Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8733/2021 18.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ərazilərin Minalardan Təminzlənməsi üzrə Milli Agentliyinə (ANAMA) qarşı “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Dövlət Sosial Sığorta Şəhadətnaməsindəki hesabına ödənilməli olan, məcburi sosial sığorta haqqının tam məbləğdə ödənilməsi və ödənilməyən məbləğin düzgün hesablanaraq hesabıma ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, 28.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Ərazilərinin X1 Milli Agentliyinə (ANAMA) ərizə ilə müraciət edərək, 01.02.2003-cü il tarixdən 11.07.2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Ərazilərinin X1 Milli Agentlikdə (ANAMA) işlədiyini bildirmiş, işlədiyi müddətdə onun dövlət sosial sığorta şəhadətnaməsindəki hesabına ödənilməli olan məcburi dövlət sosial sığorta haqqının tam məbləğdə ödənilməməsini bildirmiş və ödənilməyən məbləğin düzgün hesablanaraq hesabına ödənilməsini xahiş edib. Məktubu (bildirişli SS694706242AZ saylı) ünvanına çatmışdır. Agentliyin idarə heyətinin sədri cənab Vüqar Süleymanov 16 may 2021-ci il tarixli, 260/M № li cavab məktubu yazaraq bildirmişdir ki, qeyd olunmuş məsələ ilə bağlı hal-hazırda ANAMA tərəfindən cəlb edilmiş hüquq şirkəti araşdırma aparır. Məsələnin nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Bildirir ki, xəstədir və daimi müalicə almalıdır. 1994-cü il tarixdən 2-ci qrup Qarabağ Müharibəsi əlilidir və müharibə əlili kimi dövlətdən pensiya alır. Qanunvericiliyə əsasən vətəndaşın pensiyası onun işlədiyi dövrdəki əmək haqqının baza hissəsi və hesabına yığılan sığorta hissəsindən formalaşır. Mən bu məsələ ilə DSMF məmurlarına müraciət edəndə onlar mənə bildirmişlər ki, Agentlik, yəni Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən işlədiyi müddətdə dövlət sosial sığorta şəhadətnaməsindəki hesabına ödənilməli olan məcburi sosial sığorta haqqı tam məbləğdə ödənilməmişdir. O səbəbdən də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə ərizə ilə müraciət edib ki, hesabına ödənilməli olan sığorta haqqı düzgün olaraq hesablanıb, tam ödənilsin ki, pensiyası yenidən hesablansın.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki (məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etmir), Agentlik yerli humanitar təşkilat kimi fəaliyyət göstərdiyindən, xarici donorların və Azərbaycan Hökumətinin “Azərbaycanda Mina Təhlükəsi ilə Mübarizə” dövlət proqramı layihəsi üçün ayırdıqları maliyyə vəsaitində dövlət sosial müdafiə fonduna ayırma(22%) nəzərdə tutulmamış və bu Azərbaycan Respublikası “Sosial Sığorta Haqqında” Qanununun 15-ci maddəsində də göstərilmişdir. Belə ki, həmin Qanunun 15-ci maddəsinin 18-ci abzasına əsasən “fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (sığortaedənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası müddətində) sosial sığorta haqlarından azaddır. Lakin “Sosial Sığorta Haqqında” 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Qanuna edilmiş dəyişikliyə əsasən həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin on səkkizinci abzasına “vəsait hesabına” sözlərindən sonra “əcnəbilər üzrə” sözləri əlavə edilmiş, Qanun 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir. 2019-cu ildən başlanılaraq Agentliyin yerli işçilər üzrə formalaşan əmək haqqı fondu üzrə ümumi qaydada 22% dərəcə ilə sosial sığorta haqları hesablanaraq ödənilmişdir. İddiaçı 01.02.2003-cü il tarixdən 11.07.2016-cı il tarixədək Agentlikdə işləmişdir. Yuxarıda göstərilən səbəbdən İddiaçı işlədiyi illər üzrə heç bir məcburi sosial sığorta haqqı hesablanmamış və ödənilməmişdir.
II. İddianın mümkünlüyü
5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
6. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
18. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan (bundan sonra – minalardan və hərbi sursatdan) təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir. Nizamnamənin 3.1.21-ci bəndinə əsasən, Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin hüquq və vəzifələrinə aid edilmişdir.
19. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətlərindən irəli gəlir.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva