Məhkəmə qərarları › İş №2-1(112)-8761/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8761/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8761/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Şamaxı rayon Nağaraxana kənd bələdiyyəsinə qarşı torpaq sahəsinə dair çıxarış verilməsindən imtinanın əsasız hesab edilməsi tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi İdarəsinə və Şamaxı rayon Nağaraxana kənd bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi İdarəsi tərəfindən ona göndərilmiş və ona məxsus torpaq sahəsinə çıxarış verilməsindən imtinaya dair **********77 saylı, 31 may 2021-ci il tarixli aktın əsassız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Şamaxı rayon Aqrar islahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı əsasında mərhum əri X1 və onun 5 (nəfər) ailə tərkibinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 7,62 ha torpaq sahəsi verilmişdir. JN-0162, kod 41011018 nömrəli Dövlət Aktının hazırki iddia ərizəsinə daxil etdiyi notarial təsdiqli surətindən görünür ki, sözügedən Dövlət Aktı qeydiyyat kitabında 08.12.2006-cı il tarixdə 16261 nömrə ilə qeydiyyata alınmışdır. X10ra verilmiş 7,62 ha torpaq sahəsinin koordinatları, qonşu sərhədləri və qaiməsi (sertifikat) göstərilmişdir.İV-)Kr № 445693 saylı, 29 iyun 1989-cu il tarixli nigah şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 ilə o, İddiaçı arasında rəsmi nikah bağlanmışdır. AZ-İİ № 061929 saylı, 16.08.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həyat yoldaşı X2 vəfat etmişdir. 2021-ci ildə onlara məxsus həmin 7.62 ha torpaq sahəsinə Çıxarış almaq istəyərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 14 saylı Şamaxı Ərazi İdarəsindən bilirilmişdir ki, bu mümkün deyildir. DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsindən ona göndərilmiş **********77 saylı, 31 may 2021-ci il tarixli cavabda bildirilmişdir ki, araşdırma zamanı onların ailəsinə məxsus JN-0162, kod 41011018 nömrəli dövlət aktında qeyd olunan 4.72 ha torpaq sahəsinin sənəd üzrə koordinatları başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, bu torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə 4.72 ha torpaq sahəsinin üzərində onların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmişdir. Oradan ona göndərilmiş **********73 saylı, 08 iyun 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" X3 yerquruluşu işlərinin aparılması üçün sifarişin verilməsi, eləcə də onun hesablaşma hesabına xidmət haqqının ödənilməsi üçün əlaqələndirmənin təmin edilməsi məqsədilə JN- 0162 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı-nın əsli ilə MMC-nin ünvan 1 ünvanında yerləşən Ağsu Layihə-Tədqiqat İdarəsinə müraciət edəcəyi təqdirdə məsələyə qanunvericiliyə uyğun olaraq baxılacağı və bu barədə Xidmətin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsinə müvafiq tapşırıq verildiyi bildirilmişdir. Həmin İdarəyə rəsmi müraciət etsə də oradan ona cavab gəlməmişdir. Əvəzində müraciətinə baxılması barədə DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsindən **********83 saylı, 06 iyul 2021-ci il tarixli cavab məktubu ona göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin 19 fevral 2021-ci il tarixli sərəncamı ilə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi İdarəsi tərəfindən verilmiş iddia tələbinə dair yazılı münsibət (etiraz) 25.08.2021-ci il məhkəməyə daxil olmuşdur. Cavabdeh Şamaxı rayon Nağaraxana kənd bələdiyyəsinin iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi İdarəsinin 20 avqust 2021-ci il tarixli **********838 saylı yazılı münasibətində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ- hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı Ərazi İdarəsinə daxil olmuş ərizəsinin araşdırılması zamanı məlum olmuşdur ki, onun ailəsinə JN-162, kod 41011018 nömrəli dövlət aktına əsasən məxsus olan 7.62 ha torpaq sahəsinin 4.72 ha hissəsi başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə, həmin torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Qeyd olunanlara əsasən İddiaçı cavadeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDRXin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə zidd olduğunun nəzərə alınmaqla, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki mübahisə Şamaxı rayonu ərazisində yerləşən daşınmaz əmlaka dair hüquq münasibəti ilə əlaqədardır. İPM-nin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 0162 №li, kod 41011018 saylı Dövlət aktının və akta əlavə olunmuş cizginin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998ci il tarixli 08 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 7,62 ha torpaq sahəsi X1, İddiaçı, X5, X4 ayrılmışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Şamaxı rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir.Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Şamaxı rayon Nağaraxana kənd bələdiyyəsinə qarşı torpaq sahəsinə dair çıxarış verilməsindən imtinanın əsassız hesab edilməsi tələbinə dair iddiası üzrə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar