Məhkəmə qərarları › İş №2-1(112)-8745/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8745/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8745/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XN0 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları “67987” saylı hərbi hissəsinə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları “67987” saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları N saylı Hərbi Hissə Komandirinin iddiaçı barəsində 2024-cü ildə seçilmiş töhmət əmrlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı N8 iyul 20N3-cü ildən N saylı hərbi hissəsinin Komandirinin N saylı əmri ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmətə başlamışdır. İddiaçı gizir rütbəsi ilə feldşer vəzifəsində tibb məntəqələrində işləmişdir. NN mart 2022-ci ildə iddiaçı xidməti vəzifə borclarını laiyqincə yerinə yetirdiyinə, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdirdiyinə görə və N2 mart Daxili Qoşunların 30-cu il dönümü münasibəti ilə Fərmanla mükafatlandırılmışdır. NN mart 2024-cü ildə iddiaçı 3-cü dərəcəli “Qüsursuz Xidmətə görə” Medalı ilə təltif edilmişdir. Medal aldıqdan sonra, hərbi hissədə iddiaçıya qarşı qərəzli münasibət başladı və bir ay müddətində ard-arda ona iki dəfə töhmət edildi. Birinci hal onunla bağlı oldu ki. 2024-cü ilin aprel ayında iddiaçının öz xidməti vəzifəni layiqincə yerinə yertirmədiyinə görə töhmət verildi. Lakin hansı vəzifəsinin, hansı şəkildə layiqincə yerinə yetirmədiyi iddiaçıya izah edilmədi. Bundan az müddət sonra, daha bir töhmət verildi. İkinci hal onunla bağlı oldu ki, iddiaçının xidmət etdiyi iş otağında onun çantasına girildi və oradan onun sənədləri oğurlandı. İddiaçı bu oğurluq barədə hərbi hissə komandanlığına məlumat versə də, lakin oğurluq faktı üzrə prosessual qaydalara uyğun araşdırılma aparılmadı. Əvəzində iddiaçıya “sənədlərini itirdiyi” adı ilə töhmət elan edildi. Həmçinin bu əmrlərin heç biri iddiaçıya təqdim edilmədi. Daha sonra iddiaçı dəfələrlə, hətta yazılı şəkildə bu əmrləri hərbi hissədən tələb etsə də. ona töhmət elan edilməsi barədə əmrlər təqdim edilmədi. İddiaçıya verilən cavabların birində bu əmrlərin ərizəçinin şəxsi işinə əlavə edildiyini və bu şəxsi işinin SHXÇDX-nin Sabunçu rayon idarəsinə göndərildiyi bildirildi. Lakin SHXÇDX-nin Sabunçu rayon idarəsində olan şəxsi işin içində də həmin əmrlər yox idi. 30 avqust 2024-cü ildə iddiaçı xidmət müddəti başa çatdığına görə N saylı Hərbi Hissənin Komandirin 228 saylı əmri ilə ehtiyyata buraxılmışdır. Barəsində seçilmiş töhmət əmrləri iddiaçının hüquqlarını pozur və aşağıdakılara görə qanunsuz və əsassızdır. NN il qüsursuz xidmət edən, vəzifəsini layiqində yerinə yetirən, şəxsi nümunə və yüksək hərbi intizam nümayiş etdirən bir şəxsin buna görə mükafatlandırıldıqdan dərhal sonra tam əks xarakterli şəxsə çevrilməsi inandırıcı deyil. 2024-cü ilin aprel ayından iddiaçıya qarşı qərəzli hücumların və hətta təhqirlərin başlanılmasının sübutları vardır və onları məhkəməyə təqdim edirik. Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli. 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 6N-ci bədinin "b” yarımbəndinə əsasən gizirlərə və miçmanlara töhmət verilə bilər. Nizamnamənin 85-ci bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi quİluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. İlk töhmətə gəldikdə isə ərizəçiyə bu günə kimi bəlli deyil ki. onun barəsində bu cəza hansı səbəbdən seçilib. Onun tərəfindən yol verilmiş hər hansı nalayiq hərəkətlə və vəzifə borcunu layiqincə yerinə yetirməməklə bağlı hər hansı intizam icraatı aparılmayıb, araşdırma aparılmayıb və onun bununla bağlı izahatı alınmayıb. Belə olan təqdirdə onun barəsində seçilmiş cəza "barmaqdan sovrulan” xarakteri daşıyır, əsaslandırılmamış və özbaşına tədbirdir. İkinci töhmətə gəldikdə iddiaçı bildirir ki, onun çantasından iş yerində sənədlərinin oğurlanmasına görə onun cəzalandırılması onun barəsində seçilən adekvat tədbir deyildi. Hətta sənədlərin itirilməsinə görə də intizam cəzalandırması adekvat sayıla bilməz. Nizamnamənin 85-ci bəndində "nalayiq hərəkətə'’ görə cəzaların tətbiqi nəzərdə tutulur. Nalayiq hərəkət qəsdli davranışdır. Şəxsi sənədlərin itirilməsi isə nə hərəkət, nə də qəsdli hərəkət hesab edilə bilməz. Digər tərəfdən isə hərbi hissə təhqiqat bölümü onun sənədlərinin oğurlanması faktı ilə bağlı hərtərəfli, obyektiv və qərəzsiz araşdırma aparmayıb və bu barədə müvafiq prosessual qərar aparmayıb. Belə araşdırma aparmadan iddiaçının sənədlərinin yoxa çıxmasında onun özünün təqsirli bilinməsi və cəzalandırılması iddiaçı barəsində seçilmiş əsaslandırılmış tədbir hesab edilə bilməz. Bundan əlavə iddiaçıya bu intizam cəzaları tətbiq edilərkən, cəzanın növü və dərəcəsi seçilərkən, onun törətdiyi iddia olunan hərəkətlərin xarakteri, törədilmə şəraiti, iddiaçının bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınmayıb. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehin iddiaya yazılı etirazında bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu, ehtiyatda olan gizir İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalı və mümkünsüz hesab olunmalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, xx.xx.20N3-cü il tarixdən daxili qoşunların N saylı hərbi hissəsində (hərbi qospital) və N saylı hərbi hissəsində müxtəlif rütbələrdə və vəzifələrdə xidmət etmiş, xx.xx.2022-ci il tarixdə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiyinə, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdirdiyinə görə və Daxili qoşunların yaranmasının 30-cu il dönümü münasibətilə Fərmanla, xx.xx.2024-cü ildə 3-cü dərəcəli “Qüsursuz xidmətlərə görə” medal ilə təltif olunmuş, medal aldıqdan sonra hərbi hissədə ona qarşı qərəzli münasibət başlamış və bir ay müddətində ona ard-arda iki dəfə “Töhmət” elan edilmiş, 2024-cü ilin aprel ayında xidməti vəzifə borcunu layiqincə yerinə yetirmədiyinə görə töhmət verilsə də, lakin hansı vəzifəsini hansı şəkildə layiqincə yerinə yetirmədiyi izah edilməmiş, az müddət sonra növbəti “Töhmət” elan olunmuş, xidmət etdiyi iş otağında onun çantasına “girilmiş", oradan onun sənədləri oğurlanmış, oğurluq barəsində hərbi hissə komandanlığına məlumat versə də oğurluq faktı üzrə prosessual qaydalara uyğun araşdırma aparılmamış, ona sənədlərini itirməsi adıyla “Töhmət” elan edilmişdir. Həmçinin, İddiaçı ərizəsində bildirmişdir ki, cəzalandırılması barədə əmrlər ona təqdim edilməmiş, daha sonra dəfələrlə, hətta yazılı şəkildə əmrləri hərbi hissədən tələb etsə də, “Töhmət” elan edilməsi barədə əmrlər ona təqdim edilməmiş, əmrlərin şəxsi işinə əlavə edilməsi və şəxsi işin SHXÇDX-nin Sabunçu rayon idarəsinə göndərildiyi bildirilsə də həmin şəxsi işin içərisində qeyd olunan əmrlərin surəti olmamışdır. Eyni zamanda, İddiaçı ərizəsində xx.xx.2024-cü il tarixdə xidmət müddəti başa çaldığına görə N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə ehtiyata buraxıldığını, barəsində seçilmiş “Töhmət” intizam cəzaları barədə əmrlərin onun hüquqlarını pozduğunu, NN il qüsursuz xidmət edən, vəzifələrini layiqincə yerinə yetirən, şəxsi nümunə və yüksək hərbi intizam nümayiş etdirən bir şəxsin mükafatlandırıldıqdan sonra dərhal sonra tam əks xarakterli şəxsə çevrilməsinin inandırıcı olmadığını, 2024-cü ilin aprel ayından ona qarşı qərəzli hücumların və təhqirlərin başlanmasının sübutlarının olduğunu və məhkəməyə təqdim etdiyini, Azərbaycan Respublikası Silahlı X2 maddələrindən əsaslar göstərərək inzibati icraat aparılmadan, izahatı alınmadan ona verilmiş intizam cəzalarının əsassız və qərəzli məqsəd daşıdığını bildirərək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin komandirinin 2024-cü ildə seçilmiş “Töhmət” əmrlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edirəm, iddia mümkün sayılmamalı və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan gizir XN işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.20N3-cü il tarixli 2N №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.20N3-cü il tarixli N7N №-li nizami hissə üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ idarəsindən hərbi vəzifəli kimi gəlmiş hesab edilərək “kiçik çavuş” hərbi rütbəsi verilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, N8 iyul 20N3cü il tarixdən cərrahiyyə şöbəsində tibb bacısı vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.20N8-ci il tarixli 73 №-li şəxsi heyət üzrə əmrinə əsasən Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.20N8-ci il tarixli 87 №-li nizami hissə üzrə əmrilə Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının sərəncamından azad edilərək N saylı hərbi hissədə tibb xidmətinin tibb məntəqəsində feldşer vəzifəsinə təyin edilərək 30 iyul 20N8-ci il tarixdən N saylı hərbi hissə komandirinin sərəncamına getmiş hesab edilməklə, DQBİ-nin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.20N8-ci il tarixli 73 №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.20N8-ci il tarixli 2N4 №-li nizami hissə üzrə əmrilə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, tibb xidmətinin tibb JY məntəqəsində feldşer vəzifəsinə təyin edilməklə, 02 avqust 20N8-ci tarixdən vəzifələrinin icrasına başlamış hesab edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli 3-N3-N4-25/N-5223/20N №-li raportla komanda üzrə hərbi hissənin tibb xidməti rəisinə müraciət edərək öhdəlik vaxtının başa çalmasına görə ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2024-cü il tarixli N7N №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 3-N3- N4-25/Ə228/20N №-li nizami hissə üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdığına görə) tibb xidmətinin tibb məntəqəsinin feldşeri vəzifəsindən azad edilib xx.xx.2024-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaqla hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla hərbi qeydiyyata alınması üçün SHXÇDX-nin Bakı şəhər Sabunçu rayon idarəsinə göndərilmişdir (xx.xx.2024-cü il tarixli 326 №-li göndəriş vərəqəsi). İddiaçı xidmət etdiyi müddət ərzində “xidmətin təşkili zamanı funksional vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlardan nəticə çıxarmadığı üçün” xx.xx.20N9-cu il tarixdə hərbi hissənin Tibb xidmətinin rəisi tərəfindən “Töhmət”, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərini pozaraq bilavasitə rəisinin icazəsi olmadan yuxarı instansiyalara müraciət etdiyinə görə” hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli Ə493 №-li əmri ilə “Töhmət”, “xidməti düzgün təşkil edib aparmadığına görə” xx.xx.2022-ci il tarixdə hərbi hissə komandiri tərəfindən “Töhmət”, “xidmət apararkən nöqsanlara yol verdiyinə görə” xx.xx.2024-cü il tarixdə tibb xidmətinin rəisi tərəfindən “Töhmət” və “xidməti sənədlərin daşınma qaydalarını pozaraq “gizir və МАХЕ hərbi qulluqçunun şəxsi vəsiqəsi”ni itirməsinə görə" hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 3-N3-N4-25/Ə42N/20N №-li əmri ilə “Şiddətli töhmət” intizam cəzaları ilə cəzalandırılmış, ehtiyata buraxılan zaman üzərində 2 intizam cəzası olmuş, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. İddiaçı xidmət etdiyi müddət ərzində “Nümunəvi hərbi intizam nümayiş etdirdiyinə, xidməti vəzifə borclarının icrasına layiq yanaşdığına, habelə 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə” N saylı hərbi hissənin komandirinin (hərbi qospital) xx.xx.20N6-cı il tarixli 49 №-li əmrilə N00 manat pulla, N2.N N.20N9-cu il tarixdə “verilmiş intizam cəzasından düzgün nəticə çıxardığına, xidmətdə dönüş yaratdığına görə” N saylı hərbi hissənin tibb xidməti rəisi tərəfindən əvvəlcədən verilmiş intizam cəzasının üzərindən götürülməsi (xx.xx.20N9-cıı il tarixdə verilmiş “Töhmət”), “202N-ci ilin avqust ayında qoşun xidmətinin təşkili və aparılmasında, hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nəaliyyətlərə görə” hərbi hissə komandirinin 09.09.202 N-ci il tarixli 0522 №-li əmri ilə əvvəlcədən verilmiş intizam cəzasının üzərindən götürülməsi (xx.xx.2020-ci il tarixdə verilmiş “Töhmət”), “Xidməti vəzilə borclarını layiqincə yerinə yetirdiyinə, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdirdiyinə görə və Daxili Qoşunların yaranmasının 30-cu ildönümü münasibəti ilə” hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Ə-224-3 86-22 №-li əmri ilə “Fərman” və “Xidmətində müsbət cəhətdən dönüş yaratdığına görə” hərbi hissə komandiri tərəfindən xx.xx.2022-ci il tarixdə əvvəlcədən verilmiş intizam cəzasının üzərindən götürülməsi (xx.xx.2022-ci il tarixdə verilmiş “Töhmət”) ilə həvəsləndirilmə növündə mükafatlandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ə-7N5 №-li xx.xx.2024-cü il tarixli əmrilə Silahlı Qüvvələrdə N0 təqvim ili qüsursuz xidmət etdiyinə görə “Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal” ilə təltif olunmuşdur. Yuxarıda qeyd olunanlardan məlum olur ki, İddiaçı xidmət etdiyi müddət ərzində 5 dəfə həvəsləndirilmə növündə mükafatlandırılmış, N dəfə isə “Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal” ilə təltif olunmuşdur. 5 dəfə həvəsləndirilmə növündə mükafatlandırılma, 3 halda əvvəlcədən verilmiş intizam cəzasının üzərindən götürülməsi olmuşdur. İddiaçı ərizəsində barəsində seçilmiş “Töhmət” intizam cəzalarının onun hüquqlarını pozduğunu, NN il qüsursuz xidmət etdiyini, vəzifələrini layiqincə yerinə yetirdiyini, şəxsi nümunə və yüksək hərbi intizam nümayiş etdirdiyini, mükafatlandırıldıqdan sonra tam əks xarakterli şəxsə çevrilməsinin inandırıcı olmadığını, 2024-cü ilin aprel ayından ona qarşı qərəzli hücumların və təhqirlərin başlanmasının, Azərbaycan Respublikası Silahlı X2 maddələrindən əsaslar göstərərək inzibati icraat aparılmadan, izahatı alınmadan ona verilmiş intizam cəzalarının əsassız və qərəzli məqsəd daşıdığını bildirsə də yuxarıda qeyd edilən intizam cəzalarından, həvəsləndirilmə qaydasında mükafatlandırılmalardan və “Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal” ilə təltif olunmasından məlum olur ki, ona qarşı heç bir qərəzli münasibət olmamış, verilmiş intizam cəzaları yol verdiyi intizam pozuntularına adekvat olmuşdur. Azərbaycan Respublikası Silahlı X3 və digər hərbi qanunvericilikdə mükafatlandırılmış hərbi qulluqçuların yol verdikləri intizam pozuntularına görə intizam qaydasında cəzalandırılmasını qadağan edən hər hansı bir norma müəyyən edilməmişdir. Toplanılmış materiallar öyrənilərkən məlum olmuşdur ki, İddiaçı verilmiş intizam cəzalarından nəticə çıxartmamış xidməti fəaliyyətinə və funksional vəzifə borclarının icrasına qeyri-ciddi münasibət bəsləmiş, aparılmış söhbətlərdən, tutulmuş iradlardan, verilmiş intizam cəzalarından düzgün nəticə çıxartmamış, həmçinin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının etik davranış qaydaları barədə 23N nömrəli əmrin 2-ci maddəsinin 2.2.2-ci bəndinin tələblərinə riayət etməyərək hərbi qulluqçunun şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərə yol vermiş, kollektivdə mənfisosial davranışlar. nümayiş etdirmişdir. Hərbi hissənin tibb xidməti rəisinin xx.xx.2024-cü il tarixli 3-N3-N4-25/N-5340/20N №-li raportuna əsasən hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 3- N3-N4-25/Ə423/20N №-li əmrinə əsasən gizir İddiaçı gizir heyətinin şərəf məhkəməsində dinlənilmiş, şərəf məhkəməsinin qərarı ilə ona “Xəbərdarlıq” elan olunmuşdur. Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 NNN fəsilində hərbi intizamın pozulmasına görə cəzalar müəyyən edilmişdir. Azərbaycan Respublikası Silahlı X5 əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər (maddə 43). İ hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə komandirlərin (rəislərin) qərarları ilə hərbi qulluqçuların nalayiq hərəkətləri zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq xidmət edən hərbi qulluqçuların nalayiq hərəkətlərinə zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq xidmət edən hərbi qulluqçuların şərəf məhkəmələrində baxıla bilər. Zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq xidmət edən hərbi qulluqçuların nalayiq hərəkətlərinin şərəf məhkəmələrində baxılması haqqındakı qərar tərkibində məhkəmələr yaradılmış hissələrin (idarələrin, müəssisələrin) komandirləri (rəisləri), həmçinin onların böyük rəisləri tərəfindən qəbul edilir (maddə 44). Gizirlərə və məzəmmət, töhmət, şiddətli töhmət, hauptvaxtda saxlanılmaqla N0 sutkayadək həbs; vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; aşağı vəzifəyə keçirmə, gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa), xidmət vaxtı başa çatmamış ehtiyata buraxma, gizir və miçman hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə və sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər (maddə 6N). Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır (maddə 85). Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir (maddə 87). Hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən - bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən N0 sutka keçənə qədər verilməlidir (maddə 93). İntizam cəzaları bir qayda olaraq dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayaraq icra edilir. Verilmiş intizam cəzası bir ay keçdikdən sonra icra edilmir, lakin təqsirkarın xidmət vərəqəsinə yazılır. Bu halda icram təmin etməyən şəxs məsuliyyət daşımalıdır (maddə 96). Verilmiş intizam cəzaları gizirlərə və miçmanlara - şəxsən, gizirlərin və miçmanların, həmçinin gizirlərin, miçmanların və zabitlərin müşavirəsində elan edilməlidir. Hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər (maddə 98). İ ləvəsləndirmələrin və intizam cəzalarının uçotu üzrə (İV fəsil) bilavasitə rəislər həvəsləndirmələr və intizam cəzaları haqqında şifahi və ya yazılı surətdə komanda üzrə gizirlərə hissə və gəmi komandirlərinə məlumat verirlər (maddə N00), bölüklərdən başlayaraq bütün bölmələrdə, hissələrdə, birləşmələrdə, Silahlı Qüvvələrin idarələrində, müəssisələrində həvəsləndirmələrin və intizam cəzalarının uçotu aparılır (maddə N0N). İddiaçı ərizəsində Azərbaycan Respublikası Silahlı X2 maddələrindən əsaslar göstərərək inzibati icraat aparılmadan, izahatı alınmadan ona verilmiş intizam cəzalarının əsassız və qərəzli məqsəd daşıdığını bildirsə də, qeyd olunan Nizamnamədə hərbi qulluqçulara intizam cəzası verilərkən inzibati icraatın aparılması və izahatın alınması kimi tələblər mövcud deyildir. İddiaçı “xidmət apararkən nöqsanlara yol verdiyinə görə” xx.xx.2024-cü il tarixdə verilmiş “Töhmət” intizam cəzası Nizamnamənin 98-ci maddəsinə əsasən ona şəxsən elan edilmiş, bu barədə Nizamnamənin N0N-ci maddəsinə əsasən hərbi hissənin Tibb xidmətinin rəisi tərəfindən 3-N3-N4-25/N-5340/24 nömrəli raportla hərbi hissə komandirinə məruzə olunmuşdur. Hərbi hissənin Tibb xidməti rəisi tərəfindən xx.xx.2024-cü il tarixdə 3-N3-N4- 25/N-4N78/2025 nömrəli raportla hissə komandirinə feldşer gizir X6 yoxlama zamanı DQ 00N748 nömrəli xidməti vəsiqəsini, DQ 39 nömrəli silah vəsiqəsini və hərbi hissəyə buraxılış vərəqəsini naməlum şəraitdə itirməsi barədə məlumat verməsini məruzə etmişdir. N saylı hərbi hissə komandiri tərəfindən yuxarıda qeyd olunan raport üzrə araşdırma aparılmasını hissə komandirinin tərbiyə işləri üzrə müavininə həvalə etmişdir. Araşdırma zamanı gizir İddiaçı izahat verərək qeyd olunan sənədlərin oğurlandığını bildirmiş, fakt üzrə təhqiqat aparılmış, təsdiqini tapmadığı üçün xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanılmasmm rədd edilməsi haqqında” qərar qəbul edilmiş, qəbul edilmiş qərar Bakı Hərbi Prokurorluğu tərəfindən öyrənildikdən sonra hərbi hissəyə geri qaytarılmışdır. Gizir İddiaçı “xidməti sənədlərin daşınma qaydalarını pozaraq “gizir və MAXN’ hərbi qulluqçunun şəxsi vəsiqəsi”ni itirməsinə görə” hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 3-N3-N4-25/Ə42N/20N №-li əmri ilə “Şiddətli töhmət" intizam cəzası elan olunmuşdur (maddə 93). Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, İddiaçı verilmiş intizam cəzaları nizamnamənin 85-ci və 87-ci maddələri nəzərə alınaraq nizamnamənin 6N-ci maddəsində gizir heyəti üçün nəzərdə tutulmuş intizam cəzalarının ən yüngül həddi tətbiq edilmişdir. Həmçinin, iddiaçının intizam qaydasında cəzalandırılması barədə xx.xx.2024-cü il tarixli 3-N3-N4-25/N-5340/24 nömrəli raport və hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 3-N3-N4-25/Ə42N/20N №-li əmrinin mübahisələndirilməsi üçün verilmiş müddəti ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 73.N-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentiiyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. İddiaçı ərizəsində cəzalandırılması barədə əmrlərin ona təqdim edilmədiyini bildirsə də, Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 98-ci maddəsində əmrin hərbi qulluqçuya təqdim edilməsi kimi norma müəyyən olunmamış, verilmiş intizam cəzalarının gizirlərə və miçmanlara - şəxsən, gizirlərin və miçmanların, həmçinin gizirlərin, miçmanların və zabitlərin müşavirəsində elan edilməsi və hərbi qulluqçulara verilən intizam cəzalarının şifahi surətdə, yaxud yazılı əmrlə elan edilməsi qeyd olunmuşdur. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan gizir X4 iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan mümkün hesab olunmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.N-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.N-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.N-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 4 nömrəli Qərarının 5.N-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in N.N, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin yönəldiyi cavabdeh qismində qoyduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları “67987” saylı hərbi hissə inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli N36 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»da inzibati orqan və ya Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs kimi nəzərdə tutulmamışdır. Bu baxımdan iddia düzgün cavavdeh Daxili İşlər Nazirliyi olmalı olduğu halda iddiaçı cavabdeh qismində N saylı Hərbi Hissəni qoymuşdur. Belə olan halda iddia ilkin olaraq düzgün cavabdehə yönəlmədiyi əsası ilə mümkün sayılmır. Bununla baelə məhkəmə İPM-nin N3-cü maddəsinin tələbindən çıxış edərək iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə yardım göstərməyə də zərurət görməmişdir. Belə ki, iddiaçı tələbində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandirinin barəsində 2024-cü ildə seçilmiş töhmət əmrlərinin ləğv edilməsini mübahisələndirmiş, lakin mübahisə predmetinin konkret hansı töhmət əımrindən getdiyini qeyd etməmişdir. Təqdim edilmiş icraat materiallarından görünür ki, iddiaçı barəsində xx.xx.2024-cü ildə töhmət və xx.xx.2024-cü il tarixli şiddətli töhmət intizam cəzaları tətbiq edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçı barəsində olan töhmət əmrlərini xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.N-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.N-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.N. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının əmrin dəyişdirilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.N-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.N-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.N-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -7N.N-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.N-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 20N4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.N-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi əmrlərin ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən töhmətlərin rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.N-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, hərbi qulluqçuya barəsində inzibati akt barədə məlumatlandırılması ona hərbi hissədə, şəxsi heyət arasında elan edilmə və bu barədə (məxfi əmrlərə münasibətdə) həm də həmin əmrlə tanış olma barədə xidməti vərəqəyə imza etməklə məlumat verilir. Odur ki, iddiaçı mübahisələndirdiyi əmrlərdən ən tezi həmin əmrlərin verildiyi və şəxsi heyət arasında şəxsən elan edildiyi müvafiq olaraq aprel 2024 və iyul 2024-cü il tarixlərdə məlum olmuş, eyni zamanda həmin əmrlər barədə ən geci avqust 2024-cü il tarixdə tərxis olunarkən barəsində tərtib edilmiş şəxsi işi (xidməti vərəqə) ilə tanış olarkən məlumatlı olmuşdur. İddiaçı tərxis edildiyi vaxtdan etibarən həmin əmrləri mübahiələndirməmişdir. İnzibati Prosessual Məcəllənin: -22.N-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.N-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən N5 gün ərzində verilməlidir. -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından N il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 7-ci maddəsinə əsasən gizir və miçman rütbələrindən məhrumetmə, həmçinin gizirlərin, miçmanların və zabitlərin hərbi rütbələrinin aşağı salınması cəzalarından başqa, hərbi qulluqçuya verilmiş bütün intizam cəzaları hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması gününədək götürülməmişsə, cəza bir il keçəndən sonra öz qüvvəsini itirir, bu şərtlə ki, həmin müddətdə hərbi qulluqçu yeni cəza almamış olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı barəsində olan töhmət əmrləri əmrin verildiyi vaxtdan 0N il keçdiyindən hüquqi qüvvəsii itirmiş, iddiaçı hazırda mülki şəxs olduğundan, hərbi qulluqçu olmadığından vaxtı keçmiş xidməti əmrlərin onun barəsində hüquqi nəticə yaratmaq qabiliyyəti də aradan qalxmışdır. Bu əsasdan məhkəmə iddiaçıya ötürülmüş müddətin bərpasına dair ərizə verilməsinə zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 20N5-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-2N). İnzibati Prosessual Məcəllənin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan olmadığından və iddia müddəti ötürüldüyündən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən N0 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar