Məhkəmə qərarları › İş №2-1(112)-8735/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8735/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8735/2022 13.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı avtomobilin yenidən dövlət qeydiyyatına alınması və ona qeydiyyatı yenilənmiş texniki pasport verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan 1999-cu il buraxılışlı, ** UN *** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********7193 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli “Mercedes Benz” E 320 minik” markalı avtomobilin yenidən qeydiyyata alınması və ona qeydiyyatı yenilənmiş texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1999-cu il buraxılışlı, ** UN *** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********3653 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli “Mercedes Benz” E 320 minik” markalı avtomobilin İddiaçı adına dövlət qeydiyyatına alınması və müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə Sumqayıt maşın bazarından 1999-cu il buraxılışlı, ** UN *** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********7193 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli "Mercedes Benz” E320 minik markalı avtomobil almış və 22 oktyabr 2018-ci ildə öz adına qeydiyyata aldırmışdır. Təxminən 1 ildən sonra avtomobilin mühərrikində nasazlıq yarandığından Bakı şəhərində 8-ci km bazarından işlənmiş mühərrik alıb maşına quraşdırmışdır. Bundan başqa avtomobildə heç bir hissəni dəyişdirməmiş, demontaj etməmişdir. 05 oktyabr 2021-ci il tarixdə avtomobili texniki baxışdan keçirilməyə təqdim etmişdir, BDYPİ-də avtomiobilə baxış keçirilərkən onun ban nömrəsinin qaynaq edilməsi və birkasız olması müəyyən edilmişdir. Buna görə də avtomobilinin qeydiyyatı aparılmamış və o, dayanacağa yerləşdirilmişdir. Avtomobili belə vəziyyətdə almışdır, 2018-ci ildə də bu vəziyyətdə qeydə alınmışdır. Bundan sonra yalnız maşının mühərrikini dəyişdirmişir. Şassi nömrəsi maşında mövcuddur. Bunu fotoşəkillərdə də görmək olur. Qeyd olunan fakt üzrə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində ətraflı araşdırma aparılmış və toplanmış materiallar üzrə 17 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd olunmuşdur ki, “avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmasında, mühərrikin başqa olması və şassinin birkasız olması halı ilə avtomobildə aşkar edilmiş qüsur və uyğunsuzluqlarla bağlı İddiaçı əməlində hər hansı bir cinayət tərkibi aşkar edilməmiş” və avtomobilin qeyd edilən nöqsan və uyğunsuzluqlarla qeydiyyata alınması məsələsinə baxılması üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İmtahan Qeydiyyat İdarəsinə göndərilmişdir. O, 06 aprel 2022-ci il tarixdə xəbərnaməli məktubla məsələnin məhkəmədən kənar həll edilməsi üçün Azərbaycan Respublikası DİN-nin Baş X2 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəisi Kamran Əliyevə müraciət etmişdir. 11 aprel 2022-ci il tarixdə məktub ünvana çatdırılmışdır. 12 may 2022-ci ildə poçtla daxil olmuş xx.xx.2022-ci il tarixli 50663- /222 nömrəli cavab məktubundan görünür ki, cavabdeh “qeydiyyat hərəkətlərinin aparılmasının yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərarın qəbul edildiyi təqdirdə mümkün ola biləcəyini” əsas gətirərək imtina vermişdir. Odur ki, hesab edir ki, ona məxsus olan 1999-cu il buraxılışlı, ** UN *** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********7193 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli ’’Mercedes Benz” E 320 minik markalı avtomobilin yenidən qeydiyyata alınması və ona qeydiyyatı yenilənmiş texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının məhkəmə qaydasında həll edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikasının vətəndaşının AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AD seriyalı 329948 №-li nəqliyyat vaistəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1999-cu il buraxılışlı, ** UN *** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********7193 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli ’’Mercedes Benz” E 320 minik markalı avtomobilinin sahibi ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin rəis müavini tərəfindən qəbul edilmiş 17 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, «Mercedes Benz E320» minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********7193 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli, 1999-cu il buraxılışlı avtomobilin qeyd edilən nöqsan və uyğunsuzluqla qeydiyyata alınması məsələsinə baxılması üçün qərarın surəti BDYPİ-nin Qİİ-nə göndərilmiş, qərardan şikayət etmək hüquqları maraqlı tərəflərə izah edilmişdir. - Qeyd olunan qərardan həmçinin görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Əliyev Eİçin Əjdər oğlunun mülkiyyətində olan «Mercedes Benz E320» minik markalı. **- UN-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********7193 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli, 1999-cu il buraxılışlı avtomobil BDYPİ-nin Müayinə Mərkəzində texniki müayinədən keçirilən zaman avtomobilin ban nömrəsinin ətrafında qaynaq işləri aparılması müəyyən edilmiş və avtomobilin ban nömrəsi olan hissəsi kəsilib yenidən qaynaq işləri aparılması, mühərrik nömrəsinin **********3653 nömrəli və şassi birkasız olduğu müəyyən edilmişdir. Qeyd edilən fakt üzrə toplanmış material araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-ııin Baş İstintaq və təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinə göndərilmiş və material üzrə araşdırma aparılmışdır. «Mercedes Benz E320» minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil 1999-cu il buraxılışlı olmaqla 22 ildir ki, istismardadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminal Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 06 noyabr 2021-ci il tarixli, 21/1498a nömrəli tədqiqat haqqında arayışdan görünür ki. «Mercedes Benz E320» markal, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «WDB2100651B065014» hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin üzərində ban nömrəsi həkk edilmiş köndələn gücləndirici tirin (usilitel popereçny balka) avtomobilin döşəməsinə birləşən hissələrində qaynaq işləri aparılmışdır. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «112940 30 423653» rəqəmləri zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Avtomobilin «AD-329948» nömrəli qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsi «**********7193» göstərildiyi halda faktiki olaraq avtomobildə «112940 30 423653» nömrəli mühərrik quraşdırılmışdır. Avtomobilin zavod lövhəsi yoxdur. Toplanmış material üzrə araşdırma aparılaraq bu nəticəyə gəlinmişdir ki, «Mercedes Benz E320» minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********7193 mühərrik nömrəli. WDB2100651B065014 ban nömrəli, qara rəngli, 1999-cu il buraxılışlı avtomobilin ban nömrəsinin ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin birkası isə yerində yoxdur. İddiaçı də avtomobili belə vəziyyətdə aldığını və adına qeydiyyata alınan zaman da belə olduğunu yalnız avtomobilin mühərrikini özü dəyişdirdiyini göstərmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi, yəni ban nömrəsi üzrə kodlaşdırılma qüsurlu olur. Hansı ki, qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Göründüyü kimi «Mercedes Benz E320» minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********7193 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli, 1999-cu il buraxılışlı avtomobildə zavod istehsalı zamanı vurulmuş ban nömrəsi olan hissəyə müdaxilə edilməklə ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin növündən asılı olaraq ban və ya şassi nömrəsi istehsalçı zavod tərəfindən stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Avtomobilin zavod lövhəsi olmadığından avtomobilin izlənilən detalları ilə eyniləşdirmə aparmaq mümkün olmamışdır. Hazırda «Mercedes Benz E320» minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********7193 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli, 1999-cu il buraxılışlı avtomolilin ban nömrəsinin harada və kim tərəfindən qaynaq edilməsini müəyyən etmək mümkün olmamışdır. Nəqliyyat vasitəsi 22 oktyabr 2018-ci il tarixdə texniki baxışdan keçməklə avtomobildə heç bir qüsur və uyğunsuzluq olmadığı üçün qeydiyyata alınmaqla qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı verilmişdir. Araşdırma zamanı İddiaçı göstərmişdir ki, avtomobili alan zaman belə vəziyyətdə olmuş və bu halda da onun adına qeydiyyata alnımışdır. Bununla belə avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmasında, mühərrikin başqa olması və şassi birkasız olması halı ilə avtomobildə aşkar edilmiş qüsur və uyğunsuzluqlarla bağlı İddiaçı əməlində hər hansı bir cinayət tərkibi olmadığından qeyd edilən fakt üzrə cinayət işi başlanması rədd edilməlidir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 005-19942-1221 №-li məktubdan görünür ki, «Mercedes Benz 1-320» minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********7193 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli, 1999-cu il buraxılışlı avtomobilin ban nömrəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti iddiaçıya göndərilməklə izah olunur ki, qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən yuxarı prokurora və məhkəmə nəzarətini həyata keçirən rayon məhkəməsinə şikayət vermək hüququ vardır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 005-13679-1272 №-li məktubdan görünür ki, «Mercedes Benz E320» minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qəbul olunmuş qərar ləğv olunmayıb, hazırda da qüvvədədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 021-6575-1222 №-li məktubdan görünür ki, "MERCEDES BENZ E320" markalı avtomobilə məxsus WDB2100651B065014 (düzgün variantı - WDB2100651B065014) nömrəli banın, eləcə də **********7193 və **********3653 nömrəli mühərriklərin axtarışda olması barədə İNTERPOLun müvafiq bazasında məlumat yoxdur. - Cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 016- 50663-1222 №-li məktubdan görünür ki, 06 aprel 2022-ci il tarixli, 144 nömrəli məktuba cavab olaraq bildirilir ki, qeyd olunan "MERCEDES BENZ E320" markalı, 1999-cu il buraxılışlı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsi olan hissənin kəsilib yenidən qaynaq işlərinin aparılması, mühərrik nömrəsinin **********3653 nömrəli, eləcə də şassi birkasız olması səbəbindən xahişin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X2 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildə 1999-cu il buraxılışlı, ** UN *** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********7193 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli "Mercedes Benz” E320 minik markalı avtomobil əldə etmiş və həmin avtomobil 22 oktyabr 2018-ci ildə texniki baxışdan keçirilərək cavabdeh tərəfindən iddiaçının adına qeydiyyata alınmışdır. 05 oktyabr 2021-ci il tarixdə BDYPİ-də avtomobilə baxış keçirilərkən onun ban nömrəsinin qaynaq edilməsi və birkasız olması, həmçinin mühərrik nömrəsinin **********3653 nömrəli olması müəyyən edilmişdir. Fakt üzrə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində ətraflı araşdırma aparılmış və toplanmış materiallar üzrə 17 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçının həmin avtomobilin dövlət qeydiyyatına alınması barədə müraciətindən “qeydiyyat hərəkətlərinin aparılmasdının yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərarın qəbul edildiyi təqdirdə mümkün ola biləcəyini” əsas gətirilərək imtina edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinin 18-ci və 21-ci bəndlərinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifələrinə daxildir. - 27-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - 27-ci maddəsinin V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - 27-ci maddəsinin V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - 32-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. - 32-ci maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”nin: - 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. - 2.6-cı bəndinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. İşin hallarından göründüyü kimi İddiaçı «Mercedes Benz E320» minik markalı, **-UN- *** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********3653 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli, 1999-cu il buraxılışlı avtomobilin ban nömrəsi olan hissəyə müdaxilə edilməklə ban nömrəsi ətrafında qaynaq işləri aparılmasında təqsirli olması müəyyən edilməmişdir. Bundan əlavə mübahisəli avtomobilin hər hansı cinayətin obyekti və predmeti olması da məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qeyd olunan avtomobil xx.xx.2018-ci il tarixdə texniki baxışdan keçməklə avtomobildə heç bir qüsur və uyğunsuzluq olmadığı üçün qeydiyyata alınmışdır. İddiaçının qanuni əsaslarla əldə etdiyi avtomobillə bağlı qeydiyyat hərəkətlərinin aparılması ilə əlaqədar cavabdehə müraciətindən imtinası cavabdeh tərəfindən əsaslandırmamış, müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə etməklə kifayətlənmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının qanuni əsaslarla əldə etdiyi nəqliyyat vasitəsinə hüquqlarının qeydə alınması üçün “qanuni gözləntisi” vardır. Belə ki, X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic );. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, 1999-cu il buraxılışlı, ** UN *** dövlət 1999-cu il buraxılışlı, ** UN *** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********3653 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli “Mercedes Benz” E 320 minik” markalı avtomobilin İddiaçı adına dövlət qeydiyyatına alınması və müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 1999-cu il buraxılışlı, ** UN *** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********3653 mühərrik nömrəli, WDB2100651B065014 ban nömrəli, qara rəngli “Mercedes Benz” E 320 minik” markalı avtomobilin İddiaçı adına dövlət qeydiyyatına alınması və müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar