədqiqat haqqında arayışından görünür ki, «BMW X5» minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan «WBAFA71050LU86463» hərf və rəqəmlər qeyri-zavod üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin yapışqan kağız olan zavod lövhəsinin (birka) üzərində avtomobilin ban nömrəsini göstərən «WBAFA71050LU86463» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsinin mühərrikin detalları ilə qapalı olduğundan həmin hissəyə vizual və «X7» modelli endoskop vasitəsilə baxış keçirmək texniki cəhətdən mümkün olmadı. Avtomobilə baxış keçirilən zamanı «BMW X5» minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı, universal tipli, WBAFA71050LU86463 ban nömrəli, qara rəngli, 2003-cü il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə edilməsi və qeyri-zavod üsulu ilə vurulması, həmçinin mühərrikin silinmə-nömrəsiz olması müəyyən edilmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansıki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat hərəkətlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin səlahiyyətlərinə daxildir. Göründüyü kimi, «BMW X5» minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı avtomobilin ban nömrəsinə, həmçinin mühərrik nömrəsinə müdaxilə edilmiş, ban nömrəsi qeyri-zavod üsulu ilə həkk edilmiş, mühərrikin nömrəsi isə müdaxilə edilməklə silinmişdir. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır”. -Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 25/52 nömrəli tədqiqat haqqında arayışda aşağıdakılar bildirilmişdir: “Azərbaycan Respublixası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin 3-13-5/2-2188/2025№-li, 05 fevral 2025-ci il tarbdi təliqəsilə Azərbaycan Respublixası DİN, Kriminalistim Tədqiqatlar idarəsinə «BMW X5» minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil təqdim olunmuşdur. Tədqiqat qarşısında aşağıdamı sual qoyulmuşdur: 1.Təqdim edilən «BMW X5» minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban və mühərrik nömrələri hansı üsulla vurulmuşdur ? «BMW X5» minik markalı, baxış zamanı **-RA-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış Bakı şəhərində keçirildi. Avtomobilə baxış zamanı müəyyən edildi ki, o qara boya ilə rənglənmişdir (Bax: Fotocədvəl-l,Foto-l). Trasoloji tədqiqat qarşısında qoyulan suallara cavab vermək üçün avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış keçirildi. Baxış zamanı həmin hissədə həkk edilmiş «WBAFA71050LU86463» hərf və rəqəmləri aşkar edildi. Həmin hissə sumbata kağızı (təmizləyici kağız) vasitəsilə boyadan metal səthədək təmizləndi və 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı müəyyən edildi ki, avtomobilin ban nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan «WBAFA71050LU86463» hərf və rəqəmlərin 3-cü mövqedə duran «A» hərfinin sol kənarında kənar kontur fraqmentinin, 6-cı mövqedə duran «7» rəqəminin altında kənar kontur fraqmentlərinin, 8-cı mövqedə duran «0» rəqəminin yuxan sol tərəfində kənar kontur fraqmentinin, 11-ci mövqedə duran «L» hərfinin aşağı horizantal iki xəttin olmasına və 14-ci, 16-cı mövqelərdə duran «6» rəqəmlərinin Konfiqurasiyalannın, ölçülərinin bir-birindən qismən fərqli olmasına, vurulma dərinliklərin, Konfiqurasiyalanna görə belə nəticəyə gəlməx olar Kİ, ban nömrəsinin hərf və rəqəmləri qeyri-zavod üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir (Bax: Fotocədvəl-l,Foto-2a,b) Avtomobilin ban nömrəsində olan hərf və rəqəmlərin vurulma dərinliyini yoxlamaq məqsədi ilə “Mikrosil” pastası hazırlanaraq həmin hərf və rəqəmlərin səthi üzərinə çəkildi. Bundan sonra təxminən 10-15 dəqiqə pasta quruyandan sonra onu ehmallıca hərf və rəqəmlərin səthi üzərindən qoparıldıqdan sonra alınmış əksləri 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı avtomobilin ban nömrəsinin hərf və rəqəmlərin vurulma dərinliklərinin qismən fərqli və nisbətən az (dayaz) olması müşahidə edildi. (Bax:fotocədvəl-l,foto- 4a,b) Avtomobilin zavod lövhəsinin (birka) vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə yapışqan kağız üzərində birka aşkar edildi. Zavod lövhəsinin üzərində avtomobilin texniki göstəriciləri və ban nömrəsini göstərən «WBAFA71050LU86463» hərf və rəqəmləri olan hissəsi 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı müəyyən edildi ki, zavod lövhəsinin üzərində avtomobilin ban nömrəsinin göstərən hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. (Bax: Fotocədvəl-l,Foto-3). Avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissənin mühərrikin detalları ilə qapalı olması aşkar edildi. Həmin hissəyə vizual və «X8» modelli endoskop vasitəsilə baxış keçirmək texniki cəhətdən mümkün olmadı. Tədqiqata avtomobilin «AA№772333» nömrəli qeydiyyat şəhadətnaməsinin surəti təqdim edilmişdir. Şəhadətnamənin birinci üzündə avtomobilin qeydiyyat nişanları: 10RA333, marka, model: BMW X-5minik, tipi: universal, buraxılış ili: 2003, mühərrik nömrəsi yoxdur (yazılmayıb), ban nömrəsi: WBAFA71050LU86463, rəngi: qara, şəhadətnamənin verilmə tarixi,verən orqan və avtomobil sahibi haqqında haqqında məlumatlar vardır. «BMW X5» minik markalı, baxış zamanı **-RA-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış gündüz vaxtı,təbii işıqda aparıldı. Beləliklə aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki: -«BMW X5» minik markalı, baxış zamanı **-RA-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan «WBAFA71050LU86463» hərf və rəqəmlər qeyri-zavod üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. -Avtomobilin yapışqan kağız olan zavod lövhəsinin (birka) üzərində avtomobilin ban nömrəsini göstərən «WBAFA71050LU86463» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. -Avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsinin mühərrikin detalları ilə qapalı olduğundan həmin hissəyə vizual və «X7» modelli endoskop vasitəsilə baxış keçirmək texniki cəhətdən mümkün olmadı”. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosu tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı “BMW X5 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı avtomobilin mövcud vəziyyətdə qeydiyyata alınması və bu barədə müvafiq qeydlər aparması üçün cavabdeh BDYPİ-yə müraciət etmişdir. BDYPİ isə avtomobilin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması və mühərrikin nömrəsiz olması səbəbindən məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, imtina qanunazidd olmamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: -4-cü maddəsinin 18-i və 21-ci bəndlərinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək, nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək, Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə uyğunluğu baxımından onların texniki layihə sənədlərinə və texniki vəziyyətinə dair müvafiq rəylər vermək, onların sınaqlarında iştirak etmək, bu tələblərə cavab verməyən nümunələrin (məmulatın) istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar vermək, nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifələrinə daxildir. -27-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. -27-ci maddəsinin V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. -27-ci maddənin XV hissəsinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.1-ci bəndində göstərilmişdir ki, bu Əsasnamə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra “nəqliyyat vasitələri”) dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. Həmin Əsasnamənin: -1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -2.6-cı bəndinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. -2.6-1. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir: 2.6-1.1. Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin Vİ-İİ hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə; 2.6-1.2. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin Vİ hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə. Texniki baxış zamanı nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin İ və İİ hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır. -2.9-cu bəndinə görə, nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər; nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı. -4.1. Aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: 1) fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə; 2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə; 3) sahibinin soyadı, adı, atasının adı dəyişildikdə; 4) avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə. -4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8. bəndinə müvafiq qaydada aparılır. Nəqliyyat vasitəsinin mülkiyyətçisi öldükdə, əgər onun adından verilmiş bağışlama müqaviləsi notarius tərəfindən təsdiq edilmişdirsə, nəqliyyat vasitəsinin yeni mülkiyyətçisinin adına qeydiyyata alınması bağışlama müqaviləsi, əvvəlki mülkiyyətçinin ölümü haqqında şəhadətnamə, yaxud şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti təqdim edilməklə həll olunur. -13-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Əsasnamə ilə nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. -14-cü bəndinə əsasən, qeydiyyat məntəqəsi nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. İstinad olunan normalardan göründüyü kimi, müvafiq qanunvericilik nəqliyyat vasitəsinin dövlət qeydiyyatını nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitəsinə dair dair təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildiyi təqdirdə qeyd olunan çatışmazlıqların aradan qaldırılmasından sonra aparılmalı olması ilə şərtləndirir və dövlət qeydiyyatının məqsədlərini müəyyən edir. Qanunverici nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması üçün tələblərdən biri kimi həm də nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələrinin təqdim edilməsini tələb edir. Hazırkı mübahisədə isə iddiaçıya məxsus nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması və mühərrikinin nömrəsiz olması işin mübahisəsiz halını təşkil etdiyindən nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkələrinin aparılması ilə bağlı qanunda nəzərdə tutulmuş şərtlər ödənilməmişdir. Cavabdeh inzibati orqanda aparılan araşdırma zamanı qeyd olunan avtomobilin gövdəsi və avtomobildə quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən fakt müəyyən edilməsə də, nəqliyyat vasitəsinin ban nömrəsinə müdaxilə edilməsi, qeyri-zavod üsulu ilə vurulması, həmçinin mühərrikin nömrəsiz olması müəyyən edilmiş və bu halın nəzərə alınmasının zəruri olduğu qeyd edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, istinad olunan Əsasnamədə nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması ilə bağlı əməliyyatlara ümumi olaraq “qeydiyyat hərəkətləri” kimi anlayış verilir. Yəni təkrar qeydiyyat mahiyyət etibarı ilə ilkin qeydiyyatdan fərqlənmir və özlüyündə müstəqil əməliyyatdır. Hansı ki, bu prosedur avtomobilin təkrar qeydiyyatı üçün tələb olunan sənədlərlə yanaşı, texniki baxışdan keçirilməsi tələb olunur və texniki baxış nəqliyyat vasitəsinin texniki vəziyyətinin, konstruksiyasının, aqreqatlarının (o cümlədən nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələrinin) yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğunluğunun yoxlanılmasını ehtiva edir. Başqa sözlə, təkrar qeydiyyatla bağlı icraat zamanı cavabdeh tərəfindən nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılmasına yol verilməyən hallar müəyyən edildikdə müvafiq şərtlərə əməl edilməklə (çatışmazlığın aradan qaldırılması üçün müraciət edən şəxsə məlumat verilməsi və s.) qeydiyyata alınmadan imtina edilir. Təsadüfi deyildir ki, yol hərəkəti qanunvericiliyində nəqliyyat vasitələrinin mütəmadi olaraq texniki baxışdan keçirilməsi tələbinin olması yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, istifadə olunan nəqliyyat vasitələrin istismarında neqativ halların (məsələn, axtarışda olan nəqliyyat vasitələrinin sökülməsi ilə onların ehtiyat hissələrindən istifadə edilməsi, yaxud oğurlanmış və nəqliyyat vasitəsinin konstruksiyasına uyğun gəlməyən detallardan istifadə edilməsi və s.) qarşısını almaq məqsədi daşıyır və qanunverici bu icraata xüsusi önəm verməklə qarşısının alınmasını xüsusi diqqətdə saxlayır. Bu isə onu deməyə əsas verir ki, nəqliyyat vasitəsinin təkrar qeydiyyatı əvvəllər texniki tələblərə cavab vermədən qeydiyyata alınması faktının mövcudluğu, müraciət etmiş şəxsin ilkin qeydiyyata alınmaya istinad edərək cavabdehdən qeydiyyatla bağlı əvvəlki (ilkin qeydiyyatdakı) davranışı sərgiləməsini tələb etməsi məqsədəmüvafiq hesab edilə bilməz. Həm də nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Göründüyü kimi, qanunauyğun olmayan inzibati praktika tətbiq edilə bilməz. Odur ki, məhkəmə iddiaçı tərəfin qeyd olunan dəlilini əsaslı saymır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin imtinası qanunauyğun olmuşdur və bu imtina “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması məqsədlərinə xidmət edir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Beləliklə, aparılmış araşdıma ilə məhkəmənin gəldiyi qənaət belədir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8686/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8686/2025
19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver