Məhkəmə qərarları › İş №2-1(112)-871/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-871/2020

30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-871/2020 30.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X18 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı «təqaüdün bərpa edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona şəhid ailəsinin üzvü kimi verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsindən imtinanın qanunsuz hesab olunması və həmin təqaüdün bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı şəhid ailəsinin üzvü kimi verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Atakışi qızı xx xxxxx 1961-ci ildə Cəbrayıl rayonunda anadan olmuş və Cəbrayıl şəhərində qeydiyyatdadır. O, 22 aprel 1982-ci ildə X7 ilə evlənmiş, onların arasında olan nikah Ermənistanın Sisian rayon Qeydiyyat şöbəsində qeyd edilmişdir. İddiaçı X7 ilə birgə rəsmi nikahından xx.xx.1983-cü il tarixdə Seymur adlı bir uşaqları doğulmuşdur. Bu barədə Ermənistanın Sisian rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1983-cü il tarixdə 261 nömrəli akt qeydiyyatı aparılmışdır. X7 xx.xx.1991-ci ildə Hadrut rayonunun Zamzur kəndində “qarının ön divarını dəlib keçən güllə yaralanmasından” ölmüşdür. Bundan sonra İddiaçı müraciəti və təqdim etdiyi sənədlər əsasında ona şəhid ailəsinin üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. 2019-cu ilin iyul ayında İddiaçı təyin edilmiş təqaüd onun məlumatı olmadan və ona heç bir xəbərdarlıq edilmədən əsassız və qanunsuz olaraq dayandırılmışdır. O, DSMF-nun yerli şöbəsinə müraciət edərkən şifahi olaraq, onun müraciəti əsasında Cəbrayıl rayon məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apelyasiya instansiya məhkəməsinin icraatında olması səbəbi göstərilmişdir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə 14 avqust 2019-cu il tarixdə ərizə ilə müraciət edərək, ona şəhid ailəsi kimi təyin edilmiş təqaüdün bərpa edilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubu ilə bildirmişdir ki, "Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü"nün verilməsi üçün İddiaçı ilə bərabər X13 da məhkəməyə müraciət etmişdir. Yaranan mübahisəli məsələyə növbəti məhkəmə instansiyalarında baxılacaq və məhkəmə tərəfindən verilən qərar əsas sayılacaqdır». İmtina məktubunu o, 11 noyabr 2019-cu il tarixdə qəbul etmişdir. Həmin imtina qanunsuz və əsassızdır. Keçmiş Ermənistan SSR Sisian rayon VVAQ şöbəsinin verdiyi 22 aprel 1982-ci il tarixli l-CH 486918 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin Azərbaycan Respublikası Salyan rayon İcra Hakimiyyəti Başçısının Xalac qəsəbə İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyində 19 iyul 1996-cı ildə təsdiq edilmiş kserosurəti ilə sübut olunur ki, İddiaçı ilə X7 arasında 22 aprel 1982-ci ildə nikah bağlanmış, bu barədə həmin VVAQ şöbəsində 52 nömrəli qeydiyyat aparılmışdır. Keçmiş Ermənistan SSR Sisian rayon VVAQ şöbəsinin verdiyi xx.xx.1983-cü il tarixli İV SL 317652 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1983-cü il tarixdə İddiaçı ilə X1 birgə nikahından Ermənistan SSR Sisian rayonunda doğulmuş və bu barədə həmin VVAQ şöbəsində 261 nömrəli qeydiyyat aparılmışdır. Cəbrayıl rayon VVAQ şöbəsi tərəfindən verilmiş İV JQ 310141 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1991-ci ildə Ermənistan SSR-nin Hadrut rayonunun Zamzur kəndində “qarının ön divarını dəlib keçən güllə yaralanmasından” vəfat etmişdir. Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin verdiyi xx.xx.2007-ci il tarixli 009615 nömrəli vəsiqənin surəti ilə təsdiq edilir ki, İddiaçı şəhid ailəsinin üzvüdür. Cəbrayıl rayon İcra Hakimiyyətinin verdiyi 19 may 2008-ci il tarixli 598 nömrəli arayışla təsdiq edilir ki, İddiaçı əri X7 1991-ci il tarixdə erməni təcavüzü nəticəsində mülki şəxs kimi şəhid olmuşdur. Azərbaycan Respublıkası Nazirlər Kabinetinin 1994-cü il yanvar tarixli 10 saylı qərarına və rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən İddiaçı şəhid ailəsi statusu verilmişdir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin verdiyi 18 dekabr 2015-ci il tarixli ŞA 006911 nömrəli vəsiqə ilə təsdiq edilir ki, İddiaçı şəhid ailəsi statusu verilmişdir. Azərbaycan Respublikası ilə Ermənistan arasında davam edən məlum hadisələrlə bağlı İddiaçı mərhum X8 ilə aralarında olan nikaha dair şəhadətnamənin əslini əldə edə bilmədiyindən, yəni həmin nikah qeydiyyatının bərpası mümkün olmadığından o, göstərilən nikahın qeyd edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cəbrayıl rayon məhkəməsinin 30 may 2018-ci il tarixli 2(072)-355/2018 saylı qətnaməsinə əsasən İddiaçı ilə X9 arasında nikahın 22 aprel 1982-ci il tarixdə Ermənistanın Sisian rayonu Qeydiyyat şöbəsində qeyd edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamənin mövcud olması İddiaçı ilə mərhum X7 arasında olan nikahın ləğv edilməsinə və ya etibarsız hesab olunmasına heç bır aidiyyəti yoxdur. Qeyd olunan nikah qüvvədədir. Cəbrayıl rayon məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi İddiaçı ilə mərhum X7 arasında olan nikahın mövcud olub-olmamasını deyil, həmin nikahın qeyd edilmə faktını müəyyən etmişdir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin istinad etdiyi xüsusat, yəni "Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü"nün verilməsi üçün İddiaçı ilə bərabər X4 da məhkəməyə müraciət etməsi, yaranan mübahisəli məsələyə növbəti məhkəmə instansiyalarinda baxılacağı və məhkəmə tərəfindən verilən qərarın əsas sayılacağı barədə göstərdikləri tam əsassızdır. Cavabdeh tərəfindən iddiaçıya şəhid ailəsinin üzvü kimi verilən Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün bərpa edilməsindən imtina əsassız və qanunsuzdur, iddiaçıya ödənilən təqaüd bərpa olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X27 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı DSMF-nin Binəqədi rayon şöbəsinə müraciət edərək, ona şəhid ailəsinin üzvü kimi təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Lakin araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı və X13 arasında qeyd olunan tələblə bağlı mübahisə vardır. Belə ki, İddiaçı müraciəti əsasında İ.Dünyamalıyevin ölümü ilə əlaqədar keçmiş Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2007-ci il tarixindən olmaqla şəhid ailəsinin üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənilmişdir. Eyni zamanda şəhid İ.Dünyamalıyevin arvadı X10 müraciəti əsasında ona keçmiş Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2007-ci il tarixindən şəhid ailəsinin üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, lakin xx.xx.2009-cu il tarixdə vəfat etməsi səbəbindən ödəniş dayandırılmışdır. Belə ki, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.28-ci bəndinə əsasən şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün təqdim edilən sənədlərdən biri təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumatdır (şəxsin şəhidlə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti). İddiaçı təqaüd keçmiş Ermənistan SSR Sisian rayon VVAQ şöbəsinin verdiyi 22 aprel 1982-ci il tarixli FCH 486918 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin Azərbaycan Respublikası Salyan rayon İcra Hakimiyyət Başçısının Xalac qəsəbəsində İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyində 19 iyul 1996-cı ildə təsdiq edilmiş kserosurəti ilə təyin edilmişdir. X11 təqaüd xx.xx.1988-ci il tarixində RSFSR-nin Abakan şəhər şadlıq sarayında qeydiyyata alınmış 389827 nömrəli nikah haqqında şəhadətnamə əsasında təyin edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü bəndinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər üzrə qeyd olunan hallar nikahın bağlanmasına mane olan hallar hesab olunur. Lakin İddiaçı təqaüd sənədlərində onun İ.Dünyamalıyev ilə boşanmasına dair sənəd əlavə olunmamışdır. İddia ərizəsindən də göründüyü kimi, İddiaçı qız ilə X7 arasında 22 aprel 1982-ci il tarixində Ermənistan Sisian rayonu Qeydiyyat şöbəsində qeyd edilmiş nikahın qeydə alınma faktının müəyyən edilməsi Cəbrayıl rayon məhkəməsində mübahisələndirilmişdir. Daha sonra Cəbrayıl rayon məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Göründüyü kimi mövcud vəziyyətlə əlaqədar məhkəmə mübahisəsi olduğundan şəxsin təqaüdü dayandırılmışdır. Qeyd olunanlara əsasən İddiaçı şəhid ailəsinin üzvü kimi Azərbaycan Respublikası Pezidentinin təqaüdünün bərpa edilməsi məsələsinə, yalnız nikahın qeydə alınma faktının müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi üzrə yekun qərar qəbul edildikdən sonra baxıla bilər. Hazırki iddia tələbi iddiaçının nikahının qeydə alınma faktı mübahisəli olduğundan qanunun tələblərinə uyğun deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********9 saylı məktubda qeyd olunur: "Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü"nün verilməsi üçün Sizinlə bərabər X13 da məhkəməyə müraciət etmişdir. Yaranan mübahisəli məsələyə növbəti məhkəmə instansiyalarında baxılacaq və məhkəmə tərəfindən verilən qərar əsas sayılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********5 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”-nın 2-ci bəndinə əsasən arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları, uşaq evlərində tərbiyə olunan qardaşları və bacıları, qanunla onları saxlayan şəxs olmadıqda babaları və nənələri, əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan 23 yaşınadək ailə üzvləri şəhid ailə üzvləri hesab olunurlar. Bu Qaydaların 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsinin, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Bakı şəhərində məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün İddiaçı müraciəti əsasında ona X2 ölümü ilə əlaqədar keçmiş Bakı şəhəri Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (hazırda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi) tərəfindən 2007-ci il 1 yanvar tarixindən aylıq təyinat məbləğinin yarısı həddində şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənilirdi. Həmçinin müəyyən edilmişdir ki, şəhid X2 anası X12 2007-ci il 1 yanvar tarixindən keçmiş Bakı şəhəri Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (hazırda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi) tərəfindən aylıq təyinat məbləğinin yarısı həddində, 2007-ci il 26 iyul tarixindən həyat yoldaşınının vəfatı ilə əlaqədar 2015-ci il 1 fevral tarixinədək tam məbləğdə, 2015-ci il 1 fevral tarixindən isə yaşayış yerinin dəyişməsi ilə əlaqədar keçmiş Bakı şəhəri Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (hazırda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi) tərəfindən tam məbləğdə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, lakin artıq vəsait ödənildiyi müəyyən edildiyindən təqaüdün ödənişi 2018-ci il 1 mart tarixindən dayandırılmışdır. İddiaçı təqaüd şəhid X2 1991-ci il 30 iyul tarixində ölməsinə dair Cəbrayıl rayon VVAQ şöbəsi tərəfindən 1991-ci il 20 oktyabr tarixində verilmiş 310141 nömrəli ölüm haqqında şəhadətnamə, Ermənistan SSR-nin Sisyan rayon VVAQ şöbəsinin 1982-ci il 22 aprel tarixində verdiyi 486918 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən çıxarışının Salyan rayonu İcra Hakimiyyəti başçısının Xalac ərazi nümayəndəliyi tərəfindən təsdiq olunmuş surəti əsasında təyin edilmişdir. Eyni zamanda, X2 ikinci arvadı X5 müraciəti əsasında ona keçmiş Bakı şəhəri Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (hazırda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi) tərəfindən 2007-ci il 1 yanvar tarixindən aylıq təyinat məbləğinin yarısı həddində şəhid ailəsi üçün təqaüd və müavinət təyin edilmiş, 2009-cu il 6 fevral tarixində vəfat etməsi səbəbindən təqaüdün və müavinətin ödənişi dayandırılmışdır. X11 təqaüd onun X7 ilə 1988-ci il 9 avqust tarixində RSFSR-nin Abakan şəhər şadlıq sarayında qeydiyyata alınmış 389827 nömrəli nikah haqqında şəhadətnamə əsasında təyin edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsasən, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər üzrə qeyd olunan hallar nikahın bağlanmasına mane olan hallar hesab olunur. Lakin İddiaçı təqaüd sənədlərində onun X7 ilə boşanmasına dair sənəd əlavə olunmamışdır. Hazırda işlə əlaqədar Məhkəmə prosesinin getməsi səbəbi ilə 2019cu ilin iyul ayından etibarən İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. İş materiallarında olan Ermənistan SSR Sisian rayon VVAQ şöbəsi tərəfindən 22 aprel 1982-ci il tarixdə verilmiş İ-Sİ seriyalı 486918 saylı nikah haqqında şəhadətnamənin surətindən (Azərbaycan Respublikası Salyan rayon İcra Hakimiyyəti Başçısının Xalac qəsəbə İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyində 19 iyul 1996-cı ildə təsdiq edilmiş kserosurət) görünür ki, X7 ilə İddiaçı 22 aprel 1982-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 aprel 1982-ci ildə 52 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Dünyamalıyev, arvada Dünyamalıyeva soyadı verilmişdir. İş materiallarında olan Ermənistan SSR Sisian rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İV-SL seriyalı 317652 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür kı, X15 xx.xx.1983-cü il tarixdə Ermənistan SSR Sisian rayonunda doğulmuşdur, atası X7, anası X3r, bu barədə həmin VVAQ şöbəsində xx.xx.1983-cü il tarixdə 266 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Cəbrayıl rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş İV-JQ seriyalı 310141 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1991-ci ildə Hadrut rayonunun Zamzur kəndində “qarının ön divarını dəlib keçən güllə yaralanmasından” vəfat etmişdir. İş materiallarında olan Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin verdiyi xx.xx.2007-ci il tarixli 009615 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailəsinin üzvüdür. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyətinin 19 may 2008-ci il tarixli 598 nömrəli arayışından görünür ki, İddiaçı əri X7 1991-ci il tarixdə erməni təcavüzü nəticəsində mülki şəxs kimi şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il yanvar tarixli 10 saylı qərarına və rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən İddiaçı şəhid ailəsi statusu verilmişdir. İş materiallarında olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin verdiyi 18 dekabr 2015-ci il tarixli ŞA 006911 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsi statusu verilmişdir. İş materiallarında olan Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ağayeva X16 rayonundan məcburi köçkündür. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli 2(072)- 355/2018 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, İddiaçı ilə X7 arasında nikahın 22 aprel 1982-cı ıl tarixdə Ermənistan SSR Sisian rayonu Qeydiyyat şöbəsində qeyd edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışın surətindən görünür ki, X7 və İddiaçı nikahı haqqında xx.xx.2019cu il tarixdə 01B №-li nikah akt qeydi tərtib olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış və uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; 2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Həmin Qaydaların 4-cü bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 19 dekabr 2006-cı il 493 nömrəli Fərmanına əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 300 (üç yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları»nın 2-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Həmin Qaydaların 5-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Həmin Qaydaların 6-cı bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Həmin Qaydaların 8-cı bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2007-ci il tarixdə şəhid ailəsi statusu verilmişdir və ona Bakı şəhəri Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2007-ci il 1 yanvar tarixindən aylıq təyinat məbləğinin yarısı həddində şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənilir. İddiaçı təqaüd şəhid X2 1991-ci il 30 iyul tarixində ölməsinə dair Cəbrayıl rayon VVAQ şöbəsi tərəfindən 1991-ci il 20 oktyabr tarixində verilmiş 310141 nömrəli ölüm haqqında şəhadətnamə, Ermənistan SSR-nin Sisyan rayon VVAQ şöbəsinin 1982-ci il 22 aprel tarixində verdiyi 486918 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən çıxarışının Salyan rayonu İcra Hakimiyyəti başçısının Xalac ərazi nümayəndəliyi tərəfindən təsdiq olunmuş surəti əsasında təyin edilmişdir. Daha sonra isə Cəbrayıl Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli 2(072)-355/2018 saylı qətnaməsinə əsasən ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, İddiaçı ilə X7 arasında nikahın 22 aprel 1982-cı ıl tarixdə Ermənistan SSR Sisian rayonu Qeydiyyat şöbəsində qeyd edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən X2 anası X13 tərəfindən apelyasiya şikayəti verilmişdir, bununla əlaqədar olaraq iddiaçıya təyin edilmiş şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi dayandırılmışdır. İddiaçı təqaüdün bərpa edilməsi üçün cavabdehə müraciət etsə də, imtina cavabı verilmişdir. Cavabdeh tərəfindən verilən imtina məktubunda "Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü"nün verilməsi üçün iddiaçı ilə bərabər X6 da məhkəməyə müraciət etməsi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, X6 məhkəməyə müraciəti təqaüdün verilməsi ilə əlaqədar olmamışdır. Bundan başqa, İddiaçı təqaüd həmin qətnaməyə əsasən deyil, şəhid X2 1991-ci il 30 iyul tarixində ölməsinə dair Cəbrayıl rayon VVAQ şöbəsi tərəfindən 1991-ci il 20 oktyabr tarixində verilmiş 310141 nömrəli ölüm haqqında şəhadətnamə və Ermənistan SSR-nin Sisyan rayon VVAQ şöbəsinin 1982-ci il 22 aprel tarixində verdiyi 486918 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən çıxarışının Salyan rayonu İcra Hakimiyyəti başçısının Xalac ərazi nümayəndəliyi tərəfindən təsdiq olunmuş surəti əsasında 2007-ci il 1 yanvar tarixindən (həmin qətnamənin çıxarıldığı tarixdən əvvəl) təyin edilmişdir. Həmin sənədlər isə hazırda qüvvədədir. Cavabdeh tərəfindən verilən imtina məktubunda İddiaçı təqaüd sənədlərində onun X7 ilə boşanmasına dair sənədin əlavə olunmadığı da göstərilmişdir. Həmçinin Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 29106)-2755/2019 saylı qətnaməsi ilə maraqlarına toxunan şəxs X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Cəbrayıl Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli 2(072)-355/2018 saylı qətnaməsinin ləğv edilməsi, ərizəçi İddiaçı ərizəsinin təmin edilməməsi qət edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 1894/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həm Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsində, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı X7 ilə 22 aprel 1982-ci ildə Ermənistan SSR Sisyan rayonunda nikah qeydiyyatından keçməklə ailə həyatı qurmasının, İddiaçı məxsus SSRİ vətəndaşının pasportunda (XXV №566378) «ailə vəziyyətinə» dair qrafasında İddiaçı X7 ilə 22 aprel 1982-ci ildə Ermənistan SSR Sisyan rayonunda nikah qeydiyyatından keçməklə ailəli olduğunun iş materiallarından görünməsi qeyd edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya verilən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü cavabdeh tərəfindən dayandırılsa da, iddiaçının şəhid ailəsi statusu ləğv edilməmişdir, hazırda qüvvədədir. Göründüyü kimi, təqaüdün dayandırılması üçün əsaslar mövcud olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya verilən təqaüdün dayandırılması, eləcə də bərpa edilməsindən cavabdehin imtinası əsassız olmuşdur və təqaüdün verilməsi bərpa edilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı verilən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar