Məhkəmə qərarları › İş №2-1(112)-8697/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8697/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8697/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinə qarşı «iddiaçının təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 1997 – 2022-ci illlərdə həqiqi hərbi xidmətdə olmuş və 12 iyun 2022-ci il tarixdə xidmət müddətinin yaşa görə başa çatması ilə əlaqədar ehtiyata buraxılmışdır. O, hazırda əmək pensiyaçısıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun adına məlumat vərəqəsi tərtib edilmiş və həmin məlumat vərəqinə əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin sözügedən məlumat vərəqəsində məcburi sosial sığortası ödənilən bütün əlavələr tam göstərilməmişdir. Belə ki, hərbi qulluqçulara hər il birdəfəlik ödənişlər formasında aylıq vəzifə və rütbə maaşının 2 mislinə qədər birdəfəlik pul mükafatı və aylıq vəzifə maaşının İ misli miqdarında məzuniyyət pulu ödənilir. Bu ödənişlər 2020-ci ildən etibarən məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aid olduğundan, onlardan məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Lakin cavabdeh onun aylıq pul təminatına məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növünə aid olunmuş birdəfəlik pul mükafatının və məzuniyyət pulunun hesablanmış orta aylıq məbləğini daxil elməmişdir. İddiaçı pensiya təminatının məbləği hesablanan zaman birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğlərinin orta aylıq hissəsinin nəzərə alınması xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 31 may 2022-ci il tarixli 8/1964 nömrəli və 26 sentyabr 2022-ci il tarixli 8/3935 nömrəli cavab məktubları ilə məsələnin həllindən imtina etmişdir. İddiaçı hesab edir ki, bu iddia inzibati mühakimənin predmeli olduğundan mümkün sayılmalı və iddiaçı əsaslı olduğundan, cavabdehin imtina cavabı ilə hərəkətsizliyi mahiyyət üzrə onun hüquqlarını pozduğundan, təmin edilməlidir. Cavabdeh təminat xərcliyinin hesablanması zamanı məcburi sosial sığorta haqqı ödənilmiş birdəfəlik pul mükafatı və məzuniyyət pulunun məbləğlərinin orta aylıq hissəsini nəzərə almamışdır. Cavabdehin iddaçıya ünvanlanmış cavab məktublarından görünür ki. cavablar qanunla əsaslandırılmamış və cavabdeh öz hərəkətsizliyi ilə təminat xərcliyinin hesablanması zamanı birdəfəlik pul mükafatı və məzuniyyət pulunun məbləğlərinin orta aylıq hissəsini təminat xərcliyinə əlavə etməkdən qanunsuz olaraq imtina etmişdir. Hesab olunur ki, cavabdehin bu hərəkətləri qanunsuzdur və onun üzərinə təminat xərcliyinin yenidən hesablanaraq məcburi sosial sığorta haqqı ödənilmiş birdəfəlik pul mükafatı və məzuniyyət pulunun məbləğlərinin orla aylıq hissəsinin əlavə edilməsi öhdəliyi qoyulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 2.2.2, 33, 35.1, 38.2, 73.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.10-cu maddəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 22.4-cü maddələrinə, «Sosial sığorta haqqında» 15-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsaslanaraq, hərbi xidmət dövründə birdəfəlik pul mükafatı və məzuniyyət pulu aldığına görə, həmçinin bu məbləğlərin məcburi dövlət sosial sığorta haqqı ödədiyinə görə, həmin məbləğlərin orla aylıq hissəsi nəzərə alınmaqla pensiya təminatının məbləğinin yenidən hesablanması və məlumat vərəqinin onun adına tərtib edilərək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. Gəncə İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə yuxarıda göstərilən normaların tələblərini rəhbər tutaraq, iddia ərizəsində cavabdeh inzibati orqan qismində “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi”nin göstərilməsini formal xəta kimi qiymətləndirmiş və cavabdeh inzibati orqan olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyini qəbul etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı münasibətində bildirilir ki, hərbi qulluqçuların pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçuların xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq təminat xərcliyi (pul təminatı) əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 nömrəli 27 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları» ilə müəyyən edilmiş “məlumat vərəqi” əsasında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təyin edilir. Hərbi qulluqçuların pul təminatı: əsas pul təminatı və pul təminatının əlavə növlərindən ibarətdir. Əsas pul təminatına vəzifə və rütbə maaşları, pul təminatının əlavə növlərinə isə AR Nazirlər Kabinetinin 562 nömrəli 19 oktyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş üstəlik pul təminatı növləri daxildir. Hərbi qulluqçuların tutduğu vəzifəsinə, xidmət növünə, xidmət müddətinə və hərbi uçot ixtisasına müvafiq olaraq ayba-ay aldıqları pul təminatına aylıq təminatxərcliyi deyilir. Aylıq təminat xərcliyi (pul təminatı) mütəmadi xarakter daşıyır və aşağıda adları qeyd olunan ödəniş növlərindən ibarətdir: aylıq vəzifə maaşı, aylıq rütbə maaşı, uzun müddət xidmətə görə faiz əlavəsi, o cümlədən vəzifə maaşından hesablanan əlavələr, məharət (ixtisas) dərəcəsinə görə əlavə, Azərbaycan Respublikasının iqlim şəraitinə görə əlverişli olmayan yerlərdə xidmətə görə faiz əlavəsi, şifrələmə işində fasiləsiz xidmət etməyə görə üstəlik pul əlavəsi, kəşfiyyat fəaliyyəti subyektlərinə məxfiçiliyə görə ödənilən vəzifə maaşına əlavə, xarici dilləri bilmək üçün verilən üstəlik pul əlavəsi, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq müəyyən edilən vəzifə maaşının 20 faizi miqdarında əlavə, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq müəyyən edilən sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində, həmçinin işğaldan azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçulara ödənilən əlavə, AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilmiş əməliyyat (komando) hərbi hissələrində və X1 tərkibində olan xüsusi təyinatlı briqadalarda xidmət edən hərbi qulluqçulara ödənilən əlavə, AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilmiş pilotsuz uçuş aparatlarını idarə edən və idarəetməsində iştirak edən, həmçinin onlara xidmət göstərən hərbi qulluqçulara ödənilən əlavə, elmi dərəcə və fəxri adlara görə əlavələr, təmsilçiik xərci, AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilmiş Kibertəhlükəsizlik və informasiya texnologiyaları sistemləri üzrə həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına əlavələr, həmçinin vəzifə maaşından hesablanan xidmətin xüsusi şəraitinə görə əlavələr, tankların, özüyeriyən artilleriya qurğularının, PDM-lərin, tank şassiləri üzərində özüyeriyən zenit qurğularının, DKDM-lərin və özüyeriyən haubitsaların ekipajlarına, ZRK-ların özüyeriyən buraxma qurğularının və bu komplekslərin aşkaretmə və yönəltmə özüyeriyən stansiyalarının heyətlərinə daxil olanlara, aviasiya, xüsusi təyinatlı və kəşfiyyat hərbi hissələrində paraşüt sınaqçıları vəzifələrində olanlara və- döyüş hazırlığı planları üzrə paraşütlə tullanma edənlərə, aviasiya hərbi hissələrində uçuşların təhlükəsizliyini təmin edən aviasiya mütəxəssisləri vəzifələrində xidmət edənlərə, üzən, təmirdə və konservasiyada olan gəmilərin ekipajlarında, gəmilərdə müəyyən edilmiş qaydada daimi yerləşdirilmiş birləşmələrin idarə heyətlərində xidmət edənlərə, uçuş heyəti vəzifələrində xidmət edən və döyüş hazırlığı planlarına əsasən uçuşlar həyata keçirənlərə, hərbi tibb hissələri, müəssisələri və bölmələrində sağlamlıq üçün təhlükəli və ağır iş şəraiti olan hərbi qulluqçulara. Bu siyahıdan göründüyü kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım" və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növləri hərbi qulluqçuların aylıq pul təminatının tərkibində öz əksini tapmamışdır. Bundan başqa, «Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 562 nömrəli 19 oktyabr 1992-ci il tarixli qərarı ilə aşağıda qeyd olunan üstəlik pul təminatı növləri təsdiq edilmişdir: zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi, bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə, elmi ad və elmi dərəcə üçün faiz əlavəsi, kursant vəzifəsi üçün əlavə, paraşütlə tullanmaq üçün pul mükafatı, dalğıc işləri üçün pul mükafatı, hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı, dənizçilər üçün pul təminatı, döyüş növbətçiliyində olanlar üçün pul mükafatı, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı, müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı, şifrələmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi, xarici dilləri bildiyi üçün üstəlik verilən pul mükafatı, gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti, hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım, Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi, hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri, xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri, gündəlik və mənzildə yaşamaq xərcləri, səhrada (çöldə) xidmətetmə pulu, ev kirayəetmə pulu. Bu qərardan da göründüyü kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım" və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növləri, adlarında da qeyd edildiyi kimi, aybaay deyil, birdəfəlik ödəniş xarakteri daşıyırlar. Belə olan halda, bu birdəfəlik ödəniş növlərinin 12 aya bölünərək hərbi qulluqçuların aylıq təminat xərcliyinə daxil edilməsi qanuna ziddir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Yuxarıda qeyd ediдвшнш kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım” və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı" ödəniş növləri hərbi qulluqçuların aylıq təminat xərcliyinə, o cümlədən vəzifə maaşından hesablanan digər əlavələrə daxil deyildirlər və ayba-ay ödənilmirlər. Bundan başqa, «Sosial sığorta haqqında» Qanuna əsasən hərbi qulluqçulara verilən bütün ödəniş növlərindən (“hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım’’ istisna olmaqla), o cümlədən “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı’’ ödəniş növündən tutulan məcburi sosial sığorta haqları hərbi qulluqçuların fərdi hesablarının sığorta hissəsində qeydə alınan pensiya kapitalında formalaşır və onlara pensiya təyin edilən zaman nəzərə alınır. Belə ki, hərbi qulluqçuların əmək pensiyaları iki hissədən: sığorta hissəsi və qulluq stajına görə əlavədən ibarətdir. Məcburi sosial sığorta haqları hesabına toplanaraq və müvafiq qaydada hesablanaraq sığorta hissəsini təşkil edən pensiya məbləğləri Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən, qulluq stajına görə əlavəni təşkil edən pensiya məbləğləri isə dövlət büdcəsindən maliyyələşdirilərək ödənilir. Nəticədə hesab edilir ki, İddiaçı aylıq təminat xərcliyinə “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım" və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı" ödəniş növlərinin də daxil edilməsini nəzərə alınmaqla əks etdirən yeni “məlumat vərəqəsi”nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanuna müvafiq deyildir. Odur ki, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissələrinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 152-ci maddəsinin 2-ci hissəsinə görə hərbi qulluqçulara və onların ailələrinə pensiya təminatı qüvvədə olan qanunvericiliyin müəyyən etdiyi qayda və şərtlərlə həyata keçirilir. Həmin Əsasnamənin 161-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. «Sosial sığorta haqqında» Qanunun 15-ci maddəsinə görə məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır: iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr, faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi, müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri, istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri, təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar, aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq, məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri, sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti (müəlliflik qonorarı istisna olmaqla), sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə, maddi yardım (sığortaedənin öz işçisinə ödədiyi maddi yardım istisna olmaqla) və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar), yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri, dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət, dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə «Diplomatik xidmət haqqında» Qanunun 21-ci və 23.2-ci maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, həmçinin mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı, fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (sığortaedənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına əcnəbilər üzrə formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası müddətində), əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr, ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənilən maddi yardım (dəstək), sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirləri, o cümlədən üçüncü tərəfə ödədiyi vəsait. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 2-ci bəndində göstərilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndinə görə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində DSMF-yə təqdim edilir. AR Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi, bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə, elmi ad və elmi dərəcə üçün faiz əlavəsi, kursant vəzifəsi üçün əlavə, paraşütlə tullanmaq üçün pul mükafatı, dalğıc işləri üçün pul mükafatı, hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı dənizçilər üçün pul təminatı, döyüş növbətçiliyində olanlar üçün pul mükafatı, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı, müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı, şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi, xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi, gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti, hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım, Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi, hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri, xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri, gündəlik və mənzildə yaşamaq xərcləri, səhrada (çöldə) xidmətetmə pulu, ev kirayəetmə pulu. Qərarın 2-ci bəndinə görə Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Göründüyü kimi, mövcud qanunvericlik normaları hərbi qulluqçuların əmək pensiyasının hesablanmasını onlar barəsində müvafiq səlahiyyətli orqan (hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən təminat xərcliyinə dair tərtib edilmiş məlumat vərəqəsi əsas götürülməklə nəzərdə tutur. Məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na 1 nömrəli əlavədə “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqəsi”nin forması və məzmununu əhatə edən göstəriciləri əks olunmuşdur. Həmin 1 nömrəli əlavədə “məlumat vərəqəsi”nin 3.4-cü bəndində xidmət illərinə görə əlavələrlə (3.4.1-ci yarımbənd) yanaşı, vəzifə maaşından hesablanan digər əlavələr və artımlar da (3.4.2-ci yarımbənd) nəzərdə tutulur. Əlavənin 3.4.2-ci yarımbəndində göstərilən əlavə və atrımların dairəsi məhdudlaşdırılmamışdlr. Bundan başqa nəzərə alınmalıdır ki, AR Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli qərarının 1-ci bəndi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növlərinin sırasında hazırkı iddiaçının məlumat vərəqəsində göstərilməsini iddia etdiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğlərinin nəzərdə tutulmaması, həmin məbləğlərin təminat xərcliyinə daxil edilməməsinə əsas veremir. Məhkəmə bir xüsusatı da diqqətə çəkir ki, iddiaçının məlumat vərəqəsində göstərilməsini iddia etdiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri «Sosial sığorta haqqında» Qanunun 15-ci maddəsində sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin sırasında müəyyən edilməmişdir və faktiki olaraq həmin məbləğlərdən məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 may 2020-ci il tarixdə xüsusi konstitusiya icraatı üzrə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” müvafiq sorğu əsasında konstitusiya işinə baxaraq qərara almışdır: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdən artımları nəzərdə tutur; «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında vurğulamışdır ki, Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qərarda həmçinin qeyd olunur ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə qeyd olunanları hazırkı işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı sabiq hərbi qulluqçu kimi xidmət dövründə əmək haqqına müəyyən edilən müvafiq əlavə kimi müvafiq mükafat və məzuniyyət pulu məbləğlərini aldığından və həmin məbləğlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi onun barəsində həmin məbləğlər əks olunmaqla yeni məlumat məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana (DSMF-yə) göndərilməsindən imtina etməkdə haqlı olmamışdur. Odur ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı hərbi xidmət dövründə birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri nəzərə alınmaqla təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqinin aidiyyəti quruma göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hərbi xidmət dövründə birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri nəzərə alınmaqla təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqinin aidiyyəti quruma göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar