Məhkəmə qərarları › İş №2-1(112)-8742/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8742/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8742/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı X9 güzəştli şərtlərlə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, 13 yanvar 2023-cü il tarixli 14-2-4/2-K-1- 42/2023-1 nömrəli arxiv arayışına əsasən İddiaçı həqiqətən “Xəzərneftqazgeofizikkəşfiyyat” trestinin (indiki X3) 1, 13, 12, 6 saylı X11 daxiliyanma mühərriklərinin maşinisti, Radiogeodeziya Partiyasında maşinist, Radiotopogeodeziya Partiyasında maşinist, 1 saylı X7 Seysmik yazıların qeydiyyatı partiyasında kompressor qurğularının maşinisti, X1 kompressor qurğularının maşinisti, 1 №-li çöl seysmik ekspedisiyasına çöl işləri müddətinə geofiziki işlər üzrə fəhlə, X8 kompressor qurğularının maşinisti vəzifələrində çalışmışdır. İddiaçı xx.xx.1981-ci il tarixli 113-k saylı əmrə əsasən “Xəzərneftqazgeofızkəşfiyyat" trestinin 6 saylı X12 daxiliyanma mühərriklərinin 3-cü dərəcəli maşinist vəzifəsinə qəbul olunmuş, xx.xx.1988-ci il tarixli 53-k saylı əmrə əsasən 12 saylı X12 kompressor qurğularının 5-ci dərəcəli maşinisti, xx.xx.1997-ci il tarixli 18-i saylı əmrə əsasən Radiotopogeodeziya Partiyasına 5-ci dərəcəli maşinisti, Kəşfıyyatgeofızika İdarəsinin xx.xx.2006-cı il tarixli 18-k saylı əmrə əsasən Radiogeodeziya Dəstəsinə kompressor qurğularının 5-ci dərəcəli maşinisti, xx.xx.2013-cü il tarixli 47-k saylı əmrə əsasən 1 saylı X7 Sesmik yazıların qeydiyyatı partiyasının kompressor qurğularının 5-ci dərəcəli vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixli 116-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixli 477-k saylı əmrə əsasən X2 kompressor qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1200/xx-xx-000044 saylı əmrə əsasən 1№-li çöl seysmik ekspedisiyasına çöl işləri müddətinə geofiziki işlər üzrə 4-cü dərəcəli fəhlə, xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1200/xx-xx-0000384 saylı əmrə əsasən X8 kompressor qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsinə keçirilmişdir. Güzəştli iş stajı xx.xx.1981-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi cəmi 41 il 6 aydır. İddiaçı çalışdığı maşinist, fəhlə vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısf’nda 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 2130100а yarımbəndinin 13590 qazma qurğularının maşinistləri kodunda və 17531 kodunda göstərilmişdir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavab ünvanlamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3- 17-1/2-k-35395/2023 nömrəli cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 20 yanvar 2023-cü il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyatı üzrə baxılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (Xİİ) qazma bəndinin (İ) fəhlələr yarımbəndində (a) 2130100а-13590 kodu üzrə qazma qurğularının maşinistləri və 2130100a-l 7531 kodu üzrə quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri: karotaj çılar: özühərəkətedən karotaj stansiyasının motorçuları: partladıcılar vəzifələri nəzərdə tutulmuşdur. Cavab məktubunda bildirilir ki, Mərkəzi Filiala təqdim etdiyiniz ИТ-1 ******* nömrəli əmək kitabçasında və Geofizika və Geologiya İdarəsinin sizə dair arayışında xx.xx.1989xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərneftqazgeofızikkəşfıyyaf’ trestinin X11, xx.xx.1999-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində Radiogeodeziya partiyasında, xx.xx.2012-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Topogeodeziya və kartoqrafıya partiyasında, xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2014-cü il tarixindən bugünədək X8 kompressor qurğusunun maşinisti vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Cavab məktubunda bildirilir ki, qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 24 dekabr tarixli 451 nömrəli qərarı ilə kompressor qurğusunun maşinisti peşəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil edilmişdir. Buna görə də hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu qərarı İddiaçı da şamil edilməlidir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı “xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və həmin ərizə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8742/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı 20 yanvar 2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı güzəştli iş stajının mövcud olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsində ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun İfcamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X16 qərtarlarını, X16 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (Xİİ) qazma bəndinin (1) fəhlələr yarımbəndində (а) 2130100а— 13590 kodu üzrə qazma qurğularının maşinistləri və 2130100а—17531 kodu üzrə quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: - karotaj stansiyasının qaldırıcı maşinistləri; - Karotajçılar; - özühərəkətedən karotaj stansiyasının motorçuları; - partladıcılar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı mərkəzi filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında və Geofizika və Geologiya İdarəsinin güzəştli iş stajına dair arayışında onun xx.xx.1989xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərneftqazgeofizkəşfiyyat” testinin X11, xx.xx.1999-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Radiogeodeziya partiyasında, xx.xx.2012-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Topogeodeziya və kartoqrafiya partiyasında, xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2014-cü il tarixindən bugünədək X8 kompressor qurğusunun maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçı F.Kərimovun güzəştli iş stajı mövcud deyildir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/2-K-353951 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Ənalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 20 yanvar 2023-cü il tarixində daxil olmuş iddiaçının müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X13 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X16 qərarlarını, X16 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (Xİİ) qazma bəndinin (!) fəhlələr yarımbəndində (а) 2130100а—13590 kodu üzrə qazma qurğularının maşinistləri və 2130100а—17531 kodu üzrə quyularda geofiziki tədqiqat işlərini icra edən mədəngeofizikı partiyaların və dəstələrin fəhlələri: - karotaj stansiyasının qaldırıcı maşinistləri; - Karotajçılar; - özühərəkətedən karotaj stansiyasının motorçuları; - partladıcılar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında və Geofizika və Geologiya İdarəsinin arayışında xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində "Xəzərneftqazgeofizkəşfiyyat” trestinin X11, xx.xx.1999- 03.09 2012-ci il tarixləri arasındakı dövr ərzində Radiogeodeziya partiyasında, xx.xx.2012- xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Topogeodeziya və kartoqrafiya partiyasında, xx.xx.2013xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2014-cü il tarixindən bugünədək X8 kompressor qurğusunun maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. - Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Geologiya və geofizika idarəsi tərəfindən İddiaçı verilmiş arayışın surətindən görünür ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (KGİB (maşınist, fəhlə)) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 41 il 6 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri DSE-da kompressor qurğularının maşınisti, çöl işləri müddətində geofiziki işlər üzrə fəhlə vəzifəsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 2130100a bəndinə (yarımbəndinə) və (və ya) 13590, 17531 vəzifə koduna uyğundur; - məhkəmənin sorğusu əsasında Geofizika və geologiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-4/2-323/2023 nömrəli arxiv arayışından görünür ki, həqiqətən 'Xəzərneftqazgeofizkəşfiyyat" trestinin (indiki X4) arxiv sənədlərində İddiaçı trestin 1, 13, 12, 6 saylı X11 daxiliyanma mühərriklərinin maşinisti, Radiogeodeziya Partiyasında maşinist, Radiotopogeodeziya Partiyasında maşinist, 1 saylı X12 kompressor qurğularının maşinisti, 1 saylı X7 Seysmik yazıların qeydiyyatı partiyasında kompressor qurğularının maşinisti, X1 kompressor qurğularının maşinisti, 1№-li çöl seysmik ekspedisiyasına çöl işləri müddətinə geofiziki işlər üzrə fəhlə, X8 kompressor qurğularının maşinisti vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1981-ci il tarixli 113-k saylı əmrə əsasən “Xəzərneftqazgeofizkəşfiyyat” trestinin 6 saylı X12 daxiliyanma mühərriklərinin 3-cü dərəcəli maşinist vəzifəsinə işə qəbul olunub. xx.xx.1988-ci il tarixli 53-k saylı əmrə əsasən 12 saylı X12 kompressor qurğularının 5-ci dərəcəli maşınisti, xx.xx.1997-ci il tarixli 18-i saylı əmrə əsasən Radiotopogeodeziya Partiyasına 5-ci dərəcəli maşinist, Kəşfiyyatgeofzika İdarəsinin xx.xx.2006-cı il tarixli 18-k saylı əmrə əsasən Radiogeodeziya Dəstəsinə kompressor qurğularının 5-ci dərəcəli maşinisti, xx.xx.2013-cü il tarixli 47-k saylı əmrə əsasən 1 saylı X7 Seysmik yazıların qeydiyyatı partiyasın kompressor qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.2014-cü il tarixli 116-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib İşə qəbul olma: xx.xx.2014-cü il tarixli 477-k saylı əmrə əsasən X1 kompressor qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsinə işə qəbul olunub. xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1200/xx-xx-000044 saylı əmrə əsasən 1№-li çöl seysmik ekspedisiyasına çöl işləri müddətinə geofiziki işlər üzrə 4-cü dərəcəli fəhlə, xx.xx.2014-cü il tarixli ARDNŞ/14- 1200/xx-xx-0000384 saylı əmrə əsasən X8 kompressor qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsinə keçirilib. Hal-hazırda işləyir. Cəmi güzəştli iş stajı xx.xx.1981-ci il tarixdən 13.01 2023-cü il tarixinə kimi 41 il 6 aydır. İddiaçı çalışdığı maşinist, fəhlə vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin sıyahısı’nda 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 2130100а yarımbəndinin 13590 qazma qurğularının maşinistləri kodunda və 17531 kodunda göstərilmişdi. Adlandırma: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinin 2.2 bəndinə əsasən “Xəzərdənizneftgeofizkəşfiyyat” və “Azərneftgeofizika” trestləri bırləşdirilərək onların maddi-texniki bazasında "xxxx" İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000-01- SM-05-000033 saylı əmrinə əsasən Geofizika və geologiya İdarəsinin tabeliyində olan Kəşfiyyatgeofizika" İdarəsi X4 adlandırılmışdır. Əsaslandırma: Arxiv sənədlərinə əsasən. - xx.xx.1979-cu il tarixli ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur; - iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli ******* nömrəli əmək kitabçasının surəti. ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (29 iyun 2022-ci il tarixdən qüvvədə olan redaksiya) Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim edilməsi tələb olunur. Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinə əsasən iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyisənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri,yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda vəya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı tərəfindən iddiaçının müraciətinə cavab olaraq “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/2-K-353951 nömrəli məktub ünvanlayaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Ənalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 20 yanvar 2023-cü il tarixində daxil olmuş iddiaçının müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X13 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X16 qərarlarını, X16 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (Xİİ) qazma bəndinin (!) fəhlələr yarımbəndində (а) 2130100а—13590 kodu üzrə qazma qurğularının maşinistləri və 2130100а—17531 kodu üzrə quyularda geofiziki tədqiqat işlərini icra edən mədəngeofizikı partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri; Karotajçılar;özühərəkətedən karotaj stansiyasının motorçuları; partladıcılar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında və Geofizika və Geologiya İdarəsinin arayışında xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində "Xəzərneftqazgeofizkəşfiyyat” trestinin X11, xx.xx.1999- 03.09 2012-ci il tarixləri arasındakı dövr ərzində Radiogeodeziya partiyasında, xx.xx.2012- xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Topogeodeziya və kartoqrafiya partiyasında, 15.04 2013xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində və 08.01,2014-cü il tarixindən bugünədək X8 kompressor qurğusunun maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, sonradan cavabdeh məhkəmə icraatında iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Cavabdehin imtina dəlili iddiaçının güzəştli iş stajının olmamsıdır. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır. Kişilərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:

1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı.

2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı

3. Ümumi iş stajı minimum 25 il olmalıdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 60 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının yaşı və ümumi işstajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının 25 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Məhkəmə, iş materiallarındakı müvafiq materiallara və qanunvericilik normalarına istinad edərək cavabdehin etirazının əsassız olduğunu hesab edir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək 25 il ümumi iş stajı mövcud olmuşdur. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi Azərbaycan Respubliksı Dövlət Neft Şirkəti Geofizika və geologiya İdarəsi (SOCAR) tərəfindən tverilən Arayışlarla təsdiq olunur. Məhkəmə işin araşdırılması məqsədi ilə Azərbaycan Respubliksı Dövlət Neft Şirkətinə (SOCAR) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Geofizika və geologiya İdarəsinə sorğu məktubu ünvanlayaraq, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı güzəştli iş stajı barədə arayışın; Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Geofizika və geologiya İdarəsində işlədiyi kompressor qurğusunun maşinisti vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmuş vəzifələrə uyğun olub-olmaması, olduğu halda hansı vəzifəyə uyğun olması (konkret bəndi göstərilməklə) və İddiaçı kompressor qurğusunun maşinisti kimi yerinə yetirdiyi əmək funksiyaları barədə məlumatın qısa müddətdə məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respubliksı Dövlət Neft Şirkəti Geofizika və geologiya İdarəsi (SOCAR) tərəfindən xx.xx.2023-cü il tarixli “Arxiv arayışının göndərilməsi haqqında” məktub ilə İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışını məhkəmyə təqdim etmişdir. Geofizika və geologiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-4/2- 323/2023 nömrəli arxiv arayışından görünür ki, həqiqətən 'Xəzərneftqazgeofizkəşfiyyat" trestinin (indiki X4) arxiv sənədlərində İddiaçı trestin 1, 13, 12, 6 saylı X11 daxiliyanma mühərriklərinin maşinisti, Radiogeodeziya Partiyasında maşinist, Radiotopogeodeziya Partiyasında maşınist, 1 saylı X12 kompressor qurğularının maşinisti, 1 saylı X7 Seysmik yazıların qeydiyyatı partiyasında kompressor qurğularının maşinisti, X1 kompressor qurğularının maşinisti, 1№-li çöl seysmik ekspedisiyasına çöl işləri müddətinə geofiziki işlər üzrə fəhlə, X8 kompressor qurğularının maşinisti vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1981-ci il tarixli 113-k saylı əmrə əsasən “Xəzərneftqazgeofizkəşfiyyat” trestinin 6 saylı X12 daxiliyanma mühərriklərinin 3-cü dərəcəli maşinist vəzifəsinə işə qəbul olunub. xx.xx.1988-ci il tarixli 53-k saylı əmrə əsasən 12 saylı X12 kompressor qurğularının 5-ci dərəcəli maşınisti, xx.xx.1997-ci il tarixli 18-i saylı əmrə əsasən Radiotopogeodeziya Partiyasına 5-ci dərəcəli maşinist, Kəşfiyyatgeofzika İdarəsinin xx.xx.2006-cı il tarixli 18-k saylı əmrə əsasən Radiogeodeziya Dəstəsinə kompressor qurğularının 5-ci dərəcəli maşinisti, xx.xx.2013-cü il tarixli 47-k saylı əmrə əsasən 1 saylı X7 Seysmik yazıların qeydiyyatı partiyasın kompressor qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.2014-cü il tarixli 116-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. İşə qəbul olma: xx.xx.2014-cü il tarixli 477-k saylı əmrə əsasən X1 kompressor qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsinə işə qəbul olunub. xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1200/xx-xx-000044 saylı əmrə əsasən 1№-li çöl seysmik ekspedisiyasına çöl işləri müddətinə geofiziki işlər üzrə 4-cü dərəcəli fəhlə, xx.xx.2014-cü il tarixli ARDNŞ/14- 1200/xx-xx-0000384 saylı əmrə əsasən X8 kompressor qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsinə keçirilib. Hal-hazırda işləyir. Cəmi güzəştli iş stajı xx.xx.1981-ci il tarixdən 13.01 2023-cü il tarixinə kimi 41 il 6 aydır. İddiaçı çalışdığı maşinist, fəhlə peşələrində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin sıyahısı’nda 1010100q yarımbəndinin 11710 kodunda çalışan işçilər ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin sıyahısında” 1.3 kodundakı Geologiya kəşfiyyat işləri (yerüstü)ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-gedeziya, hidroqrafiya, meşə qurluşu və axtraış işlərində çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirir. Adlandırma: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinin 2.2 bəndinə əsasən “Xəzərdənizneftgeofizkəşfiyyat” və “Azərneftgeofizika” trestləri bırləşdirilərək onların maddi-texniki bazasında "xxxx" İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000-01- SM-05-000033 saylı əmrinə əsasən Geofizika və geologiya İdarəsinin tabeliyində olan Kəşfiyyatgeofizika" İdarəsi X4 adlandırılmışdır. Əsaslandırma: Arxiv sənədlərinə əsasən. İş materiallarında olan şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Geologiya və geofizika idarəsi tərəfindən X9 verilmiş arayışın surətindən görünür ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (KGİB (maşınist, fəhlə)) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 41 il 6 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri DSE-da kompressor qurğularının maşınisti, çöl işləri müddətində geofiziki işlər üzrə fəhlə vəzifəsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 2130100a bəndinə (yarımbəndinə) və (və ya) 13590, 17531 vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 2130100a -a) fəhlələr ; 2130100a—13590 qazma qurğularının maşinistləri; 2130100a—17531 quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özühərəkətedən karotaj stansiyasının motorçuları, partladıcılar müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının 1010100q- q) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular; 1010100q—11710 geoloji işlərdə dağ-mədən fəhlələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) bölməsində - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiyageodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər olaraq göstərilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçının 60 yaşının tamam olduğu vaxt, yəni xx.xx.2020-ci il tarixinədək onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir. Eyni zamanda iddiaçının işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. İddiaçının çalışdığı həmin vəzifələrin güzəştli pensiya hüququ verən peşələrə aid olduğu işin hallarında sadalanan güzəştli arayışlarla da təsdiq olunur. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndinə əsasən) Məhkəmə qeyd edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş yaşa çatması mübahisəli deyil. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Şətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuşdur. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulan 25 ildən çox ümumi iş stajına və tələb olunan pensiya kapitalına (67956.75 manat) malik olması işin mübahisələndirilməyən halıdır. İş materiallarında olan iddiaçıya məxsus HЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan, İddiaçı məxsus xx.xx.1981-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci ildən əmək faliyyətinə başalmış və hal-hazıradaək işləyir. Beləliklə də, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinaya əsas olan faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (60 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Məhkəmə nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələblə xx.xx.2023ci il tarixdə cavabdeh inzibati orqana müraciət etməsi iş materialları ilə öz təsdiqini tapdığından və onun hüququ xx.xx.2020-ci il tarixdən yarandığından pensiya məbləği hüququ yarandığı tarixdən ödənilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X6 xx.xx.2020-ci il tarixdən, yəni 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə qoyulmaıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X6 xx.xx.2020-ci il tarixdən, yəni 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar