Məhkəmə qərarları › İş №2-1(112)-8749/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8749/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8749/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin səbəb - əlaqəsinin dəyişdirilməsini və xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafisəi ilə əlaqədar müddətsiz əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə doğulmuşdur. İki il Sovet Ordusunda, 1992-ci, 1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəstəliklə bağlı xx.xx.2009-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2011-ci ildən İİ qrup əlildir və “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir”, qanununa müvafiq olaraq xx.xx.2021-ci il tarixdə səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilmişdir ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilsin. Lakin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü maddəsinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirilməli olduğu halda, ona qanunsuz olaraq 3-cü dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. 2021-ci ilin mart ayında hərbi qulluqçularn pensiya ilə təmin olunarkən ona pensiya verilməmişdir, əsasız olaraq ona pensiyanın ödənişi dayandırılmışdır. Halbuki, o, 2011-ci ildən əlildir və xx.xx.2021-ci il ilə kimi pensiya ilə təmin olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi ona xx.xx.2011-ci ildən etibarən ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olmasını, yəni xx.xx.2021-ci ildə 10 ilinin tamam olmasını nəzərə almalı və İİ qrup müddətsiz əlil olmağını təsdiq etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011 -ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X1: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N17-N19-Böyrək çatmamazlığı => N18-Xronik böyrək çatmamazlığı => N18.8-Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Astenonevrotik sindirom xr BÇİldər; Meyar 2.2. İkinci dərəcə əlillik => DİGƏR: İki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno- nevrotik sindirom xr BÇİldər” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BÇİldər; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BÇİldər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİV Sinif-Sidikcinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8- Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: iki tərəfli xrpıelonefrıt tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Astenonevrotik sindirom xr BÇİİdər; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: İki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BÇİldər" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.Elektron təyinatla xx.xx.2016cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: İki tərəfli xr pielonefrit tez- tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BÇİldər; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: İki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BÇİldər” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F44 - Dissosiativ [konversion] pozğunluqlar => F44.8 - Digər dissosiativ...; Diaqnozun mətni Üzvi dissosiativ pozuntusu.Diabetik polinevropatiya (E10- 14 ümumi dördüncü .4 işarəsi ilə). Diabetik polinevropatiya.Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya. ÜİX.Stabil gərginlik stenokardiyası İİİ F.S; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.24, gözəçarpan davranış pozuntuları olan debillik (10=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-F79)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.Hal-hazırda iddiaçı “xx.xx.2021-ci il tarixdən İİİ dərəcə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməsi’’ tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir, iddiaçının tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan zaman onun göndərişi “iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BÇİldər” diaqnozu ilə qiymətləndirilmiş, lakin iddiaçının sonuncu göndərişi “Üzvi dissosiativ pozuntusu.Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə). Diabetik polinevropatiya.Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya. ÜİX.Stabil gərginlik stenokardiyası İİİ F.S” diaqnozu ilə Agentlikdə qiymətləndirilmiş və ümumi xəstəliklə müddətsiz İİİ dərəcə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi iddiaçının sonuncu göndərişində olan diaqnoz “ümumi xəstəlik” ilə əlillik dərəcəsi verilməsi üçün əsas olmuşdur Odur ki, iddiaçı “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik dərəcəsi almaq istəyəcəyi təqdirdə, yenidən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təyin edilə biləcək diaqnoz ilə yeni göndərişlə müraciət etməsi məsləhət görülür. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 məhkəməyə təqdim olunmuş etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 136 №-li qərarının surətindən görünür ki, Ağdam RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1992-ci ildə N nömrəli hərbi hissədə müayinə və müalicə olundğu xəstəlik-diaqnoz: “Böyrək ağrısı” (Ağdam RHK-nın xx.xx.2009-cu il tarixli 4/30 nömrəli göndərişi, xx.xx.2009-cu il tarixli 4/2 nömrəli arayışı, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2009-cu il tarixli 541 nömrəli arayışı ilə təsdiq edilir), “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır”. Əsas:- Azərbaycan Respblikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin a) bəndi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V seriyalı ******* №-li vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 10 mart 2021-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli 2765003AAC4H saylı göndərişə (Forma 88) əsasən (ümumi xəstəlik-Üzvi disoslativ pozuntusu.Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə), Diabetik polinevropatiya, Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası İİ F.S) üçüncü dərəcəli əlillik təyin edilmişdir. Səhiyyə müəssisəsi tərəfindən göndərilmiş; - xx.xx.2011-cu il tarixli OZW7PNK0001 saylı göndərişində xəstəliyin səbəbi- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar; X1 XİV sinif-Sidikcinsiyyət sisteminin xəstəlikləri =>N17-N19-Böyrək çatmamazlığı=>N18-Xronik böyrək çatmamazlığı=> N18.8-Xroniki böyrək çatmamazlığının təzahürləri; Diaqnozun mətni: iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BÇİİdər; Meyar: 2.2. İkinci dərəcə əlillik=>Digər: iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BÇİİder kimi qeyd olunmuş və cavabdeh orqan tərəfindən ona xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşdur. - xx.xx.2014-cü il tarixli OZW7PNK0002 saylı göndərişində xəstəliyin səbəbi- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar; X1 XİV sinif-Sidikcinsiyyət sisteminin xəstəlikləri =>N17-N19-Böyrək çatmamazlığı=>N18-Xronik böyrək çatmamazlığı=> N18.8-Xroniki böyrək çatmamazlığının təzahürləri; Diaqnozun mətni: iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BŞİİdər; Meyar: 2.2. İkinci dərəcə əlillik=>Digər: iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BÇİİder kimi qeyd olunmuş və cavabdeh orqan tərəfindən ona xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşdur. - xx.xx.2015-ci il tarixli OZW7PNK0003 saylı göndərişində xəstəliyin səbəbi- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafisəi ilə əlaqədar; X1 XİV sinif-Sidikcinsiyyət sisteminin xəstəlikləri =>N17-N19-Böyrək çatmamazlığı=>N18-Xronik böyrək çatmamazlığı=> N18.8-Xroniki böyrək çatmamazlığının təzahürləri; Diaqnozun mətni: iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BŞİİdər; Meyar: 2.2. İkinci dərəcə əlillik=>Digər: iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BÇİİder kimi qeyd olunmuş və cavabdeh orqan tərəfindən ona xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşdur. xx.xx.2016-ci il tarixli OZW7PNK0004 saylı göndərişində xəstəliyin səbəbi- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar; X1 XİV sinif-Sidikcinsiyyət sisteminin xəstəlikləri =>N17-N19-Böyrək çatmamazlığı=>N18-Xronik böyrək çatmamazlığı=> N18.8-Xroniki böyrək çatmamazlığının təzahürləri; Diaqnozun mətni: iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BŞİİdər; Meyar: 2.2. İkinci dərəcə əlillik=>Digər: iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BÇİİder kimi qeyd olunmuş və cavabdeh orqan tərəfindən ona xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşdur. - xx.xx.2021-ci il tarixli 2765003AAC4H saylı göndərişində əsas diaqnoz kimi xəstəliyin səbəbi- ümumi; X1 V sinif-psixi pozğunluqlar və davranış pozğunluqları =>F40- F48-Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar =>F44-Dissosiativ konversion pozğunluqlar =>F44.8-Digər dissosiativ...Diaqnozun mətni: Üzvi dissosiativ pozuntusu. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), Diabetik polinevropatiya.Sənədlərlə təsdiqlənmiş spazm ilə müşaiyət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası İİİ F.S....Meyar: 2.3 Üçüncü dərəcə əlillik=>2.5.24 gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-F79) kimi qeyd olunmuşdur. Qeyd olunan göndəriş əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə (diaqnoz: üzvi dissolativ pozzuntusu. Diabetik pollnevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə), Diabetik polinevropatiya. Sənədlərlə təsdilənmiş spazm ilə müşayiət olunan stenokardiya, UİX.Stabil gəginlik stenokardiyası İİİ F.S.) müddətsiz İİİ dərəcəli əlillik təyin olunmuşdur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı hazırda ona təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək, ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə İİİ dərəcə əlilliyin təyin edilməsini tələb edir. İddiaçının hazırki tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.; - 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - 1.6-ci bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 3.1.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda dəyişdirilir. Yuxarıda qeyd olunan Qaydaların tələblərinə əsasən iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi (əlilliyin səbəbinin dəyişdirilməsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılmalı olduğunu və belə bir göndərişlə cavabdeh inzibati orqana müraciət olunmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Hətta iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-222/2022 saylı iş üzrə qəbul etdiyi 02 fevral 2022-ci il tarixli qərarında da göstərilmişdir ki, iddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə 28 sentyabr 2018-ci il tarixdə qərar (göndəriş) verilməsinə baxmayaraq, əsasnamənin yuxarıda bəhs edilən tələbləri pozulmuş, düzgün olmayaraq əlilliyin səbəbinin dəyişdirilməsindən imtina edilmişdir. İşin araşdırılan hallarından da göründüyü kimi iddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə cavabdeh inzibati orqana qanunla müəyyən edilmiş qaydada göndəriş göndərilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar