Məhkəmə qərarları › İş №2-1(112)-870/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-870/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-870/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportunun və dövlət reyestrindən çıxarışın X2 adına verilməsi ilə bağlı öhdəliyin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254/ saylı bağ, 97 nömrəli order əsasında adıma ayrılmışdır. Həmin bağ sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 aprel 1994-cü il tarixli. 461 nömrəli sərəncamı da mövcuddur. Yuxanda qeyd edilən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 06 may 2021-ci il tarixli imtina bildirişi verilmişdir. Bildirişdə qeyd edilmişdir ki, göstərilən 254z nömrəli bağ sahəsi digər fiziki şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, həmçinin bağ sahəsinə yol olmadığı üçün qonşu bağ sahəsinin ərazisindən istifadə olunur. Yuxarıda qeyd olunan imtina bildirişini aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, bildirişdə qeyd edilən mətn üzrə dəqiqləşdirmə aparılması məqsədilə müvafiq vəkil sorğusu ilə müraciət edilmişdir. Həmin sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 09 iyun 2021-ci il tarixli, **********41 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 89 nömrəli ВТК nəzdində Goradil bağ massivində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Goradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 254 z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2008-ci il tarixdə X9 adma dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0,06 hektar hissəsi Bakı şəhəri 11 sayh notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-354 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X7 adına, yerdə qalan hissəsi isə (0,06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016-cı il tarixdə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Göründüyü kimi ona məxsus bağ sahəsi bu günə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2008-ci il tarixdə 89 nömrəli ВТК nəzdində Goradil bağ massivinə aidiyəti olmayan X10 aid olan bağ sahəsinin nömrəsinin 254z kimi qeyd olunmasının səbəbini başa düşə bilmirəm. Həmçinin bildirir ki, ona məxsus 254z saylı bağ sahəsinin sərhədlərini, koordinatlarını, naturada mövcudluğunu yerində müəyyən etmək barədə X6 vəkil sorğusu verilmiş, həmin mərkəzin 18 fevral 2021-ci il tarixli. 28 nömrəli rəyində qeyd edilmişdir ki. ’‘Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsində yerləşən, vətəndaş X3 18 mart 1994-cü il tarixdə 97 nömrəli order əsasında ayrılmış. 89 nömrəli BTK-nın nəzdində olan 254z nömrəli bağın yerləşdiyi torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və kordinatları yerində müəyyən edilərək, naturada 254z nömrəli bağ torpaq sahəsinin boş vəziyyətdə olduğu, orada hər hansı tikinti işlərinin aparıhnadığı və bağ torpaq sahəsinin müvafiq sənəddə göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilir.” İmtina bildirişində 2-ci əsas “bağ sahəsinə yol olmadığı üçün qonşu bağ sahəsinin ərazisindən istifadə olunur” deyə qeyd edilmişdir. Hansı ki, həmin problemin həlli ya tərəflərin öz aralarında, yaxud da məhkəmə müstəvisində həll edəcəkləri məsələdir. İmtina bildirişində bir tərəfdən 254z saylı bağın başqa fiziki şəxsin adma qeydiyyatdan keçməsi göstərilmiş, digər tərəfdən də, bağ sahəsinə yol olmadığı üçün qonşu bağ sahəsinin ərazisindən istifadə olunması qeyd edilmişdir. Bir neçə ay əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən bağ sahəsinə baxış keçirilərkən, həmin ərazinin boş olması, iki hissəyə bölünməməsi təsdiqini tapmışdır. Həmin bildirişi aldıqdan sonra Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə şikayət verdim. Həmin şikayətlə bağlı mənə göndərilmiş cavab məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına təqdim ediləcəyi təqdirdə müraciətimizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Yuxarıda qeyd edilən cavab məktubunu aldıqdan sonra, sənədləri Əmlak Xidmətləri Məkanına təqdim etdik. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 01 fevral 2022-ci il tarixli imtina bildirişi verildi və qeyd edildi ki. texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş çıxış yolu mövcud deyil. Bundan əlavə Goradil qəsəbəsində yerləşən 254z nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli Plenum qərarında göstərilib ki, “bununla belə, hər iki icraatın ümumi prinsipləri ilə yanaşı, İPM-in spesifik, fərqli prinsipləri vardır. Belə ki. MPM-ə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda. İPM-ə görə isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (MPM-in 14.2-ci və İPM-in 12.1-ci maddələri). Bununla yanaşı. İPM-in 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

3. İddaçının hüquqlarından qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, texniki baxış keçirilən zaman məlum olmuşdur qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış mövcud deyil. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digəı fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. İddiaçının əvvəlki müraciətinə cavab olaraq bildirilmişdir ki, 89 nömrəli ВТК nəzdində Göradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin Göradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 21,06.2007-ci il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2008-ci il tarixdə X9 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0,06 hektar hissəsi Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-354 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X7 adına yerdə qalan hissəsi isə (0,06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016-cı il tarixdə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinaya uyğun təqdim edilərək bildirilmişdir ki, texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış yolu mövcud deyildir. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin (X9) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin təqdim edilən bağ sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının arxiv arayışında bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********44 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, Göradil bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında xx.xx.2008-ci il tarixdə X9 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0.06 hektar hissəsi Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-354 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X7 adına, yerdə qalan hissəsi isə (0.06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016- cı il tarixdə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.

6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X13 və X11 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən mütəxəssi rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsinə yerləşən, vətəndaş X3 18 mart 1994-cü il tarixdə 97 nömrəli order əsasında ayrılmış 89 nömrəli BTK-nın nəzdində olan 254z nömrəli bağın yerləşdiyi torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçülən, konfiqurasiyası və koordinatları yerində müəyyən edilərək, naturada 254z nömrəli bağ torpaq sahəsinin boş vəziyyətdə olduğu, orada hər hansı tikinti işlərinin aparılmadığı və bağ torpaq sahəsinin müvafiq sənəddə, göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilir.

8. Bağ sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi barədə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış yolu mövcud deyil. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. X10 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsində yerləşən 254z saylı bağ sahəsinin koordinatlarının üst-üstə düşüb- düşməməsi ilə bağlı məlumatın məhkəməyə göndərilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, hasarı olmadan şərti olaraq göstərilən torpaq sahəsi yamacda yerləşir, sahəyə gediş-gəliş yolu yoxdur. Belə ki, həmin sahəyə gediş- gəliş başqa bağın ərazisindəndir. Qeyd olunan sahənin qeydiyyatı arədə elektron bazada məlumat aşkarlanmamışdır (ümumi olaraq göstərilən cərgədə hər hansı qeydiyyat mövcud deyildir).

10. Məhkəmənin soruğusuna cavab olaraq 89 nömrəli ВТК nəzdində Bakı şəhəri, Binəqədi rayonu Goradil bağlar sahəsində yerləşən 254z saylı bağ sahəsinin yerləşməsinə dair bağ sahələrinin bölgüsünə dair sxematik xəritə təqdim edilmişdir.

11. Bağ sahələrinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 461 №-li sərəncamına əsasən, (3.97) X3 - Görədil ВТК №-89 bağ 254z ayrılmışdır.

12. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Binəqədi rayonu, Goradil kəndində 254Z saylı bağ sahəsi (0,06 ha) X9 adına qeydə alınmışdır.

13. şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən X13 bildirdi ki, İddiaçı adlı şəxsi tanımır, Binəqədi rayonu, Goradil kəndində 254Z saylı bağ sahəsi ona məxsusdur və istifadəsindədir, torpaq sahəsinin 0,06 ha hissəsini X1.

14. İddia tələbi 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçünün və dövlət reyestrindən çıxarışın X2 adına verilməsi ilə bağlı öhdəliyin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir, əlavə olaraq bildirdi ki, X13 və X11 adlı şəxsi tanımır, həmin şəxslə torpaq sahələri ayrı-ayrı ərazilərdə yerləşir.

16. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

18. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

21. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

22. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

29. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

30. X16 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

31. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

33. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X10 ayrılmış bağ sahəsi və iddiaçıya ayrılmış torpaq sahələrinin nömrələri (254Z) üst-üstə düşsə də, torpaq sahələri faktiki olaraq ayrı-ayrı ərazilərdə yerləşir. Belə ki, X10 bağ sahəsi müqavilə əsasında, İddiaçı torpaq sahəsi isə 89 nömrəli BTK-nın nəzdində Bakı şəhər İcra Hakimiyyəti Başçısının qərarı əsasında ayrılmışdır. İddiaçının koordinatlar üzrə göstərdiyi Göradil bağlar massivindəki 254Z nömrəli bağ sahəsinə dair hüquqlar qeydə alınmamışdır, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir.

34. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

35. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

36. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla 89 nömrəli ВТК nəzdində ayrılmış sahəsi 0,12 ha olan 254z saylı bağ sahəsi üzərində iddiaçı X2 mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar