Məhkəmə qərarları › İş №2-1(112)-8741/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8741/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8741/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “sədr və qanuni təmsilçi kimi qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı İdarə Heyətinin sədri və qanuni təmsilçisi kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 31.10. 2019- cu il tarixində Dövlət qeydiyyatına alınmışdır. Nümayəndə xx.xx.2022-ci il tarixində bu X44 heyətinin üzvü və həmçinin sədri seçilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri- X15 Reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışla verilmişdir. Həmin cixarişdan da görsənir ki, mənim bu İctimai Birliyin sədri kimi tanınmağım rəsmi şəkildə Dövlət qeydiyyatına alınmışdır. İctimai Birliyin öz nizamnaməsinin 6.11-ci maddəsinə görə idarə heyətinin sədri, müavinləri və digər üzvləri birliyin Ümumi Yığıncağı tərəfindən 2 il müddətində seçilir. X44 heyətinin üzvlərinin və həmçinin sədrinin səlahiyyət müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün, xx.xx.2023-cü il tarixində İddiaçı üzvlərinin Ümumi Yığıncağı çağırılmış və Ümumi Yigincagin müzakirə edəcəyi əsas məsələlər kimi ictimai birliyin yeni idarə heyətinin üzvlərinin və sədrinin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. İclasın keçirilməsinə ən azı 15 gün qalmış ictimai birliyin bütün üzvlərinə Ümumi yığıncağın vaxtı və yeri barədə məlumat verilmişlər. Belə ki, İddiaçı nizamnaməsinin 6.3cu bəndinə görə ictimai birliyin təsisçilərinə və üzvlərinə Ümumi yığıncağının vaxtı və yeri haqda 2 həftə əvvəl məlumat verilməlidir. İddiaçı nizamnamənin tələblərinə uyğun olaraq, ictimai birliyin üzvlərinin Ümumi Yığıncağının keçirilməsi barədə həm idarə heyətinin bütün üzvlərinə, həm də ictimai birliyin bütün üzvlərinə məlumat vermişlər. xx.xx.2023-cü il tarixində keçirilən Ümumi yığıncağının iclasında üzvlərin 42 nəfəri iştirak etmişdir. İddiaçı nizamnaməsinin 6.5-ci maddəsinə görə Ümumi yığıncaq birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. İclas keçirilən gün ictimai birliyin 71 nəfər üzvü var idi. Həmin gün də bu iclasın səlahiyyətli olması üçün iclasda 36 nəfər üzvün iştirak etməsi kifayət edirdi. Amma faktiki olaraq iclasda 42 nəfər iştirak etmişdir ki, bu da ictimai birliyin həmin gün keçirilən Ümumi Yığıncağının tam səlahiyyətli olmasını təsdiq edir. Eyni zamanda X44 heyətinin əvvəlki üzvlərindən olan X20 və X43 rəsmi qaydada ictimai birliyin üzvlərinin Ümumi Yığıncağının keçirilməsinin vaxtı və yeri barədə rəsmi teleqramma göndərilsə də, onların heç biri Ümumi yığıncağının iclasında iştirak etməmişdir. Bununla da ictimai birliyin nizamnaməsinin tələblərini kobud şəkildə pozmuşlar. Həmçinin bu 2 şəxs İddiaçı fəaliyyətinə xələl gətirdiklərininə və ictimai birliyi nüfuzdan saldıqlarına görə ictimai birliyin üzvlərinin xx.xx.2024-cü il tarixli iclasının qərarı ilə onların hər ikisi ictimai birliyin üzvlüyündən və idarə heyətinin üzvlüyündən çıxarılmışdır. Bundan sonra həmin iclasda İddiaçı yeni idarə heyətinin tərkibi seçilmişdir. Yeni seçilmiş idarə heyətinin tərkibində də Nümayəndə yenidən "X33 " X47 Heyətinin sədri seçilmişdir. Bundan sonra həmin bu ictimai birliyin üzvlərinin Ümumi Yığıncağında seçilmiş ictimai birliyin yeni idarə heyətinin tərkibinin və sədrinin Dövlət Reyestrində Qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişlər. Lakin cavabdeh orqan tərəfindən ərizənin təmin edilməsindən imtina olunmuş və əsas kimi də X8 da Qurumun sədri kimi Dövlət Qeydiyyatına alınması üçün Nazirliyə müraciət etdiyi göstərilmişdir. Cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, İddiaçı idarə heyətinin üzvü və sədri kimi seçilməyim barədə məlumatlar da hələ 2022-ci ildən cavabdeh orqanda vardır. Cavabdehin özünün təqdim etdiyi X23 da görsənir ki, X20 bu İctimai Birliyin üzvü kimi qeydiyyat olunmuşdur. Təbii ki, cavabdeh orqan "İnzibati İcraat Haqqında" AR Qanunun tələblərinə görə bir İnzibati Orqan kimi, həm mənim, həm də X8 müraciətini araşdıraraq, yalnız bundan sonra qanunamüvafıq qərar qəbul etməli idi. Lakin işin hallarından da görsənir ki, cavabdeh orqan tərəfindən heç bir inzibati araşdırma aparılmamış və yalnız X8 müraciətinə istinad edərək, belə bir qərar qəbul etmişdir. Həm Nümayəndə tərəfimdən, həm də X20 tərəfindən AR Ədliyyə Nazirliyinə müraciət ictimai birliyin blankı və möhürü ilə göndərilsə də, cavabdeh orqan tərəfindən bununla əlaqədar heç bir tədbir görülməmişdir. Belə ki, işin hallarından da açıq-aydın görsənir ki, əgər mən 2022-ci ildə ictimai birliyin sədri kimi Dövlət Restrində qeydiyyata alınmışamsa və həmin vaxtdan bu günə kimi fəaliyyət göstərirəmsə, təbii ki, ictimai birliyin möhürü də məndə olmalıdır. X3 ictimai birliyin möhürü ilə cavabdeh orqana hər hansı bir məktubun göndərməsi həmin məktubdakı möhürün saxta olmasını açıq- aydın sübut edir. Belə bir vəziyyətdə AR Ədliyyə Nazirliyi X20 barəsində AR Baş Prokurorluğuna müraciət etməli olduğu halda bunu etməmişdir. Bu faktın özü də bir daha təsdiq edir ki, cavabdeh orqan üzərinə düşən vəzifələri yerinə yetirməmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X21 və X50 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Üçüncü şəxs X39 iddiaya yazılı münasibəti təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində YDDİB-nin ümumi yığıncağı keçirilərək YDDİB-nin İdarə Heyətinin seçilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli 05/29/7-14 saylı Ədliyyə Nazirliyi X4 reyestrindən çıxarışın 12-ci bəndində qeyri-hökumət təşkilatının icra orqanlarının səlahiyyət müddəti xx.xx.2024-cü il tarixinədək göstərilib. Göründüyü kimi iddiaçı Nümayəndə YDDİB-nin İdarə Heyətinin səlahiyyət müddəti bitmədiyi halda, İdarə Heyəti ola-ola qanunsuz olaraq əvvəlcədən İdarə Heyətinin seçilməsi ilə bağlı Ümumi Yığıncaq keçirib. Belə ki, YDDİB-nin Nizamnaməsinin 6.11-ci bəndinin tələbi pozulub. İddiaçı Nümayəndə YDDİB-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli protokolu əsasında xx.xx.2022-ci il tarixli 05/29/4-14 saylı Ədliyyə Nazirliyi X4 reyestrindən çıxarışa əsasən YDDİB-nin sədri və qanuni təmsilçisi olaraq dövlət qeydiyyatına alınmışdır. 2022-ci il tarixində əlavə iki ümumi yığıncaq keçirilmişdir ki, onlardan biri hüquqi ünvanın dəyişdirilməsi digəri isə İdarə Heyətinə iki yeni üzvün əlavə edilməsi ilə bağlı olmuşdur. Bakı şəhər Xətai rayon Məhkəməsinin e-2(011)-1430/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən Nümayəndə sədr və qanuni təmsilçi olaraq təyin olunduğu YDDİBnin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli protokolu qanunsuz hesab edilmişdir. Həmin protokol qanunsuz hesab edildikdə isə İdarə Heyəti də qanunsuz seçilmiş olur və heç bir səlahiyyətə malik olmur. İdarə Heyəti qanunsuz seçilmiş olduqda isə onun sonradan qəbul etdiyi bütün qərarlar da qanunsuz hesab edilir. Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda YDDİB-nin sonuncu dəfə 292 nəfər üzvünün dövlət qeydiyyatına alındığı bildirilmişdir. YDDİB-nin Nizamnaməsinin 6.2-ci bəndində qeyd edilir ki, Ümumi Yığıncaq icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. YDDİB- nin xx.xx.2023-cü il tarixli ümumi yığıncağını icra orqanının çağırması qanunsuzdur, çünki Bakı şəhər Xətai rayon Məhkəməsinin e-2(011)-1430/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən icra orqanının seçildiyi protokol qanunsuz hesab edilib, təsisçi yalnız Ziyətxan Cəlilovdur ki, o da çağırmayıb və üzvlər 292 nəfərdir ki, onların da üçdə bir hissəsi olan 98 nəfər çağırmayıb çünki protokolda üzvlərin ümumi sayı 71 nəfər göstərilib. Belə ki, Qeyri- hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 25.3-cü maddəsinin və YDDİB-nin Nizamnaməsinin 6.2-ci bəndinin tələbi pozulub. Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda YDDİB-nin sonuncu dəfə 292 nəfər üzvünün dövlət qeydiyyatına alındığı bildirilmişdir. YDDİB-nin xx.xx.2023-cü il tarixli protokolunda 2-ci səhifə 1-ci sətirdə YDDİBnin 71 nəfər üzvü olması, xx.xx.2024-cü il tarixli 8 saylı arayışda isə 68 nəfər üzvünün olması qeyd edilmişdir. Göründüyü kimi iddiaçı Nümayəndə özü də dəqiq bilmir ki, nə qədər üzv var və onun saxtakarlığı elə Məhkəməyə təqdim etdiyi bu sənədlərdən bəlli olur. YDDİB-nin Nizamnaməsinin 6.5-ci bəndinə əsasən Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Deməli ki, YDDİB-nin xx.xx.2023cü il tarixli ümumi yığıncağının səlahiyyətli hesab olunması üçün 292 nəfər üzvün yarısı yəni 146 nəfər iştirak etməli və 2/3 səs çoxluğu 96 səs (6.6-cı bənd) olmalı idi. Lakin iddiaçı Nümayəndə 146 nəfər yox cəmi 42 nəfərin iştirakı ilə yenə də saxtakarlıqla özünü sədr seçib. Belə ki, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 25.6-cı maddəsinin və YDDİB-nin Nizamnaməsinin 6.5-ci və 6.6-cı bəndinin tələbi pozulub. Göründüyü kimi Nümayəndə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı qanuni təmsilçinin seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı iddiası tamamilə qanunsuz və əsassızdır. Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 25.3-cü maddəsinə və YDDİB-nin Nizamnaməsinin 6.2-ci bəndinə əsasən hal-hazırda Nümayəndə ümumi yığıncaq çağırmaq səlahiyyəti yoxdur və ümumi yığıncağı yalnız dövlət qeydiyyatında olan 292 nəfər üzvdən 98 nəfəri və ya təsisçi Ziyətxan Cəlilov çağıra bilər. Ona görə də bütün bu və digər Məhkəmə prosesləri yekunlaşdıqdan sonra dövlət qeydiyyatında olan 292 nəfər üzvdən 98 nəfərinin və ya təsisçi Ziyətxan Cəlilovun çağırışı ilə Ümumi Yığıncaq keçirilərək YDDİB-nin qanuni təmsilçisi və yeni İdarə Heyəti seçiləcəkdir. Qeyd edilənlərə əsasən Nümayəndə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı qanuni təmsilçinin seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında Şəhadətnaməyə əsasən qeydiyyat nömrəsi 1119- Q70-3775, Hüquqi şəxsin adı İddiaçı, dövlət qeydiyyatına alındığı tarix 31 oktyabr 2019-cu ildir. İddiaçı 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokoluna əsasən iclasda sədr Nümayəndə, sədr müavini X50, üzvlərin ümumi sayı 115 nəfər olmaqla iclasda 86 nəfər üzv iştirak edir. Yığıncağın gündəliyini birliyin idarə heyətinin sədrinin, sədr müavinin və üzvlərinin seçilməsi, birliyin qanuni təmsilçisinin təyin edilməsi təşkil edir. Gündəliyin birinci məsələsi barədə iclasın sədri Nümayəndə bildirdi ki, İddiaçı idarə heyətinin səlahiyyət müddəti xx.xx.2021-ci ildə bitdiyi üçün Birliyin ümumi yığıncağı yeni idarə heyətini yaratmalıdır. Gündəliyin birinci məsələsi barədə İddiaçı təsisçilərindən biri olan X21 çıxış edərək təklif etdi ki, Birliyin idarə heyətinin sədri Nümayəndə, idarə heyəti sədr müavini kimi X50, idarə heyətinin üzvləri kimi isə X21, X31, X9, X32 və X24 təyin olunsun. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi. Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən X50 təklif etdi ki, İctimai Birliyin qanuni təmsilçisi kimi Nümayəndə təyin olunsun. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi. X44 Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir: Nümayəndə-sədr, X50- sədr müavini, X21, X31, X9, X32 və X24- üzvlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X4 Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən İddiaçı hazırki hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 1sədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına, milli-mənəvi dəyərlərinin qorunmasına kömək etməkdən ibarətdir. İdarə heyətinin sədri- Nümayəndə, sədr müavini- X50, digər üzvləri X21, X40, X9, X32, X16r. Qeyri-hökumət təşkilatının icra orqanlarının səlahiyyət müddəti xx.xx.2024-cü il tarixədək, ictimai birliyin üzvlərinin sayı 115 nəfər, qanuni təmsilçi Nümayəndə, qeydiyyata alınmanın hüquqi əsasları ümumi yığıncağın xx.xx.2022-ci il tarixli protokolu və digər sənədlər, dəyişikliklərin qeydiyyat tarixi xx.xx.2022- ci ildir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1430/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar X5, X39, X17, X10, X13, X22, X6, X11, X18, X7 cavabdeh İddiaçınə qarşı iddia tələbi təmin edilmiş, İddiaçı 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu qanunsuz hesab edilmişdir. X42 İctimai Birliyinin xx.xx.2023-cü il tarixi 01 nömrəli protokoluna əsasən Nümayəndə, X31 və X25 İctimai Birliyin üzvlüyündən xaric edilməsi, X44 X1 sədr, X19 müavini və əlavə 9 nəfər üzvdən ibarət yeni tərkibdə təsdiq edilməsi və İctimai Birliyin qanuni təmsilçisi X10 təsdiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X14 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda X10 “X42” İctimai Birliyinin qanuni təmsilçisi seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxıldığı bildirilmişdir. Qeyd edilmişdir ki, ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarı ilə Nümayəndə da qurumun sədri seçilməsi faktının dövlət qeydiyyatına alınması barədə nazirliyə müracətin daxil olduğu, eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə birbirinə zidd müraciətlər daxil oduğundam sənədlərin geri qaytarılması göstərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli, 1 nömrəli protokolu ilə X50 və X12 YDDİB idarə heyətinin və YDDİB-nın üzvlüyündən xaric edilməsi, idarə heyətinin yeni tərkibi 5 nəfər üzvdən ibarət yeni tərkibinin seçilməsi, Nümayəndə idarə heyətinin sədri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nümayəndə ünvanladığı xx.xx.2024cü il tarixli məktubunda Nümayəndə “X38” İctimai Birliyinin qanuni təmsilçisi seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxıldığı bildirilmişdir. Qeyd edilmişdir ki, ümumi yığıncağın xx.xx.2024-cü il tarixli qərarı ilə Nümayəndə da qurumun sədri seçilməsi faktının dövlət qeydiyyatına alınması barədə nazirliyə müracətin daxil olduğu, eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə birbirinə zidd müraciətlər daxil oduğundam sənədlərin geri qaytarılması göstərilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır - 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda - Maddə 12.1. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyrikommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən aparılır. - Maddə 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.1. qurumun adı (firma); 14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); 14.1.3. qurumun təşkilati-hüquqi forması; 14.1.4. maliyyə ili; 14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; 14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar; 14.1.8-1. qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat; 14.1.9. qurumun ləğvetmə prosesində olması barədə məlumat; 14.1.9-1. məhkəmənin qərarı ilə hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar; 14.1.10. qurumun ləğv edilməsi barədə məlumat İstinad olunan normalardan məlum olur ki, hüquqi şəxs, dövlət qeydiyyatına alındıqdan sonra reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik olduqda, həmin dəyişikliyə dair sənədlər təqdim edilməli və dəyişiklik qeydə alınmalıdır. İş materiallarından görünür ki, İddiaçı sonuncu qeydiyyat məlumatlarından görünür ki, birliyin xx.xx.2024-cü il tarixədək qüvvədə olan reyestr məlumatlarına əsasən idarə heyətinin sədri və birliyin qanuni təmsilçisi Nümayəndə olmaqla 115 nəfər üzvdən ibarət sayda ümumi yığıncağın xx.xx.2022-ci il tarixli protokolu ilə xx.xx.2022-ci il tarixdən reyestrdəki dəyişikliklər qeydiyyata alınmışdır. Həmin reyestr məlumatlarının qüvvədə olduğu vaxtda ümumi yığıncağın iclasının sədri Nümayəndə olmaqla xx.xx.2023-cü il tarixdə yığıncaq keçirilmiş və reyestr dəyişikliyini nəzərdə tutan birliyin növbəti müddət üçün tərkibi, sədri yenidən seçilmişdir. İddiaçı qeyd edilən reyestr məlumatlarının qeydiyyatı ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabeh qurum birliyin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarı ilə X10 da qurumun sədri seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olduğunu, ziddiyyətli müraciətlərin daxil olduğunu əsas götürərək müraciətin təminindən imtina etmişdir. Göründüyü kimi ictimai birliyin üzvləri arasında biriyin idarə heyətinin tərkibi, sədr və üzvlərinin seçilməsi ilə bağlı məsələ mübahisəlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1430/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar X5, X39, X17, X10, X13, X22, X6, X11, X18, X7 cavabdeh İddiaçınə qarşı İddiaçı 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun qanunsuz hesab edilməsi barədə iddiaları təmin edilmişdir. Qətnamədə qeyd edilmişdir ki : “49. Göründüyü kimi 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağın keçirilməsi ilə bağlı bildirişlər vaxtında, lazımi qaydada göndərilməmiş, ümumi yığıncağın keçirilməsi üçün yetərsay mövcud olmamış, ümumi yığıncağın harada, nə zaman keçirilməsini sübuta yetirən mötəbər sübutlar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla da həm həm “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu tələbləri (§40), həm də Birliyin Nizamnaməsinin tələbləri (§14) pozulmuşdur.” Göründüyü kimi hazırkı halda ilkin olaraq hüquqi qüvvəsi xx.xx.2024-cü il tarixədək olan xx.xx.2022-ci il reyestr dəyişikliyinin qeydə alınmasına əsas olmuş birliyin xx.xx.2022ci il tarixli protokolu mülki məhkəmə icraatında mübahisələndirilmişdir. Göründüyü kimi, birliyin üzvlərinin bir qismi xx.xx.2022-ci il tarixli protokolun nəticələrinin yanlış olduğunu, həqiqəti əks etdirmədiyini iddia edir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, İctimai birliyin xx.xx.2022-ci il tarixdə keçirilmiş ümumi yığıncağının nəticələri, o cümlədən Nümayəndə sədr seçilməsi barədə qərar mübahisələndirilir, deməli, həmin qərarın nəticələri üzrə reyestr qeydləri əsasında keçirilmiş ümumi yığıncağın qəbul etdiyi qərarın nəticələri üzrə də qeydiyyat aparıla bilməz. Belə ki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda və ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda, dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır Məhkəmə onu da qeyd edir ki, xx.xx.2022-ci il tarixli ümumi yığıncağın protokolunun mübahisələndirilməsi ilə bağlı yekun məhkəmə qərarı qəbul edildikdən sonra iddiaçı dəyişikliyin qeydə alınması üçün yenidən cavabdehə müraciət edə bilər və bu iş üzrə qərar, iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyəninzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar