Məhkəmə qərarları › İş №2-1(112)-8713/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8713/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8713/2022 26.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı M-X1 Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, iddiaçı M-X1 Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “dövlət satınalmalarına dair vermiş olduğu tender təklifinin tenderdən kənarlaşdırılması barədə qəbul edilmiş qərarının verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı M-X1 Cəmiyyəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022- ci il tarixdə “Ədliyyə Nazirliyi struktur qurumlarına mebel və digər inventarların satınalınması” və “Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrə mebel və digər inventarların satınalınması”na dair dövlət satınalmalarına dair vermiş olduğu tender təklifinin tenderdən kənarlaşdırılması barədə qəbul edilmiş qərarının verilməsi barədə öhdəliyinin Azərbaycan Republikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası tərəfindən xx.xx.2022 - ci il tarixdə ’’Ədliyyə Nazirliyi struktur qurumlarına mebel və digər inventarların satınalınması” və ’’Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrə mebel və digər inventarların satınalınması"na dair dövlət satınalmalarının X3 açıq tenderin müsabiqə üzrə keçirilməsi barədə elan verilmişdir. Şirkətimiz hər iki tendərə iştrakçı kimi qatılaraq müsabiqədə iştirak etmək üçün tələb edilən lazımı sənədləri internet portalı üzərindən Tender Komissiyasına təqdim etmişdir. Eyni zamanda Tender Komissiyası tərəfindən şərtlər toplusunda dəqiqləşdirmələr ehtiyac yarandıqca qarşılıqlı olaraq dövlət satınalmalarının X3 dəqiqləşmələr aparılmış və əlavə tələb olunan sənədlər tərəfimizdən təqdim edilməklə, komissiya tərəfindən verilən digər suallara zamanıda cavab verilmişdir. xx.xx.2022- ci il tarixdə 2 saylı iclas protokolları ilə hər iki tender üzrə zərflərin açılışı zamanı ən az qiymət təklifi şirkətimiz tərəfindən verilməsi məlum olmuşdur. Bundan sonra Tender Komisiyası tenderin əsas şərtlər toplusunda göstərilmiş təkliflərin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək iştirakçılar tərəfindən verilmiş təkliflərin qiymətləndirilməsini bitirməklə qərar qəbul edilməsi iclas protokolunda qeyd edilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, şirkətimiz tərəfindən verilmiş qiymət təklifin qiymətləndirməsi zamanı Tender Komissiyası xx.xx.2022-ci il tarixdə saat 15:43 - də dövlət satınalmalarının X2 iştirakçı kimi “təqdim edilmiş iş həcmləri şablonunda rayonlara çatdırılma və quraşdırılma ilə əlaqədar hec bir məlumat qeyd ediməmişdir. Xahiş edirik aydınlıq gətirəsiniz“ deyə bizə elektron məktub göndərilmişdir. Tərəfimizdən həmin tarixdə saat 18:09 -da internet portalından “ Salam sizin söndərdiyiniz iş həcmləri cədvəlinə daşınma pulunu əlavə etsək də onu yükləyə bilmədik. Sistem qəbul etmədi. Bunları nəzərə alaraq 10000 (on min) AZN daşıma pulu nəzirdə tutmuşuq” cavabı verilmişdir. Tender Komissiyası xx.xx.2022-ci il tarixdə saat 09:47-də bizə yenidən bizə belə bir sualla müraciət etmişdir: Tender təklifinə əlavə vəsait kimi istədiyiniz 10000 AZN -ə ƏDV daxildir? Xahiş edirik aydınlıq gətirəsiniz.«Tərəfimizdən onların sualına: Xeyr ƏDV-sizdir cavabı verilmişdir. Bundan sonra son olaraq Tender Komissiyası bizə belə bir təklif yazır: Xahiş edirik tender təklifinin yekun məbləğini ƏDV ilə birlikdə dəqiqləşdirərək məlumat verəsiniz. Tərəfimizdən Komissiya tərəfindən son olaraq tələb edilən qiymət təklifi barədə yeni məlumat onlara fayl şəklində göndərilmişdir. Bizim tərəfimizdən onların tələbinə uyğun olaraq yeni qiymət təklifi hazırlanıb göndərildikdən bir gün sonra yəni, xx.xx.2022-ci il tarixdə saat 10:08-də Tender Komissiyası dövlət satınalmalarının X3 belə bir məlumat yerləşdirilmişdir: Tender Komissiyasının iclas protokoluna əsasən Portal üzərindən aparılmış sorğular nəticəsində əsas şərtlər toplusunun formal tələblərində qeyd edilmiş rayonlara çatdırılma və quraşdırılmanı tərəfinizdən təqdim edilmiş tender təklifində nəzərdə tutmadığınız müəyyən edilmiş. daha sonra 89193,74 manat tender təklifini artıraraq 100993.74 manat (ƏDV itə birlikdə) məbləğində yenidən qiymət təklifini təqdim edildiyindən “Dövlət Satınalmaları haqqında” AR Qanununun 36.1-ci (qiymətlərin dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən tender təklifinin həmin tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla. tender təklifinin mahiyyətini dəyişdirmək məqsədi daşıyan hec bir sorğuya. təklifə və ya icazəyə yol verilmir) və 36.5.3cü (tender təklifi formal tələblərə uyğun gəlmirsə) maddələrinə əsasən satınalma prosedurundan kənarlaşdırılırsınız. Tərəfimizdən xx.xx.2022 - ci il tarixdə saat 12:16 - da şirkətimizin tenderdən kənarlaşdırılma barədə qərarın bizlərə anlaşılmamazlıq kimi göründüyü üçün bu məsələyə aydınlıq gətirilməsi ilə əlaqədar belə bir müraciət ünvanlanmışdır: Ədliyyə Nazirliyin Tender Komissiyasına bildirmək istəyirik ki iştirak etdiyimiz tenderlə əlaqədar bəzi daşıma xərclərinə sörə əlavə qiymət müəyyən olunmamışdır. Bununla bağlı aramızda müəyyən tarixlərdə yazışmalar olub son yazışmada bizə təklif olunub ki daşıma və quraşdırma ücün əlavə ƏDV ilə birgə məbləğin dəqiqləşməsi barədə məlumat verəsiniz. Təbii ki daşıma və quraşdırma xərclərini əvvəlki məbləğin üzərinə gəldikdə onun artması qaçılmazdır. Biz bu qiymətin aramızda razılaşdırılmış olduğumuz ücün bunu əlavə artırma kimi qəbul etmirik. Sizin sistemə yüklədiyiniz excel formatına daşınma xərcini əlavə etmədiyiniz ücün bunu sonradan yazıb göndərməyə məcbur olduq çünki sistem daşımanı əlavə edəndə qəbul etmirdi. Yəni bunu siz özünüz bizdən tələb etdiz biz də bu barədə sizə məlumat vermişik. Bizi bu əsasla (özünüz istədiyiniz dəqiqləşmə ilə əlaqədar) kənarlaşdırmanızı əsassız qəbul edirik. xx.xx.2022-ci il tarixdə saat 12:21 -də yuxarıda qeyd etdiyimiz məsələyə aydınlıq gətirilməsi tərəfimizdən xahiş edilmişdir. xx.xx.2022- ci il tarixdə saat 12:11 - da Tender Komisiyası tərəfindən şirkətimizin tenderdən kənarlaşdırılma barədə qərar dövlət satınalmalarının X3 göndərilmədiyi üçün belə bir müraciət göndərilmişdir: Tender Komissiyasının rəhbərliyinə. Dövlət Satınalmalar haqqında qanunun 36.5.1 ci bəndinə əsasən (36.5-1. Təklifin kənarlasdırılması barədə qərar 1 bank günü ərzində kənarlaşdırılan malgöndərənə (podratçıya) göndərilir) bizim hüquqlarımız ciddi səkildə pozularaq bizə xx.xx.2022 ci il tarixdə xəbər verilsə də, hələ də əsaslandırılmış qərar göndərilməvib. Xahiş edirik tez bir zamanda bu pozuntunu aradan qaldırıb qərarın bizə söndərilməsini təmin edəsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, bu günə kimi Tender Komissiyası tərəfindən kobud pozuntu edilməklə şirkətimizin təklifinin tenderdən kənarlaşdırılması barədə əsaslandırılmış qərar bizlərə təqdim edilməmişdir. Halbuki, Dövlət Satınalmaları haqqında qanunun 36.5-ci maddəsinə əsasən, Satınalan təşkilat tender təklifinin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir və qanunun 36.5-1-ci maddəsinə əsasən, təklifin kənarlaşdırılması barədə qərar 1 bank günü ərzində kənarlaşdırılan malgöndərənə (podratçıya) göndərilir. Lakin, şirkətimizin təklifinin tenderdən kənarlaşdırılmasından 12 gün keçməsinə baxmayaraq bu barədə əsaslandırlmış qərar bizlərə təqdim edilməmişdir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, şirkətimizin qiymət təklifində nəqliyyat xərcləri daxil olmaqla verdiyimiz son təklifdə belə iştirakçılar arasında ən az qiymət təklifi verən şirkət olmağımıza baxmayaraq hesab edirik ki, Tender Komissiyası məqsədli şəkildə bizdən əlavə daşıma xərcləri ilə bağlı məlumat əldə edib bizi tenderdən kənarlaşdırmışdır. Azərbaycan Respublikası Dövlət satınalmaları haqqında qanunun 36.1- ci maddəsinə əsasən, qiymətlərin dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən tender təklifinin həmin tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla, tender təklifinin mahiyyətini dəyişdirmək məqsədi daşıyan heç bir sorğuya, təklifə və ya icazəyə yol verilmir. Qeyd etmək istəyirik ki, hazırkı münasibətlərə tətbiq edilən qanunun normasından da görünür ki, Tender Komisiyası bizim qiymət artırma barədə təklifimizin qəbul edilməsinin mümkünsüzlüyü barədə dövlət satınalmalarının X3 aramızda apardığımız yazışma müddətində bizlərə bildirməli idi. Lakin, aramızda komissiya ilə apardığımız yazışmadan bizləri nəinki çəkindirmək, sanki tender təklifinə qiymət əlavəsini göndərilməsinə bizləri təşviq etmək kimi davranışlar sərgiləməklə məqsədli şəkildə tenderdən kənarlaşdırmaq niyyətlərini açıqcasına ortaya qoymuşlar. Həmçinin,onu da qeyd etmək istəyirik ki, bu tenderdə Komissiya tərəfindən xx.xx.2022-ci il tarixdə “X4” adlı şirkət qalib elan edilib. Təsadüfi deyil ki, 2020-ci ildən hal-hazıradək Ədliyyə Nazirliyinin bütün mebel tenderlərində eyni şirkət dəfələrlə qalib elan edilmişdir. Hesab edirik ki, Azərbaycan Respublikası Dövlət satınalmaları haqqında qanunun və Tenderin şərtlər toplusunda göstərilən əsaslarla cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən yaradılmış Tender Komissiyası təklifin kənarlaşdırılması barədə qərarı 1 bank günü ərzində kənarlaşdırılan malgöndərənə təqdim etməli idi. Lakin, onlar üzərilərinə düşən öhdəliyi xx.xx.2022 - ci il tarixdə saat 12:11 - da tərəfimizdən dövlət satınalmalarının X3 bu barədə onlara müraciət göndərilməsinə baxmayaraq icra etməmişlər.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrə mebel və digər inventarların satınalınması ilə əlaqədar açıq elektron tender elan edilmişdir.

4. Azərbaycan Respublikası “Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrə mebel və digər inventarların satınalınması” satın alınması məqsədi ilə Açıq Tender prosedurunda təklif zərflərinin açılması üzrə xx.xx.2022-ci il tarixli 2 nömrəli iclas protokoluna əsasən M-Kontakt MMC 106657,93 AZN qiymət təklifi etmişdir.

5. Azərbaycan Respublikası “Ədliyyə Nazirliyi struktur qurumlarına mebel və digər inventarların satınalınması satın alınması məqsədi ilə Açıq Tender prosedurunda təklif zərflərinin açılması üzrə xx.xx.2022-ci il tarixli 2 nömrəli iclas protokoluna əsasən M- Kontakt MMC 89193,74 AZN qiymət təklifi etmişdir.

6. İş materiallarında olan Ədliyyə Nazirliyi struktur qurumlarına mebel və digər inventarların satınalınması ilə əlaqədar Açıq Tender Komissiyasının xx.xx.2022-ci il tarixli 22 nömrəli Protokola əsasən 28 aprel 2022-ci ildə Ədliyyə Nazirliyi struktur qurumlarına mebel və digər inventarların satınalınması ilə əlaqədar keçirilən açıq tender prosedurunda iştirak etmiş “M-Kontakt", "xxxx" və “Vıbrostone" MMC-nin tender təklifləri satınalma prosedurundan kənarlaşdırılmışdır.

7. İş materiallarında olan Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrə mebel və digər inventarların satınalınması ilə əlaqədar Açıq Tender Komissiyasının xx.xx.2022-ci il tarixli 23 nömrəli Protokola əsasən 28 aprel 2022-ci ildə Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrə mebel və digər inventarların satınalınması ilə əlaqədar keçirilən açıq tender prosedurunda iştirak etmiş “M-Kontakt", "xxxx" və “Vibrostone" MMC-nin tender təklifləri satınalma prosedurundan kənarlaşdırılmışdır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İistehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 31 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Nazirliyin struktur qurumlarına mebel və digər inventarların satın alınması məqsədilə elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurundan “Qardaşlar Mebel" QSC və "Vibrostone” MMC tərəfindən təqdim olunan tender təkliflərinin ehtimal olunan qiymətdən yüksək olması səbəbindən kənarlaşdırılması barədə tender komissiyasının qərarına ‘Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 27.5-ci maddəsinə uyğun olaraq etiraz edilmir. Eyni zamanda bildirilmişdir ki, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunmuş 109 093,36 (bır yüz doqquz min doxsan üç manat otuz altı qəpik) manat məbləğində Nazirliyin struktur qurumlarına mebel və digər inventarların satın alınması məqsədilə “X5” MMC ilə müqavilənin bağlanmasına əsas verən elektron satınalma vasitəsi ilə keçirilmiş açıq tenderin nəticəsi barədə tərtib olunmuş yekun protokol İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətində 11 may 2022-ci il tarixində 5p/1952 nömrəsi ilə qeydə alınmışdır.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İistehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 31 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrə mebel və digər inventarların satın alınması məqsədilə elektron satınalma vasitəsi ilə keçirilmiş açıq tender prosedurundan "xxxx" MMC və "xxxx" QSC tərəfindən təqdim olunan tender təkliflərinin ehtimal olunan qiymətdən yüksək olması səbəbindən kənarlaşdırılması barədə tender komissiyasının qərarına “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 27.5-ci maddəsinə uyğun olaraq etiraz edilmir. Eyni zamanda bildirilmişdir ki, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunmuş 147 529,50 (bır yuz qırx yeddi min beş yüz iyirmi doqquz manat əlli qəpik) manat məbləğində Nazirlik tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrə mebel və digər inventarların satın alınması məqsədilə "X5" MMC ilə müqavilənin bağlanmasına əsas verən elektron satınalma vasutəsi ilə keçirilmiş açıq tenderin nəticəsi barədə tərtib olunmuş yekun protokol İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İistehlak Bazarına Nəzarət Dövlət Xidmətində11 11 may 2022-ci il tarixində 5p/1953 nömrəsi ilə qeydə alınmışdır.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

14. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunundana6 36.5. Satınalan təşkilat aşağıdakı hallarda tender təklifinin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir: 36.5.1. tender təklifi vermiş malgöndərən (podratçı) ixtisas tələblərinə uyğun gəlmirsə; 36.5.2. tender təklifi vermiş malgöndərən (podratçı) bu Qanunun 36.2-ci maddəsinə uyğun hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmırsa; 36.5.3. tender təklifi formal tələblərə uyğun gəlmirsə; 36.5.4. Bu Qanunun 12-ci və 13-cü maddələrində nəzərdə tutulan hallar mövcuddursa. 36.5-1. Təklifin kənarlaşdırılması barədə qərar 1 bank günü ərzində kənarlaşdırılan malgöndərənə (podratçıya) göndərilir.

15. Məhkəmə qeyd edir ki, iddiaçı Ədliyyə Nazirliyi struktur qurumlarına mebel və digər inventarların satınalınması ilə əlaqədar Açıq Tender Komissiyasının xx.xx.2022-ci il tarixli 22 və 23 nömrəli Protokollarına əsasən açıq tender prosedurunda iştirak etmiş “M-Kontakt" MMC-nin tender təklifləri satınalma prosedurundan kənarlaşdırılmış və bu barədə iddaçıya məlumat verilmişdir.

16. Hazırda isə iddiaçının tələbi məhz inzibati orqanın iradə ifadəsinin qərar formasında ifadə edilməsi vəzifəsinin qoyulması ilə bağlıdır.

17. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən: ...İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Bu baxımdan inzibati məhkəmə icraatında mülki məhkəmə icraatı ilə nisbətdə dövlətin daha yüksək publik marağı mövcud olur. Belə ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində yaranır və bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyribərabər hüquqi vəziyyətdə olurlar. Tərəflərdən biri suverenlik daşıyıcısı olaraq digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Bununla yanaşı, öz maraqlarının müdafiəsi üçün inzibati orqanlar həm təşkilati, həm də əmək resurslarına malikdir ki, əksər hallarda belə resurslar fiziki və ya hüquqi şəxslər üçün əlçatmazdır. Məhz bu səbəbdən inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Qeyd edilməlidir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 68.2 və 69.4-cü maddələri).

18. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh qurumun faktiki və hüquqi hərəkətləri ilə tender prosedurlarından kənarlaşdırıldığından, iddiaçı tenderin nəticələrini mübahisələndirmədiyi halda tender təklifinin kənarlaşdırılmasının məhz qərar formasında ifadə edilməsində hüquqi marağı yoxdur.

19. Odur ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar