Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8761/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni ünvan verməklə çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(04)- 428/2023 nömrəli qətnaməsi ilə qət edilmiş Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 35 nömrəli evdən İddiaçı2 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3 kv.m) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 kv.m olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi naturada ayrılmaqla ünvan 3, 35 nömrəli evdən İddiaçı1 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B" literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 kv.m olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılmaqla bizim adımıza mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçıların nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəsinin almış xx.xx.2023-cü il tarixli, 2(004)-428/2023 saylı qətnaməsinə əsasən ünvan 3, 35 nömrəli evdən İddiaçı2 73/288 hissə və 119/288 hissədən 28.0 kv.m payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1, 2 və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3 kv.m) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə ümumi sahəsi 75.73 kv.m olan tikililərin yerləşdiyi 0.012,000 ha torpaq sahəsi ilə birlikdə; və ünvan 3, 35 nömrəli evdən İddiaçı1 119/288 hissədən 49.8 kv.m payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1, 2, 4 və 5 saylı tikililəri, “B” literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 kv.m olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi ilə birlikdə iddiaçıların hər birinə yeni ünvan verilməklə həmin əmlaklar barədə qətnamədə qeyd olunan qaydada (ölçülər üzrə) vahid əmlak kimi mülkiyyət hüquqlarının dövlət reyestrdə alınaraq hər birinin adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar edilməsini xahiş etmişdir.
3. İddiaçıların nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbində sərhəd hasarı tikilməklə ifadəsini 1.7 metr məsafədə sərhəd hasarı olmaqla iddia ərizəsində qeyd olunmuş ölçülərdə torpaq sahələrinin istifadə hüququ kimi qeyd olunması kimi qəbul edilməsini xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(04)-428/2023 nömrəli qətnaməsi ilə qət edilmiş Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 35 nömrəli evdən İddiaçı2 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3 kv.m) və “A ” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 kv.m olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi naturada ayrılması, ünvan 3, 35 nömrəli evdən İddiaçı1 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, ‘B" literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 kv.m olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılmaqla adlarına reyestrdə qeydə alaraq müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin ünvanladığı 14 noyabr 2023-cü il tarixli 3-21-3- 02/2-OOL-438/02-8/2023 nömrəli imtina məktubu verilmişdir. Həmin məktubda yazılmışdır ki; “ünvan 3 ünvanında yerləşən 35 nömrəli fərdi yaşayış evinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(004)-428/2023 nömrəli qətnaməsinin icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyindən İqtisadiyyat Nazirliyinə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətlərə (daxilolma qeydiyyatları: 3-21/1-KOL- 6529/2-8/2023, xx.xx.2023-cü il; 3-21/J-KOL-6529-8/2023, xx.xx.2023-cü il) baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, qeyd edilən icra vərəqəsində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəzifə səlahiyyətləri ilə bağlı hər hansı icra tədbiri nəzərdə tutulmamışdır”. İddiaçılar cavabdehin bu imtinası ilə razılaşmır və bu imtinanı qanunvericiliyin tələblərinə uyğun hesab etmirlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X18, X28, X12, X19, X5, X13, X8, X25, X9, X10, X14, X2, X20, X15 və X11 qarşı (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) “payın naturada real bölgüsünün aparılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanda yerləşən faktiki sahəsi 0.03072 ha olan torpaq sahəsinin və üzərində inşa edilmiş 18830 kv.metr mülkün paylı mülkiyyətçilər arasında, iddiaçılar İddiaçı2 73/288 hissə və 119/288 hissədən 28 kv. metr olmaqla ümumilikdə 120 kv.metr torpaq sahəsinin və 75,7 kv.metr tikilinin, İddiaçı1 80 kv.metr torpaq sahəsi və 119/288 hissədən 49.8 kv. metrə uyğun hissəsinə paylarının ayrılması və naturada real bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 5 evdən İddiaçı2 73/288 hissə və 119/288 hissədən 28,0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13,3 m2) və “A” literli tikilinin həyət istiqamətinə 1,7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75,73 m2 olan tikililərin yerləşdiyi 0,012000 ha torpaq sahəsinin naturada ayrılması; ünvan 5 evdən İddiaçı1 119/288 hissədən 49,8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B” literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49,8 m2 olan tikililərin yerləşdiyi 0,008466 ha torpaq sahəsinin naturada ayrılması qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (AZ64AİİB400900C**********208) köçürülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı2 aid edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2023-cü il tarixdə icra vərəqələri verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-428/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqələrinə əsasən “torpaq sahələri naturada ayrılmalıdır ” ifadəsinin həm texniki pasport, həm də çıxarışın verilməsini ehtiva edib-etməməsi haqqında izah verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli icra sənədlərinin icrasını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Yasamal rayon İcra Şöbəsinə ünvanladığı 3- 21-3-02/2-KOL-438/02-8/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda 1 saylı Bakı Ərazi İdarəsinin vəzifə səlahiyyətləri ilə bağlı hər hansı icra tədbiri nəzərdə tutulmadığı bildirilmişdir. Odur ki, qətnaməyə izah verilməsinə zərurət yaranmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizə ilə razı olduğunu bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-10/2024 nömrəli qərardadında qeyd edilmişdir: “Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsinə izah verilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsi əsasənda verilmiş icra vərəqələrində göstərilən - ünvan 5 evdən İddiaçı2 73/288 hissə və 119/288 hissədən 28.0 kv. metr payına uyğun olaraq istifadəsində olan “A ” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3 kv.m ) və “A ” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 m2 olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi naturada ayrılsın” ifadəsi; “ünvan 5 evdən İddiaçı1 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B" literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 kv.m olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılsın” ifadəsi - 2(004)- 428/2023 nömrəli mülki iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlarda müvafiq dəyişiklik aparılmasını, mülkiyyətçilərin hər birinə ayrıca yeni texniki pasportların və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsini özündə ehtiva edir və bu sənədlərin verilməsi üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər”. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 8(004)- 10/2024 saylı qərardadı ilə “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)- 10/2024 nömrəli qərardadından verdiyi şikayət rədd edilmişdir. Həmin qərardaddan 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi şikayət vermişdir. Onun şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2024-cü il 8(103)-73/2024 qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-10/2024 saylı, 9 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-428/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqələrinə izah verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin ərizəsi rədd edilməsi qərara alınmışdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası həmin qərardadında yazır ki, “həmçinin qeyd etməyi zəruri sayır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüliiyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Bu zaman yaranan mübahisə üzrə maraqlı şəxs inzibati orqanının vəzifəli şəxsinin qərarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir”. Buna görə də iddiaçılar hüquqlarının bərpa edilməsi, yəni qanuni qüvvəsini almış qətnamə ilə qət edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(04)-428/2023 nömrəli qətnaməsi ilə qət edilmiş Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 35 nömrəli evdən İddiaçı2 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3m2) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 m2 olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi naturada ayrılması, ünvan 3, 35 nömrəli evdən İddiaçı1 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B" literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 m2 olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılmaqla mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin hazırkı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdirlər.
5. Cavabdeh orqan tərəfindən təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********36 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müraciətə əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin 2(004)-428/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
6. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, qeyd edilən icra vərəqəsində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəzifə səlahiyyətləri ilə bağlı hər hansı icra tədbiri nəzərdə tutulmamışdır.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqları X6 (24/288 hissə), X1 (24/288 hissə), X16 (8/288 hissə), X17 (8/288 hissə), X23 (8/288 hissə), X7 (24/288 hissə), İddiaçı1 (119/288 hissə), İddiaçı2 (73/288 hissə) adına qeydiyyata alınmışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-428/2023 nömrəli Qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 35 nömrəli evdən İddiaçı2 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3 kv.m) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 kv.m olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi naturada ayrılmışdır. ünvan 3, 35 nömrəli evdən İddiaçı1 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B" literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 kv.m olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılmışdır. İddia qalan hissədə təmin edilməmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli İcra Vərəqəsinə əsasən məhkəmə aktının nəticə hissəsi: 1) Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 35 nömrəli evdən İddiaçı2 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3 kv.m) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 kv.m olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi naturada ayrılsın. 2) ünvan 3, 35 nömrəli evdən İddiaçı1 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B" literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 kv.m olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılsın.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-10/2024 nömrəli qərardadından verdiyi şikayət rədd edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(103)- 73/2024 nömrəli Qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-10/2024 saylı, 9 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-428/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqələrinə izah verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin ərizəsi rədd edilmişdir.
12. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur: A tikilisi: 2 otaq, Ü/sahə - 62.4 kv.m B tikilisi: 2 otaq, Ü/sahə - 49.2 kv.m D tikilisi: 1 otaq, Ü/sahə - 21.0 kv.m Q tikilsi: 3 otaq, Ü/sahə - 55.7 kv.m Sözügedən ünvanda yerləşən paylı mülkə baxış keçirildi və məlum oldu ki, tikililər mövcuddur. Paylı mülklərdə “B” yaşayış evinin 1 və 4 saylı 17.3 kv.m sahəsi “Q” tikilisinin yalnız 1, 2, 4, 5 saylı sahələri 42.7 kv.m olmaqla ərizəçinin istifadəsindədir. Qalan hissələri isə digər payçıların istifadəsindədir və girişləri ayrıdır. Həmçinin B tikilisinin digər payçısının istifadəsində qalan 2;3 saylı 31.9 kv.m-lik hissəsində 2-ci mərtəbə inşa edilmişdir və Q tikilisindən damı bir olan arılmış 13.0 kv.m-lik sahə A yaşayış evinə qapı açaraq birləşdirilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən təyin edilmiş ekspertizaya əsasən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 242 nömrəli Mütəxəssis rəyində qeyd edilmişdir: a) İddiaçı - İddiaçı2 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3 kv.m) və “A" literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 kv.m olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi ayrılmalıdır; b) İddiaçı - İddiaçı1 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B” literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 kv.m olan tikililərin yerləşdiyi 0.008466ha torpaq sahəsi ayrılmalıdır; c) Cavabdehlər - X18, X28, X12, X3, X13, X8, X25, X9, X10, X14, X2, X20, X15 və X4 ümumi birgə 96/288 hissədən payına istifadələrində olan “B” literli tikilinin 2 və 3 saylı, “D” literli tikilinin 1 saylı ve “V” literli tikili və ümumi sahəsi 62.7663 kv.m olan tikililərin yerləşdiyi 0.0102321 ha torpaq sahəsi ayrılmalıdır.
14. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı1 119/288 hissədən 49.8 kv.m payının naturada ayrılmasına dair plan-sxem (əmlak 49.8 kv.m, torpaq sahəsi 0.008466 ha) iş materiallarına əlavə olunmuşdur.
15. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı2 73/288 hissədən və 119/288 hissədən 28 kv.m payının naturada ayrılmasına dair plan-sxem (əmlak 75.73 kv.m, torpaq sahəsi 0.012 ha) iş materiallarına əlavə olunmuşdur.
16. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi iddia ərizəsini məzmuna uyğun olaraq iddianın təmin edilməsini xahiş etmişdir və izahatında bildirmişdir ki, iddiaçılara məxsus daşınmaz əmlaklar eyni həyət daxilində yerləşən ayrı-ayrı tikililərdir, hər bir tikilinin ayrı giriş-çıxışı var, eyni zamanda tikililər arasıda həyatyanı sahə mövcuddur.
II. İddianın növü və mümkünlüyü
17. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
18. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.
19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
20. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
22. X35 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
25. X41 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
26. Azərbaycan Respublikası Mülki Məcəllləsindən: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
27. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir: 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə;
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
29. Məhkəmə iş materiallarını araşdıraraq ilkin olaraq müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqları X6 (24/288 hissə), X1 (24/288 hissə), X16 (8/288 hissə), X17 (8/288 hissə), X23 (8/288 hissə), X7 (24/288 hissə), İddiaçı1 (119/288 hissə), İddiaçı2 (73/288 hissə) adına qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-428/2023 nömrəli Qətnaməsi ilə 1) Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 35 nömrəli evdən İddiaçı2 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3 kv.m) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 kv.m olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi naturada ayrılmışdır; 2) ünvan 3, 35 nömrəli evdən İddiaçı1 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B" literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 kv.m olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılmışdır.
30. Məhkəmə eyni zamanda nəzərə alır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən təyin edilmiş ekspertizaya əsasən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 242 nömrəli Mütəxəssis rəyində qeyd edilmişdir ki, 1) iddiaçı - İddiaçı2 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3 kv.m) və “A" literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 kv.m olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi ayrılmalıdır; 2) iddiaçı - İddiaçı1 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B” literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 kv.m olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi ayrılmalıdır;
31. Digər tərəfdən məhkəmə ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı1 119/288 hissədən 49.8 kv.m payının naturada ayrılmasına dair plan-sxemi (əmlak 49.8 kv.m, torpaq sahəsi 0.008466 ha) və ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı2 73/288 hissədən və 119/288 hissədən 28 kv.m payının naturada ayrılmasına dair plan-sxemə (əmlak 75.73 kv.m, torpaq sahəsi 0.012 ha) baxış keçirərək müəyyən edir ki, İddiaçı2 və İddiaçı1 ayrılmış daşınmaz əmlaklar ayrı-ayrı tikililərdir, hər birinin ayrı giriş-çıxışı mövcuddur, tikililər arasında həyətyanı sahə mövcuddur. Odur ki, əmlakların bölünməsi mümkündür.
32. Məhkəmə qeyd edir ki, hazırkı işdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-428/2023 nömrəli Qətnaməsi ilə daşınmaz əmlak naturada bölünmüş və qətnamə qüvvədədir.
33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və qüvvədə olan məhkəmə aktı ilə naturada bölünmüşdür.
34. Cavabdeh etirazının dəlili olaraq qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 428/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır.
35. Məhkəmə cavabdehin müvafiq məhkəmə qətnaməsi ilə üzərinə hər hansı vəzifə qoyulmamasına dair etirazına tənqidi yanaşaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydə alınması üçün əsas hesab edilir. Odur ki, paylı mülkiyyətdə olan əmlakın bölünməsinə (ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsinə) dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə idarənin üzərinə hər hansı vəzifə qoyulmadığı təqdirdə belə (belə vəzifə qoyulma tələbi əsaslı hesab edilə bilməz), qanunun tələbinə görə ayrılmış daşınmaz əmlaklar üzərində ünvan verilməklə hüquqların qeydə alınması üçün əsasdır. Belə ki, məhkəmə hesab edir ki, ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi zamanı qeydiyyat orqanının üzərinə hər hansı vəzifənin qoyulması zərurəti yoxdur. Bu halda hazırkı iş üzrə cavabdeh müvafiq funksiyanı həyata keçirən qurum kimi qanunun tələbinə uyğun olaraq (8.0.4-cü maddə) qüvvəyə minmiş məhkəmə qərarı əsasında hüququn əmələ gəlməsinin (eyni zamanda ümumi paylı mülkiyyət hüququna xitam verilməsinin) qeydiyyatını aparmalıdır.
36. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X41 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
38. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 35 nömrəli evdən 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3 kv.m) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı olmaqla və istifadədə olan 0.012000 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 75.73 kv.m olan tikililərə (yeni) ünvan verməklə İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ayrıca çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. ünvan 3, 35 nömrəli evdən 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B" literli tikilinin 1 və 4 saylı tikililəri və istifadədə olan 0.008466 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 49.8 kv.m olan tikililərə (yeni) ünvan verməklə İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ayrıca çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva