Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8735/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı qərarın ləgv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 29 aprel 2021-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu İcra Hakimiyyətinin Başçısının 281 saylı, 26.12.2013-cü il tarixli sərəncamı ilə Araz çayının yatağından 3.0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması və daşınması üçün ona icarəyə verilmişdir. 08.01.2019-cu il tarixli, 1133 qeydiyyat nömrəli “Dağ-mədən ayırması” haqqında aktdan da göründüyü kimi Markaşeyder planında koordinatları göstərilən sahəsi 3.0 ha olan dağ-mədən ayırması onun istifadəsinə verilmişdir. Cavabdeh inzibati orqan tərəfındən 24.09.2020-ci il tarixində monitorinq keçirilmişdir. Monitorinqin nəticələrinə dair tərtib olunan 63233 saylı aktda qeyd edilmişdir ki, “Dağ-mədən ayırması aktı” üzrə ona verilmiş karxana sahəsinin hüdudları xaricində sahəsi 0.9 ha orta istismar dərinliyi 4.75 metr olmaqla 42750 kub metr həcmində istismar işləri aparılmışdır. Cavabdeh inzibati orqan tərəfındən 23/20 nömrəli, 23.12.2020-ci il tarixli qərarı ilə onun lisenziya əsasında göstərdiyi fəaliyyəti 25.03.2021-ci il tarixinə qədər dayandırılmışdır. Lakin bu barədə ona qanunla müəyyən olunmuş qaydada məlumat verilməmişdir. Cavabdeh inzibati orqanın 29 aprel 2021-ci il tarixli, 24 saylı qərarı ilə İqtisadiyyat Nazirliyi tərəfındən ona təqdim olunan EL-364/2019 qeydiyyat nömrəli, 15.05.2019-cu il tarixli lisenziya ləğv edilmişdir. Mübahisələndirilən inzibati akt səlahiyyətsiz dövlət qurumu tərəfindən qəbul edilmişdir. Cavabdeh lisenziyanın ləğv edilməsi səlahiyyəti olan dövlət orqanı deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İlkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırki mübahisə İmişli rayonun inzibati ərazisindəki Araz çayının (“İmişli” Qum-Çınqıl yatağı) yatağında yerləşən, sahəsi 3 ha. ərazidən istifadəyə dair hüquq münasibəti ilə əlaqədardır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 4 №-li, 14.11.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi» barədə Əlavəyə əsasən İmişli rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Odur ki, məhkəmə hazırki işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq Şirvan İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1, 8.5, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı qərarın ləgv edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8735/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8735/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver