Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-873/2020 09.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi ilə Tərəflərin iştirakı olmadan, İddiaçı Firik oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Firik oğlu cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08 may 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, müxtəlif vaxtlarda mənzilini dəyişdiyindən və bir müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün şəxsiyyətini təsdiq edən bir neçə sənədidoğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, əmək kitabçası və başqa sənədlərini itirmişdir. Bununla bağlı ilk dəfə ASAN Xidmət Mərkəzinə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmiş, lakin doğum haqqında şəhadətnamə tələb olunduğu üçün şəxsiyyət vəsiqəsini yenidən ala bilməmişdir. Daha sonra iddiaçı Bakı şəhəri Yasamal rayonu Qeydiyyat Şöbəsinə doğum haqqında şəhadətnaməmin yenidən verilməsi üçün müraciət etmiş, lakin Cavabdeh şəxsiyyət vəsiqəsi təqdim edilmədiyi üçün doğum haqqında şəhadətnamənin yenidən verilməsindən imtina etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı Firik oğluna verilmiş 1677 №-li, 27 noyabr 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Firik oğlu həqiqətən V.Əliyev (2-ci Yasamal) küçəsi, 159 №-li evdə qeydiyyatdadır; - Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/76, 1390/15 №-li, xx.xx.2019-cu il tarixli məktubdan aydın olur ki, Cavabdehndə doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizəyə baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsasən şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsinin imkanları xaricində olduğu bildirilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir; Məhkəmə sorgusuna əsasən xx/xx-2735/13 №-li, xx.xx.2019-cu il tarixli məktubla Cavabdehndən daxil olmuş 250 №-li, 16 avqust 1972-ci il tarixli doğum akt qeydindən aydın olur ki, İddiaçı Firik oğlu 08 may 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, anası X1, atası X2 qeyd edilməklə, akt qeydi əsasında ona 412465 nömrəli xx.xx.1972-ci il tarixli dogum haqqında şəhadətnamə verilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 091-18719-1220 №-li, xx.xx.2020-ci il tarixli məktubda İddiaçı Firik oğlunun məhkumluğunun olub-olmaması barədə məlumat aşağıdakı kimi göstərilmişdir:
1. Yasamal rayonu, 2-ci Yasamal küçəsi, ev 159-da qeydiyyatda olan İddiaçı Firik oğlu, xx.xx.1997-ci ildə Nəsimi rayon Məhkəməsi tərəfindən AR CM- nin 226-1-ci maddəsi ilə 4 il 10 ay müddətində azadlıqdan məhrum edilmişdir. 2.Yasamal rayonu, 2-ci Yasamal küçəsi, ev 159-da qeydiyyatda olan İddiaçı Firik oğlu, xx.xx.2003-cü ildə Qaradağ rayon Məhkəməsi tərəfindən AR CM-nin 234.1, 93.1.4cü maddələri ilə 03 il müddətində azadlıqdan məhrum edilmişdir. 3.Yasamal rayonu, 2-ci Yasamal küçəsi, ev 159-da qeydiyyatda olan İddiaçı Firik oğlu, 03.01 2005-ci ildə Qaradağ rayon Məhkəməsi tərəfindən AR CM-nin 234.1, 93,14,67-ci maddələri ilə 03 il müddətində azadlıqdan məhrum edilmişdir. 4.Yasamal rayonu, 2-ci Yasamal küçəsi, ev 159-da qeydiyyatda olan İddiaçı Firik oğlu, xx.xx.2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən AR CM-nin 234.4.3-cü maddəsi ilə 09 il müddətində azadlıqdan məhrum edilmişdir. Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı Firik oğlu 08 may 1972-ci ildə Bakı şəhərində doğulmuş, ona məxsus doğum haqqında şəhadətnamə itmiş, təkrar şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etsə də, iddiaçının şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, 08 may 1972-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Firik oğluna doğum haqqında şəhadətnamənin təkrarən verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. 08 may 1972-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Firik oğluna doğum haqqında şəhadətnamənin təkrarən verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər.
SƏDRLİK EDƏN Mehriban Qarayeva