Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-873/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Ağstafa rayon İcra və Probasiya şöbəsinə qarşı «qərarın və hərracın nəticələrinin ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə və maraqlı şəxs Ağstafa rayon İcra və Probasiya şöbəsinə qarşı «qərarın və hərracın nəticələrinin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-67/2018 saylı iş üzrə 5 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən hazırkı iddiaçının apellyaiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1047/2017 saylı iş üzrə 30 yanvar 2017-ci il tarixli qətnaməsi Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,01 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir. Bundan başqa Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,01 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının İkin satış qiyməti 25.000 manat müəyyən edilməsi qət edilmişdir. İddiaçı keçirilən hərracın nəticələri ilə razılaşmır. Adıçəkilən qeyri-yaşayış binası hazırda bazar qiyməti ilə 50.000 manatdan artıq hesablanmalı idi. Göründüyü kimi, bank vətəndaşların əmlakından sui-istifadə edərək qanunsuz şəkildə qazanc əldə etmək niyyətindədir. Təqdim edilən sənədlərdən də görünür ki, o (iddiaçı), bir idən artıq pul ödənişləri etmişdir. Lakin bank onun ödənişlərini nəzərə almır və bu barədə bildirmir. Onun ödənişlərinin hansı hesaba keçməsi sual doğurur. O, öz məsuliyyətini hiss edir və vaxtı-vaxtında ödənişlərini etmək istəmişdir. Lakin bank onu aldadaraq krediti manatla deyil, ABŞ dolları ilə qeyd etmişdir. Bundan başqa, bank Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,01 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının dəyərini manatla hesablamış, binaya baxış keçirilən zaman onun iştirakı təmin olunmamışdr. Hazırda iddiaçı apellyasiya şikayəti versə də, icra işi dayandırılmamış, qeyd olunan hallar davam etdirilir. Hesab olunur ki, icra qurumunun qərarı və müvafiq qeyriyaşayış binasının ilkin satış qiyməti barədə keçirilmiş hərracın nəticəsi ləğv edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 448.1, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-ci maddəsinə əsaslanaraq, Ağstafa rayon İcra və Probasiya şöbəsinin 11 oktyabr 2018-ci il tarixli qərarının və onun nəticəsi kimi ona məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,01 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti barədə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim edilərək, ondan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etrazı) məhkəməyə daxil oilmamışdır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 27-ci maddəsinə görə aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Məhkəmə iddia ərizəsində “Ağstafa rayon İcra və Probasiya şöbəsi”nin maraqlı şəxs qismində göstərilməsini formal xəta kimi qiymətləndirmiş və həmin qurumu iddia ərizəsində üçüncü şəxs kimi təqdim olunmuş saymışdır. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə vəı üçüncü şəxsə müvafiq bildiriş ünvanlanmışdır. Tərəflər və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi Ağstafa rayon İcra və Probasiya şöbəsinin 11 oktyabr 2018-ci il tarixli məktubunun və onun nəticəsi kimi müvafiq qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələrinin ləğv edilməsidir, lakin iddia ərizəsində iş üzrə cavabdeh kimi "xxxx" ASC göstərilmişdir. Ağstafa rayon İcra və Probasiya şöbəsinin 11 oktyabr 2018-ci il tarixli məktubu isə, qərar deyil və inzibati akt da sayıla bilməz. Bundan başqa, müvafiq icra işi üzrə hərracın keçirilməsi hər bir halda ayrıca təşkilatın səlahiyyətlərindədir. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı cavabdeh "xxxx" QSC inzibati orqan olmadığından, iddia tələbi kimi qoyulan 11 oktyabr 2018-ci il tarixli qərar və hərracın nəticələrinin ləğvi inzibati məhkəmə icraatının predmetini təşkil edə bilmədiyindən, cavabdeh "xxxx" QSC-yə qarşı hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz. Həmçinin qeyd olunmalıdır ki, «İcra haqqında» AR Qanununun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» AR Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İş üzrə cavabdehin dəyişdirilməsinin iddiaçıya tövsiyyə edilməsini də məhkəmə məqsədəuyğun saymır. Çünki, iddiaçının razılığı ilə cavabdeh qismində Ağstafa rayon İcra və Probasiya şöbəsi cəlb olunduğu təqdirdə də, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən deyil. Bu qənaət ondan irəli gəlir ki, Ağstafa rayon İcra və Probasiya şöbəsinin qərar və hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxıla bilər, müvafiq hərrac isə həmin şöbə tərəfindən keçirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-873/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-873/2021
02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver