Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-87/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi X1 Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “01.07.2009-cu il tarixli **********0847 nömrəli qərarın ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (VÖEN **********) Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2006-cı ilin avqust ayı üçün hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi və iddia müddətinin bərpası barədə ərizələri məhkəməyə təqdim edərək, iddia müddətinin bərpa edilməsi, 2006-cı ilin avqust ayı üçün hesablanmış **********0847 nömrəli 01.07.2009-cu il tarixli kameral hesablama qərarının ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsində bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 23 oktyabr 2019cu il tarixli 845 saylı Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildiyindən bu əsasla iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi ilə əvəz edilmişdir. Həmçinin 16.06.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə “2006-cı ilin avqust ayı üçün hesablanmış **********0847 nömrəli 01.07.2009-cu il tarixli kameral hesablama qərarının ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsində bərpa edilməsi barədə qərar qəbul edilməsi” məzmunda icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-130/2020 saylı 16 iyun 2020-ci il tarixli qərardadı ilə iddia müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1579/2020 saylı 04.11.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-130/2020 saylı 16 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün məhkəməyə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyi tərəfindən kameral vergi yoxlaması ilə 2006-cı ilin avqust ayı üçün əlavə dəyər vergisi (bundan sonra-ƏDV) üzrə 17694747,00 manat vergi məbləği hesablanmış, lakin qərar təqdim edilməmişdir. Bununla əlaqədar olaraq iddiaçı Vergilər Nazirliyinə qərarın ləğvi ilə bağlı müraciət etmiş, lakin vergi orqanının qərarına əsasən iddiaçının şikayətinə baxılmamıdır. Baxılmamış saxlanılmanın əsası kimi isə aşağıdakılar bildirilmişdir: vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra yalnız 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını tələb etmək hüququna malik olduğu üçün inzibati şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddət buraxılmışdır. Vergi orqanı tərəfindən iddiaçının qərara baxılmamanın əsası kimi vergilərin hesablama müddətinin keçməsi bildirilmişdir. Halbuki, həm vergi qanunvericiliyi, həm də inzibati qanunvericilik şikayət vermənin qadağan edilməsi əsası kimi vergilərin hesablanma müddətinin keçməsi göstərilməmişdir. Yeganə əsas kimi müddətin keçməsi göstərilə bilər. İddiaçı isə qərar hələ də təqdim edilmədiyi üçün müddəti buraxmamışdır. Qanunvericiliyin həmin dövrdə qüvvədə olan müddəalarına əsasən qərar iddiaçıya təqdim edilməli idi. Lakin mübahisələndirilən qərar iddiaçıya təqdim edilməmişdir. Bundan əlavə vergi orqanı tərəfindən qərarın elektron qaydada göndərilməsi bildirilsə də, elektron sənəd dedikdə, elektron qaydada sənədin göndərilməsi dedikdə mütləq şəkildə elektron imza və elektron sənəd haqqında qanuna baxmaq lazımdır. Hər hansı bir sənədin elektron göndərilməsi üçün ilk növbədə sənəd elektron olmalıdır, sənədin elektron olması üçün isə sənədin elektron imza ilə təsdiq edilməsi lazımdır. Lakin vergi orqanı tərəfindən göndərilən sənədlər elektron sənəd hesab edilə bilmir. Həmçinin Vergi Məcəlləsinə əsasən qərarın əsaslı olmasını vergi orqanı sübut etməlidir. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddiaçı tərəfindən 2006-cı ilin avqust ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin olmadığı, əvəzləşdirilən dövriyyənin 105.932.203,0 manat, büdcədən qaytarılmalı məbləğ kimi 19.067.790.54,0 manat göstərilmişdir. Aparılan araşdırma zamanı "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş 04.08.2006-cı il tarixli GA seriyalı 233789 nömrəli, 02.08.2006-cı il tarixli GA seriyalı 233781 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233785 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233786 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233784 nömrəli, 11.08.2006-cı il tarixli GA seriyalı 233801 nömrəli, 07.08.2006-cı il tarixli GA seriyalı 233792 nömrəli, 07.08.2006-cı il tarixli GA seriyalı 233800 nömrəli, 04.08.2006-cı il tarixli GA seriyalı 233790 nömrəli vergi hesab-fakturaları itirildiyindən, həmin vergi hesabfakturaları əvəzləşdirməyə əsas vermədiyi üçün iddiaçı tərəfindən təqdim olunmuş 2006-cı ilin ƏDV bəyannaməsində kənarlaşmanın yarandığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması (əsas olmadan dövlət büdcəsindən 19.067.796.54,0 manatın tələb edilməsi) kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 01.07.2009-cu il tarixli **********974600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2006-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə təqdim edilmiş əvəzləşmələr nəzərə alınmamış, bu barədə vergi ödəyicisinə 01.07.2009-cu il tarixli **********084700 nömrəli vergilərin hesablanması barədə bildiriş göndərilmişdir. Eyni zamanda, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən vergi ödəyicisinin adından əvəzləşdirilməyə təqdim edilmiş vergi hesab fakturaları üzrə əvəzləşdirilmiş vergi məbləğinin nəzərə alınması barədə 25.04.2013-cü il tarixli **********405600 nömrəli xidməti məktubu ləğv olunmuş Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentində baxılmış və qeyd olunanlarla əlaqədar olaraq 2006-cı ilin avqust ayı üzrə ƏDV bəyannaməsində "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş 03.08.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli 1.373.049,54 manat əvəzləşmə məbləği yenidən bərpa olunmuşdur. İddiaçı isə iddia ərizəsində sadəcə qərarın ona təqdim edilmədiyini əsalandırmağa çalışmış, müəssisəyə vergilərin hesablanmasına səbəb olan və uyğunsuzluq məktubunda göstərilən hallara dair hər hansı əsaslı dəlili nə vergi orqanına, nə də məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, 2006-cı ilin avqust ayı üçün ƏDV üzrə qəbul edilmiş sonuncu qərar olan 29 aprel 2013-cü il tarixli **********783700 nömrəli “Vergilərin hesablanması barədə“ qərar həmin gün, yəni 29 aprel 2013-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş, qərar 30.04.2013-cü il tarixdə iddiaçı tərəfindən oxunmuş və qəbul edilmişdir (vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat işə əlavə olunmuşdur). Buna baxmayaraq, vergi ödəyicisi qərarın ona təqdim olunmasından 6 il 1 aydan çox vaxt keçdikdən sonra, iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməklə məhkəməyə müraciət etmiş, iddia müddətinin bərpa edilməsinə dair hər hansı vəsatəti məhkəməyə təqdim etməmişdir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və dəqiqləşdirilmiş iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair vəsatətə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş 02.05.2019-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. - İddiaçı tərəfindən 2006-cı ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergi bəyannaməsindən görünür ki, təqdim olunmuş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin olmadığı, əvəzləşdirilən dövriyyənin 105.932.203,0 manat, büdcədən qaytarılmalı məbləğ kimi 19.067.790.54,0 manat göstərilmişdir. -əlavə dəyər vergisinin bəyannaməsinə əlavə №1-dən görünür ki, cari hesabat dövründə vergi hesab-fakturaları üzrə məlumatlarda "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş 04.08.2006-cı il tarixli GA seriyalı 233789 nömrəli, 02.08.2006cı il tarixli GA seriyalı 233781 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233785 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233786 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233784 nömrəli, 11.08.2006-cı il tarixli GA seriyalı 233801 nömrəli, 07.08.2006-cı il tarixli GA seriyalı 233792 nömrəli, 07.08.2006-cı il tarixli GA seriyalı 233800 nömrəli, 04.08.2006-cı il tarixli GA seriyalı 233790 nömrəli vergi hesab-fakturaları əks etdirilmişdir. - Cavabdehin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 01.07.2009-cu il tarixli **********974600 saylı məktubundan görünür ki, iddiaçıdan ZƏMZƏM” MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş 04.08.2006-cı il tarixli GA seriyalı 233789 nömrəli, 02.08.2006-cı il tarixli GA seriyalı 233781 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233785 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233786 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233784 nömrəli, 11.08.2006-cı il tarixli GA seriyalı 233801 nömrəli, 07.08.2006-cı il tarixli GA seriyalı 233792 nömrəli, 07.08.2006-cı il tarixli GA seriyalı 233800 nömrəli, 04.08.2006-cı il tarixli GA seriyalı 233790 nömrəli vergi hesab-fakturaları itirildiyindən, həmin vergi hesab-fakturaları əvəzləşdirməyə əsas vermədiyindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. - Vergi ödəyicisinə göndərilmiş 01.07.2009-cu il tarixli **********084700 nömrəli vergilərin hesablanması barədə bildirişdən görünür ki, vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması səbəbindən (dövlət büdcəsindən 19.067.796.54,0 manatın tələb edilməsi) müəyyən edilmiş kənarlaşma ilə əlaqədar yaranmış uyğunsuzluqla bağlı kameral vergi yoxlaması ilə 2006-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə təqdim edilmiş əvəzləşmələr nəzərə alınmamış və 19.067.796.54,0 manat məbləğində ƏDV hesablanmışdır. - İddiaçı MMC (VÖEN **********) tərəfindən əvəzləşdirmə aparılması üçün digər şəxslərdən qəbul edilmiş və ƏDV bəyannamələrinə əlavələrdə göstərilmiş VHF-n və onu əvəz edən digər sənədlər barədə məlumatdan görünür ki, 7.628.053,00 manat məbləğində malın dəyərinə görə 1.373.049,54 manat məbləğində ƏDV hesablanmışdır. - Cavabdehin “Vergilərin hesablanması barədə” 29.04.2013-cu il tarixli **********783700 saylı qərarından görünür ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən vergi ödəyicisinin adından əvəzləşdirilməyə təqdim edilmiş vergi hesab fakturaları üzrə əvəzləşdirilmiş vergi məbləğinin nəzərə alınması barədə 25.04.2013-cü il tarixli **********405600 nömrəli xidməti məktubu ləğv olunmuş Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentində baxılmış və qeyd olunanlarla əlaqədar olaraq 2006-cı ilin avqust ayı üzrə ƏDV bəyannaməsində "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş 03.08.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli 1.373.049,54 manat əvəzləşmə məbləği yenidən bərpa olunmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşağıdakı maddələri bu işə tətbiq olunur: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. İddiaçının hesabat verdiyi 2006-cı ildə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Əmlakı nazirinin 29.12.2000-ci il tarixli İ-194 №-li əmri ilə təsdiq edilmiş “Vergi məqsədləri üçün vergi hesab-fakturasının tətbiqi Qaydaları”na əsasən: 2.1. Bu qaydalara 1-li əlavədə göstərilən vergi hesab-fakturası (bundan sonra “vergi hesab-fakturası” adlanacaqdır) ciddi uçot blankı olmaqla, ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas verən sənəddir. 2.3. Bu qaydaların İV bölməsinin 6-cı bəndinin müddəalarının yerinə yetirilməsi şərti ilə, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (sonradan “vergi ödəyicisi” adlandırılacaq) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya yaxud sifarişçiyə) vergi hesab-fakturası verməlidir. ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin vergi hesab-fakturası verməyə hüququ yoxdur. 2.4. Vergi hesab-fakturası ciddi uçotu aparılan sənəd olmaqla, özündə aşağıdakı məlumatları əks etdirməlidir: - vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı; - vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi; - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlər - vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan həcmi; - aksizli mallarda aksizin məbləği; - vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği; - vergi-hesab fakturasının verilmə tarixi; - vergi hesab-fakturasının sıra nömrəsi. - qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və sıra sayı; - vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı. 4.1. Vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən şəxs tərəfindən 2 nüsxədə tərtib edilir. Tərtib edilmiş vergi hesab-fakturasının 1-ci nüsxəsi alıcıya verilir, 2-ci nüsxəsi isə malı (işi, xidməti) təqdim edən şəxsdə saxlanılır. Vergi ödəyicisi malın alıcısına (işlərin və xidmətlərin sifarişçisinə) vergi hesabfakturasının 1-ci nüsxəsini mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gün ərzində verməlidir. Ödənişlər malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əvvəl həyata keçirildikdə, vergi hesab-fakturası ödəmədən sonrakı 5 gün ərzində verilməlidir. Ödəmə qismən həyata keçirilmişdirsə, vergi hesab-fakturası hər ödəmə üçün ayrıca olaraq, ödəmə məbləği həcmində verilməlidir. Xidmətlər alıcılara (sifarişçilərə) müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə vergi hesabfakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. 4.2. Vergi hesab-fakturası vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) alıcısına verilərkən, vergi hesab-fakturası bu qaydalara 2 nömrəli əlavədə göstərilən “Vergi hesab-fakturasının qeydiyyatı kitabı”nda uçota alınmalıdır. Vergi hesab-fakturası blankları zədələndikdə (yararsız hala düşdükdə), onların hər 2 nüsxəsinin üzərində “ləğv edilmişdir” sözləri yazılmaqla, vergi ödəyicisində saxlanılmalı və “Vergi hesab-fakturasının qeydiyyatı kitabı”nda müvafiq sıra nömrəsinin qarşısında “ləğv edilmişdir” qeydi aparılmalıdır. Artıq çap edilmiş vergi hesab-fakturası aşkar edildikdə də, onlar eyni qaydada ləğv edilir. Vergi hesab-fakturası blankları itirildikdə, oğurlandıqda və ya digər səbəblərdən çatışmamazlığı aşkar olunduqda, vergi ödəyicisi 3 iş günü ərzində qeydiyyatda olduğu vergi orqanına rəsmi məlumat verməlidir. Bu zaman “Vergi hesab-fakturasının qeydiyyatı kitabı”nda müvafiq sıra nömrəsinin qarşısında “itirilmişdir” sözləri, “Qeyd” sütununda isə vergi orqanına verilmiş məlumatın tarixi və nömrəsi yazılmalıdır. Bu məlumatları almış vergi orqanları vergi hesab-fakturasının itirilməsi, oğurlanması və ya digər səbəblər üzündən çatışmamazlığı barədə dərhal maliyyə orqanlarına məlumat verməlidirlər. 4.3. “Vergi hesab-fakturasının qeydiyyatı kitabı”nın səhifələri ardıcıl nömrələnməli, qaytanlanmalı və hüquqi şəxsin rəhbəri və maliyyə bölməsinin rəhbəri (baş mühasibi) tərəfindən səhifələrin sayı göstərilməklə, imzalanmalı və möhürlənməlidir. ƏDV ödəyicisi olan fiziki şəxslər tərəfindən “Vergi hesab-fakturasının qeydiyyatı kitabı”nın səhifələri ardıcıl nömrələnməli, qaytanlanmalı və fiziki şəxs tərəfindən imzalanmalıdır. “Vergi hesab-fakturasının qeydiyyatı kitabı” qaytanlandığı yerdə müvafiq maliyyə orqanının rəhbəri tərəfindən imzalanmalı və onun möhürü ilə təsdiq olunmalıdır. 5.7. Vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən hüquqi şəxsin rəhbəri və maliyyə bölməsinin rəhbəri (baş mühasibi) tərəfindən (vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) imzalanmalı və həmin hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir. Mallar (işlər, xidmətlər) fiziki şəxslər (fərdi sahibkar) tərəfindən təqdim edilərkən, vergi hesab-fakturası fiziki şəxs (fərdi sahibkar) tərəfindən soyadı, adı, atasının adı göstərilməklə imzalanır. Vİ. Vergi hesab-fakturasının sifarişi, istifadəsi və doldurulması qaydalarının pozulmasına görə vergi ödəyiciləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (VÖEN **********) tərəfindən 2006-cı ilin avqust ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin olmadığı, əvəzləşdirilən dövriyyənin 105.932.203,0 manat, büdcədən qaytarılmalı məbləğ kimi 19.067.790.54,0 manat göstərilmişdir. Vergi orqanı tərəfindən aparılan araşdırma zamanı "xxxx" MMC (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş 04.08.2006-cı il tarixli GA seriyalı 233789 nömrəli, 02.08.2006-cı il tarixli GA seriyalı 233781 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233785 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233786 nömrəli, 03.08.2006-cı il tarixli GA seriyalı 233784 nömrəli, 11.08.2006-cı il tarixli GA seriyalı 233801 nömrəli, 07.08.2006-cı il tarixli GA seriyalı 233792 nömrəli, 07.08.2006-cı il tarixli GA seriyalı 233800 nömrəli, 04.08.2006-cı il tarixli GA seriyalı 233790 nömrəli vergi hesab-fakturaları itirildiyindən, həmin vergi hesab-fakturaları əvəzləşdirməyə əsas vermədiyi üçün iddiaçı tərəfindən təqdim olunmuş 2006-cı ilin ƏDV bəyannaməsində kənarlaşmanın yarandığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması (əsas olmadan dövlət büdcəsindən 19.067.796.54,0 manatın tələb edilməsi) kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 01.07.2009-cu il tarixli **********974600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2006-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə təqdim edilmiş əvəzləşmələr nəzərə alınmamış, bu barədə vergi ödəyicisinə 01.07.2009-cu il tarixli **********084700 nömrəli vergilərin hesablanması barədə bildiriş göndərilmişdir. Eyni zamanda, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən vergi ödəyicisinin adından əvəzləşdirilməyə təqdim edilmiş vergi hesab fakturaları üzrə əvəzləşdirilmiş vergi məbləğinin nəzərə alınması barədə 25.04.2013-cü il tarixli **********405600 nömrəli xidməti məktubu ləğv olunmuş Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentində baxılmış və qeyd olunanlarla əlaqədar olaraq 2006-cı ilin avqust ayı üzrə ƏDV bəyannaməsində "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş 03.08.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli 1.373.049,54 manat əvəzləşmə məbləği yenidən bərpa olunmuşdur. Lakin digər qaimə-fakturalar təqdim edilmədiyindən, malın təhvil verildiyini təsdiq edən maddi-məsul şəxsin imzasını müəyyən etmək mümkün olmadıgından, iddiaçı isə həmin sənədləri nə cavabdehə, nə də ki məhkəməyə təqdim etmədiyindən bu barədə cavabdehin dəlilləri əsaslı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, əlavə dəyər vergisinin anlayışı, vergi ödəyicilərinin hüquqi statusu, vergitutma obyekti, vergi ödəməkdən azad edilmə, büdcəyə ödəmələr müəyyən edilərkən və ya əvəzləşdirilərkən ƏDV və digər məsələlər Vergi Məcəlləsinin Xİ Fəslində nəzərdə tutulmuşdur. 2006-cı ildə qüvvədə olan Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) Azərbaycan Respublikası ərazisində malların istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi və tədavülü prosesində onların dəyərinə əlavənin bir hissəsinin, həmçinin Azərbaycan Respublikası ərazisinə gətirilən və vergi tutulan bütün malların dəyərini bir hissəsinin büdcəyə tutulması formasıdır. ƏDV mallar istehsalının və göndərilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin bütün mərhələlərində ödənilir. Vergi tutulan dövriyyədən ödənilməli olan ƏDV-nin məbləği bu cür dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən hesab-fakturalara müvafiq sürətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq kimi müəyyən edilir. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, həmin dövrdə hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilirdi: a. vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; b. hesab-fakturalara müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği. Həmin dövrdə qüvvədə olan Məcəllənin 159.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların əlavə edilmiş dəyəri və vergi tutulan idxal vergitutma obyektidir. Göründüyü kimi, vergi tutulan əməliyyatların əlavə edilmiş dəyəri və vergi tutulan idxal əlavə dəyər vergisinin vergi tutma obyekti kimi çıxış edir. Beləliklə də iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti üzrə sənədləşmə qanunverciliyin tələblərinə uyğun təşkil edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının "xxxx" MMC-dən 2006-cı ilin avqust ayında aldığı malların qaimə fakturalarının cavabdehə təqdim edilmədiyi (“03.08.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli istisna olmaqla) müəyyən edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən, həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən, həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borclu olduğu halda buna əməl etməmişdir. Belə olan halda cavabdeh tərəfindən həmin əməliyyatlara görə 2006-cı ilin avqust ayı dövrü üçün ƏDV hesablanması barədə qərarı qanuni olmuşdur. Bundan başqa, Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşsə də, vergi məbləğinin səhv hesablanması barədə məhkəməyə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçının şikayətində sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə (izahatı) inzibati aktın ləgv edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC (VÖEN **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 2006-cı ilin avqust ayı üçün hesablanmış **********0847 nömrəli 01.07.2009-cu il tarixli kameral hesablama qərarının ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsində bərpa edilməsi barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3DRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-87/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-87/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver