Məhkəmə qərarları › İş №2-1(112)-876/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-876/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-876/2020 08.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinədair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus şəxsi əmlakı 2019-cu il istehsallı, “LEXUS 570” markalı avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi barədə inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya məxsus 2019-cu il istehsallı, “LEXUS 570” markalı avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahat verərək bildirdi ki, iddiaçı16 oktyabr 2015-ci il tarixindən 16 oktyabr 2019-cu il tarixinədək Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində müşavir vəzifəsində çalışmışdır. Ezamiyyət müddətində aylıq əmək haqqı 3400 avro, aylıq təmsilçilik xərcləri üçün nəzərdə tutulmuş məbləğ isə 510 avro təşkil edib. EynizamandaiddiaçınınAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyindəki tutduğu son vəzifədə aldığı aylıq əmək haqqının 50 faizi ölkədəki bank hesabında toplanmışdır. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada öz xidməti fəaliyyətini başa vurduqdan sonra geri - Azərbaycan Respublikasına çağırılmış, 2019-cu ilin 14 oktyabr tarixində özünə məxsus şəxsi əmlakı - 2019-cu il istehsallı, “Lexus 570” markalı, qiyməti 89.450 avro olan avtonəqliyyat vasitəsini Azərbaycana gətirmişdir. Bunları nəzərə alaraq, iddiaçı ezamiyyətdə olduğu müddət ərzində əldə etdiyi qazanc yuxarıda adı çəkilən nəqliyyat vasitəsini almağa imkan verir. Avtomobil 15 avqust 2019-cu il tarixində iddiaçı tərəfindən alınaraq Türkiyəyə gətirilmiş və xidməti vəzifədə olduğu Türkiyə Respublikasında adına qeydiyyata salınmışdır.14 oktyabr 2019-cu il tarixdə müvafiq təsdiqedici sənədlər müvafiq gömrük rəsmiləşdirilməsinin aparılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə təqdim edilmiş, lakin nəqliyyat vasitəsinin dəyərinin yüksək olması əsas gətirilərək gömrük rüsumunun ödənilməsi tələb edilmişdir.İddiaçı özünə məxsus avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının müvafiq qanunverciliyinə uyğun şəkildə gömrük ərazisindən keçirilərək rəsmiləşdirilməsi məqsədilə xx.xx.2019-cu il tarixdə dövlət gömrük Komitəsinə ərizə ilə müraciət etsə də qeyd olunan tarixdən ötən müddət ərzində ona heç bir rəsmi qaydada cavab verilməmiş və Azərbaycan Respublikasının “Diplomatik xidmət haqqinda” Qanununa uyğun olaraq avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi aparılmamışdır. Halbuki qanunvericiliyə əsasən iddiaçının xaricdə işlədiyi dövrdə əldə etdiyi vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmalı deyil. Həmçinin ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitəsinin mühərrik həcmi və qiyməti ilə əlaqədar qanunvericilikdə hər hansı bir məhdudiyyət nəzərdə tutulmur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, İddiaçı Türkiyə Respublikasından ölkə ərazisinə qayıdarkən özü ilə bərabər gətirdiyi bir ədəd “Lexus 570” markalı, 2019-cı il zavod buraxılışı olan və invoys dəyəri 89.450 avro təşkil edən nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərin Azərbaycan Respublikası "Diplomatik xidmət haqqında" Qanununun 21.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“nın 2.3-cü bəndinin tələblərinə cavab vermədiyi müəyyən edilmişdir.Gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına iddiaçı tərəfindən təqdim olunan sənədlərin qeyd olunan qanunvercilik aktlarının tələblərinə uyğunluğunun gömrük orqanı tərəfindən araşdırılması nəticəsində həmin avtonəqliyyat vasitəsinin iddiaçının xidmət etdiyi ölkədə istifadəsində olmaması, göstərilən avtonəqliyyat vasitəsini ölkəyə geri çağırılmasına qısa müddət qalmış məqsədli şəkildə alması, diplomatik xidməti orqanın əməkdaşının diplomatik nümayəndəlikdə və ya konsulluqda işlədiyi dövrdə aldığı əmək haqqının ümumi məbləğinin, həmin əməkdaşın xarici ölkədə yaşadığı dövr ərzində zəruri xərcləri nəzərə alınmaqla, aldığı avtonəqliyyat vasitəsinin dəyərinə uyğun olmaması aşkar edilmiş və nəticədə bütün qeyd olunanlar nəzərə alınmaqla iddiaçının yuxarıda göstərilən nəqliyyat vasitəsini Türkiyə Respublikasından alaraq Azərbaycan Respublikasına gətirməklə gömrük ödənişlərindən yayınmağa cəhd göstərməsi riski və qanunvericilikdə diplomatik xidməti orqanın əməkdaşları üçün nəzərdə tutulmuş güzəştlərdən sui-istifadə halına yol verməsi müəyyən edilmişdir. Məlumat üçün qeyd edir ki, diplomatik xidməti orqanının əməkdaşları xarici ölkələrdə işlədikləri dövr ərzində cari xərclər nəzərə alınmaqla aldıqları ümumi məvacibdən 2-3 dəfə çox məbləğdə, əksər hallarda mühərrikinin həcmi ən yüksək iş gücünə malik olan yeni avtonəqliyyat vasitələrini alır və sonradan həmin avtonəqliyyat vasitələrini etibarnamə ilə digər şəxslərə verərək qanunvericilikdə diplomatlar üçün nəzərdə tutulmuş imtiyazdan qanuna uyğun olmayan sui-istifadə hallarına yol verirlər. Göstərilənlərəəsasəniddianınrədd edilməsini xahiş etmişdir. Məhkəmə prosesiştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2015 tarixindən xx.xx.2019 tarixinə kimi Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərindəki Səfirliyində müşavir vəzifəsində uzunmüddətli ezamiyyətdə olmaqla diplomatik fəaliyyətlə məşğul olmuşdur. İddiaçı Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərindəki Səfirliyində xx.xx.2015 tarixindən xx.xx.2019 tarixinə kimi çalışdığı müddət ərzində aylıq əmək haqqı məbləği 3910 avro (Üç min doqquz yüz on avro) təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1797 saylı 09 oktyabr 2015-ci il tarixli əmrindən görünür ki, Amerika idarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinin müdiri İddiaçı 2015-ci il oktyabr ayının 16-dan maaşı ştat cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müşaviri vəzifəsinə təyin edilmiş və Ankara şəhərinə ezamiyyətə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1632 saylı 27 avqust 2018-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müşaviri İddiaçı iş müddəti 2019-cu il oktyabr 16-dək uzadılmış və həmin tarixdən tutduğu vəzifədən azad edilərək geri çağırılmışdır. İş materiallarında olan idxal bəyannaməsindən görünür ki, İddiaçı “Lexus 570” markalı, 2019-cu il buraxılışlı avtonəqliyyat vasitəsini Azərbaycan Respublikasına gətirmişdir. "Diplomatik Xidmət Haqqında" Azərbaycan Respublikasının Qanununun 21.9-cu maddəsinə əsasən diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin X1 İdarəsinin hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. Qanunvericilik normalarının təhlilindən aydın olur ki, diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur. Bu zaman müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi tələb olunur. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2015 tarixindən xx.xx.2019 tarixinə kimi Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərindəki Səfirliyində müşavir vəzifəsində çalışmış, xx.xx.2019-cu ildə tutduğu vəzifədən azad edilərək geri çağırılmışdır. İddiaçı diplomatik xidmət əməkdaşı olmaqla Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində xidmətdə olarkən Türkiyə Respublikasından 2019-cu il istehsallı, “Lexus 570” markal avtonəqliyyat vasitəsini alaraq Azərbaycan Respublikasına gətirmişdir. Cavabdeh iddiaçının qeyd olunan nəqliyyat vasitəsini Türkiyə Respublikasından alaraq Azərbaycan Respublikasına gətirməklə gömrük ödənişlərindən yayınmağa cəhd göstərməsinin və qanunvericilikdə diplomatik xidməti orqanın əməkdaşları üçün nəzərdə tutulmuş güzəştlərdən sui-istifadə halına yol verməsinin müəyyən edildiyini bildirsə də, bu mövqeyini əsaslandıra bilmədi və bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi, eyni zamanda belə bir hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmadı. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı diplomatik xidmət əməkdaşı olduğu dövrdə avtomobil əldə etmiş, geri çağırıldıqdan sonra özünə məxsus avtomobili Azərbaycan Respublikasına gətirmişdir. Göstərilənlərəəsasənməhkəməhesabedirki, iddiatələbiəsaslıdırvətəminedilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus 2019-cu il istehsallı, “LEXUS 570” markalı avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar