Məhkəmə qərarları › İş №2-1(112)-8731/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8731/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8731/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “döyüşlərdə iştirak etməsi faktının təsdiq edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N99N-ci ildən N993-cü ilin noyabr ayına qədər olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Laçın, Qubadlı və Zəngilan rayonları) gedən döyüşlərdə iştirak etməyi faktının təsdiq edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, N99N-ci ildən N993-cü ilin noyabr ayınadək olan dövr ərzində erməni qəsbkarlarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (Laçın, Qubadlı və Zəngilan rayonları uğrunda) iştirak etmişdir. Qeyd olunan döyüş zonalarında hərbi xidmət keçərkən xx.xx.N993-cü il tarixdə yaralanmış və bu tarixdən xx.xx.N993-cü il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirlyinin Mərkəzi Hərbi Klinik Hospitalında "sağ baldırın yanıqdan sonra ekzeması" diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.20N0-cu il tarixli NN96 nömrəli qərarında göstərilən xəsarəti döyüş zonasında hərbi xidmət keçərkən aldığı, bu qərarın nəticə hissəsində isə sözügedən xəsarətin hərbi travma olduğu və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alındığı öz əksini tapsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyi "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi barədə müraciətinə baxaraq xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumatın olmamasına görə "Müharibə veteranı" adı və vəsiqəsini verməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə naziri Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3N02 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N993 - xx.xx.20N3-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumatların aşkar edilmədiyi müəyyən edildiyindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə işitrak etməyi faktının məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Döyüşlərdə iştirak etməyi faktının məhkəmə qaydasında təsdiqi ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədi ilə lazımdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi həmin dövrdə onunla birlikdə döyüşlərdə iştirak edən bir neçə şahid tərəfindən də təsdiq edilə bilər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 4/3-9760 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il və təkrar xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-3N02 nömrəli arayışa əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının NN96 saylı xx.xx.20N0-cu il tarixli qərarına əsasən Zəngilan RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N993-cü il tarixdə aldığı və xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «Sağ baldırın yanıqdan sonra ekzeması» (Zəngilan RHK-nm xx.xx.20N0-cu il tarixli 528 nömrəli göndərişi, xx.xx.20N0-cu il tarixli 740 nömrəli arayışı, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitaldan verilmiş xx.xx.N993-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyi MHHK-nın həkim mütəxəssisi-terapevtin rəyi ilə təsdiq edilir), «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». 4/2-3N02 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən RHK-dan gəlmiş X2 N №-li hərbi hissə komandirinin N0 fevral N993-cü il tarixli 35 №-li əmri ilə N969-cu il təvəllüdlü N-ci taborun şəxsi heyətinin siyahısına və bütün nov təminatlara daxıl edilmiş və hesab nömrəsi vəzifəsinə təyin olunmuşdur (əsas § N səh. N sıra 4). N hərbi hissə komandirinin N8 may N993cü il tarixli N24 №-li əmrində N-ci taburun hərbi qulluqçusu Rövşən Şükürovun hospital və xəstəxanada müalicədə olduğu üçün N-ci taburun şəxsi heyətinin tərkibindən çıxarılaraq hərbi hissədə ştatdan kənar saxlanılmaqla təminatdan istifadə etməsi barədə məlumat vardır (əsas. §

4. səh. N23, sıra 9. əmrdə atasının adı yazılmayıb). N nömrəli hərbi hissə komandirinin 3N may N993-cü il tarixi N27 №-li əmri ilə X2 müalicə almaq üçün Bakı şəhəri mərkəzi hospitala göndərildiyindən müvəqqəti olaraq təminatdan çıxarılmışdır (əsas: § N. səh N3N sıra 3). N nömrəli hərbi hissə komandirinin N may- dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində XN xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. Mərkəzi Hərbi Klinik Hospitalının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N saylı hərbi hissə komandirinin N nömrəli əmrindən xx.xx.N993-cü il tarixli çıxarışa əsasən X2 hərbi mükəlləfiyyətçilər rayon hərbi komissarlığından gəlmişlər alayın şəxsi heyətinin tərkibinə daxil edilmiş və bütün növ təminatlarla təmin olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək bildirilmişdir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə uyğun olaraq ümumi məhkəmələr tərəfindən baxılır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N.N-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli 05 nömrəli Qərarına əsasən: N.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. N.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.N. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.N. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən: 307.N. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli № 05 qərarı; N7-ci bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada və tələblə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında səlahiyyətli ümumi məhkəməyə və ya çatmaq istədiyi məqsədə uyğun səmərəli hüquq müdafiə vasitəsi kimi “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan N0 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar