Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8750/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinin adına keçirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X30 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinin adına keçirilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mərhum X11nun mənzil növbəsinin adına keçirilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 may 1982-ci ildə X18 ilə rəsmi hüquqi nikaha girərək ailə qurmuş, birgə nikahlarından xx.xx.1983-cü X10, xx.xx.1984-cü ildə X15, xx.xx.1989-cu ildə isə X20 adında övladları olmuşdur. X2, X20 evlidirlər, X7 isə nikahı məhkəmə qaydasında pozulmuş və hazırda 3 azyaşlı uşağı ilə birlikdə onunla ünvan 2-də qalırlar. Həmin mənzil tanışlarının mənzilidir, onunla qızı X15 və onun 3 azyaşlı övladı həmin mənzildə qeydiyyatdadırlar və kirayədə qalırlar. Mənzilləri, hər hansı digər bir mülkləri yoxdur. 60 yaşı var, X11 1-ci Qarabağ müharibəsinin veteranı olmasına baxmayaraq ona aid hər hansı bir imtiyazdan istifadə etməmiş və hazırda da, istifadə etmir. Maddi vəziyyəti ağırdır, bir neçə xəstəlikdən müalicə alır. X11 Bakı Baş Polis İdarəsinin 2-ci Post Patrul Xidmət Alayında uzun müddət polis nəfəri, polis starşinası vəzifəsində çalışmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda Ağdam, Tərtər rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Əri X3 «26 Bakı Komissarı» adına X22 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 121/13684 saylı qərarı ilə 1 nəfər ailə tərkibində mənzil növbəsinə götürülmüş, 39 il mənzil növbəsinə götürülməsinə baxmayaraq ona sağlığında mənzil verilməmişdir. O, xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun vəfatı ilə əlaqədar nikahlarına xitam verilmişdir. O, Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək mərhum X11nun mənzil növbəsinin adına keçirilməsini xahiş etmiş, həmin təşkilatın xx.xx.2023-cü il tarixli 5-19/2- 6-Q-6-068 saylı rəsmi cavabında (həmin cavabı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Cavabdehndən götürmüş) qeyd edilmişdir ki, X3 "26 Bakı Komissarı" adına XDS İK-nın xx.xx.1984-cü il tarixli (əl ilə düzəlişlər olunub), 121/13684 saylı Qərarı ilə bir nəfər ailə tərkibində (özü) mənzil növbəsinə götürülmüşdür. Ş.Qasımov vəfat etdikdən sonra mənzil növbəsindən çıxarılmışdır, eyni zamanda qızları X7 X8 ilə nikahlarının məhkəmə qaydasında pozulması səbəbindən ona imtina cavabı verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalının xx.xx.2023-cü il tarixli 3-48-2F/2- Q-00211/2023 saylı ona verilən cavabında aşağıdakılar qeyd edilmişdir: «3 saylı Bakı "Asan Xidmət" Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətinə əsasən X18 barədə keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli, 121/13684 saylı qərarının təsdiq edilmiş ksero surəti 1 (bir) vərəqdən ibarət ona göndərilir. Qərara heç bir sənəd əlavə edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) arxiv fondu üzrə xx.xx.1985-ci il tarixli, 125/13917 saylı qərarı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin, həmin qərarda X18 barədə heç bir məlumat yoxdur». Əlavə olaraq onu da, qeyd etmişlər ki, həmin qərar ona aid deyildir, mənzil növbəsinə götürülməsi ilə əlaqədar bir sərəncam verilir, həmin keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) arxiv fondunda olan xx.xx.1984-cü il tarixli, 121/13684 saylı qərarını iddia ərizəsinə əlavə edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, ünvan 2 ünvanında 21 noyabr 2022-ci il tarixdən qeydiyyatda olan İddiaçı Q 99-068 saylı, 22.11 2022-ci il tarixli və 23.01 2023-cü il tarixli, 5-19/1 -Q- 6 068/2023 saylı ərizələr ilə Bakı şəhəri Cavabdehnə müraciət edərək mərhum həyat yoldaşı X13 mənzil növbəsinin öz adına keçirilməsini xahiş etmişdir. Qeyd edirlər ki, X13 2021-ci ildə vəfat etdiyi bildirilmişdir. Lakin, Ölüm haqqında Şəhadətnamə RİH-ə təqdim olunmamışdır. Vətəndaşın İddiaçı ərizəsi araşdırılarkən yaşayış yeri üzrə mənzil növbəsində olan vətəndaşların Cavabdeh nəzdindəki mövcud siyahılarda X13 adı müəyyən edilməmişdir. İddiaçı ərizəsinə əlavə etdiyi keçmiş “26 Bakı Komissarı” adına rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli Qərarının kserosurətindən görünür ki, Qərarın verildiyi günü, ayı, ili və eləcə də, sıra nömrəsində əl yazısı ilə düzəlişlər olunmuşdur, həm də, iki sıra nömrəsi: 121/13684 və 125/13917 qeyd olunmuşdur. İddiaçı 121/13684 nömrəli Qərarın kserosurətinin arxiv çıxarışını RİH-ə təqdim etmişdir, digər 125/13917 nömrəli Qərarı ikinci ərizəsi ilə təqdim etmişdir (əlavə olunur). İddiaçı RİH-ə təqdim etdiyi keçmiş “26 Bakı Komissarı” adına rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 121/13684 nömrəli Qərarının kserosurətindən məlum olur ki, X13 həyat yoldaşı və uşaqlarının Bakı şəhərində qeydiyyatı olmamışdır. Bu səbəbdən də, Ş.Qasımov 1 nəfər (özü) ailə tərkibində mənzil növbəsinə götürülmüşdür. Əlavə olaraq qeyd etmişlər ki, İddiaçı ilk dəfə Cavabdehnə ərizə ilə müraciət edərkən təqdim etdiyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın (**********63- 05301-093014 reyestr nömrəli) Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə, ev 26, mənzil 23 (Yeni qaydalarla: AZ 1130, ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. İddiaçının RİH-ə ünvanladığı ərizəsinə əlavə etdiyi Bakı şəhəri, 17 mart 2022-ci il tarixli Alqı-satqı və İpoteka Müqaviləsinə №DKM/008N13A00954722/1 əsasən "xxxx"MMC tərəfindən Bakı şəhəri 10 mart 2022-ci il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən İpoteka predmeti 127.000 (bir yüz iyirmi yeddi min) manat dəyərindən qiymətləndirilən Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 26, mənzil 23, məhəllə 3202 olan evi satıcı İddiaçı alıcı-ipoteka qoyan X1 (əlavə olunur). Bundan sonra nə səbəbdənsə, evini sataraq 21 noyabr 2022-ci il tarixdə ünvan 5 ünvanına hansısa yolla X9 məxsus 20 nəfər (başqa-başqa şəxslər) qeydiyyatda olan, 2 otaqlı, yaşayış sahəsi 30,8 kv.m. olan məhdud kommunal şəraitli mənzilə qeydiyyata alınmışdır (149 saylı MKİS-in Forma 2 arayışı əlavə olunur). Qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının MM-nin 50.1, 50.1.1., 50.1.2., 50.1.3-cü maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: - sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; - sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; - yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən vətəndaşın və ( və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsi, yəni vətəndaşlar tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İddiaçı isə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ev 26. mənzil 23 (Yeni qaydalarla: AZ 1130, ünvan 6 ünvanını 17 mart 2022-ci il tarixli alğı-satqı və İpoteka Müqaviləsinə əsasən başqa şəxsə satmışdır. Mənzil Məcəlləsinin 53.1.1., 53.1.2., 53.1.3-cü maddəsinin tələblərinə əsasən nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, bu Məcəllənin 52-ci maddəsində nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtina edilir. Həmçinin MM-in 55.1.2., 55.1.6. və 55.1.7-ci maddəsinə və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın tələblərinə əsasən vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda, uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan məlumatlar aşkar edildikdə, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaş vəfat etdikdə və sairə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 12 bəndinə görə Bakı şəhərində şəxsi mülkiyyət hüququ ilə yaşayış evinə (evin bir hissəsinə) malik olan, uçota durmaq hüququ qazanmaq məqsədilə evi (onun bir hissəsini) özgənin adına keçirməklə (satmaqla, bağışlamaqla) və ya evi (onun bir hissəsini) korlamaqla öz mənzil şəraitini süni surətdə pisləşdirən vətəndaşlar, öz mənzil şəraitini pisləşdirdiyi gündən ən tezi beş il sonra uçota götürülürlər. Həmçinin, başqasının yaşayış otağına köçməklə və ya başqa şəxsləri (ərdən, arvaddan və yetkinlik yaşına çatmayan uşaqlardan başqa) özünün mənzil sahəsinə köçürmək və yazdırmaq yolu ilə, habelə mənzilini dəyişdirmək və ya bölmək yolu ilə öz mənzil şəraitini süni surətdə pisləşdirən vətəndaşlar da mənzl şəraitini pisləşdirdiyi gündən ən tezi beş il sonra uçota götürülürlər. Azərbaycan Respublikasının MM-in 55.3-cü maddəsinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 13 yanvar 2023-cü il tarixli 3-48-2F/2-Q-00211/2023 nömrəli məktubla X18 barəsində keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli 121/13684 saylı qərarının təsdiq edilmiş kserosurəti təqdim edilmişdir. Həmin qərara əsasən X18 bir nəfər ailə tərkibi ilə (özü) mənzil növbəsinə götürülmüşdür. Həmin qərarda qeyd edilmişdir ki, onun arvadı və övladı Bakı şəhərində qeydiyyatda yoxdur.
7. 5 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 166478 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X18 xx.xx.2021-ci il tarixdə “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşma” səbəbi ilə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 194 nömrə ilə qeyd aparılmışdır.
8. Sabirabad rayon X25 tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı 460284 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”yə əsasən X18 ilə X5 05 may 1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən X16 “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir.
10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 5-19/2-6-Q-068 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, təqdim etdiyi sənədləri Hüquq Şöbəsində araşdırılmışdır. X3 “26 Bakı Komissarı” adına XDS İK-nın xx.xx.1984-cü il tarixli (əl ilə düzəlişlər olunub), 121/13684 saylı qərarı ilə bir nəfər ailə tərkibi (özü) mənzil növbəsinə götürülmüşdür. Ş.Qasımov vəfat etdikdən sonra mənzil növbəsindən çıxarılmışdır. Yaşayış yeri üzrə mənzil növbəsində olan vətəndaşların Cavabdeh nəzdindəki mövcud siyahılarda X13 adı müəyyən edilməmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-36675/2023 **********75 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı adına ünvan 7, 23 saylı mənzil (yeni qaydalarla AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 124, M2, m1) xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu İ.N.Mirzəzadə tərəfindən təsdiq edilmiş 4Ə-243 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alğısatqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı adına Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi, 46 E saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq arxiv qovluğunda saxlanılan müvafiq sənədin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, ünvan 7, 23 saylı mənzil ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X16 məxsus olmuş, sonradan vərəsəlik qaydasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) xx.xx.1984-cü il tarixli 121/13684 saylı qərarına əsasən X18 bir nəfər ailə tərkibi ilə (özü) mənzil növbəsinə götürülmüşdür. Həmin qərarda qeyd edilmişdir ki, onun arvadı və övladı Bakı şəhərində qeydiyyatda yoxdur. İddiaçının müraciəti üzrə araşdırma aparılan zaman onun mərhum ərinin yaşayış yeri üzrə mənzil növbəsində olan vətəndaşların siyahısında adı müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə tərəfindən aidiyyəti orqanlara göndərilmiş sorğulara daxil olmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən 23 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçının mərhum ərinə məxsus olmuş sonradan vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı tərəfindən həmin mənzil Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu İ.N.Mirzəzadə tərəfindən təsdiq edilmiş 4Ə-243 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Hazırda iddiaçının adına Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi, 46 E saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçının mərhum əri müharibə veteranı olsa da, onun müharibə əlili olması işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır.
19. Beləliklə işin hallarından göründüyü kimi, ümumiyyətlə iddiaçının mərhum əri özü bir nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülmüşdür. Onun ailə üzvləri mənzil növbəsində olmamışlar. Eyni zamanda, iddiaçının müraciəti əsasında aparılmış araşdırma nəticəsində onun mərhum ərinin adı yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısında aşkar edilməmişdir. Digər tərəfdən iş materiallarına əsasən onun ərinin adına ünvan 7 ünvanında yerləşən 23 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bu da, onu göstərir ki, faktiki olaraq iddiaçının mərhum əri sonradan yaşayış sahəsinə ehtiyacı olan şəxs olmamışdır. Əlavə olaraq, iddiaçı mərhum ərinin müharibə veteranı olmasına istinad etsə də, mövcud qanunvericilikdə vəfat etmiş müharibə əlilinin ailə üzvlərinin güzəştli mənzil hüququnun saxlanılması hüququ təsbit olunmuşdur. İddiaçının mərhum ərinin müharibə əlili olması isə işin halları ilə müəyyən edilməmişdir. İddiaçının özü də, hazırda yaşayış sahəsinə ehtiyacı olan şəxs deyildir. Belə ki, onun adına Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi, 46 E saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
22. Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından məhkəmə icraatının gedişatında iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu göstərilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva