Məhkəmə qərarları › İş №2-1(112)-8753/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8753/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8753/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Namiq Abdullayev küçəsində tikilən layihə sənədi əsasında qeyd olunan fərdi yaşayış evinə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Alıyeva X1 rayonu, Zabrat qəsəbəsi, Namiq Abdullayev, hal-hazırda Namiq Allahverdiyev küçəsində fərdi yaşayış evi tikdirmiş və qızı İddiaçı2 İsgəndiyar qızı ilə həmin mənzildə yaşayırlar. Mənzilin qaz, su, işıq sayğacı onun adınadır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının X2 Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından da, göründüyü kimi, iddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Namiq Abdullayev küçəsində qeydiyyatsız yaşayırlar. İdida tələbinə əlavə olunan xx.xx.2024-cü il tarixli Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin cavab məktubundan göründüyü kimi, ərizənin icrası ilə bağlı yaşayış sahəsinə köçməyə əsas verən sənəd (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və kirayə müqaviləsi və digər sənədlər tələb olunmuşdur. Həmin mənzilin istifadələrində olmasını təsdiq edən sənədlər kommunal xidmətlərin ödənilməsinə dair qəbzlər və vətəndaşın bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmasını təsidq edən şəhadətnamə və mənzilin layihə sənədləridir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi və digər iddaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin və digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - iddiaçıların Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Namiq Abdullayev ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədləri (mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd) mövcud deyildir. Ümumiyyətlə Həmin fərdi yaşayış evi nömrəsiz olmaqla, tam ünvana malik deyil. - cavabdeh tərəfindən iddiaçıların müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli 3-13-49/2-A-1253/11 nömrəli məktubla hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə imtina edilmişdir. - iddiaçılar tərəfindən iş materiallarına hüquqmüəyyənedici sənəd qismində kommunal xidmətlərin ödənilməsi barədə qəbz, vergi ödəciyi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə əlavə edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının X2 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixi 5-18-10/2- 2434/2024 nömrəli məktuba əsasən bildirilmişdir ki, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Namiq Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar (39 saylı notariat ofisinin **********594 nömrəli ərizəsinə əsasən). Həmin yaşayış evinə( 39T, X-411090, Y-4480246 coğrafi koordinatda) İddiaçı1 adına Zabrat Bələdiyyəsi tərəfindən 5498 qeydiyyat nömrəli şəhadətnamə və "xxxx" MMC tərəfindən Memarlıq və Planlaşdırma Həlli sənədi verilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçıların sözügedən fərdi yaşayış evinə dair hər-hansı bir hüquqmüəyyənedici sənədi olmadığından onun hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyil, həmçinin fərdi yaşayış evinin ünvanı olmadığından iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar