Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8721/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “57 yaşı tamam olduğu xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq 57 yaşı tamam olduğu xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Qəbələ rayonunda anadan olmuş, Əmək fəaliyyətinə xx.xx.1978-ci ildə açılmış ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən xx.xx.1978-ci ildə başlamış, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər ordu sıralarında xidmətdə olmuş və xx.xx.1983-cü ildən yenidən əmək fəaliyyətinə 446 №-li Tikinti İdarəsində davam etdirmişdir. xx.xx.1996-cı ildə köçürmə yolu ilə 445 №-li Tikinti İdarəsinə keçdikdən sonra xx.xx.2006-cı ilə qədər həmin idarədə işləmişdir Əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çoxdur ki, bunun da 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 №-li Qərarına əsasən güzəştli peşə hesab olunan dəmir və dəmir-beton konstruksiyalarının quraşdırıcısı peşəsində işləmişdir. xx.xx.2018-ci ildə 57 yaşım tamam olmuşdur. Buna görə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa uyğun olaraq iddiaçıda müvafiq sənədləri toplayaraq cavabdeh tərəfə bir neçə dəfə təqdim etmiş, lakin hər dəfə ona əsassız olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. xx.xx.2022-ci ildə göndərilmiş imtina məktubunda əsas kimi 1996-2006-cı illər üzrə əmək haqqı barədə arayışı, xx.xx.2024-cü il tarixli imtina məktubunda da eyni bəhanəni gətirməklə iddiaçıya pensiya təyin edilməmişdir. Cavabdehin imtinada qeyd edildiyi kimi işlədiyi idarənin fəaliyyəti 20 ildən artıqdır ki dayandırdığı üçün həmin dövrə aid stajı barədə məlumatlar əldə edə bilmir. Bu isə cavabehin ona təyin edilməsinə imtinaya əsas verilməməlidir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q- 77263/2024 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının ümumi iş stajının 25 ildən az (6 il 8 ay 25 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər xx.xx.2006-cı il tarixdən sonra 2 il 3 ay)) təşkil etdiyi, güzəştli iş stajının isə olmadığı bildirilmişdir. Göstərilən səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini qanunvericiliklə mümkün hesab edilmir. İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan yaş həddinə (60 yaş) çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının qanunvericiliklə tələb olunan ümumi iş stajı 25 ildən az (6 il 8 ay 25 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər xx.xx.2006-cı il tarixindən sonra 2 il 3 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Üçüncü əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 6391,18 manat təşkil edir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1978-ci il tarixli ТЬ-İ № ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" ASC-nin ona dair xx.xx.2019-cu il tarixli 02-K nömrəli arayışında xx.xx.1984xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının 445 sayılı Tikinti İdarəsində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar həmin dövr üzrə iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filialın əməkdaşları tərəfindən yerində araşdırma aparılmışdır. Araşdırma zamanı 445 Nə-li tikinti idarəsində iddiaçının işlədiyinə dair müəssisənin arxivində hər hansı bir sənəd aşkarlanmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC -nin xx.xx.2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Buna görə də həmin dövrün iddiaçının iş stajına daxil edilməsi mümkün deyil. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 33.1. məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2. bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.
Belə ki, iş materiallarına əlavə edilmiş:
AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1961-ci il təvəllüdü Azərbaycan Respublikası vətəndaşıdır. H3 ******* nömrəli hərbi bilete əsasən iddiaçı 17 noyabr 1980-ci ildən 09 dekabr 1982-ci ilədək hərbi xidmətdə olmuşdur. "xxxx" ASC 445 saylı Tikinti İdarəsinin 02-K nömrəli, xx.xx.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1984-cü ildən (əmr № 138-1, xx.xx.1984) xx.xx.1996-cı ilədək (Əmr № 65-k, xx.xx.1996) 446 №-li Tikinti İdarəsində, xx.xx.1996-cı ildən (əmr № 209/ş, xx.xx.1996) xx.xx.2000-ci ilədək (əmr № 138, xx.xx.2000) 445 saylı Tikinti İdasəsində polad, dəmir və dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı işləmişdir. Quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin istehsalatların Siyahı”sına daxildir. (İİ Siyahı XXVİİ bölmə, a) yarımbəndi, Kod 2290000а-14612. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri). SSRİ Nəqliyyattikinti Nazirinin xx.xx.1988-ci il tarixli 120-OR saylı əmrinə əsasən “Azəməqliyyattikinti” tresti “Azərbaycannəqliyyatyoltikinti” Layihə Sənaye Tikinti Birliyi (LSTB) adlandırılmış. Azərbaycan Respublikası Prezidentinin 614 saylı xx.xx.1993-cü il tarixli fərmanına əsasən “Azərbaycannəqliyyatyoltikinti” LSTB-si "xxxx" Dövlət Şirkətinə (DŞ) çevrilmişdir. "xxxx" Dövlət Şirkətinin 271 №-li xx.xx.1996-cı il tarixli əmrinə əsasən 446 №-li tikinti idarəsi ləğv edilmiş və hüquqi varislik 445 №-li tikinti idarəsinə verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatına baxılmasının təxirə salınması haqqında” məktubuna əsasən bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə 1 iyun 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər əmək haqqı arayışı əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Milli Arxiv İdarəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı 19 fevral 2024-cü il tarixli, 3-48-4/2-282/2024 nömrəli məktubuna əsasən bildirilmişdir ki, ləğv olunmuş "xxxx" ASC-nin və 445 nömrəli Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Q-77263/2024 saylı “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavab məktubuna əsasən bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1978-ci il tarixli ТЬ-İ № ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2019-cu il tarixli 02-K nömrəli arayışında xx.xx.1984xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində 445 sayılı Tikinti İdarəsində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar həmin dövr üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filialın əməkdaşları tərəfindən yerində araşdırma aparılıb. Araşdırma zamanı 445 №-li tikinti idarəsində işlədiyinə dair müəssisənin arxivində hər hansı bir sənəd aşkarlanmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC -nin xx.xx.2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Buna görə də həmin dövrün iş stajına daxil edilməsi mümkün deyil. Göstərilən səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (6 il 8 ay 25 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər xx.xx.2006-cı il tarixindən sonra 2 il 3 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, nazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 6391,18 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1978ci ildə müvəqqəti olaraq 3-cü dərəcəli balıqçı işçi qəbul edilmiş, xx.xx.1979-cu ildə soyuducu qurğuya maşinist təyin edilmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixinə qədər Sovet Ordusunda xidmət etmiş, xx.xx.1983-cü ildə “Aztransstroy” trestinin Ti-446 2-ci dərəcə ilə işçi qəbul edilmiş, xx.xx.1984-cü ildə polad və dəmir beton konstruksiyaların quraşdırıcısı üzrə 3-cü dərəcə təyin edilmiş, xx.xx.1987-ci ildə SSRİ Nazirlər Şurasının və SİKP MK-nin xx.xx.1986-cı il tarixli sərəncamı ilə xx.xx.1987-ci il tarixli yenidən tarifləşdirmə zamanı 3-cü dərəcə ilə dəmir beton konstruksiyalarının quraşdırıcısı təyin edilmiş, xx.xx.1988-ci ildə “Azərbaycan nəqliyyat tikinti” trestinin 225 saylı 26.08.88-ci il tarixli əmri və Nəqliyyat Tikinti Nazirliyinin 19.08.88-ci il tarixli 120-op saylı əmri ilə “Azərbaycan nəqliyyat tikinti” trestinin Tİ-446 ləğv olunması ilə əlaqədar olaraq işindən və tutduğu vəzifədən azad edilmiş və yeni təşkil olunmuş “Azərbaycan nəqliyyat yol tikinti” Layihə istehsalat tikinti birliyi Tİ-446 köçürülmüş, xx.xx.1988-ci il tarixdə “Azərbaycan nəqliyyat yol tikinti” Layihə-istehsalat tikinti birliyi Tİ-446 “Azərbaycan nəqliyyat yol tikinti” Layihə-istehsalat tikinti birliyinin 31.08.88-ci il tarixli 1 saylı əmri və Tikinti Nazirliyinin 19.08.88-ci il tarixli 120-op saylı əmri ilə Azərbaycan nəqliyyat tikinti” trestinin Tİ-446-dan 3-cü dərəcə ilə dəmir beton konstruksiyaların quraşdırıcısı keçirilmiş, xx.xx.1989-cu ildə polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı üzrə 4-cü dərəcə təyin edilmiş, xx.xx.1989-cu ildə metal və dəmir-beton konstruksiyaların quraşdırıcısı üzrə 5-ci dərəcə təyin edilmiş, xx.xx.1993-cü ildə “Azərbaycan nəqliyyat yol tikinti” Layihə-istehsalat tikinti birliyi Tİ-446 adı” Azərbaycan nəqliyyat yol tikinti” Dövlət Şirkətinə adı dəyişdirilmiş, xx.xx.1996-cı ildə Azərbaycan nəqliyyat yol tikinti Dövlət Şirkətinə Tİ-445 köçürülüb, xx.xx.2000-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə beton konstruksiyaları üzrə quraşdırıcı vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmiş, xx.xx.2021-ci ildə Bakı şəhər Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinə lift bələdçisi işinə qəbul edilmiş, xx.xx.2022-ci ildə müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci ildə Dost iş mərkəzi MMC-də Xətai rayon ərazisində təmizlik işləri və sosial xidmə`tlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. Məhkəmə sorğusu əsasında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı 21 avqust 2024-cü il tarixli, 3-21-2-1/2-1358/2024 saylı “Məlumatın təqdim edilməsi haqqında” cavab məktubuna əsasən bildirilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 445 Saylı Tikinti İdarəsinin xx.xx.1997-ci il tarixdə 9 rəqəmli (1********) VÖEN alaraq vergi uçotuna alınması, xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək yeni ********** nömrəli VÖEN alması barədə məlumat mövcuddur. 445 Saylı Tikinti İdarəsinin xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.1-ci bəndinə əsasən 445 Saylı Tikinti İdarəsi, Azərbaycan Respublikası Prezidentinin 851 nömrəli 16 iyul 1998ci il tarixli sərəncamı ilə yaradılmış "xxxx" X3 Cəmiyyətinin say tərkibinə daxil olan struktur bölmədir. Dövlət Vergi Xidmətinin uçot məlumat bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 445 Saylı Tikinti İdarəsinin xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək fəaliyyətinin dayandırılması barədə məlumat mövcuddur. xx.xx.2019-cu il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumatlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində mövcud olmadığı üçün aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyə olunur. xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 445 Saylı Tikinti İdarəsinin məcburi dövlət sosial sığorta ödənişi olmamışdır. Vergi ödəyicisinin vergi uçotuna alındığı tarixdən xx.xx.2024-cü il tarixədək vergilər üzrə ödənişi 29 712,4 manat təşkil etmişdir.
İV. Məhkəmənin mövqeyi
5. Azərbaycan Respublikasının Konstitusiyasının
- 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzfəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən
- 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 21.2. sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). - 9.1. axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur.
7. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
8. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır: xx.xx.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtina edilməsinin səbəbi kimi: iddiaçının qanunvericiliklə tələb olunan ümumi iş stajı 25 ildən az olması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsidir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqanın imtinasının qanuni olub-olmaması araşdırılmış və iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verdiyi müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Göründüyü kimi iddiaçının təqdim etdiyi əmək kitabçasında qeydlərin cavabdeh inzibati orqan tərəfindən həqiqətə uyğun olmaması sübuta yetirilməmişdir.Belə ki, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur. Bundan əlavə məhkəmə araşdırma nəticəsində "xxxx" ASC-nin 445 nömrəli Tikinti İdarəsi ə edilmiş məlumata əsasən, iddiaçının işlədiyi müəssisə xx.xx.1997-ci ildə vergi uçotuna alınmış, xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilədək fəaliyyəti dayandırılmışdır. Mübahisəli olmayan hal ondan ibarətdir ki, iddiaçının işlədiyi peşənin Nazirlər Kabinetinin qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin müvafiq siyahısında olmasıdır. Hazırki vəziyyətdə arxiv arayışlarının olmaması səbəbindən iddiaçının müraciətinə imtina edilməsi, onun Konstitusiya ilə təsbit edilmiş sosial təminat hüququndan məhrum edilməsi kimi qiymətləndirilməlidir. Əlavə olaraq, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasında pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin gücləndirilməsində, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinin məzmunundan göründüyü kimi, əmək pensiyası sığortaolunanın pensiya təyin edilməzdən əvvəl aldığı əmək haqqı və digər gəlirlərinin kompensasiyası məqsədi ilə verilən pul ödənişidir. Cavabdehin imtinasını əsaslandıran digər hal ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensyasının minimum məbləğindən aşagı olmayan pensiya təmintına imkan vermir. Halbuki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanununun qüvvəyə mindiyi günədək tam əmək stajına (25 il ümumi və 12 il 06 ay güzəştli ) malik olduğundan ona əmək pensiyası yaşa görə və staja görə sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində təsbit edilmiş müddəasına görə isə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının müəyyən məbləğdə mövcud olması tələbi məcburi şərt kimi nəzərdə tutulmamışdır. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunları pozulmuşdur.
8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; - 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən iddiaçının xeyrinə olan faktiki halları araşdırmamış, nəticədə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməməsi barədə yanlış qənaətə gəlmişdir. Halbuki, məhkəmənın gəldiyi gənaətə görə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası iddiaçının 60 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova