Məhkəmə qərarları › İş №2-1(112)-8702/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8702/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8702/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi və s.” barədə iddia tələbinə məhkəmənin binasında şifahi məhkəmə baxışı icraatı çərçivəsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X2, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş X3nı pozan, 17 aprel 2024-cü il tarixdə Nazirlər Kabinetinin 11 mart 2024-cü il tarixli qərarına etiraz olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısın qarşısında, saat 12:00-dan 13:00-dək, “AR Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” şüarı ilə keçiriləcək piketə icazə verilməməsi barədə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 09 aprel 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısının qarşısında saat 12:00-dan 13:00-dək piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi və iddiaçıların hər birinə mənəvi zərərə görə 10000 manat kompensasiya ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. 2020-ci ildə Koronavirus pandemiyası bütün dünyanı bürümüşdür. Həmin pandemiya Azərbaycanda da, aşkar edilmişdir. Bununla bağlı 27 fevral 2020-ci ildə AR Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bunun qanunvericlik əsası olmasa da, operativ qərargah pandemiya ilə bağlı karantin elan etmiş və bir sıra tədbirlər həyata keçirmişidr. 2023-cü ilin fevral ayında X1 pandemiyanın bitdiyini elan etmişdir. Bütün ölkələr quru sərhədləri açmışlar və karantin qaydalarını Azərbaycan Respublikasından başqa tamamilə ləğv etmişlər. Belə ki, AR Nazirlər Kabineti 11 mart 2024-cü il tarixdə qərar qəbul edərək koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il iyulun 1-i saat 06:00-dək uzadılmışdır və beləliklə quru sərhədlər bağlı qalmaqda davam etmişdir. Bu da, iddiaçıların quru sərhədlərlə ucuz xətlərlə səyahət etməsinin qarşısını almışdır. Ona görə də, iddiaçılar Nazirlər Kabinetinin 11 mart 2024-cü il tarixli qərarına etiraz olaraq 17 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısın qarşısında, saat 12:00-dan 13:00-adək piket keçirmək qərarına gəlmişlər. Piketin şüarı “AR Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” olacaqdır. İddiaçılar AR Nazirlər Kabinetinin qarşısında piket keçirmək üçün 04 aprel 2024-cü il tarixdə müraciət etmişlər. Cavabdeh 09 aprel 2024-cü il tarixli məktubla piket keçirməyə icazə verməyib. Cavab məktubunda bildirilmişdir ki, X3 Haqqında Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən iddiaçıların piket keçirməsi məqsədəmüvafiq hesab edilmir. Aşağıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş X3nı pozan, 17 aprel 2024-cü il tarixdə Nazirlər Kabinetinin 11 mart 2024-cü il tarixli qərarına etiraz olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısın qarşısında, saat 12:00-dan 13:00-dək, “AR Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” şüarı ilə keçiriləcək piketə icazə verilməməsi barədə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 09 aprel 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısın qarşısında saat 12:00-dan 13:00-adək piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi və iddiaçıların hər birinə mənəvi zərərə görə 10000 manat kompensasiya ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində aşağıdakılar təsbit olunmuşdur: «İ.Hər kəsin başqaları ilə birlikdə X3 vardır. İİ. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır». Hər bir insanın azad şəkildə dinc yığıncaq keçirmək hüququ İnsan hüquqları haqqında ümumi Bəyannamənin 20-ci maddəsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 21 -ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdə, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (maddə 21), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada da (maddə 11) sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasının məqsədləri konkret şəkildə ifadə olunur. Bu sənədlərdə göstərilən hüququn həyata keçirilməsinin demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin, iğtişaşların və cinayətlərin qarşısının alınması, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan hallarda məhdudlaşdırılması nəzərdə tutulur. Göründüyü X3na müdaxilə yalnız yuxarıda göstərilən məhdudiyyətlər çərçivəsində ola bilər. “X3 haqqında” Qanunun 5-ci maddəsinin İ-ci bəndinə əsasən həmin Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin qanunun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Qeyd edilməlidir ki, ərizəçilərin aksiyası dinc aksiya idi və X3 haqqında Qanunun 3-cü maddəsinin əhatəsinə düşmürdü. Həmçinin burada Qanunun 5-ci maddəsi də, hazırkı müraciətə tətbiq edilə bilməzdi. Çünki, ərizəçilərin müraciəti əsasında hər hansı bir tədbir görülməsi (yolların bağlanması, açılması, təhlükəsizliyin təmin olunması və.s.) X3 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər: 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Bu məhdudlaşdırılma yuxarıda göstərilən qanunda nəzərdə tutulmuşdur. Cavabdehin məktubunun hüquqi əsası yoxdur və bu faktiki olaraq X3nın məhdudlaşdırılması deyil, qadağan edilməsidir. Ona görə də, ərizəçi bildirirlər ki, onların İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsi ilə təminat verilən ifadə azadlığı hüququna müdaxilə edilib. Ərizəçilər bildirirlər ki, “AR Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” AR Nazirlər Kabinetinin qarşısında səsləndirilməsinə mane olmaq, ifadə azadlığına müdaxilədir və bu müdaxilə qanunda nəzərdə tutulmayıb, müdaxilə demokratik cəmiyyətdə zəruri olmayıb. Bununla da, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verib. Eyni zamanda, ərizəçinin Konvensiyanın 11-ci maddəsi ilə təminat verilən X3 hüququna müdaxilə edilib. Bu müdaxilə qanunda nəzərdə tutulmayıb, legitim məqsədə yönəlməyib və müdaxilə demokratik cəmiyyətdə zəruri olmayıb. Bununla da, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verib. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin (iddiaçılar İddiaçı1 və İddiaçı2 istisna olmaqla) səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişlər. İddiaçılardan İddiaçı1 və İddiaçı2 elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə müraciət edərək işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 09 aprel 2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçıların müraciətinə cavab olaraq bildirilmişdir ki, toplantı keçirilmə barədə müraciət “X3 haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İİ hissəsinin tələbinə cavab vermir. Eyni zamanda həmin məktub ilə bildirilmişdir ki, “X3 haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən 17 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binası qarşısında planlaşdırılan piket keçirilməsi məqsədəuyğun deyil. İş materiallarından da, göründüyü kimi iddiaçılar cavabdehin məktubunu əsassız hesab edərək, onların hüquq və azadlıqlarının pozulduğu qənaətindədirlər ki, bu səbəbdən də, onlar hazırki iddia ilə cavabdehin müraciətlərinə cavab olaraq verdiyi məktubun qanunsuz hesab edilməsini, piketin keçirilməsinə icazə verilməsini və onların hər birinə 10.000 manat məbləğində kompensasiyasının ödənilməsini tələb etməkdədirlər. Məhkəmə hazırki iddianın mümkünlük şərtlərinə cavab verilməməsini qeyd edilən mövqeyi ilə əsaslandırır. Belə ki, “X3 haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. X3. İ. Hər kəsin başqaları ilə birlikdə X3 Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. İİ. Dövlət X3nın həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Maddə 6. Toplantının təşkilatçısı İ. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. İİ. 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan və fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər. Maddə 7. X3na qoyulan qanuni məhdudiyyətlər İ. X3 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

36. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Əvvəla Məhkəmə diqqətə çatdırır ki, hər kəsin başqaları ilə birlikdə X3 var. Bu azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması qanunla müəyyən edilir. Dövlət X3nın həyata keçirilməsini təmin etməli və qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməlidir. X3 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Qanunvericilikdə toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi institutunun nəzərdə tutulması legitim məqsədlərə bağlıdır. Xəbərdarlıq, nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən, bir tərəfdən içtimai maraqların, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədlərinə, digər tərəfdən isə, həm də toplantı iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının kənar müdaxilələrdən qorunmasının təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, “X3 haqqında” Qanunun 23-ci maddəsinə görə toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Dövlət X3nın həyata keçirilməsini təmin etməyə və qanunauyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Bununla belə, nəzərə almaq lazımdır ki, dövlət eyni zamanda və həm də ictimai qaydanı qorumağa, ictimai təhlükəsizliyi təmin etməyə, əhalinin həyat və sağlamlığının müdafiəsi üçün tədbirlər görməyə də borcludur. Həmin vəzifə fövqəladə vəziyyətlərdə, o cümlədən bəlli pandemiya şəraitində ictimai sağlamlığın qorunması məqsədləri üçün dövlət tərəfindən müvafiq və geniş əhatəli məhdudlaşdırma tədbirlərinin tətbiqini də zəruri edə bilər. Tətbiq edilən həmin məhdudlaşdırma tədbirləri “X3 haqqında” Qanunun 7-ci maddəsinin təsir dairəsinə düşür. Belə ki, həmin maddəyə görə, X3 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia mahiyyəti etibari ilə müəyyən etmə və tanınma haqqında iddia növünə aid olduğundan, həmin iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçılar cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsinlər. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçılar isə cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişdirlər. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, cavabdeh piketin keçirilməsi ilə bağlı xəbərdarlığa onun münasibətini ifadə edən cavab məktubunda piketin keçirilməsinin məqsədəuyğun hesab olunmadığını bildirmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, “məqsədəuyğunluq” termini etimoloji anlamda bir qiymətləndirmə kateqoriyasıdır və hər hansı situasiyanın, hər hansı hərəkətin qarşıya qoyulmuş məqsədə çatmaq üçün uyğun, ağlabatan, praktik cəhətdən faydalı olduğunu ifadə edir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin piketin keçirilməsini məqsədəuyğun hesab etməməsi onun piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik iradə ifadəsi kimi təfsir oluna bilməz. Belə ki, cavabdehin qadağa və ya məhdudiyyət tədbirinin tətbiqini nəzərdə tutan və yaxud hər hansı bir şəkildə həmin təəssüratı yarada bilən iradəsi nəinki açıq aşkar, hətta dolayısı ilə istinad olunan məktubdan görünmür. Bu baxımdan cavabdehin iradə ifadəsi piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik hakimiyyət iradəsi kimi deyil, yuxarıda qeyd olunan anlamda qəbul edilməli və tədbirin məqsədəuyğunluğu kontekstində qiymətləndirilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçıların tələbləri – mübahisə predmeti təşkil edən cavab məktubunun qanunsuz hesab edilməsi və piketin keçirilməsi hissəsində mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə, iddiaçıların “mənəvi zərərin ödənilməsi” ilə bağlı tələbrinə münasibətdə bildirir ki, iddia həmin hissədə də, mümkün sayılmamalıdır. Belə ki, bir daha qeyd olunur ki, cavabdeh orqanın cavab məktubu imtina xarakterli deyil. Həmin məktubla cavabdeh iddiaçıların etiraz aksiyası keçirməsini qadağan etməmiş, belə aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə öz mövqeyini bildirmişdir. Göründüyü kimi, iddiaçıların faktiki tələb etdikləri mənəvi zərərin hansı hüquqpozuntusundan irəli gəldiyini müəyyən etmək mümkün deyil. Məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbi həmin hissədə də, obyektiv arqumentlərə əsaslan dəlillər ilə əsaslandırılmadığından, həmçinin “mənəvi zərərin ödənilməsi” tələbi iddiaçıların mümkünlük şərtlərini ödəməyən tələblərindən irəli gəldiyindən, iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi hazırki məhkəmənin mövqeyi ilə eynilik təşkil edir. (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1 və qeyrilərinin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar